Köklü keçmişdən, güclü gələcəyə
Söhrab Abdullayev: «Beynəlxalq
Türk Festivalı türk dünyasının
birliyi üçün
önəm daşıyır»
«İnsanlarımız
nə qədər bir-birinə yaxın olsalar, türk dünyasının bir araya gəlməsi bir o qədər də sürətlənə
bilər»
Hər il Türkiyənin
maliyyə dəstəyilə
Beynəlxalq Türk Festivalı keçirilir. Qeyd edək ki, bu
tədbirlərdən 3-ü Türkiyənin Ərzurum
şəhərində baş
tutub. Bu il mayın 3-5-də keçirilən 4-cü Beynəlxalq
Türk Festivalı isə Qazaxıstanda keçirilib. Maliyyə xərclərini ənənəvi
olaraq Türkiyə dövləti ödəyib.
Tədbirin təşkilatçısı tanınmış alim, araşdırmaçı-yazar Əli
Kafkasiyalıdır. Əli
Kafkasiyalı Əhməd
Yəsəvi adına Universitetdə
dekan vəzifəsində
çalışır. Ərzurumda keçirilən
tədbirlərdə də
təşkilatçı yenə
də Əhməd Kafkassiyalı olub. Qazaxıstanda baş tutan
4-cü Beynəlxalq Türk
Festivalına Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının
(BAXCP) baş katibi Söhrab Abdullayev də qatılıb.
O, bizimlə söhbətində
tədbirin türk dünyası üçün
əhəmiyyətindən danışdı.
- Tədbirə Azərbaycandan
sizdən başqa daha kimlər qatılmışdı?
- Hər il
türk dövlətlərinin
birində, əsasən
də Türkiyədə
Beynəlxalq Türk Festivalı keçirilir. Bu ilki 4-cü festival da Qazaxıstanda baş tutdu. Tədbir Xoca Əhməd Yəsəvi adına Universitetdə
keçirildi. Azərbaycandan
tədbirə qatılmaq
üçün 5 nəfərə
— professor Məhərrəm
Qasımlı, şair
Məmməd Aslan,
Elbrus Hüseynov, Maksim
Musayevə və mənə dəvət gəlmişdi. Bundan başqa orada
Azərbaycandan iki aşığın iştirakı
nəzərdə tutulurdu.
Müəyyən səbəblərdən Məmməd Aslan və Məhərrəm Qasımlı tədbirə
qatıla bilmədi.
Bu səbəbdən də oradakı protokol danışıqlarını
mən aparmalı oldum.
- Digər türk respublikları və türk bölgələrinin
hamısı təmsil
olunurdu?
- İlk olaraq Türküstan şəhərinə
getdik. Orada Əhməd Yəsəvi
Adına Universitetdə
baş tutuan yüksək səviyyəli
tədbirə qatıldıq.
Tədbirə Türkiyədən qonaqlar gəlmişdi.
Onlar arasında yüksək səviyyəli məmurlar
da var idi.
Bundan başqa dünyanın hər yerindən — Yakutiya, Çin, Altay, Güney Azərbaycan, eləcə də digər türk dövlətləri və
türk bölgələrinin
nümayəndələri Qazaxıstana
gəlmişdilər. Demək olar ki, tədbirdə
dünyanın bütün
türk bölgələrindən
təmsilçilər tədbirdə
iştirak edirdi.
İlk olaraq rəsmi salamlama törəni oldu ki, bu
da, yüksək səviyyədə hazırlanmışdı.
Ön cərgədə 7 türk
dövlətinin nümayəndələri,
arxa cərgələrdə
isə ayrı-ayrı
dövlətlərdən olan
türk boylarının
təmsilçiləri əyləşmişdilər.
Salamlamadan sonra ayrı-ayrı
ölkələrin folklor
nümunələrini, müxtəlif
ölkələrdən gələn
sənətçilər nümayiş
etdirdilər.
- Bundan başqa yadda qalan maraqlı
nə oldu?
- Birinci gün belə yekunlaşdı. Tədbirin ikinci günü bizi Türküstanın görməli
yerlərinə apardılar,
tarixi aibədələrlə
tanış olduq. Hər kəsin istəyi
onlan ibarət idi ki, ilk olaraq
Əhməd Yəsəvinin
türbəsi ziyarət
edilsin. Türbə çox möhtəşəmdir,
həm də məscid kimi istifadə olunur. Burada qəribə bir hadisə ilə rastlaşdıq. Əhməd Yəsəvinin
bir vəsiyyəti
var. O, dünyasını dəyişməzdən
qabaq deyib ki, onun məzarını
ziyarət etmək istəyənlər öncə,
ustadı Arslan Babanı ziyarət etməlidirlər. Biz, məcbur olub, 60 kilometr aralıda yerləlşən Arslan Babanın məzarını
ziyarət etdik. Ondan sonra Əhməd Yəsəvinin məzarı
ziyarət olundu.
Daha sonra isə şəhərin görməli
yerlərinə getdik.
Qeyd edim ki, qədim
şəhər olan Türküstanın 200 min nəfərə
yaxın əhalisi
var.
Bundan sonra isə musiqi şöləninə yer verildi. Azərbaycandan gedən sənətçilər
də öz musiqilərini səsləndirdilər.
Tədbirin 3-cü günün isə rəsmi ziyafət verildi. Ziyafət çərçivəsində
ayrı-ayrı türk
boylarının geyimləri
də nümayiş etdirildi.
- Dediniz ki, tədbirə
qatılmaq üçün
dünyanın hər
yerindən bütün
türk boylarının
nümayəndələri gəlmişdilər.
Maraqlıdır, bir-birinizlə necə
ünsiyyət saxlayırdınız?
- Düzdür, əvvəllər,
sanki, heç kim bir-birini
başa düşmürdü.
Amma 4-5 saatdan sonra hamı
bir-birini normal olaraq anlayırdı. Çünki dil eyni, kök
də eyni kökdür. Bu da bir daha
isbat olundu.
- Tədbirin Qazaxıstanda
keçirilməsinin xüsusi
önəmi var idimi, yoxsa sadəcə
qərar belə idi?
-
Bilirsiniz ki, Qazaxıstan çox önəmli
türkçülük mərkəzidir. Onu da
qeyd edim ki, Türküstan şəhərinin əvvəlki
adı Yəsi olub ki, bu da Yəsəvini adı ilə
bağlıdır. Daha sonra isə bu
adı dəyişib Türküstan qoyublar. Ümumiyyətlə səfər çox zəngin təəssüratlarla
yadda qaldı.
- Orada nə
qədər azərbaycanlı tələbə var? Səfəriniz zamanı onlarla
görüşdünüzmü?
- Orada Qazax Türk Universiteti fəaliyyət göstərir
və bu universitetin diplomları bütün dünyada
tanınır.
Həmin universitetdə 43 azərbaycanlı tələbə
təhsil alır. Tələbələrlə
keçirdiyimiz görüş zamanı onların bizə bəzi
şikayətləri oldu.
- Hə
ilə bağlı?
- İlk növbədə Azərbaycanın
Qazaxıstandakı səfirliyilə bağlı. Bizim tələbələr
türkiyəli tələbələrlə birgə
universitetin həyətində Xocalı
soyqırımının qurbanlarına xatirə abidəsi
qoyublar. Xatirə abidəsinin
açılışı üçün oradakı Azərbaycan
səfirliyinə 4-5 dəfə yazılı müraciət
ediblər ki, nümayəndə göndərsinlər.
Amma səfirlikdən abidənin açılışana
heç kim qatılmayıb. 300 nəfərlik bir tədbir baş tutub ki, səfirlik
heç ona münasibət belə bildirməyib.
Amma tələblərin universitetlə və
qaldıqları yerlə bağlı bir problemləri yoxdur. Hormal təhsil
alırlar və 3-4 dil bilirlər.
- Hövbəti
tədbirin Azərbaycanda keçirilməsi nəzərdə
tutulubmu?
- Əvvəlcə onu nəzərinizə
çatdırım ki, tədbir türk dünyasının
inteqrasiyası baxımından, eləcə də dilimizin
bir-birinə nə qədər yaxın olduğunu, tariximizin,
mədəniyyətimizin eyni olduğunu anlamaq,
insanlarımız arasında əlaqələrin qurulması
üçün mühüm əhəmiyyət
daşıyır. Mustafa Kamal Atatürk bildirirdi ki, «zaman gələcək
Sovetlər İttifaqı dağılacaq. Ona
görə də bizi bir-birimizə bağlayan dilimizi
mühafizə etmək lazımdır». Bu
gün bunun gerçəkliyi artıq görünür.
Biz bu məsələyə çox önəm
veririk. Arzu edirəm ki, bundan sonrakı tədbirlərdən
biri də Azərbaycanda keçirilsin. Amma
hələ ki, bunu Azərbaycanda təşkil edəcək
şəxs ortaya çıxmayıb.
Belə tədbirlər daha da
yaxınlaşmağımız üçün önəmli
rola malikdir. Tədbirin
devizi də «köklü keçmişdən, güclü gələcəyə»
adlanır və bu də Əhməd Yəsəvi adına Universitet tərəfindən
düşünülüb. İnsanlarımız
nə qədər bir-birinə yaxın olsalar, türk
dünyasının iqtisadi, siyasi, mədəni cəhətdən
bir araya gəlməsi bir o qədər də sürətlənə
bilər.
Əli
Xalq Cəbhəsi.-
2013.- 14 may.- S.5.