Tiflisdə Anarın yubileyinə həsr olunmuş gecə
Bu xəbəri
paylaş Ermənistanın iki vətəndaşı
Azərbaycan tərəfə keçib Öz dərmanlarımız
azdır Elxan Süleymanov bəyanat
yayıb TQDK neqativ hallar
aşkarlayıb Tiflisdə Gürcüstan
Yazıçılar İttifaqının (GYİ) təşəbbüsü
və təşkilatçılığı ilə Azərbaycanın
xalq yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri Anarın 75 illik yubileyinə həsr olunan gecə
keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına
görə, tədbiri GYİ-nın sədri Makvala
Qonaşvili açaraq, bu gün gürcü və Azərbaycan
xalqlarının bayramı olduğunu bildirib. «Azərbaycanın
müdrik, ağsaqqal yazıçısı bizim ölkədə
qonaqdır. Bundan gözəl gün ola bilməz. Bizim
böyük II İlya deyib ki, yazıçı və
şair insanlarla Allah arasında ən yaxşı vasitəçidir.
Bizim hörmətli Anar da eyni ilə belədir. İki gün
bundan əvvəl biz M.F. Axundzadənin həyatına həsr
olunmuş filmə baxdıq və bu film məndə elə
duyğu və hiss yaratdı ki, sanki burada Allahın
yaratdığı insanla səmavi insan arasında dialoq
yaranıb. Anar müəllimin ailəsi söz xəzinəsi
simvoludur. Onun atası da, anası da şair olub». Sonra
GYİ-nın sədri xalq yazıçısı Anara ad
günü münasibəti ilə saat və qələm hədiyyə
edib.
Tədbirdə
çıxış edən Tiflis şəhər merinin
müavini Sevdiya Uqrexelidze çıxış edərək,
Anar yaradıcılığına Gürcüstanda
böyük hörmət olduğunu bildirib. «Mənim
üçün çox xoşdur ki, Anar yazıçı və
həm də siyasətçi kimi öz xalqına və vətəninə
xidmət edir, eyni zamanda gürcü və Azərbaycan
yazıçılarını birləşdirir». Sonra mer
müavini hər iki ölkə arasında yaratdığı
ədəbi əlaqələrə görə, Anara Tiflis
şəhər meri Qiqi Uqulavanın imzaladığı fəxri
fərmanı və bir neçə hədiyyə və
Gürcüstan haqqında albom təqdim edib.
Yubiley
tədbirində Gürcüstan mədəniyyət və abidələrin
mühafizəsi nazirinin müavini Teona Dolencaşvili nazir Quram
Odişariyanın salamını və təbrikini
çatdırıb. Sonra o, Anarın «Beşmərtəbəli
binanın altıncı mərtəbəsi» adlı əsərini
oxuduğunu bildirib və mədəniyyət nazirliyinin hədiyyəsini
təqdim edib.
Yubiley
gecəsində GYİ-nın sədr müavini,
yazıçı Revaz Mşveladze tədbir iştirakçılarına
xoş xəbər çatdırıb. O, tədbir
başlananda Azərbaycan prezidenti İlham Əliyevin xalq
yazıçısı Anara zəng etdiyini və onun yubileyini
təbrik etdiyini və Azərbaycan mədəniyyətinin təbliğində
xüsusi xidmətlərinə görə «Şərəf»ordeni
ilə təltif edildiyini bildirib. Tədbirdə gürcü
yazıçısının bu məlumatı
alqışlarla qarşılanıb. R. Mşveladze hər iki
xalqın XI əsrə ləyaqətlə gəlib
çatdıqlarını və düşmənlərin
acığına tarixi birgə yazdıqlarını bildirib.
Sonra
bəstəkar Vaja Azaraşvili, GYİ-nın müavini Baratur
Arabuli, AYB-nin müavini Nazim İbrahimov, «Sübhün səfiri»
bədii filmin rejissoru Ramiz Həsənoğlu, rəssam və
şair-bəstəkar Nuqzar Eqberidze, AYB-nin Gürcüstan
bölməsinin rəhbəri Rafiq Hümmət, şair-tərcüməçi
Zezva Medulaşvili və başqaları Azərbaycan xalq
yazıçısı Anar barədə ürək sözlərini
və xatirələrini, eyni zamnda onun gürcü-Azərbaycan
ədəbi əlaqələrinin inkişaf etdirilməsində
xidmətləri barədə, həm də gürcü və
Azərbaycan ədəbiyyatı nümunələrinin tərcümə
edilməsi haqqında fikirlərini söyləyiblər.
Tədbirin
sonunda AYB-nin sədri Anar yubiley münasibəti ilə təşkil
edilən gecəyə görə, GYİ-nın sədri
Makvala Qonaşviliyə təşəkkürünü
bildirib: «Bu mənim üçün sürpriz tədbir idi».
GYİ-nın
sədri Makvala Qonaşvili APA-ya açıqlamasında Azərbaycan
xalqını çox sevdiyini və Anarın
yaradıcılığına xüsusi hörməti
olduğunu bildirib: «Bizim əsrdə insanlar müdrikliyi
unudublar. O, müdriklik simvoludur».
M.Qonaşvili
bu ilin sentyabr ayında gürcü dilində Anarın əsərlərindən
ibarət yeni kitab nəşr olunacağını deyib: «Biz
kitabın təqdimatına Anarı və gənc yazarları
da dəvət edəcəyik. Biz dostluğu bir-birimizə
aşılamalıyıq. Əgər bir şəhərdə
bir nəfər səni gözləyirsə, o şəhər
sənin doğma şəhərin sayılır».
Xalq Cəbhəsi.- 2013.- 16 mart.- S.14.