Nazir xarici kino xadimləri ilə görüşüb

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının 90 illik yubileyi ilə bağlı ölkəmizə gələn Ukrayna, Gürcüstan, Latviya, Çexiya Özbəkistandan olan kino xadimlərini qəbul edib. APA-nın məlumatına görə, Ə.Qarayev bildirib ki, kinostudiyanın 90 illik yubileyi Azərbaycan kino tarixi üçün əlamətdar hadisədir. Nazir ölkəmizin kino sahəsində digər dövlətlərlə əməkdaşlığını yüksək qiymətləndirib: «Biz qarşılıqlı əməkdaşlıqdan məmnunuq. Kinostudiyanın 90 illiyini dövlət səviyyəsində qeyd edəcəyik. Azərbaycanda kinonun inkişafı üçün dövlət proqramı var həmin proqramdan irəli gələn məsələlərin həlli üçün çalışırıq. Biz gənclər arasında kino müsabiqələri keçirir müasir kinonun inkişafında onların potensialından istifadə edirik».

Nazir əlavə edib ki, son illərdə çəkilən filmlər beynəlxalq kino festivallarına dəvət alır bir sıra filmlər beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib: «Azərbaycanda yeni kinematoqrafçılar ittifaqı fəaliyyətə başlayıb. Bu ittifaq gənclərin çəkdiyi filmlərin nümayişini təşkil edir, kinonun inkişafı üçün bir sıra işlər görüb. Biz sənədli, bədii tarixi filmlər çəkirik. Çalışacağıq ki, bu işləri daha da genişləndirək».

Görüşdə «Özbəkfilm» kinostudiyasının direktoru Fayziraxmon Usmanov, Çexiyanın «Barrandov» studiyasının servis direktoru Petr Tichy başqaları Əbülfəs Qarayevə «Azərbaycanfilm» kinostudiyasının direktoru Müşfiq Hətəmova ölkələri adından kino diskləri müxtəlif hədiyyələr təqdim ediblər.

 

Xalq Cəbhəsi.- 2013.- 1 oktyabr.- S.16.