Zorakılığın qurbanı olan qadınlar üçün
sığınacaq evləri
Onlar ailə zorakılığına
məruz qalmış
insanların təhlükəsizliyini
təmin edir
Təxminən bir ay əvvəl Astara rayonunda baş verən şiddətli bir olay həlli vacib olan məsələni
gündəmə gətirdi. Belə
ki, narkotik vasitələrin aludəçisi
33 yaşlı Çingiz
Mehdiyev həyat yoldaşı 28 yaşlı
Hisə Xəlilovanın
əl-qolunu bağlayaraq
başını qırxır,
qulaqlarını bıçaqla
kəsir, bədəninin
müxtəlif nahiyələrinə
çoxsaylı xəsarətlər
yetirir. Sonuncu işgəncə faktının baş verməsinə səbəb
isə Çingizin qumarda Nisə Xəlilovaya məxsus üzüyü uduzması
olur. Çünki qızıl üzüyü
aparmaq istəyən Çingizə Nisə etiraz edir. Verilən işgəncələrə dözməyən
iki uşaq anası Nisə Xəlilova var gücü ilə bağlandığı otaqda
qışqırmağa başlayır.
Bundan ilk
xəbər tutan isə qonşular arvadın atası Telman Xəlilova zəng edərək onu hadisədən xəbərdar edirlər.
Yalnız onun müdaxiləsindən
sonra qadın Astara rayon mərkəzi xəstəxanasına çatdırılır.
Həyat
yoldaşı Çingiz
Mehdiyev isə məsələnin ictimailəşdiyinə
görə məsuliyyətə
cəlb edilir.
Astarada bir qadının simasında qadınlığa qarşı törədilən bu təhqirə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası Taliyə İbrahimova bu olayın birinci olmadığını bildirir: «Təbii ki, bu birinci növbədə insan hüquqlarının pozulması deməkdir. Xüsusilə, məişət zorakılığı deyəndə, bu ailədə baş verən bir haldır. Belə hallarda ağır cəzanın tətbiq edilməsi vacib ərtdir. Çünki günahı olan cəzasız qalarsa, bu cür əməllərin sayının artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, bu birinci hal deyil, dəfələrlə belə hallar olub. Qadına qarşı bu cür alçaldıcı hərəkətlərin, zorakılıq hallarının edilməsi heç bir halda yolverilməzdir. Nə namus məsələsi ilə bəhanə olaraq əsaslandırıla bilər, nə də digər məsələlərlə bağlı. Əgər zorakılıq faktı baş veribsə, bu təbii ki, mütləq cəzalandırılmalıdır».
Qadınlara qarşı zorakılıq
cəmiyyətin problemidir. Dünyanın istənilən yerində qadınlar bu problemlə üzləşə
bilir. Buna görə də, inkişaf etmiş ölkələrdə zorakılıq
qurbanı olan qadınlar üçün
sığınacaq evləri
— reabilitasiya mərkəzləri
yaradılıb. Azərbaycanda ölkənin dörd rayonunda qadın sığınacaq evlərinin
fəaliyyəti nəzərdə
tutulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən mətbuata
verilən məlumata görə, Gəncə, Lənkəran, Xaçmaz
və Zaqatalada bu cür evlər
təşkil olunacaq. Qadın sığınacaqların açılması
ilə bağlı yerli icra hakimiyyəti
orqanları ilə əməkdaşlıq çərçivəsində
müvafiq işlər
görülməkdədir.
Komitənin məlumatında bildirilir ki, sığınacaq evləri 2010-cu ilin mayında fəaliyyətə
başlamalıymış. Ancaq «Məişət
zorakılığının qarşının alınması
haqqında» qanunun qəbulu ilə bağlı yaranmış
problemlər sığınacaq
evlərinin açılması
işini ləngitdi.
Rəsmi
məlumatda o da bildirilir ki, bu cür evlərin
açılması kompleks
tədbirlərin həyata
keçirilməsi deməkdir
və olduqca gərgin əmək tələb edən məsələdir.
Hazırda iki ərazidə — Goranboy və Şüvəlanda qadın
sığınacaq evlərinin
fəaliyyət göstərdiyi
qeyd olunur. Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən
bildirilir ki, sözügedən ərazilərdə
qadın sığınacaqları
yox, Uşaq və Ailələrə Dəstək Mərkəzləri
fəaliyyət göstərir.
Bu mərkəzlər fərqli təyinata malik olur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların valideynlərinə dəstək
göstərilməsi, onların
sosial müdafiəsinin
təmin edilməsi məqsədilə yaradılıb.
Hazırda sığınacaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilmiş
«XXI əsrdə qadınlara
qarşı zorakılıq
əleyhinə» layihə
çərçivəsində yaradılır. Komitənin məlumatına görə,
bu məqsədlə müvafiq kadr bazası formalaşdırılıb,
işçilərin ixtisasının
artırılması üçün
zəruri işlər
görülür. Bu zaman xarici ölkələrin
müvafiq təcrübəsindən
də istifadə olunur. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistr pillələrində sosial
iş ixtisası üzrə mütəxəssislər
hazırlanır.
Qadın
Krizis Mərkəzinin
rəhbəri Mətanət
Əzizova deyir ki, qeyri-hökumət təşkilatlarının nəzdində
qadın sığınacaqlarının
fəaliyyət göstərməsi
çətin məsələdir:
«»Ailə zorakılığı
haqqında» qanunda ailə zorakılığına
məruz qalmış
qadınlar üçün
sığınacağın açılması vacib hesab olunur. Bununla bağlı
beynəlxaq qanun və Azərbaycanın öhdəliyi də var. Təəssüf ki, biz bu reallığı görmürük. Ona görə
də, ailə daxilində qadınların
döyülməsi faktları
çoxalır, intiharların
sayı artır.
Sığınacağın olması ailə
zorakılığına məruz
qalmış insanların
təhlükəsizliyini təmin
edər. Çox maraqlıdır
ki, hüquq-mühafizə
orqanları da bu məsələdə maraqlıdır. Onlar da qadın sığınacaqlarının
olmasını istəyirlər.
Hüquq-mühafizə orqanları qeyri-hökumət
təşkilatları ilə
əlaqə saxlayıb,
ailə zorakılığına
məruz qalmış
qadınların harada
yerləşdirilməsinin mümkün
olmasını soruşurlar».
Mətanət Əzizova bildirir
ki, sığınacaqların
ləngidilməsinə səbəb
aidiyyəti dövlət
qurumunun marağının
olmamasıdır: «İstəsələr
belə, bir vacib sığınacağı
yaxın gələcəkdə
istifadəyə verə
bilərlər. Uşaqlar üçün,
insan alverinin qurbanları üçün
sığınacaqlar fəaliyyət
göstərir. Bu sığınacaqlar Daxili
İşlər Nazirliyinin
nəzdində olan sığınacaqdır. Bu
sığınacaqda bəzi
maraqlar güdülür.
Sosial yönümlü hökumət
təşkilatının, məsələn,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
tabeliyində sığınacağın
olması arzuolunandır.
Məmurlar deyirlər ki,
qadın sığınacağına
ehtiyac yoxdur. Guya azərbaycanlıların hamısı
qadına hörmətlə
yanaşır, döymür,
nümunəvi ailə
mədəniyyəti-adəti var. Ancaq kriminal hadisələr göstərir
ki, qadın sığınacağına ehtiyac
böyükdür».
Mətanət Əzizova deyir ki, hələlik bu məsələnin necə həll olunacağı barədə dəqiq məlumat yoxdur: «Hələ heç kim bilmir ki, reabilitasiya mərkəzləri və ya təhlükəsizlik evləri necə olacaq. Çünki bəzi Milli Məclis üzvləri və QHT-lər hesab edirlər ki, bu cür evlər boşanmaların sayını artıracaq. Ölkədəki vəziyyət isə göstərir ki, bu cür evlər mütləq lazımdır. Amma heç kim bilmir ki, bu evlərə üz tutacaq qadınlar orada neçə gün qalmalıdır, onlara hansı xidmətlər göstərilməlidir və onlarla kimlər işləməlidir. Yəqin ki, nümunə kimi insan alverinin qurbanları üçün nəzərdə tutulan mərkəz götürüləcək. Ancaq bu praktika nə dərəcədə effektli ola bilər? İlk növbədə, bu mərkəzlərdə psixoloqlar işləməlidir. Əgər sığınacaq evləri də mərkəzlər kimi işləyərsə, o zaman bunun nəticəsi yaxşı olmayacaq. Çünki insan alveri qurbanlarının sığınacaq mərkəzi Daxili İşlər Nazirliyinin tərkibindədir. Məni bir az narahat edir ki, ailə zorakılığı qurbanı necə olacaq? Əgər qadın ərizə yazmırsa və məhkəməyə vermirsə, bu təhlükəsizlik evində necə yerləşdiriləcək? Baxmayaraq ki, Rusiyanın özündə də belə mərkəzlər və təhlükəsizlik evləri var və orada şərt deyil ki, qadın mütləq hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməli, ya da məhkəməyə müraciət etməlidir. Orada o müəyyən müddət yaşaya, gizlənə bilər, psixoloji yardım ala bilər. Əməkdaşlıq haqqında özü qərar verir. Burada da qaydalar hazırlanmalıdır. Gürcüstan və Rusiya təcrübəsindən istifadə etmək olar. Mərkəzlərə polislər yox, psixoloqlar, sosioloqlar cəlb olunmalıdır».
Mətanət xanımın bildirdiyinə görə, ciddi maarifləndirmə işi aparılmalıdır: «Psixoloqların və sosial işçilərin də aktiv olması vacibdir. Ailə zorakılığının qurbanı olan şəxslər, onların övladları, elə zorakılıq törədən şəxsin özü də psixoloji yardıma ehtiyacı olan adamlardır. Bizdə psixoloji reabilitasiya, psixoloji yardım yüksək səviyyədə deyil. Belə bir fikir hakimdir ki, əgər mən ali məktəb bitirmişəm və ya hansısa kursa getmişəmsə, deməli, mən psixoloji yardım göstərə bilərəm. Bizim mərkəz belə bir yardım göstərir. Ali məktəbdə təhsil alan 4 nəfər psixoloq hazırda bizdə təlim keçir. Zorakılıq qurbanları ilə tanış olur, onların həyatlarını öyrənir, necə yardım etməli olduqlarını da öyrənirlər. Qanun qəbul olunubsa, burada daha çox dövlət məmurları, dövlət qurumlarının işləməsi nəzərdə tutulur. Onların isə bu sahədə praktikası yoxdur. Onlar bizdə praktika keçirlər. Gözləri qarşısında həmin ailələrin həyatları var, onlara psixoloji yardım göstərməyin formalarını təcrübə əsasında öyrənirlər. Bu cür praktikalar çox vacibdir və əsasdır. Deməli, bu sahədə daha çox təcrübəsi və biliyi olmayan dövlət strukturları işləyəcək. QHT-lər isə müxtəlif ölkələrdə treninq və seminarlar keçir, müxtəlif təcrübələr öyrənirlər. Bizim bilgimiz daha çoxdur. Yaxşı olardı ki, maarifləndirmə işlərini daha çox QHT-lər aparsın, ya da bizimlə təcrübə mübadiləsi təşkil olunsun».
Mərkəz rəhbəri deyir ki, mütəxəssis uşağa və ya qadına yanaşmasında fərqi dərk etməlidir: «Uşaq və qadına yardım etmə yanaşması bir-birindən fərqlidir. Məsələn, uşaq psixoloqları var və onlar, heç vaxt 18 yaşından yuxarı insanı qəbul etməzlər. Bir sığınacaqda 18 yaşından aşağı olan şəxslə 18 yaşını keçmiş şəxsin olması nə dərəcədə düzgündür? Adətən insanlar bir-birindən nümunə götürürlər. Onların problemləri ortaq olur. Təhlükəsizlik evi də uşaqlar üçün ayrı, böyüklər üçün ayrı olmalıdır. Sosial işçilər, psixoloqlar da onlarla rahat işləyərdi».
Qeyd edək ki, sığınacaqların yaradılması məsələsində əsasən Türkiyə təcrübəsi öyrənilir. Bu, həm də Türkiyənin müsəlman ölkəsi olması ilə bağlıdır. Türkiyədə qadınlar üçün 1400 sığınacaq evi var. İstanbulda 105 nəfərlik qapalı sığınacaq varkən, bu say İzmirdə 146, Ankarada 148, Konyada 177, Adanada 218-dir. Sığınacaq evləri əsasən, əhalisinin sayı 50 mini keçən bölgələrdədir. Yeri gəlmişkən, burada Türkiyədə ilk sığınacaq evi 1990-cı ildə açılıb. Hazırda qadın evləri ilə yanaşı, gənc qız sığınma evi də fəaliyyət göstərir ki, orada 18 qız yaşayır. Kadıköydəki Gənc Qız Sığınma Evi Dərnəyinin başqanı Uğur İlhanın sözlərinə görə, xeyriyyəçilərin hesabına həmin qızlar peşə kurslarına gedir, psixoloji dəstək alırlar. Türkiyədə sığınacaq evlərinin planlanmasında ən çox diqqət yetiriləcək məsələ gizlilikdir. Qadınlara təzyiq göstərən kişilərin onları tapa bilməməsi önəmli şərtlərdən biridir. Sığınacaq evlərinin hamısında həm uşaq, həm də böyüklər üçün nəzərdə tutulan psixoloqlar var.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 2 noyabr.-
S.11.