12 ilin «Xalq
Cəbhəsi»
Oxucularımız
12 illik fəaliyyətimizi dəyərləndirdilər
Gündəlik mətbu nəşr olan «Xalq Cəbhəsi» qəzetinin fəaliyyətə başlamasından 12 il keçir. Bu müddət ərzində qəzet uğurlu bir yol keçib və bu səviyyəyə gəlib çatıb. «Xalq Cəbhəsi»nin digər mətbu orqanlarından fərqi onun daim milli məsələləri gündəmdə saxlaması və bu məsələlərə önəm verməsidir. Həmkarlarımız da daxil olmaqla müxtəlif sahələrdə çalışan oxucularımız da bunu təsdiqləyirlər.
Jurnalist Elxan Salahov: «2 il fəaliyyət göstərib xalqın cəbhəsində xalqın, millətin və dövlətin problemlərini ictimailəşdirmək, o problemləri işıqlandırmaq əlbəttə, «Xalq Cəbhəsi» qəzetinin də üzərinə düşən əsas yük olub. Bu mənada qəzetinizin fəaliyyətini normal qiymətləndirirəm».
Bütöv Azərbaycan Ocaqları (BAO) Məşvərət Məclisinin üzvü Hakim Sadiqli: «»Xalq Cəbhəsi» qəzeti şəxsən mənə dost qazetdir. Çünki özümün də zamanında bu qəzetdə qısa fəalliyətim olub. «Xalq Cəbhəsi» qəzetinin özəlliyi və başqa qəzetlərdən fərqləndirən xüsusiyyəti onun Güney Azərbaycan məsələsinə başqa mətbu orqanlardan daha çox yer ayırmasıdır. Bu səbəbən də «Xalq Cəbhəsi» qəzeti həm Bütöv Azərbaycan sevənlərin və Güney Azərbaycan türklərinin sevgisini qazanmış və ümid yeri olub».
Hərbi ekspert Üzeyir Cəfərov: «Azərbaycanda nəşr olunan çoxsaylı mətbu orqanlar arasında «Xalq Cəbhəsi» qəzetinin özünəməxsus yeri var. Bu 12 il ərzində qəzet özünə kifayət qədər oxucu auditoriyası toplaya bilib. O qəzetdə mənim çoxdan tanıdığım dostlarım da çalışırlar. Arzu edirəm ki, çoxsaylı qəzet və jurnallar arasında «Xalq Cəbhəsi» qəzetinin kollektivi bütün çətinliklərə baxmayaraq hər zaman öz layiqli yerini tutacaq və gələcəkdə də öz maraqlı yazıları ilə diqqət mərkəzində olacaq».
«Publika.Az» xəbər portalının redaktoru Vasif Həsənli: «Xalq Cəbhəsi» qəzetinin 12 yaşını ürəkdən təbrik edirəm! Bu 12 il Azərbaycan mətbuatında hər qəzetə nəsib olmayan şərəfli bir ömürdür. Mən bu qəzeti yaradıb yaşadanlara cansağlığı və qüvvət arzulayıram! Qəzetin kollektivinin əməyini yüksək dəyərləndirirəm. Bir jurnalist kimi, Sizi 12 yaşınız münasibətilə bir daha ürəkdən təbrik edirəm, qələminiz kəsərli, iradəniz sarsılmaz olsun, deyirəm».
Politoloq
Elxan Şahinoğlu:
«Qəzeti internet saytından
izləyirəm. Azərbaycanın dövlət maraqları, hərbi və təhlükəsizlik məsələləri,
o cümlədən Dağlıq
Qarabağ və Güney Azərbaycan mövzusuna göstərdiyi
həssaslığa görə
qəzetin yaradıcı
heyətinə təşəkkür
edirəm».
Jurnalist
Səbinə Əvəzqızı:
«Qəzetin ilk çıxdığı
günləri xatırlayıram.
Azərbaycana yeni söz deyə bilən bir orqan oldu.
Əsas
o idi ki, «Xalq Cəbhəsi» heç kimi təkrar etmədi.
Bu qəzetin həmişə
öz dəsti-xətti
hiss olunub. Hazırda qəzetin rəhbərliyində
dayanan Elçin Mirzəbəyli mediada xüsusi hörməti olan azsaylı insanlardan biridir. Onun qələminə və şəxsiyyətinə böyük
hörmətimiz var. İnsanın
xarakteri həmişə
işlədiyi mətbu
orqana da təsir edir. Elə bu səbəblərdəndir
ki, «Xalq Cəbhəsi» həmişə
ucuz sensasiyalardan, skandallardan uzaq olub. Bu qəzetin
Azərbaycan mediasında
öz yeri, öz çəkisi var. Həmkarlarımı ürəkdən
təbrik edir onlara uğurlarının
davamını arzulayıram.
Sükanı belə saxlayın!»
Politoloq
Ərəstun Baxşəliyev:
«Qəzetinizə ən
xoş arzularımı
çatdırıram. Ötən 12 ildə olduqca böyük işlər görülüb. Bütün kollektivinizi
bu münasibətlə
səmimi qəlbdən
təbrik edirəm».
Jurnalist
Ədil Ədilzadə:
«»Xalq Cəbhəsi» qəzetinin 12 yaşı tamam olması münasibətilə bütün
kollektivi səmimi qəlbdən təbrik edirəm. Qəzetin 12 illik fəaliyyətinə
gəlincə onu deyə bilərəm ki, sözügedən qəzeti müntəzəm
izləyirəm. Bütöv Azərbaycançılıq
ideyalarını cəmiyyətə
aşılayan, bu ideyanın reallaşması
yönümündə davamlı
addımlar atan bu qəzet fəaliyyəti
dövründə hər
zaman öz ideyalarına sadiq qalıb».
Vətəninfo.az xəbər portalının baş redaktoru Nahid Canbaxışlı: «»Xalq-Cəbhəsi» qəzeti ötən 12 il ərzində müasir Azərbaycanın siyasi, iqtisadi, sosial problemlərini daim gündəmdə saxlayıb. Xüsusən də Bütöv Azərbaycan uğrunda davada öncül yerlərdən birini tutub. Təbii ki, «Xalq Cəbhəsi» qəzeti bir media orqanı olaraq üzərinə düşən işin öhdəsindən Azərbaycan gerçəkliyində lazımınca gəlib. Amma bütövlükdə Bütöv Azərbaycan uğrunda davada daha da güclü mübarizənin aparılması üçün «Xalq Cəbhəsi» qəzetinin apardığı strateji xətt dəstəklənməlidir. Bu yolda 12 il mübarizələr məngənəsindən üzü ağ çıxan qəzetin kollektivinə, yaradıcı heyətinə təşəkkürlər deməklə yanaşı «Xalq Cəbhəsi» ailəsini də 12 yaş münasibəti ilə təbrik edirəm».
Oxucu Zəfər Kərimov: «Bu qəzeti mütəmadi olmasa da, əksər hallarda izləyirəm. «Xalq Cəbhəsi» yeganə mətbu orqandır ki, milli məsələləri daim prioritet olaraq gündəmdə saxlayır, bu mövzulara geniş yer verir. Ona görə də bu qəzet xüsusən milli adamların, o cümlədən də bizim sevimli qəzetimizdir».
Jurnalist Cəmaləddin Həsənoğlu: «Xalq Cəbhəsi» yarandığı çağdan müstəqil mətbuat orqanları içərisində xüsusi çəkisi ilə seçilib. Həm də xalq hərəkatının mənəvi irsinin daşıyıcıları olduqlarını iddia etdikləri bütün nəşrlər arasında bu hərəkatın lideri Əbülfəz Elçibəyin portretini loqo kimi istifadə edən, Elçibəyin həm siyasi, həm də mənəvi mirasına hər zaman çox həssaslıqla yanaşan yeganə qəzetdir. Bu illər ərzində «Xalq Cəbhəsi»nin kollektivi daha da peşəkarlaşıb, öz sabit oxucu auditoriyasını formalaşdıra bilib. Ən əsası, yeni media resurslarından çox fəal istifadə edərək özünə yeni oxucu kütlələri qazana bilir. Mən bu sahədə xüsusən qəzetin Cənubi Azərbaycan mövzusuna olduqca həssas münasibətini təqdirəlayiq hesab edirəm. Bir dəfə cənublu alim, tanınmış ictimai fəal Böyük Rəsuloğlu bir etiraf etdi ki, sizdə Bütöv Azərbaycan məsləsi bizdən daha aktualdır və buna görə Şimali Azərbaycan ədəbiyyatına borclu olmalıyıq. Fikrimcə, 70-80-ci illərdə ədəbiyyatımızın daşıdığı bu missiyanı indi mediamız yürüdür və bu işdə «Xalq Cəbhəsi» ən öncüllərdəndir. Qəzetin başqa bir uğurunu Azərbaycan ədəbi dilinə ciddi, tələbkar münasibətdə görürəm. Təəssüf ki, indi ümumtürk dili formalaşdırmaq naminə doğma «il» sözümüzü ərəbmənşəli «sənə», «düyünü» farsmənşəli «prinç»lə əvəz edənlər tapılır. Amma dəyərli ziyalı dostumuz, gözəl qələm sahibi Elçin Mirzəbəylinin baş redaktoru olduğu «Xalq Cəbhəsi» dilə belə diletant münasibətin fövqündə durur. Azərbaycan dilinin şəhdini duymaq istəyənləri, xüsusən jurnalistikaya yenə gələnləri onun guşə yazılarını xüsusi diqqətlə oxumağı tövsiyə edirəm».
Hollandiyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür Dərnəyiinin Azərbaycan qollarının rəhbəri Elxan Həşimov: «Avropada bir çox Azərbaycan saytlarını izləyirəm. Qəzetlərdən bəzilərinin internet versiyasını nəzərdən keçirirəm, ən başlıcası isə «Xalq Cəbhəsi»ni oxuyaram. Azərbaycana gələndə də mütləq bu qəzeti oxumağa çalışıram. «Xalq Cəbhəsi» daim milli məsələləri ön plana çıxarır. Buna görə də hamımızın bu qəzetə rəğbəti var. Qəzetin rəhbərliyinə və kollektivinə uğurlar arzulayıram».
Əli
Xalq Cəbhəsi.- 2013.- 19 noyabr.-
S.5.