Xocalı Faciəsi insanlığa
qarşı cinayətdir
Bu hadisə erməninin
türkə qarşı sonsuz nifrətini üzə
çıxardı, erməniliyin nədən ibarət
olduğunu bütünlüklə göstərdi
Xocalı
faciəsi tarixi taleyimizdə baş vermiş çoxsaylı
fəlakətlərdən biridir. Xocalı Faciəsi — erməninin
şəxsində insan yırtıcılığı,
türkün örnəyində insan faciəsidir. Xocalı
faciəsində erməninin yırtıcılığı,
qaniçənliyi, amansızlığı, türkə
qarşı sonsuz nifrəti üzə çıxdı, erməniliyin
nədən ibarət olduğunu bütünlüklə
göstərdi.
Xocalı
da 20 Yanvar kimi xalqımızın dərs götürülməsi
gərək olan faciəsidir. Azərbaycanın faciələrdən
qurtulmasının bir yolu var: Azərbaycanın özünəməxsus
yolu olmalıdır. Var olmaq üçün həyatın,
yaşamın hər sahəsində
özümüzünkünü yaratmalı, gerçəklikdən
üstün olmalıyıq. Əgər bəşəriyyət
insanlaşsa, Xocalı faciəsi erməninin başına
qaxınc olacaq. İnsanlaşmasa, yeni bəşəri faciələr
üçün örnək olacaq.
Erməninin
qatiliyini, yırtıcılığını qınamaq
üçün var gücümüzlə
çalışmalıyıq. Erməni indi də Xocalıda
törətdiyi yırtıcılığa qəhrəmanlıq
kimi baxır. Ancaq bu, onun üçün heç vaxt bəraət
imkanı olmayan dəhşətli üzqaralığı, bəşəri
cinayətdir.
Son
dövrlər Xocalı fəlakətinin dünya ictimaiyyətinə
çatdırılması yönündə ardıcıl
olaraq göstərilən cəhdlərin sayı artır. Bəziləri
fəlakətlərimizdən məhz ildönümü
zamanı danışıldığını bildirsələr
də, hər halda təqvimdə demək olar, ayın
neçə günü tarixi fəlakətlə bol olan Azərbaycanın
başına gətirilən barəsində daim dünyaya səs
salmaq gərəkdir. Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı ictimai
birliyinin sədri Faiq İsmayılov bildirir ki, Xocalı Faciəsinin
ciddi araşdırmaya ehtiyacı var. Məsələ
araşdırıldıqca yeni faktlar meydana çıxır.
Bu qanlı hadisənin araşdırılmasında,
Qarabağın işğalında iştirak etmiş erməni
yazıçısı
Zori
Balayanın Qarabağ haqqında xatirələri, general Arkadi
İvanoviç Ter-Tadovesyanın Qarabağdakı cinayətkar
fəaliyyəti, Qarabağ hadisələrində iştirak
etmiş digər ölkələrin vətəndaşlarının
xatirələri və eləcə də
Rusiyanın
Müdafiə Nazirliyinin arxivi tədqiqat obyekti ola bilər. Erməni
silahlıları Valeri Balayanın rəhbərliyi ilə hələ
1991-ci ildən Qarabağın silahsız azərbaycanlı əhalisi
yaşayan Tuğ, Sarışen, Salakətin, Meşəli,
Malıbəyli kəndlərini daim atəş altında
saxlayırdılar. Qarabağda üstünlüyü ələ
alan Ermənistan hökuməti orada pərakəndə fəaliyyət
göstərən erməni silahlı dəstələrini
birləşdirib vahid komandanlıq yaratdı. Hökumət bu
vəzifəyə Gürcüstan vətəndaşı — əslən
erməni olan «Dağ tülküsü» ləqəbli general
Arkadi İvanoviç Ter-Tadovesyanı komandan təyin etdi.
Bununla da ermənilər Qarabağda vahid mərkəzdən
idarə olunan nizami bir ordunun yaradılmasını gerçəkləşdirdilər.
Təyinatının ilk günü Arkadi Ter-Tadevosyan Kərkicahan
və Qaradağlı kəndlərinə sarsıdıcı
zərbələr endirdi. Ermənistan hökuməti
silahlı münaqişəni genişləndirmək
üçün Qarabağ cəbhəsini silah-sursatla müntəzəm
olaraq təmin etməli idi. Bu məqsədlə hökumət
təcili tədbirlər həyata keçirməyi
planlaşdırırdı. Ermənistandan silah-sursat
daşınmasını həyata keçirmək
üçün Qarabağla Ermənistan arasında yeganə
quru yol olan Xankəndi-Şuşa-Laçın-Gorus yolu təhlükəli
olduğundan Ermənistan Xankəndi-İrəvan hava yolundan
istifadə etmək məcburiyyətində idi. Bu məcburiyyət
Ermənistanı xüsusi strateji əhəmiyyət
daşıyan Xocalı şəhərini işğal etməyə
vadar edirdi.
Xocalı
şəhərinin işğalında iştirak etmiş rus
zabiti Vladimir Vardanov İrəvan şəhərində
çap olunan «Şuşi» jurnalına 08.02.2006-cı ildə
verdiyi müsahibədə bidirir ki, «Ermənistan Dağlıq
Qarabağın hava dəhlizinə nəzarəti ələ
keçirmək üçün Xocalı üzərinə
hücumu hələ 1989-cu ildən planlaşdırıb».
Xocalı
üzərinə hücum xüsusi hazırlıq və
böyük qüvvə ilə həyata keçirilmişdi.
Xocalı üzərinə hücum əməliyyatı general
Arkadi Ter-Tadevosyan, yazıçı Zori Balayan, Daşnakstyun
terror təşkilatının Qarabağ nümayəndiliyinin
rəhbəri Robert Koçaryan (keçmiş prezident), Ermənistan
Hərbi Nazirliyinin əməkdaşı Serj Sarkisyan (indiki
prezident) tərəfindən hazırlanmışdı. Lakin
hücumu uğurla başa çatdırmaq üçün əməliyyatçılar
nə hücum planına, nə də Xocalının xəritəsinə
malik deyildilər. Xəritənin olmaması əməliyyatı
ləngidirdi. Odur ki, Robert Koçaryan uzun axtarışdan
sonra Xankəndi şəhərinin baş memarı Valodya
Stepanyanı tapıb hərbi qərargaha gətirdi. Qərargah
rəisi ona tez bir zamanda Xocalı şəhərinin baş
planını hazırlamağı tapşırdı və
alayın proporşiki Samvel adlı şəxsi V.Stepanyana
köməkçi təyin etdilər. Beləliklə,
Xocalı şəhəri üzərinə hücum
planının xəritəsi praporşik Samvel və Xankəndi
şəhərinin baş memarı Volodya Stepanyan tərəfindən
hazırlandı».
Xocalı
faciəsi bizim üçün sözün həqiqi mənasında
dərsdir. 20 yanvar faciəsi ilə bağlı incəsənətin
demək olar, bütün sahələrində soraqlar
olduğu halda Xocalı mövzusunda hələ ki, daha
çox publisistika sözünü deyib. Azərbaycan rəssamlığında
Xocalı faciəsi ilə bağlı rəssamlarımız əsərlər
yaradıblar. Xocalı mövzusunda ən diqqətçəkən
plakat tez-tez qəzet-jurnallarda rastlaşdığımız
Vaqif Ucatayın əsəridir. Əsərdə türk
uşağının qarnına qılınc saplanıb, qan hər
yana tökülüb…Bir neçə il qabaq isə Vaqif Ucatay
bu mövzuda ayrıca fərdi sərgisini nümayiş
etdirdi, son illərdə də ardıcıl olaraq
sözügedən mövzuda əsərlər yaratdı.
Tanınmış
rejissor, xalq artisti Mərahim Fərzəlibəyov bu mövzuda
«Qırmızı qar» adlı film çəkib. Filmin ssenari
müəllifi Ağarəhim Rəhimov, bəstəkarı
Cavanşir Quliyevdir. Hər il müxtəlif telekanallar bu filmi
nümayiş etdirirlər. Rollarda Məleykə Əsədova,
İftixar Piriyev, Ələsgər Məmmədoğlu, Səmayə
Sadıqova və başqaları çəkiliblər. Bu
mövzuda «Azərbaycanfilm» tərəfindən Oruc Qurbanovun
rejissorluğu ilə «Ağrı» filmi də çəkilib.
Ümumən Qarabağ, Xocalı mövzusunda
soydaşlarımızın yadında ən yaxşı qalan
«Fəryad» filmidir. Bu filmdə Xocalı ilə bağlı
ştrixlər xüsusi nəzərə çarpır.
«Qırmızı qar» filminin rejissoru M.Fərzəlibəyov
Xocalı mövzusunda rejissorların daim düşünməsinin
vacibliyini deyir: «Ermənilər qaniçən olduqları dərəcədə
özlərinin yazıq obrazlarını daim dünyaya təqdim
ediblər. Biz isə belə bir faciə ilə üz-üzə
qaldığımız dərəcədə hələ də
bu barədə kifayət qədər dünyanı xəbərdar
etməmişik».
Tanınmış
rəssam Rza Avşarın fikrincə, Xocalı mövzusu rəssamlıqda
ifadəsini tapsa da, ortada olan nümunələr onu tam qane
etmir. Hesab edir ki, rəssamlarımız bundan sonra bu mövzuda
daha ciddi düşünməlidirlər. Hər halda rəssamın
gördüyünü çəkməsi daha təsirli
alınır. Ancaq rəssam bütün faciələrin, hadisələrin
birbaşa şahidi olmur. Əsas məsələ rəssamın
bu və ya digər mövzunu nə dərəcədə
özünəməxsus ümumiləşdirməsidir.
Xocalı dəhşətini heç zaman unutmaq olmaz:
«Ümumiyyətlə, belə bir faciə barədə adi
danışmaq olmur. Gərək daim bu faciə barədə
uşaqlara, gənclərə söhbət edək, faciəyə
tuş gəldiyimizi beyinlərə və ürəklərə
yeridək. Elə ki, bu mövzuda danışmaq kampaniya
xarakteri alır, o zaman edilən cəhdlərin səmərəsi
azalır». Rəssam Xocalı faciəsi mövzusunda iki əsər
çəkib. «Xocalı» adlanan əsər (90×125)
yağlı boya ilə çəkilib. Əsərdə qara,
bozumtul fon aparıcıdır. Xocalı şəhərinin
üstünü qara buludlar alıb. Hiss olunur ki, rəssam
ağrını duya, göstərə bilib. Həmin gecənin
dəhşəti ayın surətini qırmızı qana
boyayıb…
Uğur
Xalq Cəbhəsi.- 2013.- 26 fevral.-
S.11.