Ekoloji problemlər və III sektor
Problemlərin həlli məsələsində
QHT-Dövlət əməkdaşlığını
qənaətbəxş hesab
etmək olar
Hazırda respublika üçün aktual olan ekoloji
problemlərin müvafiq
dövlət proqramları
çərçivəsində həll edilməsi istiqamətində ardıcıl
tədbirlər görülür.
Hər kəsə
məlumdur ki, son illərdə dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən
amillərin sayı artıb, insan fəaliyyəti nəticəsində
ekosistemlər deqradasiyaya
uğrayıb. Bu səbəbdən
də ekologiyanın qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb
edir. Son illərdə
Azərbyacanda ekoloji problemlər önə çəkilərək bu
sahədə xeyli iş görülüb. Belə ki, «Ətraf mühitin mühafizəsi
üzrə Milli Fəaliyyət Planı»,
«Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi
inkişafa dair» Milli Proqram və
digər dövlət
proqramları qəbul
edilərək həyata
keçirilib. 2010-cu il dövlət başçısı tərəfindən
«ekologiya ili» elan edilib və
bu istiqamətdə bir sıra layihələr
və tədbirlər
icra olunub. Qeyd edək ki, bu
gün də ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində müvafiq
dövlət proqramları
çərçivəsində ardıcıl tədbirlər
görülür.
Təbii ki, dövlət qurumları ilə yanaşı 3-cü sektorun
da fəaliyyəti bu sahədə zəruridir. Qeyri-hökumət
təşkilatları (QHT) sektorunun
bu sahədə gördüyü işlər,
həllini gündəmə
gətirmək üçün
qabartdığı problemlər
çatışmazlıqları aradan qaldırmaq üçün az
rol oynamır.
QHT üzrə ekspert
Elməddin Hacılının
fikrincə, ekoloji problemlərin həlli məsələsində QHT-Dövlət
əməkdaşlığını qənaətbəxş hesab
etmək olar. Dövlətin
ekologiya sahəsində
siyasətini həyata
keçirən Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
ekoloji problemlərin həllində cəmiyyətin
daha geniş iştirakını təmin
etmək, eləcə
də nazirliyin öz vəzifə və funksiyaları çərçivəsində həyata keçirdiyi tədbirlər barədə
əhalinin məlumatlılığının
daha da artırılması
məqsədilə müntəzəm
olaraq nazirliyin əməkdaşlarının, mütəxəssislərinin QHT-lərlə görüşləri,
birgə tədbirləri
təşkil olunur, fikir mübadiləsi aparılır. Müxtəlif ekoloji problemlərin
həlli, bu sahədə qabaqcıl təcrübənin tətbiqi,
yeni təkliflərin verilməsi ilə əlaqədar keçirilən
müzakirələrdə, ölkəmizdə ətraf
mühit sahəsində
fəaliyyət göstərən
QHT-lərin rəyləri
də öyrənilir
və təqdirəlayiq
bilindiyi halda istifadə edilir. Müntəzəm olaraq KİV və
QHT nümayəndələri üçün seminarlar təşkil olunmaqla yanaşı, nazirlik çərçivəsində keçirilən bütün
tədbirlərdə ictimaiyətin
nümayəndələri iştirak
edir və hər hansı bir ekoloji və
ətraf mühitlə
bağlı məsələ
ilə əlaqədar
yaradılan komissiyalarda
onlar təmsil olunurlar. Nazirliklə
daimi işgüzar əlaqə saxlayan 30-dan artıq QHT, o cümlədən
«Ekosfera» Sosial Ekoloji Mərkəzi, Heyvanların mühafizəsi
cəmiyyəti, «Ornitologiya»
cəmiyyəti, Beynəlxalq
Ekoenergetika Akademiyası,
«Ekores», Sosial Araşdırmalar Mərkəzi,
«Ekoyl», «Yaşıllar»
Cəmiyyəti, Milli Ekoloji Proqnozlaşdırma
Mərkəzi, Ekoloji Problemlərin araşdırılması
Mərkəzi, «Ekoleks»
Hüquq Mərkəzi,
İnsan və Ətraf Mühit, «Ekoqraf», Azərbaycan Respublikası Ekoloji İnnovasiya Mərkəzi,
«Rüzgar» Ekoloji İctimai Birliyi, Davamlı İnkişaf Cəmiyyəti, «Ekosos», Energetika və ekologiya, Sosial Ekoloji Treninq Mərkəzi və bir sıra digər
ekoloji QHT-lər, nazirliyin bütün tədbirlərinə cəlb
edilir, onların təklif və sorğuları əsasında
görüşlər təşkil
olunur. Eyni zamanda, Azərbaycan
Respublikasının ratifikasiya
etdiyi beynəlxalq ekoloji konvensiyalardan irəli gələn öhdəliklərin yerinə
yetirilməsi üçün
işçi qrupları
yaradılıb və
bu qrupların tərkibinə də müvafiq QHT-nin nümayəndələri daxil
edilib.
Fəlsəfə elmləri namizədi
Səmayə Aslanlının
bildirdiyinə görə,
QHT-lər ictimai maraqların müdafiəsi
sahəsində az iş görmür. Onun dediyinə görə,
QHT-lərin uşaq hüquqlarının müdafiəsi
sahəsində, eləcə
də ekologiya və ətraf mühitin çirkləndirilməsinə
qarşı keçirdiyi
tədbirlərin sayı
daha çoxdur: «İctimai maraqların müdafiəsi hər bir ictimai qurumun,
təşkilatın üzərinə
düşən işdir.
Bu maraqlar təmin
olunmasa, çox pis hallar baş
verə bilər.
Bilirik ki, bu gün
nəinki Azərbaycanda,
hətta bütün dünyada ekoloji tarazlığın pozulması
problemi mövcuddur.
Ətraf
mühitin çirkləndirilməsi
də bir bəla kimi insanlığı narahat edir. Ekoloji problemlərlə bağlı QHT-lərin keçirdiyi saysız-hesabsız
tədbirlər var. İctimaiyyəti
narahat edən, ictimaiyyətin maraqlarına
zidd olan bütün problemlər
QHT-lərin diqqətindədir.
Onsuz da bilirik ki,
bütün dünyanın
mübarizə apardığı
bu kimi halların
birdəfəlik həlli
çətindir. Amma onların
törətdiyi fəsadlar,
gətirdikləri bəlalar
haqda əhaliyə məlumat vermək, onları təhlükədən
qorumaq üçün
maarifləndirmək vacib
məsələdir. Ətraf mühitin
çirkləndirilməsi hamımızın
günahı üzündən
baş verir. Çoxlarımız öz sağlamlığımızı
düşünməyib ətrafımızı
zibilləyirik. Doğrudur,
zavod və fabriklər, sənaye qurumları da ətraf mühitin çirkləndirilməsində az rol oynamır. Amma bunun hamısı
axırda insan amililə bağlanır.
Bu sahədə çox ətraflı layihələr həyata keçirilib. Özü də
bu layihələr çərçivəsində çox böyük araşdırmalar aparılıb.
İctimaiyyətin bütün təbəqələrinin
rəyi, düşüncəsi,
onların maraqları
burada öz əksini tapıb. QHT-lər ekologiya
ilə bağlı Azərbaycanın ayrı-ayrı
yerlərində sorğular
keçirib. Burada gənclərin
və məktəblilərin
iştirakı daha çox diqqəti cəlb edir. QHT-lər gəncləri
bu işə qoşmaqla ictimai maraqların müdafiəsi
sahəsində daha əhatəli işlər
görə bilib.
Təbiəti qorumaq naminə
keçirilən aksiyalar,
şəhərimizin təmizliyilə
bağlı kampaniyalar
buna nümunədir.
Hətta
QHT-lər ekologiya, ətraf mühitin qorunması ilə bağlı məktəblilər
arasında inşa-yazı
müsabiqəsi də
keçirib. Bu da uşaqların ictimai maraqların müdafiəsinə cəlb
edilməsi prosesilə
yadda qalır. Bu tədbirlərə qatılan uşaqlar bilir ki, ətraf
mühiti çirkləndirmək
olmaz, ekologiyanı qorumaq lazımdır.
Bir məsələni qeyd etmək istəyirəm ki, ictimaiyyət nümayəndələri də
QHT-lərin fəaliyyətinə
dəstək verməlidir.
Bəzən elə hallar
olur ki, QHT-lər hansısa bir sahədə araşdırma aparmayıb.
Gərək bu halda ictimaiyyət özü
QHT-lərin diqqətini
həmin məsələlərə
yönəltsin. Şəhərimizin zibildən təmizlənməsi
kimi bir aksiya keçirilsə, çox yaxşı olar. QHT-lərin
və könüllü
ictimaiyyət nümayəndələrinin
iştirakı ilə
təmizlik sahəsində
böyük işlər
görmək olar.
Ümid edirəm ki, belə tədbirlər silsilə xarakter alacaq. Başqa ölkələrin təcrübəsindən istifadə
edərək sosial-ictimai
layihələr həyata
keçirmək olar.
QHT-lərin könüllüləri
şəhərimizin təmizliyinə
ictimai nəzarət edə bilər. Bu halda küçələrin
zibillərdən təmizlənməsi
prosesi başlanar».
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun (ESMF) sədri Rauf Sultanovun sözlərinə görə, xüsusən ətraf mühitin mühafizəsində QHT-lərin rolu, fəaliyyəti daha da genişlənməlidir: «Biz Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi ilə birlikdə Bakı şəhərində avtomobil tərəfindən atmosferə buraxılan karbon-oksidin miqdarını müəyyənləşdirmişik. Norma 0,3 olduğu halda biz gördük ki, «Jiqulu» markalı avtomobillərdə yanacağın istifadəsi ilə bağlı atmosferə buraxılan karbon-oksidin miqdarı 3 faizdir. Bu avtomobil artıq istifadə üçün yararsızdır. Xarici avtomobillərdə isə bu göstərici 0-a bərabərdir. Bakı şəhərində atmosferin çirklənməsində nəqliyatın payı 60-70 faizə çatır».
R.Sultanov qeyri-hökumət təşkilatı olaraq alternativ enerji mənbələrindən və içməli suyun tərkibinin zərərsizləşdirilməsi istiqamətində səmərəli fəaliyyətlərinin vacibliyindən danışıb: «Bizim alternativ enerji mənbələrindən istifadə ilə bağlı tədbirimiz keçirilib. Əhaliyə QHT-lər tərəfindən Azərbaycanda külək, Günəş enerjisindən, biokütlədən istifadənin səmərəliliyi haqqında məlumatlar aşılanmalıdır. Bu vasitələrin tətbiqinin genişləndirilməsində işlər görülməlidir. Bu gün respublikada krandan suyu açıb içmək olmaz. Onun tərkibi elə bir fomadadır ki, insan sağlamlığına mənfi təsir göstərir. Bu prosesdə ictimaiyyət özü suyun təmizlənməsi uğrunda fəal iştirak etməlidir. Respublikada tanıdığım bir neçə QHT var ki, Kür suyunun təmizlənməsi üçün mühüm işlər görüblər. Eləcə də duzun istehsalı, onun standartlara uyğun olub-olmaması vacib məsələlərdəndir ki, bu prosesdə QHT-lər böyük fəaliyyət göstərə bilərlər. Kustar üsulla duzun bazarlara çıxarılmasının qarşısı alınmalı, duzun keyfiyyətinin monitorinqi aparılmalıdır. Bu haqda dövlət təşkilatlarına məlumat verilməklə birgə fəaliyyət olarsa təbii ki, yaxşı nəticə əldə edilə bilər».
Qeyd edək ki, bu gün yaşıllıqların qoruması, geniş yaşıllıqların salınması dövlət başçısının bilavasitə diqqətində olan məsələdir. Respublika səviyyəsində buna diqqətin kifayət qədər olduğunu, lakin bununla yanaşı bu istiqamətdə də ekologiya sahəsində fəaliyyət göstərən təşkilatın işinin vacibliyini deyən R.Sultanovun fikrincə, yaşıllıqların salınması istiqamtində respublikada böyük işlər görülməsinə baxmayaraq onların bu prosesi həyata keçirmək mexanizminə düzgün riayət edilmir. Məhz bu istiqamətdə ekoloji təşkilatlar monitoriqlər aparmalı, mütəmadi olaraq aidiyyatı qurumlarla əməkdaşlıq etməlidirlər.
«Ekoloji qayğı» İctimai Birliyinin sədri Süreyrat Həsənova isə bildirib ki, təşkilatın həyata keçirdiyi mühüm layihələrdən biri ekoloji cinayətkarlıqla əlaqəli Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsi olub: «Ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərin az iş görmədiyini deyən təşkilat sədrinin sözlərinə görə, onlar daha çox fəaliyyət göstərmək iqtidarında olsa da, müəyyən problemlər hələ də mövcuddur. Dünyada ekoloji problemlərin baş qaldırıb getdiyi bir zamanda ekoloji təşkilatların fəaliyyətinin daha geniş olmasına ehtiyac var. Təbii ki, Azərbaycanda bu adla bağlı olan QHT-lər çox işlər görüblər. Lakin maliyyə vəsaitinin bəzən az olması, hələ də cəmiyyətin şüurunda ekoloji bilgilərin, təbliğatın lazımi səviyyədə olmaması, vəzifəli şəxslərin, eləcə də fiziki şəxslərin ekoloji layihələrin həyata keçirilməsinə maneçilik törətməsi QHT-lərin fəaliyyətini çətinləşdirir. Məsələn, bu gün biz əhaliyə meşələrin qırılmasının acı fəsadları haqqında məlumat verə bilirik. Amma yaxşı olar ki, bu, elmi əsaslandırmalarla, filmlərlə əhaliyə çatdırılsın. Təbii ki, bunlara da maliyyə vəsaiti lazım gəlir. Mən deyə bilərəm ki, biz istənilən nəticəyə 30 faiz nail ola bilirik. Ekoloji problemlərin həllində üçüncü sektorun fəaliyyətini hələ də qənaətbəxş hesab etmək olmaz. Lakin unutmaq da olmaz ki, bir neçə il əvvəl QHT adı çoxlarına qəribə gəlirdisə, bu gün bu sektorun fəaliyyəti çoxlarına məlumdur və əvvəllər biz xarici qrant hesabına maliyyələşirdiksə hazırda QHT sektoruna dövlət dəstəyi var».
Cavid
Xalq Cəbhəsi.- 2013.- 1 noyabr.-
S.11.