«Haci» təxəllüslü şairlər

 

Azərbaycan ədəbiyyatı tarixində oxşar imzalar olsa da, yaradıcılıq sarıdan bir-birindən fərqləniblər. Araşdırmaçı Lamiyə Rəhimova Haci təxəlüslü şairlərlə bağlı araşdırma aparıb. Onun fikrincə, ədəbiyyat tarixində eyni təxəllüslü müxtəlif əsrlərdə yaşamış şairlər mövcuddur. Belə təxəlüslərdən biri «Naci»dir: «»Naci» sözünün lüğətlərdə «qurtulan, nicat tapan» mənaları var. Pənahi Makuli «Ədəbi məlumat cədvəli»ndə yeddi «Naci» təxəllüslü şairin adını qeyd edib. Pənahi Makuli məşhur ədəbiyyatşünas Əmir Dövlətşah ibn-Əlaüd-dövlə Bəxtişah qazı Səmərqəndinin 1486-cı ildə fars dilində yazdığı «Təzkirətüş-şüəra» əsərini birinci mənbə olaraq götürüb. Bu mənbədə Pənahiyə görə X əsrdən öz dövrünə qədər 138 ən məşhur şairi 7 yerə bölərək əlifba sırasına riayət etmədən zövqünə görə qruplaşdırıb. Əmin Əhməd Razinin 1593-cü ildə fars dilində yazdığı «Təzkireyi-həft iqlim» əsəri ikinci mənbə olaraq verilib. Təzkirə əlifba sırası ilə deyil. İqlimlər (coğrafi əraziyə) görə tərtib edilib. Şair ədəbiyyatşünas Lütfəli bəy Azər Bəkdilinin fars dilində yazdığı «Təzkireyi-Atəşgədə» XVII əsrin sonunda yazılıb. Pənahiyə görə, bu təzkirə Dövlətşah Səmərqəndinin təzkirəsindən daha mükəmməldir. Burada sayca daha çox şair haqqında məlumat verilir. Bu təzkirə əlifba sırasına görə deyil, coğrafi ərazilərə görə tərtib edilib. Əmir Qulaməli xan Azad Hüseyn Belqiraminin fars dilində 1762-ci ildə yazdığı «Təzkireti-Xəzaneyi Amirə» əsərində verilən məlumatlar əsasən hind ədəbi məktəbinə aiddir. Lələbaşı adı ilə şöhrət tapan Əmir üş-şüəra Rzaqulu xan Hidayətin 1867-cü ildə fars dilində iki cilddə yazdığı «Məcməül-Füsəha» təzkirəsi Pənahinin qaynaq olaraq söykəndiyi əsərlərdəndir. Məşhur türk alimi Şəmsəddin bəy Saminin 6 cilddə 1888-1898-ci illərdə nəşr olunan «Qamusül-Əlam» əsərində Yaxın Şərq ölkələri xalqlarının şairləri haqqında qısa məlumat var. Mir Möhsün Qarabağinin fars dilində yazdığı «Təzkireyi-Nəvvab» əsərində Qarabağ şairləri haqqında məlumat verib».

Aydın olur ki, qarabağlı Məhəmmədağa Müctəhidzadənin Azərbaycan dilində yazdığı «Riyazül-Aşiqin» əsərində XX əsrin əvvəllərinə qədər yazıb-yaratmış Qarabağ şairləri haqqında məlumat var: «Firudinbəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi materialları 4 cilddən ibarətdir. Burada azərbaycanlı bütün məşhur şairlər haqqında məlumat verilir. Məhəmmədəli Tərbiyyətin 100-dən artıq təzkirə mənbə gözdən keçirdikdən sonra azərbaycanlı şair, alim ədiblər haqqında məlumatı əlifba sırası ilə verdiyi «Danışməndane-Azərbaycan» əsəri Azərbaycan şairləri haqqında məlumat mənbəyi olaraq olduqca dəyərlidir. Pənahi Makuli təqdim etdiyi ədəbi məlumat cədvəlində ilk öncə Kəşan şəhərində anadan olan fars dilində yazıb-yaratmış Nacidən bəhs edib. Şəmsəddin Saminin «Qamusül- Əlam» əsərində üç Naci təxəllüslü şair haqqında məlumat verilir. Bəhs olunan ilk iki şair farsca yazdığı üçün İran şairi olaraq qeyd olunub. İlk öncə Kəşanlı Naci haqqında bilgi verən Şəmsəddin Sami şair Molla Həsənin oğlu olduğunu qeyd edir. Şəmsəddin Sami ikinci Naci təxəllüslü şairin adının Şahqasım olduğunu qeyd edib. Eyni Naci haqqında Makuli cədvəlində məlumat var. Məşhəddə dünyaya göz açan Naci Şahqasım fars dilində yazıb. Doğulduğuvəfat etdiyi tarix yer bilinmir. Şəmsəddin Sami Şahqasım Nacinin Hindistana səyahət etdikdən sonra Cəhənəbada köçərək orada Məlik Seyid Səadət xan Bahadır Canbəndanın himayəsini əldə edib, nəhayət, Əkbərəbada gedərək orada vəfat edib. Şəmsəddin Saminin bəhs etdiyi digər Naci təxəllüslü şair isə Osmanlı şairi Müəllim Nacidir. Osmanlı ədəbiyyatı nümayəndələrindən olan Müəllim Nacinin əsl adı Ömərdir. 1857-ci ildə İstanbulda anadan olan şair atası vəfat edəndən sonra anası ilə birgə Varnoya dayısının yanına köçür. Burada müəllimlik fəaliyyətinə başlayan ədib Naci təxəllüsü ilə şeirlər yazır. Daha sonra Anadolunun müxtəlif yerlərində məmurluq edən şair İstanbula geri döndükdən sonra müxtəlif mətbuat orqanlarında həm jurnalist kimi fəaliyyət göstərir, paralel olaraq müəllimlik edir. Müəllim Naci 1893-cü ildə 43 yaşında vəfat edir. «Atəşparə», «Şerarə», «Füruzan», «Sünbülə», «Yadigarı-Naci» s. əsərləri var. Şairin ümumən 40-a yaxın kitabının olduğu bilinir.

Naci Xanqar deyə bilinən, fars dilində yazan bir başqa şair Pənahi Makulinin cədvəlində yer alıb. Anadan olduğu yer Ordubad, vəfat etdiyi yer isə Hindistan olaraq göstərilən, Ordubadlı Naci fars Azərbaycan dillərində əsərlər yazıbb. Məhəmmədəli Tərbiyyət «Danişməndani-Azərbaycan» əsərində Naci Ordubadidən bəhs edərək onu görkəmli söz ustadı olaraq adlandırıb. Naci Katibinin «Şütür-hücrə» qəsidəsinin cavabında bir qəsidə deyib onun sözlərinə «pəşşə» (milçək) sözü artıraraq maraqlı bir qəsidə yazıb.

Bu işin öhdəsindən bacarıqla gələn Ordubadlı Nacinin bu qəsidəsinin ilk beyti tərcümədə aşağıdakı kimidir:

 

Bəsdir bədən hücrəmdə fikir milçəyi dəvə olsun,

Mənim hücrəmdə belə milçək dəvə işini görsün».

 

L.Rəhimova vurğulayır ki, Makuli cədvəlində adı keçən başqa bir şair Naci Təbrizidir. Onun Təbrizdə dünyaya göz açdığı bilinsə hansı ildə harada vəfat etdiyi bilinmir: «Eyni zamanda doğulduğu tarix məlum deyil. Məhəmmədəli Tərbiyyət «Danişməndane-Azərbaycan» əsərində Təbrizli Nacinin ömür boyu yoxsul yaşadığı, təvazükar dinc adam olduğunu qeyd edir. Onun bir beytində rəngarəng misralar yazmasına da şahid oluruq:

 

Naci, söz meydanında, əlində şairin

Hikmətli misra qanlı qılıncdandır kəskin.

 

Nəhayət, Mirzə Mehdi Nacidən bəhs edən Makuli onun doğulduğu vəfat etdiyi tarixlər haqqında heç bir məlumat olmadığını qeyd edir. Ancaq şairin XIX əsrdə Gəncədə anadan olduğunu, 1882-ci ildə vəfat etdiyini bildirir. Şair Azərbaycan fars dillərində yazıb. Qulam Məmmədəli təzkirəsində Naci Mirzə Mehdi Naci Molla Qədir haqqında məlumat verib. Əsli Şamaxıdan olan Molla Qədir Nacinin anadan olma vəfat tarixi barədə mənbələrdə məlumat tapa bilmədik. Ancaq 1825-ci illərdə həyatda olduğu yenə Qulam Məmmədəli təzkirəsində qeyd edilib.

 

Eyb eyləmə ey Nacini meyxarə gərən kəs,

Yenicə kişi rahi-müsəlmana düşübdür.

 

Makuli 1824-cü ildə Şirvanda doğulduğunu qeyd etdiyi Naci Şirvani adlı bir şəxsdən bəhs edib. Şairin Azərbaycan dilində yazdığı da qeyd olunub».

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mirzə Mehdi Naci haqqında qaynaqlarda çox az məlumat olduğunu vurğulayan araşdırmaçı bildirir ki, şairin Gəncədə anadan olduğu, doğulduğu tarixin dəqiq olmadığı, şairliyi ilə deyil, xəttatlığı ilə Gəncə, Qarabağ, Şirvan Şəkidə istedadlı bir şəxs kimi şöhrət qazandığı qaynaqlardan məlumdur. Mirzə Mehdinin qarabağlı Abdulla bəy Asi, Xarrat Qulu Yusifin, Şamaxı şairi Hacı Seyid Əzimin Qazax şairləri Mustafa ağa Nasirin İskəndər ağanınŞair»təxəllüslü) müasiri olduğundan onlarla sıx əlaqəsi olub. Firudin bəyin bildirdiyinə görə Abdulla bəy Asinin Mehdiqulu xanın qızı Xurşudbanuya yazdığı həcvə nəzm ilə cavab verənlərdən biri məhz Mirzə Mehdi Naci olub. Hətta Firudin bəy onun bəziləri tərəfindən «məzhəbsiz, sufi» deyə ittiham edildiyini qeyd edib».

L.Rəhimova fikrini belə ümumiləşdirir: «Ümumiyyətlə, şairlərin eyni təxəllüsləri istifadə etmələri tarix boyu müxtəlif problemlərə səbəb olub. Bu məsələlərdə ən böyük məsuliyyət təzkirələrin üzərinə düşüb. Təxəllüs məsələsi özlüyündə müstəqil mövzu kimi araşdırılmayıb. Fikrimizcə, bu mövzunun tədqiqi Azərbaycan ümumilikdə türk filologiyası üçün olduqca maraqlı olardı».

 

Uğur

 

Xalq cəbhəsi.- 2013.- 30 iyul.- S. 14.