Azərbaycan Xalq
Cümhuriyəti parlamentinin tərkibi
M.Ə.Rəsulzadə:
«Millət məclisi məmləkətin bütün sinif və
millətlərini təmsil edib, dövlətin tamamən
taleyinə hakim idi»
III yazı
1918-1920-ci
illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti xarici siyasət məsələlərinə ciddi
şəkildə əhəmiyyət verirdi. Professor Qüdrət
Əbdülsəlimzadə Cümhuriyyətin xarici siyasət
məsələsinə münasibətini belə dəyərləndirir:
«Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illəri əhatə
etmiş fəaliyyətini, beynəlxalq aləmdəki
addımlarını düzgün qiymətləndirmək
üçün ilk növbədə hakimiyyətə necə
ağır miras qaldığını unutmamaq
lazımdır. O zaman neft hasilatı və onun ixracında
çətin vəziyyət hökm sürürdü. Elektrik
enerjisi istehsalı kəskin azalmış, dəmir yolu və
dəniz nəqliyyatı pis işləyirdi,
maşınqayırma və metal emalı müəssisələrinin
məhsul buraxılışı kəskin ixtisar olunmuşdu».
Azərbaycan
Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin
başının üstünü alan xarici müdaxilə təhlükəsini
sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq
aləmdə tanınması üçün böyük
iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət
Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun
başçılığı ilə Paris sülh
konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi
haqqında qərar qəbul etmişdi. Cümhuriyyət
dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov
ağır çətinlikləri dəf edərək Azərbaycan
Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər
tərəfindən de-fakto tanınmasına nail olsa da, XI
Qırmızı Ordunun Şimali Azərbaycanı
işğal etməsilə onun bu sahədəki fəaliyyəti
yarımçıq qaldı. Tarixçilər hesab edir ki, Azərbaycan
parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin
mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən
biri də yaxın qonşularla münasibətlər və sərhəd
məsələləri olmuşdu. Aparılan gərgin işdən
sonra Gürcüstanla münasibətlər nizama salınsa da,
Ermənistan hökumətinin böyük ərazi iddiaları
üzündən Azərbaycan-Ermənistan münasibətlərini
normal məcraya yönəltmək mümkün
olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə qonşu İranla da bir sıra saziş və
müqavilələr imzalanmış və həmin sənədlər
parlamentdə təsdiq olunmuşdu.
Cümhuriyyət
dövründə Azərbaycanda parlamentçilik ənənələri
getdikcə möhkəmlənir və inkişaf edir, ən
müasir parlament mədəniyyəti formalaşırdı.
Azərbaycan
Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə 155
parlament iclası keçirilmişdi ki, bunun da 10-u Azərbaycan
Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan
parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7
dekabr 1918-ci il — 27 aprel 1920-ci il) olmuşdu. Parlamentin müzakirəsinə
270-dən çox qanun layihəsi
çıxarılmış, onlardan 230-a yaxını qəbul
olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir
mübadiləsi şəraitində müzakirə edilir,
özü də yalnız üçüncü oxunuşdan
sonra qəbul olunurdu.
Parlament
qanunlarının hazırlanması, müzakirəsi və təsdiq
olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri
iştirak edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin 11 komissiyası vardı. Parlamentin fəaliyyəti
bu məqsəd üçün hazırlanmış nizamnamə
— «Azərbaycan Parlamentinin nakazı (təlimatı)» əsasında
idarə olunurdu.
M.Ə.Rəsulzadə
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə
belə dəyərləndirirdi: «Millət məclisi məmləkətin
bütün sinif və millətlərini təmsil edib,
dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr
keçməz, heç bir məsrəf yapılmaz, heç
bir müharibə başlamaz, heç bir barışıq
imzalanmazdı. Hökumət məclisin etimadını
qazananda qalır, itirəndə düşürdü. Ortada
hakim olacaq vasitə — vəzifə yox idi. Parlament hakimi-mütləq
idi».
Tarixçilər
hesab edir ki, Azərbaycan Xalq Cümhuriyyəti
özünün siyasi quruluşuna, həyata keçirdiyi
demokratik dövlət quruculuğu tədbirlərinə, eləcə
də qarşısına qoyduğu məqsəd və vəzifələrə
görə də Avropanın ənənəvi demokratik
respublikalarından geri qalmırdı.
Parlament
tərkibində Milli Şuranın 44 nəfər
üzvündən başqa daha 36 nümayəndə
seçilməsi nəzərdə tutulmuşdu. Seçki məntəqələri:
Bakı 5 nəfər — 3-ü şəhərdən, ikisi isə
yaxın ətrafdan; Gəncə 3 nəfər; Göyçay
qəzası, Bakı quberniyası-2 nəfər; Cavad qəzası,
Bakı quberniyası — 2 nəfər; Quba qəzası,
Bakı quberniyası — 3 nəfər; Lənkəran qəzası,
Bakı quberniyası 2 nəfər; Şamaxı qəzası,
Bakı quberniyası — 2 nəfər; Ərəş qəzası,
Yelizavetpol quberniyası 2 nəfər; Cavanşir qəzası,
Yelizavetpol quberniyası — 1 nəfər; Zəngəzur qəzası,
Yelizavetpol quberniyası — 2 nəfər; Qazax qəzası,
Yelizavetpol quberniyası 1 nəfər; Cəbrayıl qəzası,
Yelizavetpol quberniyası — 1 nəfər; Nuxa qəzası,
Yelizavetpol quberniyası — 2 nəfər; Şuşa qəzası,
Yelizavetpol quberniyası — 2 nəfər; Zaqatala qəzası —
2 nəfər; Naxçıvan qəzası, İrəvan
quberniyası — 1 nəfər; Şərur qəzası, İrəvan
quberniyası — 1 nəfər; Ordubad qəzası, İrəvan
quberniyası — 1 nəfər; Borçalı qəzası,
Tiflis quberniyası — 1 nəfər.
Azərbaycan Parlamentinin Tərkibi belə idi.
I hökumət kabineti:
28.05.1918 — 17.06.1918.
1. Nazirlər Şurasının
sədri və daxili işlər naziri — F.Xoyski (bitərəf); 2. Hərbi
nazir — X.Sultanov (Müsavat);
3. Xarici işlər naziri — M.H.Hacınski (Müsavat); 4. Maliyyə və xalq maarifi
naziri — N.Yusifbəyli
(Müsavat);
5. Ədliyyə naziri — X.Xasməmmədov (Müsavat);
6. Ticarət və sənaye naziri — M.Y.Cəfərov (bitərəf,
sonra — Müsavat);
7. Əkinçilik və əmək naziri — Ə.Şeyxülislamzadə (Hümmət);
8. Yollar, poçt və teleqraf naziri — X.Məlikaslanov (bitərəf); 9. Dövlət
müfəttişi — C.Hacınski
(sosialist);
II hökumət kabineti:
17.06.1918 — 07.12.1918.
1. Nazirlər Şurasının
sədri və Ədliyyə naziri F.Xoyski (bitərəf); 2. Xarici işlər naziri — M. Hacınski (Müsavat);
3. Xalq maarifi və
dini etiqad naziri — N. Yusifbəyli (Müsavat); 4. Daxili işlər naziri — B.Cavanşir (bitərəf);
5. Əkinçilik naziri — X.Sultanov (Müsavat);
6. Səhiyyə və sosial təminat naziri — X.Rəfibəyli (bitərəf ); 7. Yollar naziri — X.Məlikaslanov
(bitərəf); 8. Ticarət və
sənaye naziri — A.Aşurov (bitərəf);
9. Malliyyə naziri — Ə.Əmircanov
(bitərəf); 10. Portfelsiz nazir
— Ə.M.Topçubaşov (bitərəf); 11. Portfelsiz
nazir — M.Rəfiyev (Müsavat);
12. Portfelsiz nazir — X.Xasməmmədov (Müsavat);
***
6.10.1918 tarixli kabinədaxili dəyişikliklərdən sonra
1. Nazirlər Şurasının
sədri — F.Xoyski (bitərəf);
2. Ticarət, sənaye və daxili işlər naziri — B.Cavanşir (bitərəf);
3. Xarici işlər naziri — Ə.M.Topçubaşov (bitərəf);
4. Maliyyə naziri
— M.H.Hacınski (Müsavat);
5. Xalq maarifi naziri
— H.Yusifbəyli (Müsavat);
6. Yollar naziri — X.Xasməmmədov (bitərəf);
7. Əkinçilik naziri — X.Sultanov (Müsavat);
8. Xalq səhiyyəsi naziri — X.Rəfibəyli (bitərəf);
9. Poçt-teleqraf naziri — A.Aşurov (bitərəf);
10. Sosial-təminat və dini etiqad naziri
— M.Rəfiyev (Müsavat);
11. Hərbi işlər üzrə
müvəkkil — İ.Ziyatxan
(bitərəf); 12. Dövlət müfəttişi — Ə.Əmircanov
(bitərəf).
***
III hökumət kabineti:
26.12.1918 — 14.03.1919.
1. Nazirlər Şurasının
sədri və xarici işlər naziri — F.Xoyski (bitərəf); 2. Daxili İşlər
naziri — X.Xasməmmədov
(Müsavat); 3. Maliyyə naziri
— İ.Protasov (Slavyan-Rus
Cəmiyyəti); 4. Yollar
naziri — X. Məlikaslanov
(bitərəf);
5. Ədliyyə nazırı
— T.Makinski (?); 6. Maarif və
dini etiqad naziri — N.Yusifbəyli (Müsavat); 7. Poçt-teleqraf və əmək naziri — A.Səfikürdski
(sosialist); 8. Hərbi nazir
— S.Mehmandarov (bitərəf);
9. Sosial-təminat naziri — R.Xoyski
(bitərəf); 10. Xalq
səhiyyəsi naziri
— Y.Gindes (Slavyan-Rus Cəmiyyəti ); 11.Ticarət və sənaye naziri — M.Əsədullayev (bitərəf).
12. Dövlət müfəttişi
— M.H.Hacinski (16.01. 1919). 13. Ərzaq
naziri — K.Lizqar (Slavyan-Rus Cəmiyyəti).
14. Əkiçilik naziri — X.Sultanov (Müsavat).
***
IV hökumət kabineti:
14.03.1919 — 22.12.1919.
1. Nazirlər Şurasının
sədri və daxili işlər naziri — N.Yusifbəyli (bitərəf); 2. Maliyyə naziri
— Ə.Həsənov (bitərəf);
3. Ticarət və
sənaye naziri — A.Əminov (bitərəf);
4. Xarici işlər naziri — M.Y.Cəfərov (Müsavat);
5. Yollar naziri — X.Məlikaslanov (bitərəf);
6. Poçt-teleqraf naziri — C.Hacınski (sosialist);
7. Hərbi nazir — S.Mehmandarov (bitərəf);
8. Sosial-təminat naziri — V.Klenevski (Slavyan-Rus Cəmiyyəti); 9. Səhiyyə
naziri — A.Dastakov (?);
10. Maarif və dini etiqad naziri
— R.Kaplanov (Əhrar);
11. Əkinçilik naziri — A.Qardaşov (Əhrar);
12. Portfelsiz nazir — X.Amaspür (Daşnaksütun);
13. Dövlət müfəttişi
— N.Nərimanbəyli (Müsavat);
14. Ədliyyə və əmək naziri — A.Səfikürdski (sosialist);
15. Sonralar daxili işlər naziri — X.Xasməmmədov (Müsavat).
***
V hökumət kabineti:
24.12.1919 — 01.04.1920.
1. Nazirlər Şurasının
sədri — N.Yusifbəyli
(Müsavat);
2. Xarici işlər naziri — F.Xoyski (bitərəf);
3. Hərbi nazir — S.Mehmandarov (bitərəf);
4. Daxili işlər naziri — M.H.Hacınski
18.09.02.1920-ci ildən sonra
M.Vəkilov (birincisi əvvəl Müsavat, sonra kommunist, M.Vəkilov — Müsavat);
5. Ədliyyə naziri — X.Xasməmmədov (Müsavat);
6. Maliyyə naziri — R.Kaplanov (Əhrar);
7. Maarif və dini etiqad naziri
— H. Şahtaxtinski (05.03.1920-ci ildən sonra N.Şahsuvarov, hər ikisi-İttihad);
8. Əmək və əməkçilik naziri
— Ə.C.Pepinov (sosialist);
9. Yollar naziri, eyni zamanda Ticarət,
sənaye və ərzaq üzrə müvəqqəti nazir — X.Məlikaslanov (18.02.1920-ci ildən
sonra ticarət, sənaye və ərzaq naziri — M.H.Hacınski);
10. Poçt-teleqraf naziri — C.Hacınski (sosialist);
11. İctimai təminat və səhiyyə naziri — M.Rəfiyev (Müsavat);
12. Dövlət müfəttişi
— H.Məmmədbəyov (İttihad);
Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin tərkibi aşağıdakı deputatlardan
ibarət idi: Əli Mərdan bəy Topçubaşov- parlamentin sədri; Məmməd Yusif Cəfərov-sədrin I müavini;
Sultan Məcid Qənizadə
(Qəniyev) sədrin müavini; Bağır bəy Rzayev- parlamentin baş katibi; Mehdi bəy
Hacınski — parlamentin
katibi; Bayram Niyazi Kiçikxanlı-parlamentin
katibi.
Müsavat və bitərəflər
fraksiyasına daxil idilər: Məhəmməd
Əmin Rəsulzadə,
Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmmədhəsən
Hacınski, Abbasqulu Kazımzadə, Musa bəy
Rəfiyev, Cavad bəy Məlikyeqanov, Mehdi bəy Hacınski, Mehdi bəy Hacıbababəyov,
Rəhim bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli,
Hacı Səlim Axundzadə, Mustafa Mahmudov və c. Habelə bunlardan başqa parlamentdə İttihad, Əhrar, Sosialistlər fraksiyası, Müstəqillər,
Sol müstəqillər, Milli
azlıqlar fraksiyası
vardı.
Uğur
Xalq Cəbhəsi.-
2013.- 13 fevral.- S.11.