Ailədaxili zorakılıqlar
Fəxri
Uğurlu: «Bu gün bizim cəmiyyətdə hisslər
kütləşib»
Dəyanət Rzayev: «Psixopat o
insandır ki, nə özü yaşayır, nə də
başqasını yaşamağa qoyur»
Kişilərin
təsəvvür etdiyi kimi, ailə münasibətlərinin
idealı çətin əldə edilir və müasir ailədə
«münaqişələrə» səbəb olur. Kişilərin
əksəriyyəti hesab edir ki, qadının işləməsindən
və ya işləməməsindən asılı olmayaraq, əsas
odur ki, evdə həmişə rahatlıq və səliqə
olsun; qadının peşəkar fəaliyyətində və
siyasətdəki təsiri müxtəlif ola bilər, amma ailədə
onun üstünlüyü saxlanılmalıdır.
Ailələrdə,
xüsusilə də Azərbaycan ailələrində əməyin
ənənəvi bölgüsü aparılır. Ər pul
qazanır, qadın isə təsərrüfatla məşğul
olur. Bir qayda olaraq kişilər ev işləri və uşaqların
tərbiyəsi ilə qadınlara nisbətən əhəmiyyətli
dərəcədə az məşğul olurlar. Bu da öz
növbəsində, ailədə gərginlik və
münaqişələr yaradır. Ailə münaqişələri
ən çox yayılmış formadır. Mütəxəssislərin
rəyinə görə ailələrin 80-85 faizində
münaqişələr, qalan 15-20 faizində isə müxtəlif
səbəblərdən hərc-mərclik baş verir. Hər
şeydən əvvəl ailə münaqişələri
xüsusi obyektlərlə seçilir, bunların xüsusiyyəti
ailə münasibətlərinin unikallığı ilə
şərtlənir. Bu münasibətlərin mühüm cəhəti
ondan ibarətdir ki, onların əsas mahiyyətini həm
şəxsiyyətlərarası, həm də ailənin
funksiyasının realizə edilməsi ilə bağlı
olan hüquqi və mənəvi öhdəliklər təşkil
edir. Ailə münaqişələri öz səbəblərinə
görə fərqlənir. Onlardan əhəmiyyətlisi: o
ailə üzvlərinin fəallığının,
özünüifadə etməsi azadlığının məhdudlaşdırılması,
ailənin bir və ya bir neçə üzvünün
davranışının qəbul edilmiş normalardan kənara
çıxması (alkoqolizm, narkomaniya və b.), çətin
həll edilən maddi problemlərin mövcudluğu, ər-arvad
münasibətlərinə qohumların avtoritar
qarışması və s. Ailə münaqişələrinin
xüsusiyyətləri onların dinamikasında, habelə necə
keçməsi formasında ifadə olunur. Bütünlükdə
ailə münaqişələrinin dinamikası klassik mərhələlərlə
xarakterizə edilir; münaqişə situasiyasının
yaranması, onun dərk edilməsi, açıq
qarşıdurma; münaqişənin həll edilməsi,
münaqişənin emosional təəssüratı. Ailə
münaqişəsinin xüsusiyyətlərindən biri də
ağır sosial nəticə ilə sonuclanma
ehtimalının olmasıdır. Bəzən belə
münaqişələr faciə ilə yekunlaşır və
ailə üzvlərinin müxtəlif xəstəliklərə
düçar olmasına səbəb olur. Belə
münaqişələrin uşaqlar üçün
xüsusi ağır nəticələri olur.
Tədqiqatçı
alimlər belə ailə münaqişələrini təhlil
edərkən onların aşağıdakı növlərini
və səbəblərini qeyd edirlər: ailə, valideynlər
və uşaqlar, qohumlar arasında (münaqişənin
subyekti); dəyərlər münaqişəsi, təsərrüfat-iqtisadi,
mövqe ilə bağlı, seksual, emosional münaqişələr.
Ailə
münaqişələri, xüsusilə ər-arvad
münaqişəsi təhlil edilərkən, ailənin
inkişafında böhranlı dövrlərin nəzərə
alınması vacibdir. İlk dövr ailə həyatının
birinci ilində müşahidə edilir (nigahların ümumi
sayının 30 faizini boşanma ehtimalı
daşıyır), ikinci dövr uşaqların anadan
olması ilə bağlıdır. Belə ki,
uşağın anadan olması bir çox ailələr
üçün ciddi sınaqdır. Ər-arvadın
onların valideynlərinin görüşlərinin müxtəlif
məsələlərdə, o cümlədən
uşağın tərbiyəsində qarşıdurması
mümkündür, üçüncü dövr həyat
yoldaşları arasında münaqişə orta yaş
dövrünə təsadüf edir, bu dövr hisslərin məhdudluğu
ilə xarakterizə edilir; dördüncü dövr ər-arvadın
birgə yaşayışının 18-24-ci illərindən
sonra yaranır.
Praktiki
olaraq bütün ailə münaqişələri gender
münaqişələridir, belə ki, ilk növbədə
ailə — kişi ilə qadın arasında (ərlə arvad
arasında) şəxsi münasibətlər deməkdir.
Şəxslərarası münasibətlər səviyyəsində
gender münaqişələri həm ailə, həm də
professional sferalarda daha geniş yayılıb. Son onilliklər
dünyada əhalinin urbanizasiya templərinin, şəhərlərin
artması yalnız yaşayış yerləri və qidalanma
problemlərindən ibarət deyildir. Əsas xüsusiyyət ondan
ibarətdir ki, əhali artımı və sosiumun eybəcər
şəklə düşməsi insanların
tolerantlığını azaldır, depressiv reaksiyaları,
nevrozları, aqressiv davranışları çoxaldır. Elə bir
ölkə, insan qrupları yoxdur ki, onlara zorakılıq
toxunmasın. Zorakılığın
nümayişi, onun haqqında məlumat kütləvi informasiya
vasitələrində aşıb daşır.
Zorakılıq hər yerdədir, o iş yerlərində, küçələrdə,
məktəblərdə, müəssisələrdə
mövcuddur. Bu universal zorakılıq cəmiyyətin
strukturunu bölür, insan sağlamlığına və
bütün insanların xoşbəxt olması
üçün təhlükə yaradır. Ümumdünya
Səhiyyə Təşkilatının məlumatlarına əsasən
dünyada hər il 1,6 milyon adam
zorakılıq nəticəsində həlak olur. Belə ki, hər ölənin payına daha çox
yaralanan, zorakılıq nəticəsində fiziki, seksual, reproduktiv
və psixi xəstəliklər alanlar düşür.
Bütün dünyada 15 yaşından 44 yaşına qədər
ölümlərin vacib səbəbləri sırasında
zorakılıq da var; mütəxəssislərin
hesablamasına görə, kişilərin 14 faizi,
qadınlarınsa 7 faizi bu səbəbdən
dünyasını dəyişir.
Zorakılıqdan danışmaq mənəviyyatın,
ideologiyanın və davranış mədəniyyətinin
mürəkkəb mövzularına toxunmaq deməkdir. Təcrübə
göstərir ki, zorakı davranışı və onun nəticələrini
qabaqlamaq mümkündür. Buna görə
də zorakılığın mahiyyətini dəqiq müəyyənləşdirmək
lazımdır. Zorakılıq — qəsdən
özünə, qeyri şəxsə, qrupa, birliklərə
qarşı yönəldilmiş fikrin, qüvvələrin,
hökmranlığın həqiqətən və ya qorxutmaq
məqsədi ilə tətbiq edilməsi nəticəsində
əmələ gələn bədən xəsarəti ilə,
ölümlə, psixi travmalarla, inkişafdan qalma və s. ilə
müəyyənləşdirilir.
Məhz qadınlar əhalinin ən incidilmiş hissəsi
hesab edilir.
Onlara münasibətdə həyata keçirilən
zorakılıq tarixən davam edən kişi
və qadın arasında olan qeyri-bərabər münasibətlərdən
irəli gəlir. Bütün dünyada aparılan tədqiqatların
nəticələri görə, onların 10-69 faizə qədəri
ömrünün bu və ya başqa vaxtında kişi tərəfmüqabili tərəfindən
fiziki zorakılığa məruz qalıblar. Dünyanın
bir çox ölkələrində olduğu kimi, Azərbaycanda
da kişilərin qadınlar üzərində hakimliyinin
sosial modeli üstünlük təşkil edir və
müvafiq olaraq burada qadınlar zorakılığa məruz
qalır. Müxtəlif vaxtlarda ictimai təşkilatlar
tərəfindən aparılan sosioloji tədqiqatlar bunu təsdiqləyir.
BMT-nin «Gender inkişafda» layihəsi çərçivəsində
19-60 yaşında qadınlar arasında sorğu
aparılıb. Respondent qadınlardan 37
faizi zorakılığın olması faktını qeyd
etmişlər. Onlardan 58 faizi ailədə,
32 faizi öz ailələrində (ata evində), 10 faizi ictimai
həyatda (işdə, küçədə) baş verib.
2001-ci ildə
Azərbaycan Sosioloji Assosiasiyası tərəfindən 2013
qadın arasında aparılan sosioloji sorğu onların
yalnız 37 faizinin heç vaxt seksual zorakılığa məruz
qalmadığını üzə çıxardı. Bütünlükdə ailədə zorakılıq
deyərkən adətən ər (arvad) və ya partnyor tərəfindən
baş verən fiziki təsir nəzərdə tutulur, eyni
zamanda bu, böyüklər tərəfindən uşaqlara edilən
fiziki təsirlərə də aid edilə bilər.
Feministlər təsdiq edirlər ki, ailədə
zorakılığın, qadınlara münasibətdə ev zorakılığının kökləri həyatın
patriarxal quruluşunda idi, bu quruluşda kişilərə
qadınlar üzərində hakimiyyət verilmişdi.
Hüquq mühafizə orqanlarının qeyri-effektiv fəaliyyəti,
zorakılığın qurbanlarını qorumalı olan
sosial institutların olmaması, zorakılıq
faktlarının kütləvi müzakirəsinin qadınlar tərəfindən
təkidlə rədd edilməsi qadınların hüquq
mühafizə orqanlarına müraciət etməkdən
çəkindirir.
Bunlar ev zorakılığı zamanı ailədaxili
zorakılığı adi hadisə kimi qəbul edən
qadınların özlərinin qorxu və
imkansızlığı ilə daha da dərinləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
109-cu maddəsinə görə zorlamaya, o cümlədən
arvadın əri tərəfindən zorlanmasına görə
cəza verilməsi nəzərdə tutulmayıb, bu fakta
görə statistic məlumatlar da çox vaxt
açıqlanmır. Respublikada ev, məişət
zorakılığı barədə qanuverici akt qəbul edilməyib,
məhkəmə orqanlarında zorakılıq xüsusi hal
kimi məhkəmə icraatına qəbul edilmir. Nəticədə, ailədə qadına
qarşı olan zorakılıq çox vaxt nə cəmiyyət,
nə də ailə tərəfindən nəzərə
alınmır.
1993-cü ilin dekabrında BMT-nin Baş Assambleyası
qadınlara münasibətdə zorakılığın ləğvi
barədə deklarasiyanı qəbul etdi. Bu deklarasiya
qadınlara münasibətdə bilavasitə və
bütünlüklə zorakılıq məsələlərinə
həsr edilmiş insan hüquqları sahəsində ilk beynəlxalq
sənəd olmuşdur. Bu sənəddə
təsdiq edilir ki, qadınlara münasibətdə baş verən
zorakılıq qadınların hüquq və əsas
azadlıqlarının həll edilməsindən, eyni zamanda bu
hüquqlardan və azadlıqlardan istifadə zamanı
qarşıya çıxan maneələrdən ibarətdir.
Qeyd edək ki, Azərbaycan da bu deklarasiyaya
qoşulub.
Psixoloq Dəyanət Rzayev zorakılıqdan qaynaqlanan qətllərlə
bağlı bildirir ki, əslində azərbaycanlılar
qohumcanlıdırlar, yaxın qohumlar arasında belə faciələrin
baş verməsi də ona görə təəccüblü
və dəhşətli görünür. Psixoloqun fikrincə,
qohumcanlılıqla yanaşı həm də ailələr
özünə müdaxiləyə imkan vermir: «Məsələn,
ailədə ana-bala arasında münaqişə var. Heç
biri ağlına da gətirmir ki, problemi həll etmək
üçün kənar adamlardan istifadə eləsinlər. Ana öz balasını polisə vermir və ya
oğul anasından şikayət eləməyi özünə
sığışdırmır. Ancaq
münaqişə qalır və getdikcə dərinləşir.
Nəticəsi də qanlı bir olayla bitir».
Dəyanət
Rzayevə görə, bu gün ailədaxili
zorakılıqların çoxalmasına səbəb cəmiyyətdə
müşahidə olunan psixopatiyadır: «Psixopat o insandır
ki, nə özü yaşayır, nə də
başqasını yaşamağa qoyur. Cəmiyyətdə
bu cür adamlar çoxalıb, amma onlar nəzarət
altında deyil. Adicə bir misal deyim: bəzən
avtobusda heç nəyin üstündə sürücü sərnişini
təhqir edir. O sürücü psixopatdır».
Yazıçı
Fəxri Uğurlu isə deyir ki, əslində öz əzizini
öldürmək elə özünü öldürməkdir:
«Adam öz arzularını həyata keçirə, həyatla
mübarizə apara bilmir, öz emosiyasını
boşaltmağa yer tapmır, nəticədə gücü
özünə, özününkünə yönəlir. Məsələn, qardaş qardaşı tamah məqsədilə
öldürür. Qətlin motivi
tamahdır, amma əslində qatil qardaşın özünə
ev almaq imkanı olsaydı, bunu bacarsaydı, bir daxmanın
üstündə qardaşını öldürməzdi».
Yazıçı indi Azərbaycan cəmiyyətində daha
çox emosiya bolluğu duyur, nəinki hisslərin olduğunu
görür: «Əslində emosiya instinkdir. İnsanı
heyvandan fərqləndirən onun hissləridir. Bu gün bizim cəmiyyətdə hisslər kütləşib.
Ona görə də hər gün ailə faciələri
barədə eşidirik».
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 4 may.-
S.11.