Qumuqların şifahi xalq ədəbiyyatı

 

  I yazı

 

Türk xalqlarının tarixinin, mədəniyyətinin araşdırılması, yeni dönəmdə əldə edilən qənaətlərin ilk növbədə özümüzə çatdırılması olduqca gərəklidir. Qumuq ədəbiyyatı ilə bağlı araşdırmalar aparan Əli Şamil bildirir ki, XIX yüzilliyədək qaynaqlarda «qumuk ədəbiyyatı» anlayışına rast gəlinmir. Qafqazı işğal edən Rusiya işğalçılığını uzunömürlü etmək- xalqları bölmək, bir-birindən ayırmaq üçün çoxlu oyunlar qurdu. Yüzillər boyu yazılı ədəbiyyatı bir olan Türklərin hər bölgəsi, hər qövmü üçün dil, ədəbiyyat, tarix yaratmağa başladı. 1883-cü ildə Sank-Peterburqda Məhəmməd Əfəndi Osmanovun yayınlatdığı «Nokayski, kumukski reç» kitabı qumuk ləhcəsində ilk kitab sayılsa da, qumuqlardan toplanmış «Minkullnun yiri» Şumer dastanı «Bilqamıs»la, «Eniligim Senligim eshkini ac!» nağılı şumerlerin keçi qurd (bəzən də şir), «Bozoğlan» nağılı «Kitabi-Dədə Qorqud»dakı Bamsı Beyrəyi, «Koroğlu» nağılı «Koroğlu» dastanını xatırladır. Bu cür oxşarlıqlar folklorda deyil, yazılı ədəbiyyatda da çoxdur: «Son illərdə qumuq yazılı ədəbiyyatının tarixini XV yüzildə yaşamış Kamal Ummu Nuri ilə başlayırlar. Onun yayınlanmış şeirləri isə günümüzün qumuqcasından çox Azərbaycan və Türkiyə türkcələrinə daha yaxındır. Rus-sovet işğalçıları 150 ildə qumuq dili, qumuq ədəbiyyatı yaratmağa çalışsalar da, istəklərinə çata bilmədilər. Nəinki qumuqlardan toplanmış folklor örnəkləri, hətta günümüzün qumuq yazıçılarının əsərləri ləhcə etibarı ilə bir az fərqlənsə də düşüncə, üslub, mövzu etibarı ilə ümumtürk ədəbiyyatının bir parçasından başqa şey deyil».

Araşdırmaçı qeyd edir ki, Türk dilinin qıpçaq qrupuna daxil olan qumuq dili üç ağıza (şivəyə) — buynak, xasavyurtqaytaq ağızlarına bölünür. Araşdırıcıların fikrincə, ədəbi əsərlər buynak-xasavyurt ağızı (şivəsi) əsasında yazılır. Yüzillər boyu ərəb qrafikalı əlifbadan istifadə edən qumuqlar Sovetlər Birliyində yaşayan əksər türk xalqları kimi 1929-cu ildən latın qrafikalı əlifbaya keçdilər: «Ancaq bu uzun sürmədi. Onlar üçün də 1938-ci ildə kiril qrafikası ilə əlifba yaratdılar. Bu əlifbada 38 hərf var. Türk xalqlarının əksəriyyətinin danışarkən eyni cür səsləndirdikləri səslər fərqli işarələrlə göstərildiyindən onlar bir-birlərinin yazılarını rahat oxuya bilmirlər».

Qumuqların yayılma arealı geniş deyil. Onlar toplu haldaRusiya Federasiyasının Dağıstan Respublikasında, az qismi isə qonşu İçkeriya (Çeçen), İnquş Respublikalarında Türkiyənin Üçqozen, Kuşoturağı, Yavu, Akköprü, Doqan, Azize, Keyikqırı kəndlərində yaşayırlar. Rusiya Federasiyasında bu dialektdə danışanların sayının 350 min nəfər olduğu göstərilir: «Əksəriyyəti rus dilini ana dili kimi bilsə , bu dildən ictimai yerlərdə, hökumət idarələrində ünsiyyət vasitəsi, yazı dili kimi istifadə etsə , öz aralarında ana dilində danışmağa üstünlük verirlər».

Muhammat Efendi Osmanovun 1883-cü ildə Peterburqda çap etdirdiyi kitab qumuq dialektində nəşr edilmiş ilk ədəbi abidə sayılır. Bu kitaba noqaylardan qumuqlardan toplanmış folklor nümunələri müəllifi məlum olan şeirlər daxil edilib: «Professor Bəkir Çobanzadənin 1926-cı ildə Bakıda ərəb qrafikalı əlifbada çap etdirdiyi «Qumuq dili ədəbiyyatı tədqiqləri» kitabını qumuqların ədəbiyyatına dair ilk dəyərli elmi əsər adlandırmaq olar. Rusiya işğal altında saxladığı xalqlar arasında bölücülük siyasəti yeritdiyindən uzun illər qumuqlar yaşayan bölgələrdən toplanan folklor nümunələri ümumtürk folklorundan ayrılaraq qumuqların şifahi ədəbiyyatı kimi öyrənilib. Buna görə toplayıcılar xalq arasında mövcud olan nümunələrin hamısını deyil, məhz «qumuqlara aid olan folklor nümunələri»ni toplamağa nəşr etdirməyə üstünlük veriblər. Qumuqların çap etdirdiklərinin bir qisminə bölgənin tarixi şəxsiyyətləri hadisələri ilə bağlı olanlara başqa türk xalqlarında rast gəlinmir. Ancaq bunlarda da qədim türk dastan, mif nağıllarındakı ifadələrə, epitetlərə başqa bədii təsvir vasitələrinə rast gəlmək olur. Bədii təsvir vasitələrinin oxşarlığına görə qumuqlardan toplanmış «Minküllünü yırı» qədim şumer (sumer) dastanı «Bilqamıs»la müqayisə edir onu ən qədim qumuq folklor nümunəsi sayırlar. «Bilqamıs» dastanının qəhrəmanlarından Enkudu ilə Minküllü arasındakı oxşarlıqları başqa folklor nümunələrində tapmaq olar. Qumuqlardan toplanmış «Eniligim, Seniligim, eşkini uşaq nağılı ilə qədim şumerlərdəki keçi-canavar (bəzən şir) əhvalatı ilə parelellər aparmaq olar. Hətta onu da söyləmək olar ki, Azərbaycandan toplanmış «Şəngülüm, Şüngülüm, Məngülüm! qapını mən gəlim nağılı ilə müqayisədə qumuqlardan toplanmış mətnlərdə keçinin balalarının adları şumer mətnlərinə daha yaxın səslənir. Bu nağıllarda keçi balalarını xilas etmək üçün qurdla savaşır qalib gəlir. Qumuq folklorunda mifləri dilçilik baxımından öyrənən İ.A.Xalipayevaya görə, Dağıstan Respublikasının Kayaxan bölgəsində bir Tanrıxan ağacı var. Bölgənin insanları həmin ağaca tapınıb qurban kəsirlər. Baxmayaraq ki, yüzillərdir bu bölgədə islam dininə sitayiş etsələr , onillərlə ateist təbliğatın təsiri altında olsalar da, bu gün yenə Tanrıxan ağacına başqa bu kimi daş-qayalara sitayiş edilir, Tanrının göy rəngdə olduğunu bu rəngin «ilahi gözəllik» anlamı verdiyini qəbul edirlər. Onlarla folklor nümunəsi arasında belə paralelləri aparmaqla həmin sujetlərin türk xalqları arasında daha geniş yayıldığını göstərmək olar. Bu, tarixçilərimizin dadına çatar».

Qumuqlarda da toylarda, mərasimlərdə oxunan nəğmələrin çoxu yeddi hecalıdır. Onlar çox vaxt dörd misra şəklində ifa edilir: «Araşdırıcı Əmin Abid 1928-ci ildə bu problemə diqqət yetirərək «Türk xalqları ədəbiyyatında mani növü Azərbaycan bayatılarının xüsusiyyətləri» adlı tədqiqatını çap etdirib. O, türk xalqlarından toplanmış beş min dördlük üzərində apardığı araşdırmasında yazır: «Qərb (Osmanlı) ləhcəsində mani, çöl Krım türkcəsində çın, Kazan ilə cənub Kırımcada cır, özbəkcə əşulə, aşulə, İraq türk ləhcəsində turqu, qazax qırğızlarda kayım öləng, yaxud aytıspa» adlanır. Müəllifin fikrincə, bu dördlüklər müxtəlif cür adlandırılsalar da, eyni kökdəndirlər. Maraqlı burasıdır ki, türk xalqlarının bir çoxunda nəsr şəklində olan folklor nümunələri qumuqlarda yır kimi, yəni mənzum söylənildiyi halda «Koroğlu» kimi məşhur dastan nağıl janrında verilir. Bu da açıq-aşkar onu göstərir ki, dastan vaxtında onu yaxşı bilən söyləyən-informatorlardan toplanmayıb. Qumuq folklorçularının «Minküllünü yırı», «Anjili qız»ı» igidlik eposu, «Abdullanı yırı», «İşayının yırı», «Zoruşnu yırı», «Eldaruşnu yırı», «Akmurzanı ve Bekmurzanı yırı», «Ayqazini yırı», «Torkalili Tonay biyii yırı»nı igidlik-tarixi yırları, «Soltanmutnu yırı», «İslam batırın ve Soltanmutnu yırı»nı sairə tarixi yırlar kimi təqdim etsələr xalq tərəfindən sevilə-sevilə oxunur yeni-yeni əlavələr, dəyişikliklər edilir. Əsarət altında olan xalqlarda işğalçılar əleyhinə yazılıb yaradılmış bədii əsərlərin ifası, yazıya alınması nəşri yasaq olsa da, insanlar həmişə belə əsərləri sevib, gizlində olsa da ifa edib, nəsildən-nəsilə ötürərək yaşadıb. Nəhəng Rus dövlətinə qarşı 20 ildən artıq döyüşmüş Şeyx Şamil haqqında qumuqların yaratdıqları yaşatdıqları «Şamil yırı»da belə folklor nümunələrindəndir. Qumuqlar arasında İmam Şamil onun mübarizəsi ilə bağlı çoxlu şeir, mahnı, rəvayətlər olsa da, onlar vaxtında toplanıb çap edilməyib. Qumuqlarda folklorun toplanmasına ilk başlayan M.E.Osmanov olmuşdusa, sonrakı illərdə bu sahədə D.M.Şixalıyev, A.Şamsüdinov, M.Alibekov, S.Hacıyeva, A.Hacammatov, A.Hacıyev, K.Abukov, A.K.Abdullatipov A.M. Sultanmuradov, A.H.Hacıyev başqaları böyük işlər görüblər. Siyasi sifarişlərin azalmasından yararlanan qumuq folklorçuları son illər bir çox maraqlı nümunələr çap etdiriblər. Mifoloji, maqiq mətnlərin, müstəmləkəçilərə qarşı döyüşmüş igidlərə həsr olunmuş yırların s. çap edilməsi dediklərimizə nümunədir. Bütün bunlar qumuq xalqının əski çağlardakı dünyagörüşünü ortaya qoymağa imkan verir».

Sonda araşdırmaçı vurğulayır ki, insanları doğruluğa, ədalətə, düzlüyə, mərdliyə, sədaqətə səsləyən atalar sözləri, «beynin idmanı» adlandırılan tapmacalar, müdrik fikirlər aşılayan nağıllar, mərasim nəğmələri əvəzsiz bədii nümunələr olub yazılı ədəbiyyatın inkişafına təkan verib. Qumuq yazılı ədəbiyyatı uzun illər klassiklərindən mərhum edilsə , zəngin şifahi xalq yaradıcılığına dayanaraq milliliyini qoruyub saxlaya bilib.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 1 mart.- S.14.