Qondarma erməni soyqırımına qarşı mübarizə

 

Osmanlının ABŞ-dakı səfiri Əhməd Rüstəm bəy: «Mənim Amerikanın hücumuna qarşı ölkəmi müdafiə etdiyim açıq-aşkardır»

 

Türkiyənin «Bütün dünya» dərgisinin yazarı Çingiz Özakıncı jurnalın son sayında erməni soyqırımı iddialarına qarşı etiraz edəndən sonra ABŞ-da arzu olunmaz şəxs elan edilən Osmanlı dövlətinin Vaşinqtonda səfiri olmuş Əhməd Rüstəm bəyin (AlfredBielinski) həyatından yazıb. Sizə həmin məqaləni təqdim edirik.

Əhməd Rüstəm bəy 1914-cü ildə Osmanlının ABŞ-dakı səfiri vəzifəsindən istefa verib. Daha sonra Türkiyə Cümhüriyyətinin ilk məclisində millət vəkili seçilib. 1934-ci ildə dünyasını dəyişən və Feriköy qəbristanlığında dəfn edilən Əhməd Rüstəm bəy «La guerre Mondial et la Question Armenienne (Cahan Hərbi və Türk-Erməni Məsələsikitabının müəllifidir. Çingiz Özakıncı Əhməd Rüstəm bəy haqqında bunları qeyd edir: «1914-cü ildə ABŞ-da erməni soyqırımı təbliğatına qarşı mübarizə aparan, ABŞ prezidenti Vilsona «Sən əvvəl öz qanlı əllərini təmizlə» — deyən nümunəvi bir türkdür.

Osmanlının Vaşinqtondakı səfiri Əhməd Rüstəm bəy 24 iyun 1914-cü ildə vəzifəsinə başlayan kimi nəzərdən keçirdiyi amerika qəzetləri müsəlman türklərin xristian erməniləri qılıncdan keçirdiyini yazırdı; türkləri təhqir olunur; Amerika prezidentindən Osmanlının dənizlərinə döyüş gəmilərini göndərməyi tələb edirdilər. 1915-ci ildə ermənilərin köçürülməsindən bir il sonra türkləri erməniləri soyqırımda günahlandıran bu nəşrlərin Birinci Dünya Müharibəsinə daxil olan İngiltərə və Fransanın Amerikanı da öz müttəfiqi kimi müharibədə görmək istədiyini anlayan səfir Əhməd Rüstəm bəy 8 Sentyabr 1914-ci ildə «Evening Star» («Axşam ulduzu») qəzetində dərc olunan müsahibədə İngiltərə və Fransanın Osmanlıların xristianlara qarşı soyqırım tətbiq etdiyi yalanını Amerika ictimaiyyətinə təqdim etdiklərini və bu yalanı bəhanə edib Türk limanlarına ABŞ-ın savaş müharibə gəmiləri göndərilməsini istədiklərini söyləyir. Ermənilərin xristian olduqlarına görə yox, üsyan etdiklərinə görə, Fransa, İngiltərə və Rusiyanın dəstəyi ilə üsyan edərək Osmanlı dövlətini zəiflətmək istəklərinə görə cəzalandırıldığını ifadə edir. O, «Belə bir silahlı qiyam qarşısında qalsaydılar Fransa, İngiltərə və Rusiya görəsən nə edərdilər? Günahsız insanları dünyanın gözləri qarşısında dəfələrlə soyqırıma uğratmış Rusiya görəsən nə edərdi? Bəs Fransa və İngiltərə? Ölkələrinin azadlığı uğrunda döyüşən Əlcəzairliləri mağaralara doldurub sonra onları tüstüdə boğan Fransa, üsyan zamanı tutduğu hindliləri top namlularının ağzına bağlayıb sonra o topları odlayan İngiltərə eyni təhriklərlə üz- üzə qalsaydı, görəsən nə edərdi?» — deyərək Amerikalıların Filipini işğal edərkən yerli xalqa tətbiq etdiyi «Water Cure» adlanan su işgəncələrini, Amerikada hər gün həyata keçirilən «zəncilərin qətliamı»nı xatırladır. «Fərz edək ki, Amerikadakı zəncilərin Amerika Birləşmiş Ştatlarının işğal edilməsini asanlaşdırmaq məqsədi ilə yaponlarla gizlicə razılığa gəldikləri ortaya çıxdı. Görəsən, o zəncilərin neçəsi sağ qalardı?» — sualını verirdi. Əhməd Rüstəm bəyin amerikan qəzetlərinin demək olar ki, hamısında dərc olunan bu müsahibəsindən hirslənən Amerika prezidenti Vilson 10 Sentyabr 1914-ci ildə xarici işlər nazirinə göndərdiyi məktubda Türk səfirinin həddini aşdığını deyir, sözlərini geri götürüb üzr istəmədiyi təqdirdə Amerikadan çıxarılmalı olduğunu bildirirdi. Xarici işlər naziri Bryn 11 Sentyabr 1914-cü il taraxində görüşdüyü Əhməd Rüstəm bəydən «Evening Star» qəzetində dərc olunan sözlərini geri götürməsini istəyir. Buna qarşılıq Əhməd Rüstəm bəy Amerika xarici işlər nazirinə göndərdiyi 12 sentyabr 1914 günlü cavab yazısında sözlərini geri götürməyəcəyini ifadə edərək belə deyirdi:

«Türkiyə illərdən bəri Amerika mətbuatının sistemli hücumlarına məruz qalıb. Bu hücumlar tez-tez ən ağır dillə Türkiyənin bütün duyğularını incidir. Türklərin dininə, milliyyətinə, ənənələrinə, adətlərinə, keçmişinə söyülür, bütün pisliklərin bataqlığı Türkiyə imiş kimi göstərilir. Keçmişdə Türkiyədə görülən və mənim kimi bütün digər Osmanlı aydınlarını da üzən bəzi radikallıqlar digər xalqların həyatında da analoji formada görülməyinə baxmayaraq təkcə Türkiyəyə qarşı bitməz, tükənməz şiddətli bir hücum bəhanəsi kimi istifadə edilməkdədir. Mətbuatın bu mövqeyi amerikan ictimaiyyətinin türklərə qarşı mövqeyini o qədər dəyişdirib ki, türk soyunun hər bir üzvü Amerikada ancaq «iyrənc» kimi görülür və xatırlanır. Mənim Amerikanın hücumuna qarşı ölkəmi müdafiə etdiyim açıqaşkardır. Diplomatik qaydaları aşmış ola bilərəm, lakin insanlığın mənfəəti hansısa şəxsi mənfəətə fəda edilə bilməz. Mən Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına və nəticədə bütün bir bəşəriyyətə qarşı insani vəzifəmi yerinə yetirmiş olduğumuna inanıram».

Bu cavabından sonra Amerika rəhbərliyi tərəfindən «istənməyən adam» (persona non grata) kimi damğalanan səfir Əhməd Rüstəm bəy 9 oktyabrda Səid Halim Paşaya göndərdiyi teleqrafda eyni gün italyan gəmisi ilə Nyu Yorkdan yola düşəcəyini, 18 oktyabrda Napolidə, 25 oktyabrda isə İstanbulda olacağını bildirir və əlavə edir: «25 oktyabr 1914-cü il tarixinə kimi məndən xəbər almasanız, aqibətinin (öldürülüb öldürülmədiyim) haqqında araşdırma aparın». Hələ 1915-ci ildə erməni köçürməsi baş verməmişdən əvvəl 1914-cü ildə amerikan mətbuatında Türklər qondarma erməni soyqırımını törətməkdə günahlandırılırdılar. Türklərin belə bir cinayət törətmədiklərini yüksək səslə hayqırdığı üçün ölüm təhdidləri altında Amerikadan ayrılan Əhməd Rüstəm bəyin ilk adı Alfred de Bielinski idi. Atası Severyn Bielinski Avropada 1848-ci il üsyanlarında iştirak edən və qiyam yatırılandan sonra qaçıb Osmanlıya sığınan polşalılardan idi. Anası Sandison İngiltərənin aristokrat ailələrindən idi. Atası Osmanlı təbəəsinə keçəndən sonra orduya girir, müharibələrdə iştirak edir, general rütbəsinə kimi yüksəlir, siyasi vəzifələr boynuna götürür və müsəlman olandan sonra Nihad Paşa adını alır. Əhməd Rüstəm bəy Polşalı Severyn (Nihad) Bilinskinin oğlu Alfred Bilinski kimi dünyaya gəlmiş və 1914-cü ildə müsəlman olduqdan sonra Əhməd Rüstəm adını almışdı. Qurtuluş savaşında Mustafa Kamalın yanında müharibədə iştirak edən və Birinci Məclisdə millət vəkili olan Əhməd Rüstəm bəy qondarma erməni soyqırımı məsələsində Türkləri müdafiə etməyi həyatı boyunca davam etdirmişdi.

1918-ci ildə Berndə fransız dilində nəşr etdirdiyi «La guerre Mondial et la Question Armenienne» («Dünya müharibəsi və türk-erməni məsələsi) adlı kitabının ön sözündə belə yazırdı: «Erməni məsələsində dünya ictimaiyyətinə qarşı Türkiyəni müdafiə etməyi qarşıya məqsəd qoyan bu kitabı yazanda hər şeydən əvvəl, doğulduğum, bir çox yaxşılığını və nemətlərini gördüyüm bu ölkəyə bağlılığımı davam etdirməyi düşündümBu ölkənin və Türk xalqının qürurunu qorumaq üçün iki dəfə dueldə belə döyüşmüşTürk-Yunan müharibəsində könüllü iştirak etmişəm. Bu kitabı yazarkən məni hərəkətə keçirən əsas qüvvənin sadəcə və sadəcə ölkəmə olan sevgim və hörmətim olduğunu söyləmək istəyirəm.»

Bu gün, «Canım, qərblilər elə deyirlərsə elədir; demək ki, erməni soyqırımını törətmişik, erməniləri öldürmüşük; qəbul edək, nə var bunda, üzr istəyək, bu mövzu bitsin,» — deyən bir sıra türk mənşəəli «manqurt»ların sayının sürətlə çoxaldığını gördükcə, Türkləri aşağılayanları duelə dəvət edəcək qədər qorxmaz bir Türksevər olan polyak əsilli Əhməd Rüstəm bəyin məzarından durub «Ah, namussuzlar! Sizcür türksünüz!» — deyə hayqırdığını düşünürəm…

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 13 mart.- S.14.