Noqaylar: tarixi, aqibəti və ədəbiyyatı

 

  «60-cı illər nəsli»nin ədəbi simaları ədəbiyyatda sənətkarlığı önə çəkir, bədii təsvir vasitələrinə üstünlük verirdilər

 

II yazı

 

Noqaylar türk xalqlarındandır, özlərini «Qaranoqay» və ya «Noqay-Qaraqaş» adlandırırlar. Araşdırmaçıların fikrincə, noqay xalqı türk boyları olan oğuz, qıpçaqların və monqolların qarışması nəticəsində XV əsrdə Volqa, Emba və İrtış çayları ərazisində formalaşıb. Etnosun adı «Noqay» adından götürülüb (XIII əsr).

Araşdırmaçı Əli Şamil bildirir ki, Abdurrahman Ömərov (1867-1933) mədrəsələr üçün dərs kitablarını redaktə və nəşr edir, siyasi və ədəbi qəzet və jurnallara maarifçilik ruhunda məqalələr yazır, folklor nümunələri toplayaraq çap etdirirdi: «Onun 1913-cü ildə nəşr etdirdiyi «Noqay jırları» kitabına yazdığı ön söz bu günelmi əhəmiyyətini itirməyib. Həbibulla Ömərov, Nəsib Mevluberdiyev, Abdurrahman Əliyev, Əli Hosayev, Kurbanəli Erembetov kimi maarifçi aydınlar 1914-cü ilədək Həştərxanda «Toy», «İslah» və «Maarif» adlı jurnallar nəşr ediblər. Siyasi baxışlarına görə çar məmurları bu jurnalları qapadıb, onları nəşr edənləri sürgünə göndəriblər. Birinci Dünya Savaşı, 1917-ci ildə baş verən fevraloktyabr devrimləri, vətəndaş savaşları noqay ədəbiyyatının da inkişafına olduqca mənfi təsir göstərmişdi. Vətəndaş savaşı başa çatdıqdan sonra bolşeviklər öz ideyalarını xalq arasında geniş yaymaq üçün azsaylı xalqların dillərində məktəblər açılmasına, dərsliklər yaradılmasına, qəzet-jurnal buraxılmasına da diqqəti artırmışdılar. Sovetlər Birliyində gedən ideoloji mübarizə noqay ədəbiyyatından da yan keçmədi. Xalqın dastanlar söyləyən, özüyeni dastanlar qoşan Acı Molla Noğman ulu Sovet hökumətinin tərənnümçüsünə çevrildi. Çağdaş noqay ədəbiyyatının inkişafında və formalaşmasında Abdulhamid Canıbəyovun (1879-1955) xidməti böyük idi. O, etnoqrafiktarixi materiallar toplamaqla, nəşriyyat işipedaqoji fəaliyyətlə məşğul olurdu. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın iştirakçısı olmaq onu yaradıcılığa daha da həvəsləndirdi. Milli məsələyə diqqətini artırdı və türk xalqlarının latın qrafikalı vahid əlifbasının yaradılması uğrunda çalışan aydınların sırasına qoşdu. Ədəbiyyata yeni gələn Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybəliyev (1898-1979) kimi gənclər sinfi mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poeziyanı yeniləşdirməyə çalışırdılar. Bununla yanaşı Basir Abdulin 1932-ci ildə yazdığı «Düşmən yenildi», «Batrak», 1934-cü ildə yazdığı «Əməyin yendiyi zaman», Hasan Bulatıkov 1936-cı ildə yazdığı «Fatimat» pyesləri ilə noqay ədəbiyyatında dramçılığın əsasını qoyurlar. Basir Mesid ulu Abdulin (1892, Həşdərxan vilayətinin Tiyek kəndi-1937). İlk təhsilini mollaxanada alan Basir sonralar Həşdərxan və Kazan şəhərlərində mədrəsə təhsili görmüşdü. Ərəb, rustürk dillərini bilən ədib xalqının tarixinifolklorunu öyrənməyə də həvəs göstərmişdi. Öyrəndiklərindən sonralar bədii əsərlərdə geniş istifadə etmişdi. Sosializmin tərənnümçüsü kimi tanınmasına baxmayaraq 1937-ci ilin irticasından o da qurtara bilməmişdi. Yalnız B.M.Abdulin və H.Ş.Bulatıkov deyil, onlarla aydın, yazıçı həbs edilir və güllələnir. Sağ qalanlar qorxu içərisində yaşadıqlarından cəsarətlə ədəbi axtarışlara girişmir, kommunist partiyasının qərar və göstərişlərini, rəhbər partiya işçilərinin məruzə və çıxışlarını bədii şəkildə xalqa çatdırmaqla yetərlənirlər.

Sosializm quruculuğunun ilk illərində ədəbiyyatla məşğul olanların yazdıqlarından çox, onların tərcümeyi-hallarına diqqət yetirilirdi. Kasıb ailədən olan gənclərə daha geniş imkanlar açır, onları yazıb-yaratmağa həvəsləndirir, əsərlərini nəşr edir, pyeslərini səhnələşdirirdilər. Kasıb ailədə doğulub ədəbiyyata gələn gənclərdən biriFazil Apas ulu Abdulcəlilov idi. II Dünya Savaşının başlanması da ədəbiyyatda bədii dəyərlərin arxa plana keçməsinə, publisistikanın qabarmasına şərait yaradır. 1941-1950-ci illərdə yazılan şeir, hekayə, roman və pyeslər bədii cəhətdən zəif olub qəzet və jurnal məqalələrini xatırladır. 50-ci illərdən sonra faşist Almaniyası üzərində Sovetlər Birliyinin qələbəsi ədəbiyyatın əsas mövzusuna çevrilir. Fazil Abdulcəlilovun «Güclülər ailəsi» (1950), Suyun Qarayevin «Tazasu sərgisi» (1965), «Durnacık» (1974) və b. noqay ədəbiyyatının savaş mövzusunda ən yaxşı əsərləri sayılır».

Sovetlər dönəmində Noqayların ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Muxtar Vilayətində və Dağıstan Muxtar Respublikasında fəaliyyətə başladı. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74), Salechgan Zalyandin (1924-73), Söyün Qarayev (1927-2001), Maqomet Kirimov (1927), Canbolad Türkmenov (1935), Askerbiy Kireyev (1938), Gülcamal Mirzayeva(1940), Keldixan Kumratova (1944-2003), Dağıstanda isə Musa Kurmanalıyev (1894-1972), Zeit Kaybalıyev(1898-1979), Kuruptursun Orazbayev(1924-90), Qamzat Asıgeldiyev (1939-66), Anvarbek Kultayev (1941), Kadriya Temurbulatova (1948-78) və b. yazıçı və şairlər yazıb-yaradıb və yaradırlar.

Ə.Şamil daha sonra bildirir ki, 1960-cı illərdə Sovet ədəbiyyatında baş verən dəyişiklik noqay ədəbiyyatından da yan keçə bilməzdi. Ədəbiyyatda «60-cı illər nəsli» deyə bir ifadə işlədilməyə başladı. Bu nəslin nümayəndələri 20-50-ci illərin ədəbi simaları kimi ideologiyaya daha çox önəm vermir, sənətkarlığı önə çəkir, bədii təsvir vasitələrinə üstünlük verirdilər. Bekbiyke Kulunchakova (1946), Valeri Kazakov (1948), İsa Qarayev (1949) və b. yeni nəsil peşəkar şair və yazıçıların meydana çıxması ədəbiyyata marağı artırdı. İ.Qarayevin yaradıcılığı çağdaş problemlərə yönəlib, insanın gündəlik qayğıları yazıçının əsas mövzusudur: «Onun qəhrəmanları insanlıq ləyaqəti, mənəvi borc, sevgi və ləyaqət haqqında düşünür. Yazıçı keçmişdən mənəvi dəyərləri alaraq gələcəklə birləşdirməyə çalışır. İ.Qarayevin yaradıcılıq axtarışları bədii cəhətdən də dolğundur. İsa Söyün ulu Qarayev noqay ədəbiyyatında araşdırıcı ədib kimi tanınır. Atası Söyün Qarayev noqay ədəbiyyatının görkəmli simalarındandır. 1975-ci ildə «Xurcun», «Berdazi», 1985-ci ildə «Qarmanıstika», «Dünya ömürlü senin gözlerinde» «Reklama» povestlərini, 1982-ci ildə «Vağzal», 1989-cu ildə «Sülder» romanlarını nəşr etdirib. «Sülder» romanını ikinci cildi 1991-ci ildə oxucuların mühakiməsinə verilib. 1970-1990-cı illərdə sosial-əxlaqi problemlər (Murat Kirimov) gündəmə gətirilir, epiklirik xalq dastanları əsasında pyeslər (Askerbiy Kireyev) yazır».

Sovetlər Birliyinin çöküşündən yararlanan noqaylar coğrafi olaraq «dağılmış» soydaşlarının ictimai və ədəbi qüvvələrini birləşdirməyə çalışırlar: «Bu məqsədlə 1989-cu ildə Rusiya Yazıçılar İttifaqının Noqay Yazıçılar Birliyi yanında «Birlik» ictimai-siyasi təşkilatı yaradılır. Lakin bu təşkilat hələ də xalqın tam istəyincə işləyə bilmir. Bütün bunlara baxmayaraq noqay ədəbiyyatında sürətli bir yeniləşmə gedir. Bu yeniləşmə tarixə obyektiv yanaşma, milli miraslara yiyə çıxma, milli özünüdərk, qapalı Sovet məkanından çıxıb çoxçalarlı dünya sivilizasiyasına canatma şəklində özünü göstərir».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 27 fevral.- S.14.