Azərbaycanın Asiya ölkələrilə
əlaqələri
Azərbaycanın xarici siyasətində Asiya qitəsinin böyük və kiçik dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr, bu regionda yaradılmış və müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq və regional qurumlarla münasibətlər xüsusi bir istiqamət təşkil edir. Qitə ölkələri ilə Azərbaycanın münasibətləri və əlaqələrinə bu bölmədə bir neçə istiqamət üzrə - Cənub-Şərqi və Cənubi Asiya dövlətləri, Yaxın və Orta Şərq ölkələri, Avrasiya ölkələri və subregional təşkilatlar və s. çərçivəsində ayrıca baxılır. Cənub-Şərqi Asiya və Sakit okean hövzəsi, Cənubi Asiya və Hind okeanı hövzəsi ölkələri, eyni zamanda, Yaxın-Orta Şərq, Xəzər-Qara dəniz hövzəsi və Mərkəzi Asiya dövlətlərinin dünya siyasətindəki rolu və mövqeyi, onlarla münasibətlərin əhəmiyyəti və əsas məqamları da bu fəsildə qısaca şərh olunur.
Professor Əli Həsənov yazır ki, Azərbaycanın Asiya ölkələri ilə əlaqələri 1991-ci ildə ölkəmiz miistəqillik əldə etdikdən və 1992-ci ildə BMT-yə üzv qəbul olunduqdan sonra başlanır və hazırda müvəffəqiyyətlə inkişaf edir. Asiya dövlətlərinin bəziləri (Çin, Yaponiya, Pakistan və s.) Azərbaycanla sıx partnyorluq münasibətləri yaratmış və onunla hərtərəfli əməkdaşılq edir, digərləri (Hindistan, Cənubi Koreya, İndoneziya, İraq, Suriya, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan) ölkəmizlə diplomatik münasibətlər qurmuş və tərəfdaşlıq istiqamətində hərtərəfli iş aparırlar.
Ərazi və əhalisinə görə dünyanin ən böyiik qitəsi Asiya hesab olunur. Asiyanın (Rusiya nəzərə alınmadan) 27 milyon kvadrat kilometr ərazisində 40-dan artıq dövlət yerləşir ki, onların da ikisi (Çin və Hindistan) dünyanın ən nəhəng dövlətləridir. Əslində, bu qitədə yerləşən digər ölkələr də əhalisinin sayına görə (məsələn, Pakistan, İndoneziya kimi ölkələrin hər birinin əhalisi ayrılıqda Rusiya əhalisindən çoxdur) dünyanın ən böyük ölkələrindən hesab olunurlar.
Ərazi xarakteristikasına görə, Asiya qitəsi hər tərəfdən dağ, düzənlik, dəniz kimi təbii sərhədlərlə əhatə olunmuş və bir neçə hissəyə - Cənubi, Mərkəzi, Şimal-Şərqi və Cənub-Şərqi Asiya inzibati-geosiyasi rayonlarına bölünmüşdür. Dünyanın ən geniş diizənlik səhraları (Qobi, Qara-Qum, Ərəb səhraları və s.), yüksək dağ zirvə-keçidləri (Tyan-Şan, Himalay və s.) məhz Asiyada yerləşir.
Təbii ehtiyatlarına görə, Asiya ən
zəngin (neft, qaz, daş kömür, mədən
yataqları və s.) qitələrdən hesab olunur. Fars
körfəzinin (İran, Səudiyyə Ərəbistanı)
düzənlik və yarımdüzənlik əraziləri həm
təbii yataqlarla zəngindir, həm də əkinçilik
üçün çox əlverişlidir. Dünyanın
suvarılan əkin sahələrinin 70%-dən çoxu
Asiyanın payına düşür. Asiya əhalisinin sayı
(Rusiya və postsovet respublikaları nəzərə
alınmadan) 3,1 milyard nəfərdir ki, bu da yer kürəsi əhalisinin
yarısına bərabərdir. Təkcə Çin, Hindistan və İndoneziyada 2,4 milyard (Çin - 1,2 milyard; Hindistan - 1 milyard,
İndoneziya 200 milyon) əhali yaşayır.
Asiya əhalisi
etnik tərkibinə görə on beş fərqli
dil qrupuna daxil olan mindən çox xalq və millətdən
ibarətdir. Ən çoxsaylı xalqlar
çinlilər, hindlilər, benqallar, yaponlar,
indoneziyalılar, ərəblər, farslar və
başqalarıdır.
Asiya qitəsində əhali müxtəlif mədəni-mənəvi
dəyərləri təmsil edən region və subregionlara
bölünüb. Məsələn, keçmişdə
İngiltərənin müstəmləkəsi olmuş ərazilərdə
əhali ingilis dilində danışır (Hindistan, Birma,
Pakistan və s.) Asiyanın bir hissəsi islam
dini və mədəniyyətinin təsiri altındadır
(İran, Əfqanıstan, Pakistan, Türkiyə, Səudiyyə
Ərəbistanı, İraq və s.). Bundan
başqa, Asiyada buddizm mədəniyyəti ölkələri
də azlıq təşkil etmir (Çin, Laos, Vyetnam,
Monqolustan və s.).
Hindistan, Şri-Lanka, Əfqanıstan, İraq, Türkiyə
kimi Asiya dövlətlərində milli, dini və mədəni
yönümü fərqli olan mürəkkəb etnik tərkib
mövcuddur. Elə xalqlar var ki, onlar bir neçə dövlətin
tərkibində yaşayır. Məsələn,
kürdlər İraqda, Türkiyədə, Suriyada, taciklər
Əfqanıstanda, Tacikistanda, İranda, özbəklər Əfqanıstan,
Özbəkistan və Pakistanda, azərbaycanlılar İranda,
Azərbaycanda, Gürcüstanda, Türkiyədə, Rusiyada,
İraqda və b. ölkələrdə yaşayırlar.
Əhali Asiyada yerləşməsinə görə də,
çox fərqli şəraitə malikdir. Bəzi yerlərdə
bir kvadrat kilometrə nəfər, bəzilərində isə
hətta 2000 nəfər (Tailand, Sinqapur və s.)
düşür. İqtisadi xarakteristikasına görə,
Asiyada Yaponiya, Tayvan, Çin, Cənubi Koreya, Hindistan, Sinqapur,
Malayziya və onlara məxsus iri transmilli şirkətlər
hegemonluq edirlər. Qloballaşma
dövrünün tələblərinə müvafiq olaraq,
Asiyada təbii əmək bölgüsü özünü kəskin
büruzə verir. Məsələn, neft idxal edən
ölkələr (İran, İraq, Səudiyyə Ərəbistanı
və s.), dağ-mədən və yüngül sənaye
ölkələri (Vyetnam, Laos, Monqolustan, Banqladeş,
Şri-Lanka, Pakistan və b.), kənd təsərrüfatı
ölkələri (Laos, Kamboca, Nepal, Butan, Yəmən),
inkişaf etmiş sənaye və texnoloji yüksəliş
ölkələri (Yaponiya, Cənubi Koreya, Çin, Malayziya,
Tayvan, Sinqapur və s.) xüsusi fərqlənirlər.
Cənub-Şərqi Asiya ölkələri daha çox
iqtisadi inteqrasiyaya (ASEAN tərkibində) meyil göstərir və
dünyanın qloballaşma mərkəzləri ilə ciddi rəqabət
aparır. Dünyada istehsal olunan ümumi daxili məhsulun 18%-i,
ixrac məhsullarının isə təxminən 40%-i bu
ölkələrin payına düşür.
Siyasi
inteqrasiya Asiya qitəsində əsasən Ərəb Dövlətləri
Liqası (ƏDL), İslam Konfransı Təşkilatı
(İKT) çərçivəsində həyata
keçirilir ki, bu təşkilatlar da daha çox konfliktlərin
həlli, ərazi mübahisələrinin müzakirəsi və
çoxtərəfli əlaqələrin inkişafı ilə
məşğul olurlar.
Asiyanın dünya siyasətinə ciddi təsir
imkanı olan və ABŞ-la bu sahədə rəqabətə
meyil göstərən əsas dövlətləri Çin və
Yaponiyadır.
Hindistan, İndoneziya və başqa Asiya dövlətləri
inkişaf etsələr də, bu mənada, hələ ki,
Çin və Yaponiya ilə ciddi rəqabət aparmaq
gücündə deyillər.
Cənub-Şərqi və Mərkəzi Asiyada
Çinin geosiyasi təzyiqləri və aparıcı rolu daim
nəzərə çarpır. Bu bölgələrin
ümumi iqtisadi bazarında bu ölkə Yaponiya və Cənubi
Koreya ilə, Cənubi Asiyada isə Hindistanla rəqabət
aparır. Ümumiyyətlə, Çin
bir çox göstəricilərinə görə (ixrac məhsulları,
valyuta ehtiyatları, fond birjalarındakı əməliyyatlarının
həcmi və s.) bu gün dünyada yalnız ABŞ və
Yaponiyadan geridə qalır.
Geosiyasi əhəmiyyətinə görə Asiya qitəsi
ölkələri müasir dünya siyasətinin əsas diqqət
mərkəzindədir. Qitənin əmək resursları, satış
bazarları, xammal ehtiyatları, nəqliyyat-kommunikasiya
imkanları, geostrateji baxımdan mühüm ərazi xarakteristikası
və nəhayət, texnoloji inkişafı həm Avropa Birliyi
ölkələrini, həm də Amerika Birləşmiş
Ştatlarını çox ciddi maraqlandırır.
Professor Ə.Həsənovun
fikrincə, XX əsrin son 20 ilində ABŞ və Avropa Birliyi
ilə yanaşı, dünyanın qloballaşması prosesində
öz dəst-xətti və cəlbediciliyi ilə seçilən
güc mərkəzlərindən biri də Şərqi və
Cənub-Şərqi Asiyanın inkişaf etmiş yeddi ölkəsinin
daxil olduğu iqtisadi blokdur. Regionun Yaponiya, Çin, Tayvan, Cənubi
Koreya, Sinqapur və Malayziya kimi ölkələri,
sözün həqiqi mənasında, dünyanın iqtisadi rəqabət
meydanından Avropanın böyük dövlətlərini
sıxışdıraraq, Asiyanı və Sakit okean hövzəsini
dünyanın ən güclü iqtisadi mərkəzlərindən
birinə çevirmişlər. Bu dövlətlər qısa
müddətdə dünya iqtisadiyyatında elə bir sürətli
inkişafa nail olmuşlar ki, ekspertlər yaxın illərdə
bu mərkəzin ABŞ və Avropa Birliyi kimi nəhəngləri
geridə qoyacağını proqnozlaşdırır. Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin
payı dünyanın ümumi daxili məhsul istehsalında
1950-ci ildəki 4%-dən 1995-ci ildə 25%-ə yüksəlmiş,
2005-ci ildə isə bu həcmin 40-50% yüksələcəyi
proqnozlaşdırılır.
Şərqi və Cənub-Şərqi Asiya dövlətlərinin
yaratdığı Asiya-Sakit okean iqtisadi və texnoloji məkanı,
hazırda nəinki dünyanın digər adi dövlətləri,
hətta ABŞ və Avropa Birliyi ölkələri
üçün də çox cəlbedici mahiyyət kəsb
edir. Qloballaşmanın ABŞ və Avropa Birliyi kimi
supermərkəzləri müəyyən sahələrdə
Şərqi və Cənub-Şərqi Asiyaya həm
inkişaf sürətinə, həm də texnoloji yeniliyə
görə uduzur.
Şərqi
və Cənub-Şərqi Asiya dövlətlərinin iqtisadi
inteqrasiya, investisiya, əməkdaşlıq və digər məsələlərini
tənzimləmək məqsədilə bu ölkələr
Sakit Okean İqtisadi Əməkdaşlıq Konfransı
(hökumətlərarası təşkilat), Sakit Okean
İqtisadi Əməkdaşlıq Şurası, Cənub-Şərqi
Asiya Dövlətlərinin Siyasi-İqtisadi Təşkilatı
və s. birliklər yaradıblar. XX əsrin
50-60-cı illərində müstəmləkəçilik
sisteminin dağılması prosesi bu bölgədə
yaşayan xalqlara öz müstəqil dövlətlərini
yaratmaq və milli iqtisadiyyatlarını inkişaf etdirməyə
imkan yaratdı. Dünya siyasətində
bitərəf mövqe tutan və ideoloji bloklaşmada
iştirakdan imtina edən bu dövlətlər 1967-ci ildə
öz aralarında Cənub-Şərqi Asiya dövlətləri
Assosiasiyası (ASEAN) adlanan hökumətlərarası birlik
yaratdılar. Birliyin 5 üzvü -
İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin öz aralarında
sərbəst ticarət münasibətləri rejimi yaradaraq
inteqrasiyaya doğru ilk addım atdılar. 1984-cü
ildə bu təşkilata Bruney, sosializm düşərgəsinin
dağılmasından sonra 1995-ci ildə Vyetnam, Laos və
Birma dövlətləri qoşulur.
ASEAN yarandığı gündən üzv dövlətlər
arasında sosial, iqtisadi, mədəni əlaqələrin
yaranması və inkişafı, azad ticarət və
böyük dövlətlərin iqtisadi müdaxilələrindən
birgə qorunmaq regionda sülhü, sabitliyi təmin etmək
kimi mühüm vezifələrin icrasına
başlamışdır. ASEAN-ın idarəetmə strukturu -
üç ildə bir dəfə rəsmi, ildə bir dəfə
qeyri-rəsmi şəkildə dövlət
başçılarının toplantısından (ali qərarverici
orqan), hər dəfə bir ölkədə keçirilən
xarici işlər nazirlərinin illik
yığıncağından və
yığıncaqlararası ildə bir neçə dəfə
sahə nazirləri və idarələrinin (iqtisadiyyat, maliyyə,
gömrük, enerji, nəqliyyat, kənd təsərrufatı
və ekologiya, turizm, əmək, miqrasiya, sosial təminat, təhsil
və informasiya) mütəmadi keçirilən
toplantısından ibarətdir. Hər bir
üzv dövlətdə ASEAN-ın milli katibliyi mövcuddur
ki, bu orqan qəbul olunmuş ümumi qərarların
icrasına nəzarət edir. Milli katibliklərin rəhbərləri,
ASEAN-ın baş katibi və hər üzv ölkənin
xarici işlər nazirləri - birlikdə təşkilatın
Daimi Komissiyasını təşkil edir ki, bu da ölkələrarası
cari inteqrasiya proseslərinin planlaşdırılması və
koordinasiyası ilə məşğul olur.
ASEAN-ın mərkəzi katibliyi İndoneziyanın
paytaxtı Cakarta şəhərində yerləşir və
dörd əsas sahə bürosundan ibarətdir. ASEAN
yaranışında siyasi-iqtisadi təşkilat kimi fəaliyyət
göstərsə də, hazırda daha çox regional
inteqrasiya funksiyalarını icra edir. 1990-cı
illərdən başlayaraq təşkilat üzv ölkələr
arasında ticarət-iqtisadi, maliyyə-vergi, tarif, istehsalat
kooperasiyası, sosial-əmək resursları, kapital, investisiya,
mal, texnologiya, təsərrüfat maraqlarının
unifikasiyası və sairə qarşılıqlı fəaliyyət
sahələrinin vahid standartlarının yaradılması və
icrası ilə məşğul olur. Xüsusən,
90-cı illərin sonunda Yaponiya və Amerika Birləşmiş
Ştatlarının ASEAN-ın region çərçivəsində
həyata keçirdiyi inteqrasiya prosesinə qoşulması bu
bölgənin dünyanın ən böyük bir dövlətlərarası
regional təsərrüfat-iqtisadi kompleksinə çevrilməsinə
təkan vermişdir.
ASEAN ölkələri hazırda dünyanın
inkişaf etmiş sənaye ölkələri
sırasından keçən əsrin ən nəhəng
ölkələrini, xüsusən, Avropa dövlətlərini
sıxışdırmaqdadır. Bu ölkələr
qısa zaman çərçivəsində daxili sabitlik
şəraitində öz əmək və istehsalat
resurslarını səfərbər etməyin, istehsalı
yeni texnologiya əsasında qurmağın və iqtisadi
inkişafın əsil nümunəsini göstərirlər.
XX əsrin sonu, XXI əsrin əvvəllərindən
başlayaraq, ASEAN öz sərhədlərini genişləndirərək
(eninə inteqrasiya) daha geniş bir regiona Asiya-Sakit okean iqtisadi
məkanına inteqrasiya olunmağa başlayır. 1989-cu ildə Avstraliyanın
təşəbbüsü ilə yaradılan Asiya-Sakit okean
İqtisadi Əməkdaşlıq Təşkilatı (ASİƏT)
həm ASEAN, həm də NAFTA ölkələrinin ümumi
marağını kəsb etdiyindən, hər iki blok daha geniş məkanda inteqrasiya olunmaq təşəbbüsünə
qoşulur.
Qısa
zamanda, ASİƏT-ə Birma və Laos istisna olmaqla,
bütün ASEAN ölkələri, NAFTA üzvləri,
Yaponiya, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Çin, Honkonq,
Tayvan, Çili, Yeni Qvineya, ada dövlətləri və Rusiya
(1997) qoşulur. ASİƏT-in tərkibinin belə
sürətlə genişlənməsi müəyyən təşkilati
və tənzimlənmə problemi yaratdığına görə,
1997-ci ildə bu quruma üzvlük üçün müəyyən
məhdudiyyətlər tətbiq edilir. 10 il
müddətinə ASİƏT-ə yeni üzvlərin daxil
olmasına moratorium qoyulur.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2013.- 2
mart.- S.14.