Nigar Rəfibəylinin iki kitabı

 

Milli Kitabxanada təqdimat keçirilib

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi münasibətilə Mədəniyyət Turizm Nazirliyi tərəfindən çap olunan «Şanlı nəsillərin yadigarıyam» «Məhəbbətim bölünmədi» kitablarının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, çap olunan kitablar Nigar Rəfibəylinin 100 illik yubileyi münasibətilə ölkə prezidentinin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli çərçivəsində həyata keçirilir.

Mədəniyyət turizm nazirinin müavini Vaqif Əliyev qeyd edib ki, son vaxtlarda nazirlik bir neçə ədəbiyyat xadiminin yubileyini keçirib bu ənənə davam edəcək: «2013-cü ildə görkəmli sənətkarlarımızla bağlı yeddi sərəncam imzalanıb nazirlik bu sərəncamdan irəli gələn məsələləri yerinə yetirir. 100 il keçməsinə baxmayaraq, Nigar Rəfibəylinin poeziyası bu gün yaşayır aktualdır. Çünki o, novator şair idi yaradıcılığı yüz il sonra da yaşayacaq. Çap olunan hər iki kitab bizim ədəbiyyatımızın zənginləşməsinə öz töhfəsini verəcək».

Xalq şairi Nəriman Həsənzadə, professor Buludxan Xəlilov, AYB-nin katibi Arif Əmrahoğlu başqaları Nigar Rəfibəylinin poeziyası haqqında fikirlərini bildiriblər. Tədbirdə şairin həyat yaradıcılığını işıqlandıran videoçarx nümayiş olunub, Nigar Rəfibəylinin sözlərinə yazılan mahnılar səsləndirilib. Tədbirin sonunda Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək, kitabın ərsəyə gəlməsində xidməti olanlara təşəkkürünü bildirib.

 

Xalq Cəbhəsi.- 2013.- 23 noyabr.- S.16.