Təhlükəsizlik Komitələrinin fəaliyyəti
bədii ədəbiyyatda
Dünya ədəbiyyatında kəşfiyyatçıların
həyatından bəhs
edən bədii əsərlər çoxdur. XIX əsr Amerika (ABŞ) ədəbiyyatının görkəmli
nümayəndələrindən biri olan F.Kuperin
«Casus» romanı yada düşür. Yazıçı bu romanın mövzusunu Amerika Birləşmiş Ştatlarının
öz müstəqilliyi
uğrunda apardığı
müharibələr dövründən
götürüb. Milli özünüdərk,
milli dövlətçilik
ənənələrini özündə
əks etdirən bu romanın qəhrəmanlarının çoxunu
hələ gənclik
illərindən yaxşı
tanıyan yazıçı
onların bəzilərinin
müstəqillik uğrunda
müharibənin iştirakçısı
olduğunu bilirdi.
Belə qəhrəmanlardan biri də vaxtilə bu müharibələrdə
iştirak etmiş sonra istefaya çıxmış Jon Jey
olmuşdu. Kuper Amerikanın
o dövrkü siyasi həyatı haqqında onun söhbətlərinə
diqqətlə qulaq asırdı. Jey təkcə müharibə
qəhrəmanı deyil,
Nyu York ştatının
konstitusiyasının ilk tərtibçilərindən
biri, eyni zamanda Amerika Birləşmiş Ştatlarının
İspaniyada ilk səfiri,
Jonatan Adams və B.Franklinlə birgə
1783-cü ildə Versal
sülh müqaviləsini
hazırlayan, uzun müddət Amerika Birləşmiş Ştatlarının
Xarici İşlər
üzrə dövlət
katibi, Ali məhkəmənin
sədri və Nyu-York ştatının qubernatoru olmuşdu. Eyni zamanda o, ölkənin təhlükəsizliyi məsələləri
ilə də məşğul olmuş,
prezident Vaşinqton onu ABŞ-ın ilk kəşfiyyat dairəsi olan təhlükəsizlik
komitəsinin 4 üzvündən
biri vəzifəsinə
təyin etmişdi.
Bu vəzifədə olarkən öz ətrafına çoxsaylı
kəşfiyyatçılar toplamış, onlarla birgə işləmişdi.
Bu kəşfiyyatçıdan biri də Vestçestr
qraflığında yaşayan
sadə bir fermer olmuşdu: o, xırda ticarətlə və çəkməçiliklə
məşğul olsa da, bir kəşfiyyatçı
kimi öz vəzifəsinin öhdəsindən
məharətlə gəlirdi.
Bu kəşfiyyatçı
haqqında Kuper çox rəğbətlə
bəhs edir. Romanında tacir Harvi Börjün
mağaraları təsvir
edildiyi, çox çətin bir işlə — ingilislərin
zəbt etdikləri ərazilərdə kəşfiyyatla
məşğul olduğu
göstərilir. «O evinin
yaxınlığında yaşayan
torpaq sahibi Uortonlar ailəsi ilə dostluq edir. Bu həmin
Uortonlardır ki, onlar Kuperin qohumlarının
— arvadı Suzannanın
ailəsinin prototipləri
idi. Hadisələrin inkişafından məlum olur ki, bu Uortanlar
ingilislərə rəğbət
bəsləyirlər. Hətta onun oğlu ingilis ordusunda kapitan vəzifəsində
xidmət edir. Yalnız Uortonun kiçik qızı Frensis respublikaçıların tərəfindədir,
onun sevgilisi mayor Danvudi də Amerika Birləşmiş Ştatlarının müstəqilliyi
uğrunda bir sıra ağır döyüşlərdə iştirak
edir. Əsərin sonunda Frensis
Danvudu ilə evlənir. Harvi Börj isə
gizli şəkildə
J.Vaşinqtonla görüşür.
Romanın maraqlı xüsusiyyətlərindən
biri kimi əsərin qəhrəmanının
əsas kəşfiyyatçı
olsa da casusluq
fəaliyyətinin görünməməsi,
gördüyü, eşitdiyi
məlumatları kimə
və necə çatdırmasının məlum
olmadığı götürülür.
Dünyada çoxlu sayda dövlətlər, millətlər
var. Hər bir millətin müasir dövrümüzdə Təhlükəsizlik
Şurası var. Şəxsiyyətin,
cəmiyyətin, dövlətin
təhlükəsizliyini təmin
etmək, baş verə biləcək böhranları, təhlükələrin
qarşısını almaq,
onların təsir dairəsini zəiflətmək
üçün milli
təhlükəsizliyin mahiyyətini
bilmək lazımdır.
1901-1909-cu illərdə ABŞ prezidenti Teodor Ruzvelt tərəfindən
«milli təhlükəsizlik»
termini işlədilir, sonralar
bu termin siyasətçilərin, publisistlərin,
politoloqların, sosioloqların
tədqiqat predmetinə
çevrilir, siyasi elmlərin ən aktual mövzularından biri olur. ABŞ Konqresi tərəfindən
«Millli Təhlükəsizlik»
haqqında» qanun qəbul edilir və bu qanuna
əsasən prezident daxili, xarici və hərbi məsələlərə dair
məsləhətlər verən
Milli Təhlükəsizlik
şurası yaradılır
ki, bu ənənə
başqa dövlətlərə
keçir.
Bu ənənə çox
keçmiş dövrlərdən
mövcud olub və bundan yararlanıblar. Antik dövrdə Aristotel
cəmiyyətin və
dövlətin möhkəmliyini,
qorunmasını, saxlanmasını
təmin edən qüvvələrin adlarını
çəkir. İngilis mütəfəkkiri
Con Lokk dövlətin
əsl məqsədini
«hər hansı bir digər məqsəd üçün
yox, yalnız xalqın ümumi rifahı, təhlükəsizliyi
və sülhün maraqları» naminə mövcudluğunda görür.
Tomas Hobbs deyirdi ki, «xalqın təhlükəsizliyinin təmin
edilməsi suveren vəzifədir. Təhlükəsizliyin təmin edilməsi adı altında yalnız çılpaq mövcudiyyəti deyil, həm də dövlət üçün
təhlükəsiz və
zərərsiz olan, qanuni əməklə əldə edilən bütün həyati rifahın təmin edilməsi başa düşülür».
Təhlükəsizlik problemləri siyasətçiləri
düşündürdüyü kimi, yazıçıları
da həmişə düşündürüb. Təhlükə
hər bir ölkə vətəndaşlarının
hüquq və azadlıqlarına zərbə
vurur, hakimiyyət üzərində cəmiyyətin
təsirini heçə
endirir, dövləti zəiflədir, dağıdır,
milli müstəqilliyinin
itirilməsinə, xaos
yaranmasına, ziddiyyətlərin
yaranmasına və kəskinləşməsinə, qeyri-hüquqi nizam-intizama,
hakimiyyəti dağıda
bilən sosial hadislərə aparıb çıxarır. «Deməli, təhlükəsizlik
sisteminin şəffaflığı
(daxili) cəmiyyətin
qabaqcıl sosial qüvvələrinin müəyyən
maraqlarının düzgün
müəyyənləşdirilməsindən,
onların balansına
nail olunmasından, dövlət
tədbirlərində siyasi
və iqtisadi dinamikliyin adekvat əksindən, hakimiyyətin
struktur və funksiyalarından asılıdır.
Lakin təhlükəsizliyin etibarının
təmini cəmiyyətin
və dövlətin həyati əhəmiyyətli
maraqları sahəsində
məqsədəuyğun qanunvericilik,
icraedici, məhkəmə
fəaliyyətinin aparılmasını
tələb edir.
Deməli, təhlükəsizlik problemi həyati vacib maraqlar prizmasından nəzərdən
keçirilir».
Milli təhlükəsizlik
sisteminin iki əsas aspekti (daxili və xarici) var. Milli təhlükəsizlik sistemi
şəxsiyyətin, cəmiyyətin,
dövlətin təhlükəsizliyinin
təmin edilməsi ilə məşğuldur. Milli təhlükəsizliyin
əsas başlıca
elementlərindən biri
siyasi təhlükəsizlik
hesab olunur. «Sabit siyasi sistemə, əsas sosial qrupların maraqlarını əks etdirən siyasi təşkilatın, bu qrupların qarşılıqlı
münasib maraqlarını
realizə etdirən siyasi rejimin mövcudluğu millətin
birliyinə kömək
edir və iqtisadi və mədəni inkişaf məsələlərinin səmərəli
həllinə imkan yaradır». Siyasi təhlükəsizlik cəmiyyətin siyasi sistemi ilə bağlıdır. Ölkənin
siyasi təhlükəsizliyinə
cəmiyyətin digər
struktur elementlər sistemi, məsələn, siyasi ənənələr
və normalar, siyasi mədəniyyət və s. təsir göstərir. Siyasi təhlükəsizlik əlverişli
xarici siyasət şəraitlərinin formalaşması
bazasında beynəlxalq
münasibətlər sisteminin
suveren subyekti kimi ölkənin qabiliyyətini və onun əsas sosial qruplarının köklü maraqlarının
balansı əsasında
ümuməhəmiyyətli məqsədlərə nail olmaq
üçün cəmiyyətin
birliyini təmin edən siyasi sistemin yaradılmasını
müəyyən edir.
Siyasi təhlükəsizlik ölkənin,
cəmiyyətin, vətəndaşın
siyasi maraqlarına zərbə endirən faktların aşkara çıxarılması, xəbərdarlıq
edilməsi və aradan qaldırılması
üçün tədbirlər
məcmusudur.
İqtisadi cəhətdən inkişaf
etmiş və sosial cəhətdən sabit olan ölkələrin
möhkəm siyasi rejimlərin də iqtisadi təhlükəsizliyi
«nisbi» sayılır. Hər hansı
bir əlverişsiz xarici təsirlər, həmçinin təhlükə
imkanlarının olması
bu dövlətlərdə
də var. Müasir milli təhlükəsizlik
konsepsiyasının hərbi
xarakter daşıdığı
bildirilir, yəni təhlükəsizliyinə başlıca
səbəbi xaricdən
gözlənilən hərbi
siyasi təzyiq və ya müdaxiləni
hesab edirlər.
Əsrlər, illər boyu hərbi təhlükəsizlik problemi bir çox ölkələrin milli təhlükəsizlik sistemində mərkəzi yer tutur. Dünyada baş verən müharibələr, hərbi münaqişələr kifayət qədər möhkəm surətdə həyata sirayət edib. K.Klauzevitsin «siyasətin başqa vasitələrlə davamı olan müharibələr»in xalqların dövlətlərin həyatında dərin izlər buraxdığını bildirir. Tomas Hobbe müharibələrin qarşılıqlı inamsızlıqdan yarandığını deyir. Hər bir insan, cəmiyyət, dövlət sülhsevər siyasətə dəstək olmalıdır. Ətraf mühit problemi siyasətin və iqtisadiyyatın çərçivələrindən çıxıb insanın özünün mövcudluğuna toxunur. Elmi-texniki tərəqqi də hərbiləşdirmə istiqamətində inkişaf edərək ekoloqodağıdıcı reaksiyasına malik olub. Texniki sferanın inkişafı nəticəsində hərbi münaqişələr biosferaya dağıdıcı zərbələr vurur. Beləliklə, ekoloji təhlükəsizlik, həm də hərbi təhlükə, xüsusilə nüvə kimyəvi təhlükələr ilə bağlıdır. Qeyd etmək istərdik ki, cəmiyyətin digər sferaları kimi, ekologiya sferasındakı problemləri çözmək üçün, ümumiyyətlə, mənfi halların-cəmiyyətdəki zorakılığı, yəni insanla insan, insanla təbiət arasındakı ziddiyyətləri, milli sosial, siyasi münaqişələrin nə olduğunu bilmək və onların həll edilməsinə çalışmaq lazımdır.
Dünya ədəbiyyatında kəşfiyyatçı, detektiv obrazlar var. Dora (Rado Şandor) milliyyətcə macar olan məşhur sovet kəşfiyyatçısının ləqəbidir. Cəsur kəşfiyyatçı olan Dora İkinci Dünya müharibəsindən əvvəl İsveçrə kəşfiyyatçıları qrupunu təşkil etmiş və ona rəhbərlik etmişdi. Həmin qrup Sovet Silahlı Qüvvələrinin Baş Qərargahına Hitler Almaniyasının və Faşist İtaliyasının təjavüzkar niyyətləri haqqında məlumatları verirdilər. Alman faşistləri Sovet İttifaqına basqın etdikləri zaman və müharibə davam etdiyi müddətdə ölkələrin faşist bəlasından qurtulması naminə mübarizə aparan mətin kəşfiyyatçılar hər cür çətinliklərə sinə gərərək misilsiz qəhrəmanlıqlar göstəriblər. Şandor Radonun «Təxəllüsü — Dara» xatirələr kitabında sovet kəşfiyyatçısı olması, qrupun yaranması, işləməsi, Hitler casuslarına qarşı onların necə mürəkkəb və gərgin şəraitdə mübarizə aparması təsvir olunur. Coğrafiyaçı, kartoqraf kimi Sovet İttifaqı ilə məşğul olan Dora Almaniyada nəşr olunan böyük atlaslar üçün Sovetlər ölkəsinin çoxlu xəritələrini çəkmiş, alman ensiklopediyasında SSRİ haqqında bir sıra məqalələr yazmış, eyni zamanda Moskvadan Berlinə qayıdandan sonra alman coğrafi nəşrlərinin redaktəsi ilə məşğul olmuş və «Press coğrafiya adlı kartoqrafiya agentliyi təşkil etmişdi. Almaniyada faşizm hakimiyyətə gələndən sonra Parisə köçmüş, burada da fəaliyyətini davam etdirmiş, 1935-ci ildə Moskvaya gələrkən macar, alman dostları ilə görüşmüş və bu görüşlərin birində bir macar yoldaşı vasitəsilə kəşfiyyat işinə cəlb edilmişdi. Rado Avstriya, Almaniya, Belçika, Fransa, İsveçrə, İtaliya, Yuqoslaviyada olmuş, kəşfiyyatçı kimi mürəkkəb və təhlükəli tapşırıqları yerinə yetirmişdi. Hitlerin dostu — alman geopolitikasının «atası» Karl Qausjofer Ş.Radonun tərtib etdiyi «SSRİ-nin xəritəsini» «Patyomkin zirehli qatarı» filmindən sonra Qərb platformasına atılmış «ikinci sovet bombası» adlandırmışdı…
Gülxani Pənah
ədəbiyyatşünas
Xalq Cəbhəsi.- 2013.- 15 noyabr.- S.11.