Atatürkün ölümündən 75 il ötür

 

Hoyabrın 10-u Türkiyə Respublikasının qurucusu, ölməz Mustafa Kamal Atatürkün ölümündən 75 il ötür. Dünyada türklüyə qarşı açıq gizli savaşların açıldığı bir zamanda Atatürkü hər an yaşatmaq gərəkdir. Türklüyümüz yaşayırsa, deməli, Atatürk yaşayır. Bu gün dünya olur-olsun, Atatürkü yenməyə çalışır. Türk xalqı Atatürkə yiyə durmasa, bu təhlükə gerçəkləşə bilər. Onsuz da Türk xalqının itirdikləri yetərincədir. Tarixi itkilərimizin sıralanmasında biri-birimizi sevməməyimiz, özgəliklərə yenilməyimiz əsas bəlamız olub. Atatürk az qala yox yerdən Türkiyə yaratdı, onu var elədi. Bu gün dünyada Türklüyə qarşı savaş var siyasi Türkçülüyün çağdaş yenilməz siması Atatürkə qarşı yönələn son gedişlər bu qəbildəndir. İndi Türk xalqı o dərəcədə milli ölçüyə əsaslanmalı özgəliklərdən imtina etməlidir ki, varlığını qoruyub saxlaya bilsin. Bu, Atatürkün şəxsi, şöhrəti üçün gərək deyil, Türk xalqının sabahı üçün gərəkdir.

Min bir əzabla Türkiyə Cümhuriyyətini quran Atatürk sözün böyük mənasında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu ideologiya isə Türkçülük, Qərbçilik İslamçılığın vəhdəti idi. O zaman Atatürk

daha çox Qərbə meylləndi. Baxmayaraq ki, Türkiyə vəhşi Qərbin caynağından qurtulmuşdu, bu yandan da SSRİ ilə münasibətlərdə son dərəcə ehtiyatlı olmalı idi. Atatürkdən sonra tədricən onun xətti inkişaf etmək əvəzinə səngidi: o, siyasi gedişlərdən çox üstün idi. Ölkədə dinin hegemonluğuna son qoydu.

İndi isə Atatürkün ömürlüyünə diqqət edək. Mustafa Kamal Atatürk (1881-1938) 1881-ci ildə Səlanikdə (indiki Yunanıstanın Salonika şəhəri) doğulub. Polis zabitliyi, katiblik taxta-şalban ticarəti ilə məşğul olmuş Əli Rza Əfəndi 1871-ci ildə Zübeydə xanımla evlənir. Atatürkün beş bacı qardaşlarından təkcə Makbule (Atadan) 1956-cı ilə qədər yaşayıb. Mustafa 7 yaşında atasını itirib. Bir müddət Rapla fermasında dayısının yanında qaldıqdan sonra Səlanikə qayıdıb məktəbi tamamlayır. 1893-cü ildə hərbi məktəbə daxil olur, bu məktəbdə ikən riyaziyyat müəllimi Mustafa bəyin adına istedadına görə, Kamal adını da əlavə edir.

1896-1899-cu illərdə Mustafa Kamal Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb məktəbində təhsilə başlayır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olur, Hərbi Akademiyada təhsilinə davam edir. 1905-ci ildə kapitan rütbəsi ilə Akademiyanı bitirir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət edir, 1907-ci ildə yüzbaşı rütbəsi alır. Sonra Manastıra 3-cü Orduya təyin olunur. 1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət edir. 1910-cu ildə Fransaya göndərilir, Pikardi təlimlərində iştirak edir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində xidmətə başlayır. Türk-İtalyan müharibəsində Mustafa Kamal bir qrup yoldaşıyla Tobruk Dərnə bölgəsində xidmət edir, 1911-ci ilin dekabrında italyanlara qarşı Tobruk döyüşündə qalib gəlir. 1912-ci ilin martında Dərnə komendantı təyin olunur.

1912-ci ilin oktyabrında Balkan müharibəsi başlayan vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak edir. Dimetoka və Ədirnənin geri alınmasında böyük xidmətləri olur. 1913-cü ildə Sofiya Hərbi Attaşeliyinə təyin olunur, bu vəzifədə ikən 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlir. Hərbi Ataşe vəzifəsi 1915-ci ilin yanvarında sona çatır. Bu müddət ərzində I Dünya Müharibəsi başlayır, Osmanlı İmperatorluğu müharibəyə girmək məcburiyyətində qalır. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərilir, Çanaqqalada Antanta dövlətlərinə qarşı savaşlarda böyük şücaət göstərir. Çanaqqala döyüşündən sonra 1916-cı ildə Ədirnə və Diyarbəkirdə vəzifə alır, general-mayor rütbəsinə yüksəlir. MuşBitlisin ruslardan geri alınmasını təmin edir. 15 avqust 1918-ci ildə Hələbdə 7-ci Ordu komandiri təyin edilir, bu cəbhədə ingilislərə qarşı uğurlu müdafiə təşkil edir. Mondros Müqaviləsinin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin edilir, bu ordunun ləğv edilməsindən sonra isə 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlayır. Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamasından sonra Mustafa Kamal 19 may 1919-cu ildə Samsuna gedir. 23 iyul-7 avqust 1919-cu il tarixində Ərzurum, 4-11 centyabr 1919-cu ildə Sivas Konqresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən edir. 1919-cu ilin dekabrında Ankarada həyəcanla qarşılanır. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda əhəmiyyətli addım atılır. Məclis və hökumət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün gərəkli qanunları qəbul edib tətbiqinə başlamasını təmin edir.

Atatürkün rəhbərlik etdiyi Türk Qurtuluş mübarizəsinin əsas hadisələri bunlardır: Sarıqamış (20 sentyabr 1920-ci il), Qars (30 oktyabr 1920-ci il) və Gümrünün (7 noyabr 1920-ci il) azad edilməsi; Çukurova, Qaziantep, MaraşUrfa müdafiələri (1919-1921); I İnönü zəfəri (6-10 yanvar 1921-ci il); II İnönü zəfəri (23 Mart-1 Aprel 1921); Kütahya-Eskişehir döyüşləri; Sakarya zəfəri (23 Avqust-13 Sentyabr 1921); Böyük Hücum, Başkomandanlıq döyüşüBöyük Zəfər (26 avqust-9 sentyabr 1922).

Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və Qazi titulu verib. Qurtuluş savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozan Müqaviləsi ilə sona çatıb. «Sevr» müqaviləsilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə varlığını Atatürkün hünəriylə təsdiq etdi.

1922-ci il noyabrın 1-də xilafət və monarxiya bir-birindən ayrılır, monarxiya ləğv edilir. 29 oktyabr 1923-cü ildə Cümhuriyyət elan edilir, Atatürk yekdilliklə ilk cümhurbaşqanı seçilir. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk hökuməti qurulur. Türkiyə Cümhuriyyəti «Hakimiyyət qeydsiz-şərtsiz millətindir» və «Yurdda sülh, cahanda sülh» ideoloji əsasları üzərində qurulur. Atatürk 1927, 1931 və 1935-ci illərdə TBMM tərəfindən yenidən cümhurbaşqanı seçilir. 1923-cü ildə Lətifə xanımla evlənir, bu evlilik 1925-ci ilədək davam edir.

Türk yazıçı-publisisti İsmət Bozdağın «Lətifə xanım. Atatürkün həyat yoldaşı» kitabı Atatürkün şəxsi həyatı haqqında müəyyən təsəvvür yarada bilir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürür, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə alır. Soyadı qanununa görə 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala «Atatürk» soyadı verilir. 10 noyabr 1938-ci il saat 9.05-də serroz xəstəliyindən İstanbulda Dolmabaxça Sarayında vəfat edir.

Atatürk Türk xalqının yetirdiyi ən böyük quruculardan idi. Sona qədər mübarizə yoluna sadiq qaldı…

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 9 noyabr.- S.14.