Tanınmış paleoqraf alim

 

Onun araşdırmaları Azərbaycan əlyazma kitabının yaranma tarixinin çox qədim olduğunu bir daha təsdiq edir

Dəyərli aydın, filologiya elmləri doktoru, mərhum Məmməd Adilovun 60 yaşı tamam oldu. Onunla dəfələrlə söhbətləşmişdim. Maraqlı müsahib, öz sahəsinin bilicisi vurğunu idi. Araşdırmaçı Əli Məmmədbağıroğlu bildirir ki, Məmməd Adilov vəfat edəndə 58 yaşı hələ tamam olmamışdı. 27 il işlədiyi Əlyazmalar İnstitutunda elmi işçi vəzifəsindən elmi katib, elmi işlər üzrə direktor müavini direktor vəzifəsinədək yüksəlmişdi. Elmi müəssisəyə rəhbərlik etdiyi vaxtda institutun elmi tədqiqat istiqamətini, problemlərini, yazılı abidələrin kataloqlaşdırılması, nəşrə hazırlanması, tədqiqi təbliği işini daim diqqətdə saxlayırdı: «Əlyazmalar İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisəsi olmaqla bərabər, bu gün dünyanın Şərq əlyazmalarının saxlanıldığı ən zəngin mərkəzlərindən biridir. Məmməd Adilov daim fəaliyyətinin əsas hissəsini məhz bu möhtəşəm xəzinəyə məxsus ərəbdilli, farsdilli, anadilli əlyazmaların tərcüməsinə, tədqiqinə, transfoneliterasiya edilməsinə, həmçinin əlyazmalarla yanaşı xəzinədəki əski çap kitablarının, tarixi sənədlərin, burada saxlanılan 32 görkəmli ədibin şəxsi fondunun araşdırılıb üzə çıxarılmasına, nəşrinə təbliğinə həsr etmiş, eyni zamanda institut kollektivinin normal fəaliyyətini təşkil edə bilmişdi».

M.Adilov 18 noyabr 1953-cü il tarixində Şəki şəhərində görkəmli dilçi alim Musa Adilovun ailəsində anadan olub. Orta təhsilini Şəkidə alıb. 1971-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub, ali məktəbi 1976-cı ildə şərqşünas-filoloq, tərcüməçi, ərəb Azərbaycan dilləri müəllimi ixtisası üzrə bitirib. Şəki şəhəri 43 nömrəli orta texniki peşə məktəbində ədəbiyyat müəllimi, Şəki şəhər 2 nömrəli internat məktəbində dil-ədəbiyyat müəllimi, Azərbaycan radiosunda eyni zamanda «Bakı» qəzetində ştatdankənar müxbir, Azərbaycan Dillər Universiteti nəzdindəki ikiillik axşam kurslarında ərəb dili müəllimi, hərbidə tərcüməçi, 1984-cü ildən ömrünün sonunadək isə bütün fəaliyyətini elmə bağlayaraq AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyib. 1986-cı ildə «Azərbaycan dilində ixtisar sözlər» mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə isə «Azərbaycan paleoqrafiyası tarixi orfoqrafiya» mövzusunda yazdığı doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Araşdırmaçı bildirir ki, Məmməd Adilovun elmi fəaliyyəti zənginliyinə tədqiqat əsərlərinin mövzuları rəngarəngliyinə görə seçilir: «Ancaq burada biz onun özünün son vaxtlar daha çox önəm verib, diqqət yetirdiyi humanitar elmlərin ən az öyrənilmiş sahələrindən biri olan paleoqrafiya ilə bağlı fikirlərini qeyd etməyi lazım bildik. Bu elm sahəsinə aid araşdırmalar onun doktorluq dissertasiyasının, ümumiyyətlə, elmi fəaliyyətinin əsas hissəsini təşkil edib monoqrafiya kimi çap etdirdiyi «Azərbaycan paleoqrafiyası tarixi orfoqrafiya məsələləri» adlanan kitabında (2002), həmçinin bu kitabından əvvəl sonra nəşr olunan, həmmüəllifi olduğu «Azərbaycan əlyazmalarında filiqranlar» (2001), «Türk mətninin transfoneliterasiya problemləri» (2003), «Azərbaycan paleoqrafiyası» (2010) əsərlərində geniş əks olunub. Tədqiqatçının yaradıcılığında əlyazmalarımızın paleoqrafik xüsusiyyətlərinin araşdırılması başlıca yer tutur. Xatırladaq ki, adı çəkilən kitablar çap olunana qədər bu elmi-tədqiqat sahəsinə Azərbaycan mənbəşünas alimləri öz əsərlərində çox az yer ayırıb, yalnız bəzi məqalə araşdırmalarda məsələyə ümumi olaraq toxunulsa da, əlyazmaların paleoqrafiyası ilə bağlı sanballı son vaxtlaradək yazılmayıb. Orta əsrlərdə Şərq xalqlarına məxsus yüz minlərlə əlyazma əsərləri yaransa da, onların paleoqrafik cəhətdən araşdırılmasında ilk təşəbbüs avropalılar tərəfindən olub. «Paleoqrafiya» anlayışı yunancadan «palaios» «qrapho» sözlərinin birləşməsindən yaranıb, «qədim əlyazmaların qrafikası, xarici görünüşü haqqında elm» deməkdir. «Əlyazma kitablarının xarici görünüşü» dedikdə onun yaranmasında mühüm əhəmiyyət kəsb edəncildi, kağızı, frontospisi, ünvanı, filiqranı, mürəkkəbi, xətti, miniatürü, möhürü, kolofonu sair xüsusiyyətləri nəzərdə tutulur. Məhz bu xüsusiyyətlərin araşdırılması əlyazma kitabı haqqında daha geniş, əhatəli fikir söyləməyə imkan verir».

Paleoqrafiyanın bir elm kimi meydana gəlməsi fransız alimi, rahib Jan Mobilonun (1632-1707) adı ilə bağlıdır: «1739-cu ildə Parisdə nəşr olunmuş «Kral kitabxanası əlyazmaları kataloqu» bu sahədə elmə məlum olan ilk əsərdir. Bu kataloqda o vaxtlar Paris Kral Kitabxanasında saxlanılan 4200-ə qədər müxtəlif Şərq əlyazma nüsxələri (o cümlədən 396-sı türkcə, 1626-sı ərəbcə, 388-si farsca) haqqında məlumat verilib. Azərbaycanda isə ötən əsrin 60-cı illərindən başlayaraq əlyazmalarımızla bağlı bir neçə kataloq s. nəşrlər yerinə yetirilib. Bu sahədə işin son illərdə daha da sürətlənməsi məhz Məmməd Adilovun instituta rəhbərlik etdiyi zamandan başlanmışdı. XIX əsr alman filoloq-paleoqrafı L.Traube yazır ki, paleoqrafiya tədqiqatçıdan gərgin zəhmət, cəsarət tələb edən elmdir. Məhz M.Adilovun gərgin əməyi sayəsində əlyazmalar üzərində araşdırma aparmaqla yazılı abidələrin paleoqrafik xüsusiyyətləri haqqında ümumiləşdirdiyi nəzəri-praktiki fikirləri dəyərli vəsait olaraq bu gün tədqiqat işi aparan, xüsusilə, əlyazmaçı mütəxəssislərin faydalana biləcəyi masaüstü kitaba çevrilib. Məmməd Adilov «Azərbaycan paleoqrafiyası tarixi orfoqrafiya məsələləri» əsərində ilk dəfə idi ki, «Mətn», «Yazı», «Əlyazma», Paleoqrafiya», «Əlyazma kitabı», «Yazı materialı», «Filiqranlar», «Müəllif», «Katiblər», «Xətlər», «Azərbaycan kitabı», «Mətnşünaslıq linqivistika problemləri» kimi mövzulara kompleks şəkildə yanaşmaqla elmi təhlillər aparıb hər bir mövzuya əlyazmaşünaslıq kontekstindən yanaşmaqla aydınlıq gətirib. Tədqiqatçı bu mövzuların hər birini incələməklə indiyə qədər dolaşıq salınan bəzi terminlərin izahını verib, onların düzgün, yerində işlənməsini müəyyənləşdirib, «Azərbaycan kitabı» «Azərbaycan əlyazması» anlayışı ilə bağlı məsələnin kifayət qədər dürüst çözülməsinə elmi münasibət bildirib, Azərbaycan ərazisində aşkarlanmış ilk yazı nümunələri, azərbaycanlı katiblərin köçürdüyü əlyazma kitablarının ərəb qrafikalı əlyazmalar arasında ən qədim nadir nümunələrdən olması haqqında istinad etdiyi mənbələrdən gətirdiyi fikirləri şərh etməklə oxucuya çatdırır».

Ə.Məmmədbağıroğlu bu fikirdədir ki, tədqiqatçının ən çox maraq doğuran fikirlərindən biri xarici ölkələrin kitabxanalarında saxlanılan, əcnəbi araşdırıcıların azərbaycanlı katiblərin köçürdüyü ərəbdilli, farsdilli əlyazma kitablarını Azərbaycan kitabına aid etməməsi məsələsinə münasibətlə bağlıdır. Mərhum alim yuxarıda adı çəkilən əsərində yazır: «Tədqiqatçılar ənənəvi olaraq «türk əlyazmaları», «fars əlyazmaları» «ərəb əlyazmaları» ifadələrini işlədərkən abidələrin bir sərvət kimi milli mənsubiyyətindən deyil, dilindən çıxış edirdilər ki, burada kataloqlaşdırma işinin ənənəsi ümumiyyətlə, qarşıya qoyulan məsələnin həllində işin asanlaşdırılması məqsədi öz təsirini göstərir. İkinci tərəfdən, məsələn, «Azərbaycan əlyazmaları» (başqa sözlə, «Azərbaycanın əlyazmaları») ilə «Azərbaycan əlyazma kitabı» eyniləşdirilir. Azərbaycan əlyazmalarıAzərbaycan MEA Əlyazmalar İnstitutunda respublikanın ayrı-ayrı muzeylərində mühafizə olunan Azərbaycan xalqının dövlətinin sərvəti sayılan yazılı mənbələrdir. Azərbaycan kitabıazərbaycanlılar tərəfindən yaradılan ya azərbaycanlıların birbaşa fəal iştirakı ilə yaradılan kitablardır. Azərbaycan kitabı yalnız AzərbaycandaBakıda saxlanılmır, onun ən gözəl nümunələri dünyanın müxtəlif kitab xəzinələrini bəzəyir. Drezdendə Vatikanda saxlanılan «Kitabi-Dədə Qorqud»da, Ayasofiyada saxlanılan Tusinin avtoqraf əlyazması da, Tunisdə saxlanılan Xətib Təbrizinin avtoqraf nüsxəsi Azərbaycan kitabıdır».

Əli Məmmədbağıroğlu: «Məsələnin düzgün, obyektiv həllinə çalışaraq, tədqiqatçı XI yüzillikdə köçürülmüş üç əlyazma kitabının Azərbaycan əlyazma kitabı olmasını aşağıda belə əsaslandırır. Rus tədqiqatçısı O.Akimuşkinin «447-ci ilin şəvval ayında — 1056-cı ilin yanvarında Əbu Mənsur Müvəffəq Əl-Hərəvinin şair və gələcək leksikoqraf Əli bin Əhməd Əl-Əsədi Ət-Tusi tərəfindən köçürülmüş «Kitabi-əbniya ən hədaiqil-ədviya» («Əczaçılığın həqiqətləri haqqında əsaslar kitabı») əlyazması hazırda dünyada məlum olan ən qədim fars müsəlman əlyazma kitabı sayılır» fikrinə istinad etməklə yazır: «Ancaq həmin müəllifin (O.F.Akimuşkin nəzərdə tutulur — Ə.M.) abidənin milli mənsubiyyətinin müəyyənləşdirilməsində əsərin dilinin əsas götürülməsi prinsipinə riayət etdiyini xatırladıqda bu məlumatların dəqiqləşdirilməsinə ehtiyac olduğunu etiraf etmək lazım gəlir. Məsələn, tuslu Əli bin Əl-Əsədinin zatən azərbaycanlı olduğu dəqiqləşərsə, onda Əl-Hərəvinin göstərilən əlyazmasının Azərbaycan kitabı ola biləcəyi güman edilir»

Digər bir tədqiqatçının fikri ilə əlaqəli yazır: «K.İ.Çaykinin hələ 1934-cü ildə verdiyi məlumata görə, həmin Əli bin Əhməd Əl-Əsədi Ət-Tusi h.456-458 / m.1064-1066-cı illər ərzində Naxçıvanda vəzir Məhəmməd bin İsmayıl Hüsnininonun qardaşı İbrahimin sifarişi ilə «Gerşaspnamə» adlı bir poema yazmış və onu buranın hakimi Əmir Əbu Duləf Deyraniyə təqdim etmişdi». Tədqiqatçıya görə, həm müəllif, katib, həm də yazıya alınma yerindən çıxış etdikdə, artıq qəti demək mümkündür ki, bu əlyazma ən qədim Azərbaycan əlyazma kitablarından biri sayıla bilər. Məmməd Adilovun bu faktların üzərində isararla dayanıb, dəqiqləşdirmə aparıb və öz mülahizələrini ortaya qoyması Azərbaycan əlyazma kitabının yaranma tarixinin çox qədim olduğunu bir daha təsdiq edir.

Tanınmış əlyazmaşünas, dilçi, paleoqraf alim Məmməd Adilovun yazdığı kitablar, məqalələr bu vaxta qədər Azərbaycan filologiya elminin çox az öyrənilmiş bir sahəsinə kifayət qədər işıq sala bildionun bu istiqamətdə dəyərli, elmi tövsiyələri bu gün, həmçinin gələcəkdə yazılacaq yeni-yeni əsərlərin meydana gəlməsinə geniş imkanlar yaradacaq».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 19 noyabr.- S.14.