QHT-lərin turizm sektoruna diqqəti artır

 

Azərbaycanın turizm potensialının öyrənilməsi təbliği, ölkənin təbiət abidələrinin tanıdılması ilə bağlı müxtəlif layihələr həyata keçirilir

Müasir dünyada turizm ən önəmli sahələrdən birinə çevrilib. Bir çox ölkələr turizmdən böyük məbləğdə qazanc əldə edirlər. Amma turizm təkcə biznes sahəsi deyil, o həm ölkələri, xalqları, onun mədəniyyətini dünyaya tanıtdırır. Bu səbəbdən QHT-lərin bu sahəyə diqqəti xeyli artıb.

Bu gün Azərbaycanda turizm mədəniyyət sahəsində fəaliyyət göstərən, bu istiqamətdə layihələr reallaşdıran bir çox QHT var. Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin rəhəri Elməddin Hacılı bildirib ki, turizm fəal istirahətin geniş yayılmış ən kütləvi növüdür. Onun sözlərinə görə, hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur getdikcə turizm daha geniş vüsət alır. Turizm sadəcə maraq dəb deyil: «Bu, son 20-25 ildə insanların vərdiş etdikləri həyati tələbatdır. Əlverişli iqlim şəraitində coğrafi mövqedə yerləşən ölkəmizdə bu gün turizmin inkişafı üçün münbit şərait yaradılıb, ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının əsası qoyulub. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nda bu imkanların realizə edilməsi, qarşıdakı illərdə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün əhatəli tədbirlər planı əks olunub. Qeyd edək ki, bu gün respublikamızda turizm sektorunun inkişafı istiqamətində dövlət qurumları ilə yanaşı, QHT-lər fəal iştirak edirlər. Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin, eləcə xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə 2011-ci ilin «Turizm ili» elan edilməsi təsadüfi deyil».

Onun fikrincə, dövlət başçısı tərəfindən bu sənədin imzalanması turizm sektorunda fəaliyyət göstərən QHT-lərin fəaliyyətinə bir təkan verib: «Bir məqamı da qeyd edək ki, bu gün ölkədəki QHT-lərin 7%-i turizm mədəniyyət sahəsində fəaliyyət göstərir. Elə bu nöqteyi-nəzərdən çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası turizm sahəsi ilə bağlı QHT layihələrini maliyyələşdirir. Şuraya təqdim edilən icra olunan QHT layihələri Azərbaycanın turizm potensialının öyrənilməsi təbliği, Azərbaycanın turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkənin təbiət abidələrinin tanıdılması, Azərbaycanda yeni turizm marşrutlarının müəyyən edilməsi tanıdılması, turizm təhsilinin gücləndirilməsinə yönəlmiş fəaliyyətlər, işğal edilmiş ərazilərin turizm potensialı müharibə nəticəsində turizm sektoruna təsirin öyrənilməsi, ayrı-ayrı turizm növlərinin Azərbaycanda təbliğinə yönəlmiş fəaliyyətlər, Azərbaycanda turistlər üçün xalq yaradıcılığı işlərinin suvenirlərin inkişafına yönəlmiş təşəbbüslər mövzularını əhatə etmişdir. Ötən ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən «Davamlı İnkişaf Təşəbbüsləri» adlı QHT tərəfindən icra olunan «Kənd turizminin inkişaf etdirilməsi üçün təbliğat maarifləndirmə tədbirlərinin həyata keçirliməsi» layihəsi olub. Layihənin məqsədi seçilmiş kəndlərə gələn qonaqlara, turistlərə təbii istirahət şəraitini yaratmaq, kəndlərə marağı artırmaq regionlara turist axınının güclənməsinə dəstək olub. Layihə çərçivəsində Oğuz rayonunda əhali üçün aqroturizmin mahiyyəti, inkişaf tarixi, faydaları barədə maarifləndirmə tədbirləri keçirilib, təbliğat xarakterli bukletlər paylanılıb».

O, həmçinin əlavə edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən daha bir layihə isə «Yaşıl Kənd» Turizmin İnkişafına Yardım İctimai Birliyi tərəfindən icra olunan «Regionlarda turizmin inkişafına dair təşəbbüslərin dəstəklənməsi» adlı layihə olub: «Layihənin məqsədi Azərbaycanda turizmin inkişafı üçün ehtiyatların öyrənilməsi, yeni turizm marşurutlarının açılması, mehmanxanaların turizm obyektlərinin tikintisinin genişləndirlməsi, turizm növlərinin inkişaf etdirilməsi təşəbbüslərinin dəstəklənməsindən ibarət olub. Layihə çərçivəsində Quba, Qusar Xaçmaz regionlarında turizm obyektlərinin ünvanları dəqiqləşdirilib, bu obyektlərdə sorğular aparılıb buradakı şərait haqqında məlumat əldə olunub. Adı çəkilən regionların böyük turizm potensialı qiymətləndirilib, mövcud turizm imkanlarından səmərəli istifadə kimi məsələlər müzakirə olunub.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən «Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması» adlı layihə bu il yekunlaşıb. «Şəfəq» Ekoturizm İctimai Birliyi tərəfindən icra olunan layihə çərçivəsində Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad gəncləri ilə bir sıra məlumatlandırıcı xarakterli görüşlər keçirilib. Ümumilikdə rayonlarda təşkil olunan görüşlərə 200 nəfərə yaxın gənc cəlb olunub. İştirakçılar içərisində otellərin, QHT dövlət qurumlarının nümayəndələri, tələbə müəllim kollektivi, bir sıra ictimai fəal gənc təmsil olunub. Gənclərlə görüş zamanı ölkənin, eləcə cənub regionunun ayrı-ayrı rayonlarının turizm inkişaf perspektivləri müzakirə olunmuş, turizmin inkişafında kadr məsələlərinə toxunularaq, gənclərin bu sahədə fəallığının vacibliyi qeyd olunub».

QHT sədri əlavə edib ki, daha bir layihə respublikada ilk dəfə Gəncə şəhərində Azərbaycan Gənclər Fondunun Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, «Odlar Yurdu» Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən «Turizmin İnkişafı Gənclər» adlı 1-ci Forum olub: «Forumda paytaxt digər regionlardan 100 nəfərə yaxın gənc iştirak edib. Forumun keçirilməsində əsas məqsəd «Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı «Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı» Dövlət Proqramının müvafiq bəndlərinin icrasına dəstək verməklə yanaşı, ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq, bu sahədə yeni kadrların formalaşmasına şərait yaratmaq olub. 17-21 iyun 2013-cü il tarixlərini əhatə edən forumun ilk gününü gənclər Gəncə şəhərinə ekskursiya ilə başlayıblar şəhərin turizm potensialı ilə yaxından tanış olublar. Forumun rəsmi açılış mərasimində rəsmilərin eyni zamanda müxtəlif ekspertlərin iştirakı ilə keçirilən panellərdə «Azərbaycanda turizm potensialı perspektivlər», «Azərbaycanın gələcək illərdə turizm konsepsiyası», «Turizmin inkişafında dövlətin dəstəyi», «Gənclər Turizm sektorunda», «Turizm şirkətlərinin yaradılması idarə olunması» s. kimi mövzular müzakirə olunub gənclər əhəmiyyətli məlumatlara sahibləniblər. Forumun sonunda turizmin daha da inkişaf etdirilməsi məqsədilə gənclər tərəfindən hazırlanmış layihələrin təqdimatı keçirilib. Beləliklə, turizm sektorunda QHT-lər tərəfindən müvəffəqiyyətlə həyata keçirilən layihələr, eyni zamanda dövlət tərəfindən yerinə yetirilən proqramlar islahatlar Azərbaycanın son on ildə qazandığı uğurların davamlılığını şərtləndirir ölkənin dünyada dinamik iqtisadiyyata malik ölkə kimi qiymətləndirilməsinə imkan verir».

«Gənclər Turizmi» İctimai Birliyi isə 2008-ci ildə turizm sahəsində təhsil alan və çalışan fəal gənclərin təşəbbüsü ilə yaradılıb və dövlət qeydiyyatına alınıb. Gənclər Turizmi İctimai Birliyinin məqsədi gənclər arasında turizmin inkişafına kömək etmək və onların turizmə həvəsinin artırılmasıdır. Təşkilat üzvləri bu işin uğurla aparılması üçün bu sahədə qabaqcıl ölkələrin təcrübəsini öyrənir və öyrəndiklərinin milli səviyyədə yayılmasına və tətbiq edilməsinə çalışırlar. Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün müxtəlif kurslarseminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edilir, konfranslar, xeyriyyə və digər mədəni-kütləvi tədbirlər keçirilir.

«Gənclər Turizmi» İctimai Birliyi yay aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Turizmin inkişafında gənclərin rolunun artırılması» layihəsini həyata keçirib. Həyata keçirilən layihənin məqsədi turizm sənayesi üçün gənclər arasından rəqabətə davamlı peşəkar kadrlar bazırlamaq və peşəkarlıqlarını artırmaqla onların məşğulluğunu təmin etmək, eləcə də bu sahədə gənclər arasında sahibkarlığın inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində gənclər üçün turizmin müxtəlif xidmət sahələri üzrə təlimlər təşkil olunub. Təlimlərdə iştirak edən gənclər təcrübəli təlimçilər tərəfindən əldə etdikləri bilik və bacarıqlar əsasında müxtəlif turizm müəssisələrində işləmək və turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün imkanlar əldə edə biliblər.

Layihədə əsasən turizm ixtisasında təhsil alan tələbələr iştirak etdiyindən, eyni zamanda layihə turizm ixtisasında təhsil alan tələbələr arasında təcrübə mübadiləsi xarakterini də daşıyıb. Layihə eyni zamanda onları yerli turizm agentlikləri, turizm şirkətləri və turizm sahəsində çalışan təcrübəli mütəxəssislərlə bir araya gətirib. Layihə həmçinin iştirakçılara təhsildə əldə etdikləri bilikləri təcrübədən keçirmək şansı verib. Treninqlər ümumi turizm, otel menecmenti, müştəri xidmətləri üzrə marketinq və digər təlimləri özündə birləşdirərək iştirakçıların böyük marağına səbəb olub. Layihənin sonunda isə gənclər sertifikatla təltif olunub və SV-ləri yerli turizm şirkətlərinə, təşkilatlara və otellərə göndərilib.

Keçirilən layihə çərçivəsində müxtəlif vaxtlarda bir neçə dəfə təlim proqramları keçirilib və Azərbaycanın 20-dan çox regionundan iştirakçılar cəlb olunub.

 

Əli

Xalq Cəbhəsi.- 2013.- 6 noyabr.- S.11.