Bu gün su çərşənbəsidir

   

Bu xəbəri paylaş  Kəmaləddin Heydərov Sloveniyanın baş naziri ilə görüşüb  Mətbuat Şurasında türkiyəli jurnalistlərlə görüş  Faciələrimizi qan yaddaşımıza həkk etməliyik  Xocalı Faciəsi insanlığa qarşı cinayətdir El inancına görə, çərşənbələr su, od, yeltorpaq adıyla sıralanır. Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Mərhum professor Azad Nəbiyevin tədqiqatlarında vurğulanır ki, ilaxır çərşənbələriylə bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yeltorpaq mifizmi ilə bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kultmif sistemləri şəklində öz əksini tapıb: «Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı. Çərşənbələrin hər biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna və məzmuna malikdir. Mərasim folklorunda çərşənbələrin sayı və sıra düzümü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bir sıra hallarda çərşənbələr 5-7-12 arasında göstərilir. Bu isə ümumilikdə Hovruz mərasimi, onun keçirilməsi vaxtı və ölçülərinə uyğun gəlmir. Mərasim sistemində Novruza hazırlıq dekabrın 21-dən başlayır və bayram üç mərhələdə davam etdirilir. Birinci mərhələ — Böyük Çillə ilə Kiçik Çillənin arası (21 dekabr-1 fevral). İkinci mərhələ — Kiçik Çillənin davam etdiyi müddət (1-20 fevral). Üçüncü mərhələ — dörd həftəlik axır çərşənbələri əhatə edən Boz Aydır. Bundan sonra isə Hovruz gəlir. İlaxır çərşənbələrin sıra düzümündə Su, OdYel çərşənbəsindən sonra Torpaq çərşənbəsi gəlir. Bu sıra düzümü mərasim folkloru sistemində pozulmazdır». Ümumiyyətlə, su türklərin ruhunda çox rəmzləşib.

Çərşənbələrdə adətən tonqallar qalanır, insanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər. Burada məqsəd qışda qalan ağırlığın, ağrı-acının candan tökülməsi, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir. Boz ayın çəşənbələrindən ilki olan su çərşənbəsi xalq arasında həm də «əzəl çərşənbə», «gözəl çərşənbə», «gül çərşənbə», «sular Hovruzu» adları ilə deyilir. İnanca görə, su çərşənbəsində su yenilənir. Su çərşənbəsi suya sitayişlə başlayar. Qədimdən bəri insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, suyun üstündən atlanar, yaralıların yarasına çərşənbə suyu səpərdilər. O gün suyun ətrafına bir sıra mərasimlər keçirilərdi. İnanca görə, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirirlər. İnanca görə, su çərşənbəsində sübh tezdən gedib axar bulaqdan, çaydanya arxdan «lal su» (suyu evə gətirənə qədər heç kimlə danışmaz) gətirərlər. Bu suyu qablara doldurarlar.

Yazın nəfəsinin ilk duyulduğu su çərşənbəsində inanca görə, sulara ixtiyar verilir, yəni həmin gündən daha sular donmur, şaxta-qış onu dondurub ixtiyarını əlindən ala bilmir.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 26 fevral.- S.14.