Üzeyir Hacıbəylinin vəfatından 65 il ötür

 

«Üzeyir bəyin zəngin yaradıcılıq dünyasına vardıqca istər-istəməz vahidlik milli ruh yüksəkliyi yaranır»

Hoyabrın 23-də dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatından 65 il ötür. Ailədə üç qardaş, iki bacı olublar. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri onun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. 1899-1904-cü illərdə Qori Müəllimlər seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.

Bakıya gəlib, Bibiheybətdə, sonralar isə «Səadət» məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində «Hesab məsələləri» «Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi əsgəri sözlərin türki-rusi rusi-türki lüğəti»ni nəşr etdirib. Bədii yaradıcılığa publisistika ilə başlayıb. «Kaspi», «Həyat», «İrşad», «Tərəqqi», «Həqiqət», «İqbal», «Yeni İqbal» qəzetlərində «Molla Nəsrəddin» jurnalında «Ordan-burdan», «O yan-bu yan» s. başlıqlar altında «Ü», «Filankəs», «Behmankəs» s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton satirik miniatürlər dərc etdirib.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən «Leyli Məcnun» operası ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsası qoyulub. Operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb. 1909-1915-ci illərdə bir-birinin ardınca «Şeyx Sənan» (1909), «Rüstəm Söhrab» (1910), «Şah Abbas Xurşud banu» (1912), «Əsli Kərəm» (1912), «Harun Leyla» (1915) muğam operaların librettosunu xalq dastanları rəvayətlər, Firdovsinin «Şahnamə» əsərinin motivləri əsasında yazıb.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Komediyalarının mətnini özü yazıb. «O olmasın, bu olsun», «Arşın mal alan» musiqili komediyaları məşhurdur.

1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbiniAzərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil edib. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərib, burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs deyib, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaradıb. 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk «Azərbaycan türk el nəğmələri» məcmuəsini nəşr etdirib. 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestrini təşkil edib. 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında ilk dəfə tamaşaya qoyulan «Koroğlu» operası (librettosu H.İsmayılov Məmməd Səid Ordubadinindir) ona böyük şöhrət gətirib.

Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlər son dərəcə heyrətamizdir. Üzeyir bəyin Azərbaycan Xalq Cümhuriyətinin möhtəşəm himnini yazması, o dövrdə Cümhuriyyətin yaşaması üçün xeyli gərəkli sahələrdə çalışması onun daim millətimiz üçün yaşamasından xəbər verir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni son dərəcə möhtəşəmdir: bu gün sözügedən himn Azərbaycan Respublikasının dövlət himnidir. Bu himnin sözlərində müəyyən uyarsızlıqlar olsa da, musiqisinin dahiyanə olması danılmazdır: himnin əvvəlinin fəlsəfi mənası haray, ortası ümid, sonu isə inamdır.

Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlərin qətiyyən inkar edilməməsi şərtilə indiyeni-yeni nəfəslərin meydana çıxmasına, yeni-yeni sənət zirvələrinin yaranmasına böyük ehtiyac var. Amma acınacaqlı haldır ki, bu gün belə zirvələri yox, olanların, yaradılanların kor-koranə şəkildə təkrarçılığının, daha çox isə təqlidçiliyinin şahidi oluruq. Məsələn, məşhur «O olmasın, bu olsun», «Arşın mal alan» kimi əsərlər müasirləşdirilir, obrazlar bugünkü tamaşaçının, gənc nəslin gözündə cılızlaşdırılır. Bu cür şoular xalqın sabahkı yaradıcılıq üfüqlərini daraldır. Bu, hər şeydən əvvəl o deməkdir ki, böyük mənada yeni yaradıcılar meydana çıxmalıdır. Möhtəşəm sənətkarlar yenə də özünəməxsus şəkildə fərdiliklərini yaratmalı və yaddaşlarda bu cür iz qoymalıdırlar.

Professor Gülnaz Abdullazadə Üzeyir Hacıbəyli fenomeninin Azərbaycan tarixində, ictimai fikrində oynadığı əhəmiyyətli, son dərəcə əvəzsiz rolundan danışaraq bildirir ki, Üzeyir Hacıbəyli Azərbaycan tarixində baş verən qalmaqallı, köklü dəyişiklər şəraitində dünyaya gəlib və sanki millətinin taleyi onun taleyinə çevrilib: «O zamankı Azərbaycanın ictimai həyatında təzadlar üzərində qurulmuş qeyri-sabit cəmiyyət yaranmışdı ki, bu da yeni həyat tərzi ənənələrinin yaradılmasına imkan vermirdi. Bir tərəfdən yerli əhalinin Şərq dünyasına, islam dininə bağlılığı, digər tərəfdən neft sənayesi ilə bağlı Avropadan böyük axının olması Bakıda fəhlə sinfinin yaranması nəticəsində, Azərbaycanda yeni ictimai münasibətlərin əmələ gəlməsi ilə əlaqədar idi. Xalqımızın yüz il ərzində başına gətirilən fəlakətlər, sovet dövrünün 30-cu illərdə, eləcə də başqa dövrlərdə verdiyi əzablar millətimizin yaddaşına, genlərinə qara səhifələr kimi daxil olub».

Gülnaz xanım ardıcıl olaraq fəlakətlər yaşayan xalqın tarixində Üzeyir Hacıbəylinin oynadığı müstəsna roldan danışaraq bildirir ki, o, insanların əsrlər boyu çəkdiyi acınacaqlı həyat və çaşqınlığın yaddaşlardan silinməsinə, soydaşlarını bir insan, vətəndaş kimi dirçəltməyə və yaşatmağa çalışırdı, siyasi, ictimai yolla bacarmadığı addımlarını sənət əsərləri vasitəsilə həyata keçirirdi. Onun dahiliyibunda idi: «Yaratdığı obrazlar, musiqi parçaları hər bir insanın ürəyinə yol tapır və doğmalaşırdı. Üzeyir bəyin istedadı bu xalqa düşmən olanlar üçün təhlükə demək idi. Heç də təsadüfi deyil ki, Üzeyir bəyin zəngin yaradıcılıq dünyasına vardıqca istər-istəməz vahidlikmilli ruh yüksəkliyi yaranırdı. Təbiidir ki, bunu kənardan izləyənlər heçaz deyildi. Hələ sağlığında bunların arasında şüurlu şəkildə Üzeyir bəyin bütün yaradıcılığına təcavüz edənlər az deyildi. Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımla, dostları, qohumları ilə məktublaşması onun həyat yolunun, tərcümeyi-halının daha tamdolğun işıqlandırılması üçün qaynaqlardır. Bu məktublarda Üzeyir bəyin yaradıcılığı ilə bağlı məsələlər də (müqavilələr, Moskvada təhsil illəri, məişəti əks etdirən yazışmalar, məsləhətləşmələr, şəxsi münasibətlər) öz əksini tapır. Üzeyir bəy «Leyli və Məcnun» operası ilə Azərbaycanın gələcək musiqi dilinin istiqamətini göstərdi. Operettaları vasitəsilə tipajlar yaratdı, millətimizin psixoloji özəyini açdı. Bununla o, kütlənin şüurunu formalaşdırmış oldu. Heç təsadüfi deyil ki, indiyə qədər də «Məşədi İbad», «Arşın mal alan» kimi əsərlərdə səsləndirilən fikirlər xalq arasında zərb-məsələ çevrilib».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 22 noyabr.- S.13.