İlk peykimiz kommersiya fəaliyyətinə başlayıb
Layihə üçün cəlb
olunan kredit vaxtından əvvəl qaytarıla bilər
Azərbaycanın «Azərsapce-1″
ilk telekommunikasiya peyki
dünəndən etibarən
tam kommersiya fəaliyyətinə
başlayıb. Bununla bağı olaraq «Azərkosmos» ASC və «ANS
Müstəqil Yayım
və Media» şirkəti
arasında «Telekommunikasiya
peykinin transponder tutumunun
istifadəyə verilməsi
haqqında» müqavilə
imzalanıb(APA). Sənədi «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev və «ANS Müstəqil Yayım və Media» şirkətinin
prezidenti Vahid Mustafayev imzalayıblar.
Bununla da bir neçə
müddətdir həyata
keçirilən test-sınaq
əməliyyatlarından həm
yerli, həm də xarici TV və radio kanallarının
milli peykdən tam kommersiya əsaslı yayımına başlanılacaq.
İlkin mərhələdə
yerli kanallarla yanaşı, ingilis, rus, türk və fars
dillərində ümumilikdə
50-dək TV və radio kanalı
yayımlanacaq, sonradan
isə mərhələli
şəkildə yayımlanan
kanalların sayı daha da artırılacaq.
Azərbaycanın ilk telekommunikasiya peyki —
«Azerspace-1″-in orbitə çıxarılması layihəsinin
rentabelliyini təmin etmək üçün bütün hesablamalar layihə mərhələlərində
aparılıb.
Layihənin dəyəri yerüstü
stansiya ilə birlikdə 230 mln. ABŞ dolları təşkil edir. Bunu jurnalistlərə açıqlamasında rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə,
layihənin 15 il müddətində
gəlirlərinin təxminən
600 mln. dollardan
çox olması planlaşdırılır:
«Artıq may ayında peyk 4,2 mln.
dollar qazandırıb və kreditlərin ödənilməsinə başlanılıb.
Kredit Azərbaycana 10 il müddətinə
verilsə də, onun artıq 7 il ərzində qaytarılması mümkün
olacaq. Hesab edirəm ki,
layihənin 50%-dən
bir qədər artıq hissəsi satılıb və hazırda danışıqlar
aparılır ki, ilin sonuna kimi
70-80%-ə çıxa bilək».
«Azərkosmos» ASC-nin
Naxçıvanda ehtiyat
idarəetmə mərkəzi
artıq fəaliyyətə
başlayıb. Eyni zamanda, müqaviləyə
əsasən, Azərbaycan
Malayziyada qəza hadisələrinin idarəsinin
effektivliyini artırmaq
üçün əlavə
ehtiyat sistemi qurub. Nazir qeyd edib ki,
artıq Azərbaycanda
peyklərin yerüstü
idarəetmə mərkəzi
istifadəyə verilib:
«Onun inkişafı davam etdirilir. Bu, təkcə Azərbaycan
üçün deyil,
eyni zamanda regional mərkəzdir. Mərkəz Azərbaycan üzərində
uçan peyklərlə
yanaşı, digər
peyklərə də xidmət etmək qabiliyyətinə malikdir».
Kosmik fəaliyyət
sahəsində istehsal
potensialının yaradılması
və inkişaf etdirilməsi kosmik sahə üzrə müxtəlif istiqamətlərdə
beynəlxalq inteqrasiyanın
genişləndirilməsinə, habelə kosmik fəaliyyəti tənzimləyən
hüquqi bazanın təkmilləşdirilməsinə təkan verəcək. İKT-nin ölkə iqtisadiyyatında neftdən
sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn
xətlə inkişaf
etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyəti
nəzərə alındıqda,
yaxın illərdə
həyata keçirilməsi
nəzərdə tutulan
peyk layihələrinin
yalnız siyasi və ya kommersiya
səciyyəsi daşımadığını,
ölkənin uzunmüddətli
inkişaf strategiyasına
yönəldiyini əminliklə
demək olar.
Müsbət haldır ki, ölkəmizdə İKT sahəsi
dinamik inkişaf edir. Dünya İqtisadi
Forumu (World Economic Forum) tərəfindən
«İnformasiya Texnologiyalarının
İnkişafı 2013″ («Global
Information Technology Rerort 2013″) adlı hesabatına əsasən, 144 ölkəni
əhatə edən «Şəbəkə hazırlığı
indeksi» renkinqində Azərbaycan mövqeyini ötən ilə nisbətən 5 pillə yaxşılaşdıraraq 4,11 balla 56-cı yerdə qərarlaşıb. Ümumiyyətlə, hesabatda Azərbaycan reytinqdə 43-cü yeri tutmuş Qazaxıstan və 54-cü yerdə qərarlaşan Rusiya kimi ölkələrlə
İKT sahəsində MDB məkanında
ən inkişaf etmiş ölkə hesab olunub.
Renkinqdə birinci yeri 5,98 balla Finlandiya,
ikinci yeri Sinqapur (5,96 ball), üçün
yeri isə ötən il siyahıda birinci olan İsveç (5,91
ball) tutub. İlk beşliyə həmçinin
Niderland (5,81 bal) və Norveç (5,66 bal) daxil olub. Siyahının
ilk onluğunu İsveçrə
(5,66 bal), Birləşmiş Krallıq (5,64 bal), Danimarka
(5,58 bal), ABŞ (5,57 bal) və Çinin əyaləti olan Tayvan (5,47 bal) tamamlayır. Siyahıda Koreya (5,46 ball), Yaponiya (5,24 ball) və Çin (4,03 ball) kimi ölkələr müvafiq
olaraq 11-ci, 21-ci və
58-ci yerlərdə qərarlaşıb.
Türkiyə siyahıda 45-ci, Gürcüstan
65-ci, Ermənistan 82-ci, İran
isə 101-ci yeri tutub. MDB ölkələri
arasında Ukrayna
73-cü yerdə, Moldova 77-ci yerdə, Tacikistan 112-ci yerdə, Qırğızıstan
isə 118-ci yerdə qərarlaşıb.
Son 5 il ərzində Azərbaycanda mobil rabitə sektoru üzrə gəlirlər
1,3 dəfə, abunəçi bazası isə 1,5 dəfə artıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
məlumatına əsasən,
2012-ci ildə mobil sektor üzrə gəlirlər əvvəlki
ilə nisbətdə
müqayisəli qiymətlərlə
14,1% artaraq 1 milyard ABŞ dollarını
ötüb. Ölkənin İKT sektorunda mobil
sahə təxminən
60%-lik xüsusi çəkiyə malikdir və dinamik inkişaf edir. Azərbaycanın mobil rabitə
sektorunda GSM standartında
üç operator fəaliyyət
göstərir. Mobil telefon rabitəsi xidmətləri ölkənin
ərazisini tam əhatə
edir və bu, regionda 100%-lik ilk nəticədir.
Hazırda ölkədə
100 nəfərə düşən
mobil abunəçilərin
sayı 110 ədəd
təşkil edir ki, bu da
dünya üzrə orta göstəricidən təxminən 15% çoxdur.
Mobil rabitə sahəsində
əldə olunan gəlirlər telekommunikasiya
sektorunun 65,3%-ni təşkil edir. Mobil sektorda
sağlam rəqabət
mühitində aparılan
tarif siyasəti və müştəri məmnunluğu üzrə
fəaliyyət mobil qiymətlərin ilbəil
aşağı düşməsinə
səbəb olur.
Əgər 2004-cü ildə
bir mobil abunəçiyə düşən
orta illik gəlir 145,8 dollar təşkil edirdisə,
2012-ci ildə bu rəqəm 108,0 dollar təşkil
edib. Eyni zamanda təhlillər göstərir ki, 2011-ci illə müqayisədə
hər bir abunəçiyə düşən
orta aylıq gəlir 12,8% artıb, bir dəqiqə mobil danışığın qiyməti
isə 22,2% azalıb.
Azərbaycanda fəaliyyət göstərən
mobil rabitə operatorları artıq avqustun 1-dən etibarən mobil
nömrələrin daşınması prosesinə
başlamalıdır. Bunu rabitə və
informasiya texnologiyaları naziri
Əli Abbasov bildirib:
«Qanunvericiliklə bu proses
belə müəyyən olunub. Əgər
təyin olunan vaxtda bu iş icra
olunmasa, həmin mobil
operatorları cərimə edəcəyik». Qeyd
edək ki, Azərbaycanda mobil
rabitə operatorları üzrə telefon
nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə
daşınması mexanizminin tətbiqi nəzərdə
tutulur. «Daşınan nömrələr»
xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq
imkanı əldə edirlər. Nömrələrin
köçürülməsi operatora
ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam
miqrasiyasını nəzərdə tutur.
Xidmətin tətbiqi abonentlərə operatoru
dəyişəcəyi təqdirdə, telefon
nömrələrini saxlamaq imkanı verəcək.
Bu isə
o deməkdir ki, abunəçinin
operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan
nömrələri köçürmək və nömrənin
dəyişməsi barədə öz
yaxınlarına, biznes tərəfdaşları
və həmkarlarına məlumat göndərmək zərurəti
qalmayacaq. Hesablamalara
görə, bu sistemin
tətbiqi ümumiyyətlə yekunda mobil danışıqların 10%
ucuzlaşmasına səbəb olur.
Tərlan
Xalq cəbhəsi.- 2013.- 17 iyul.- S.
12.