«Tanrıdağından Hira dağına»

 

«Tanrıdağından Hira dağına» kitabı Bəşir Ayvazoğlunun Türk milliyyətçiliyi haqqında yazmağı düşündüyü böyük əsərin miniatürü sayıla bilər… Amma bütün bu xüsusiyyətlərinə baxmayaraq kitab Türkçülüyün başlanğıcından günümüzə qədərki dönüş nöqtələrinə diqqət çəkir. «Milliyyətçilik və mühafizəkarlıq haqqında yazılar» altbaşlığı ilə nümayiş olunan kitab üç hissədən ibarətdir: 1) Türkçülüyün ön tarixi. 2) Tanrıdağından Hira dağına. 3) Türk mühafazakarlığının mədəni quruluşu. «Ön söz»ə bu cümləylə başlayır Bəşir Ayvazoğlu: «Əlinizdəki kitabda oxuyacaqlarınızı iliklərinə qədər yaşamış biri kimi yazdım». Yaxasına bozqurd nişanı taxaraq Kürşad kimi gəzdiyi günlərdən danışmağa başlayır sonra. İlk şeirlərini Nihal Atsızın «Ötüken» jurnalında çap etdirir. MHP-nin nəşr orqanı olan «Orta doğu» ilə «Hər gün» qəzetlərində çalışır.

Bunları bilməyiniz bu gün Bəşir Ayvazoğlunun özünü gördüyü yeri anlamığımıza müəyyən mənada köməkçi olsa da, o, başladığı nöqtədən çox fərqli bir yerdə olduğunu, özünə hələ də «milliyyətçi» desə də, bu torpaqların tarixindən və mədəniyyətindən bəslənən bir milliyyətçiliyə inandığını söyləyir.

 

Birləşdirən milliyyətçilik

 

Ön sözdəki bu cümlələr olduqca əhəmiyyətlidir: «İmperatorluq balansı bir coğrafiyada yaşadığımın fərqindəyəm; insanların başına almanlar tərəfindən bəla kimi gətirilən irqçiliyin

«üstün irq» sözündən və siyasi bir ideologiya halına gətirilən milliyyətçiliyin ayrılıqları yaradacağını, daha da dərinləşdirəcəyini, insanları fəlakətə sürükləyəcəyini anladığım andan bəri bu torpaqların tarixindən və mədəniyyətindən bəslənən bir milliyyətçiliyi müdafiə etməyə başladım. Düşmənə ehtiyac hiss etməyən, özündən uzaqlaşmayan, bütün xalqın rifahını və xoşbəxtliyini güdən, əhatəli və birləşdirici bir milliyyətçilik»…

Milliyyətçiliyin Türk tarixindəki yeri haqqında bir antologiya hazırlamağı düşünən, bununla bağlı uzun bir «Giriş» yazmağa başlayan Ayvazoğlu bu fikrindən qısa bir müddətdən sonra daşınmaq məcburiyyətində qalır. Kitabın ilk hissəsi, bu «Giriş»in yazıla bilən hissələrindən meydana gəlirmiş. Kitabın son hissəsində Nurettin Topçu Erol Güngör haqqında yazılar var.

İlk fəsildə Türk tarixinin, anlayışının, birliklərinin xronoloji struktur izləri haqqında danışır Bəşir Ayvazoğlu. «Türklük necə kəşf edildi, «Anamız Vətən» bu növ yazılardandır. «Türk tarix tezisinin qabaqcılları» bölümündə bir Türk milliyyətçisi kimi Əhməd Midhat Əfəndinin etdiyi bir çıxışından çıxarışları oxuyuruq. «Adəm peyğəmbərin dili» başlıqlı fəsil o çox məşhur müzakirə «Həzrəti Adəm türk dilində danışırdı» müzakirəsinin qaynağını ortaya qoyur. «Osmanlının ana rəhmi Bursa» yazısında da bir şəhərdə milliyyətçiliyin inkişafı haqqında məlumat alırıq.

«Tanrıdağından Hira dağına» adlı ikinci fəsil bizi daha yaxın dövrlərə apararaq milliyyətçiliyin macərasını ortaya qoyur. Buradan öyrənirik ki, əslində İstanbulda Türkçülük hərəkatı Akçuraoğlu Yusuf, Ağaoğlu Əhməd kimi Rusiya türkləri tərəfindən başladılmışdır. İslamın Türkçülüklə birləşmədə rol oynaması üçün xristianlıq kimi dəyişməli olduğu da müdafiə edilmişdir. Albaniya üsyanının İslamçılarda yaratdığı vəziyyətə bu fəsildə toxunulur.

 

Osmanlı dövrü «Qaranlıq dövrdür»?

 

Türk ocaqları Cümhuriyyətğ Xalq Partiyası tərəfindən bağlanandan «faşist təşkilatına bənzəyən» xalq evləri qurulur. Ayvazoğlu bu fəsli «Beləcə mədəniyyət tarix tamamilə Cümhuriyyət Xalq Firqəsinin nəzarətinə, əlinə keçmiş olurdu» — sözləri ilə bitirir.

Türklüyü ucaltmaq üçün tarixçilər, dilçilər, sənətkarlar inanılmaz yollara müraciət edərək bu gün təbəssümlə xatırladığımız tezislər ortaya qoyublar o dövrdə. Bozkurdun kağız pulların üstünə yerləşdirilməsi, Atatürkün bir bozkurt olduğu düşüncəsi, Anadoluda yaşamış bütün qövmlərin Türk, bütün mədəniyyətlərin Türk mədəniyyətləri olduğu iddiaları burada qarşımıza çıxır.

I Türk Tarix Konqresi haqqında da uzun bir fəsil var kitabda. Bütün bunlara baxmayaraq Osmanlı dövrü «Qaranlıq dövr» kimi adlandırılır, bütün işlər altı əsrlik Osmanlı tarixi heçə sayılaraq həyata keçirilirdi. Bəzi islamçılar dövrün şərtlərindən ötəri zorakı bir şəkildə İslamla uzlaştırılmış bir milliyyətçilik axtarışına girişmişdilər. Buna görə 1950-cü illərə kimi ciddi bir milli müxalifət haqqında danışmağın mümkün ola bilməyəcəyini deyir Bəşir Ayvazoğlu.

 

Serdenkeçdin əhəmiyyəti haradan gəlir?

 

Alman irqçiliyinin Türkiyədəki təsirini bu kitabdan təqib etməyimiz mümkündür. Şəxsi görüşlərlə davam etdirilən Alman-Türk əlaqələri bir dövr matbuatımıza, mədəniyyət dərnəklərimizə xüsusi ilə təsir etmişdir. Bu baxımdan, kəskin bir şəkildə Türk irqini müdafiə edən jurnalların önünü Osman Yüksel Serdenkeçdinin «Serdengeçti» jurnalının aldığını kitabdan oxuyuruq. İslamçılıq milliyyətçilik ilk dəfə (o dövr üçün) bir yerdə dilləndirilmişdi.

«Tanrıdağından Hira dağın»a bu gün bəzi qıpırdanmaların qol gücü ilə ortaya çıxsa da, mədəniyyət mühitində təsirini itirmiş milliyyətçiliyin uzun tarixini izah edərkən sözü Nihal Atsızın «Bozqurdların ölümü» romanına gətirir. Bu roman bir dövrdə gənclərin stolüstü kitabı imiş. «Bozkurtların ölümü» əvvəlki kimi indi geniş şəkildə oxunurmu gənclərə hələ eyni şəkildə təsir edirmideyə soruşur Ayvazoğlu. Bir çox gənc böyük bir ehtimalla belə bir romanın varlığından xəbərdar deyillər.

Sonuncu fəsildə «Ədəbiyyat adamı kimi Erol Güngör» başlıqlı bir yazı var. Bəşir Ayvazoğlu Erol Güngörün yazdıqlarından yola çıxaraq onun ədəbiyyat haqqındakı düşüncələrini ortaya qoyur. Marksist, solçu ədəbiyyatın ölkəmizdə təsirli olduğu illərdə həyatda olan Güngörün bu vəziyyət qarşısında çox əhəmiyyətli təsbitləri var. Sosializmin, Marksist nəzəriyyənin bu torpaqlarda hansı formada ədəbi nümunələr qələmə alacağını Erol Güngörün prizmasından oxuyuruq bu dəfə.

Bəşir Ayvazoğlu hər sətirindən istifadə edə biləcəyimiz bir kitab hədiyyə edib oxucularına. Milliyyətçiliyin keçmişini bu qədər mürəkkəbliyinə baxmayaraq, birbaşa vasvasılıq etmədən başqa bir formada necə təqdim etmək olardı başqa cür? Səksənci illərin əvvəlinə dair yalnız oxuduqları ilə, ya da xatirələrlə məlumat əldə edən bu günün gənclərinə milliyyətçiliklə bağlı tarixi faktları təqdim edir bu kitab.

Bəşir Ayvazoğlunu digər əsərlərini oxyunlar yəqin bilirlər ki, onun kitabların demək olar ki, hamısı ciddi bir arxiv araşdırmasından sonra ortaya çıxır. Bu əsər eynilə digərləri kimi Türk milliyyətçiliyinin xüsusilə jurnallar üzərindən necə irəlilədiyini göstərən böyük bir zəhmətlə ortaya çıxıb.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 1 may.- S.13.