Ermənilər Üzeyir
Hacıbəyovu öldürmək istəyiblər
Müslüm Maqomayevlə Üzeyir
Hacıbəyov həm
də bacanaq olublar
«Qəzetəni oxuyan
müsəlman qəzetdən
məlumat qazanır, biliyi artır. Ona görə: «Qəzetə
oxumaq müsəlmana haramdır». «İrşad»
qəzetinin 1906-cı ilin
24 mart buraxılışında Üzeyir bəy Hacıbəyovun «Filankəs»
təxəllüsü ilə
çap olunan «Ordan-burdan» felyotonunda müsəlman əhalisinin
qəzetə münasibətini
belə qələmə
alır. Azərbaycan Xalq
Cümhuriyyətinin fəallarından
olan Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində dünyaya gəlib. Ailədə beş
uşaq — üç qardaş, iki bacı olublar. Ondan başqa uşaqların hamısı Şuşada
doğulub. Evin dördüncü uşağı
olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi
var. Üzeyir bəyin
atası Əbdülhüseyn
Xurşidbanu Natəvanın
şəxsi mirzəsi
olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik
edirdi. İlin çox hissəsini
orda keçirirdi.
Şirin
xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə
gedib ərinə baş çəkmək qərarına gəlir.
Bacılarını yoluxmaq üçün
yolunu əvvəlcə
Ağdamdan salır.
Ancaq bacıları onu tez buraxmaq istəmir.
Şirin
xanımı 8 bacının
hərəsi bir neçə gün öz evində qonaq saxlayırlar. Ağcabədiyə gedəndə isə
artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq uşaq elə Ağcabədidə
dünyaya gətirir.
Bir aydan sonra isə
kəcavə ilə Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.
Valideynləri Ağcabədidən Şuşaya köçdükdən
sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk
məktəbində alır.
Özünün də qeyd etdiyi kimi, ilk musiqi təhsilini burada xanəndə və sazəndələrdən
alıb. Elə Şuşada
gördüyü bir səhnəcik gələcəyin
bəstəkarını ilhamlandırıb.
Onda Üzeyirin 13 yaşı ancaq olardı. Əbdürrəhim bəy Haqverdiyevin
təşəbbüsü, dirijorluğu ilə və Cabbar Qaryağdıoğlunun ifasında
Şuşada «Məcnun
Leylinin məzarı başında» adlı bir səhnəcik göstərilmişdi. Üzeyir də
qardaşlarıyla birgə
orda xorda oxumuşdu. İllər sonra həmin
səhnəcikdən təsirlənərək
böyük Füzulinin
poeması əsasında
nəinki Azərbaycanda,
bütün Şərqdə
operanın özülünü
qoyduğu «Leyli və Məcnun»u yazır. 1908-ci il yanvarın 12-də
ilk nümayişində də
operanın dirijoru elə Əbdürrəhim
bəy Haqverdiyev olur. Skripka partiyasını isə Üzeyir bəy özü ifa edir. Uşaqlığı da Şuşada
Üzeyir bəyin ata evi «Çöl
Qala» deyilən yerdə olub. Sonralar Şuşa
qalası işğal
olununcaya qədər həmin ev Üzeyir
bəyin ev muzeyi kimi fəaliyyət
göstərib. Bir gün
uşaqlarla birgə balaca Üzeyir də xan qızı
Natavanın bağına
meyvə oğurluğuna
gedir. Bu vaxt xan qızı
həyətə düşür.
Uşaqlar onu görüb
yığdıqları almaları
da götürüb qaçırlar, amma Üzeyir qaça bilmir. Qopartdığı
iki almanı papağının altında
gizlədən gələcək
bəstəkar Natavan xanım ona yaxınlaşanda baş əyib salam
verir. Buxara papaq yerə
düşüb almalar
da həmçinin.
Natavan bunu görüb soruşur: — Siz burda nə
edirsiniz? — Alma yığırdıq.
— Məni tanıyırsınız?
— Bəli, siz xan qızı Natavansınız, həm də şairəsiniz. Sonra Üzeyir Natavanın bir-neçə qəzəlini
əzbərdən deyir.
Bu təbii ki,
Natavanın xoşuna gəlir və onun başını sığallayıb — sən
qoçaq, ağıllı
oğlansan, gələcəyin
parlaq olacaq-deyir.
Üzeyir bəy 13 yaşında
hekayələr yazmağa
başlayır və onları «Kitabi-məzhəkə»
adı altında toplayır. Sonra kitaba illustrasiyalar
çəkir, onu özü cildləyir.
15 qəpikdən o kitabları
satan Üzeyir
pulla ailəsinə köməklik edirdi.
Üzeyir bəy 14 yaşında Qori müəllimlər seminariyasına oxumağa gedir və 1899-1904-cü illərdə orada təhsil alır. Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyir, ripka, violonçel və baritonda çalmağı öyrənir, xalq mahnı nümunələrini nota köçürür. Üzeyir bəy Tiflisdə Qori müəllimlər seminariyasında oxuduğu illərdə çox şeylər qazanır. Həyat yoldaşı, ilk və yeganə sevgisi, tatar qızı Məleykə xanımla da orda tanış olur. Məleykə xanımın qardaşı Əli Terequlov Üzeyir bəylə bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri də özüylə birgə evlərinə aparar, teatrlara, Tiflisin gəzməli-görməli yerlərinə gedərdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə ordaca görüb sevmişdi. Evlənirlər, ilk əvvəl kirayədə, sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzildə 1942-ci ilə qədər yaşayırlar. Onların övladlarının olmamamsı Məleykə xanımdan olub, amma Üzeyir bəy övlad naminə olsa belə sevgili xanımından ayrılmağa razı olmayıb. Üzeyir bəyin həmyaşıdı, eyni gündə, ayda, ildə doğulduqları Müslüm Maqomayev (Qroznıda doğulub) Məleykə xanımın bacısı ilə ailə qurur. Azərbaycanın bu iki dahi şəxsiyyəti həm də bacanaq olublar. Üzeyir Hacıbəylinin istedadı, artıq dünyaya yayılmış şöhrəti ona qarşı qısqanclıqları gün-gündən artırır. Onu xeyirxahlar neçə dəfələrlə ölümün pəncəsindən alıb. Hadrutda dərs dediyi vaxtlar erməni-müsəlman davasının orda vüsət aldığı 1905-ci ilə təsadüf edir. Kəndin ağsaqqaları ermənilərin Üzeyir bəyə qarşı qıcanan dişlərini görüb onu gizlincə kənddən çıxarıb Yevlağa, ordan da Bakıya yola salırlar. 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran edir. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Xoşbəxtlikdən, ölüm bəstəkardan uzaq düşür: «Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, «mən Azərbaycanı qoyub heç yerə getməyəcəm», — deyir. Ancaq Nərimanovun təkidindən, «Siz bizə gələcəkdə lazımsız» sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa göz aydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir. 1975-ci ildə Üzeyir bəyin ev muzeyi əsaslı təmir olunan zaman divarlardakı həmin güllə yerlərini Ramazan müəllim öz xatirələrində qeyd edib. O vaxt sovet rəhbəri Stalin çoxsaylı repressiyalara imza atsa da, deyilənə görə, Üzeyir bəyi çox sevərmiş. Mircəfər Bağırovdan Üzeyir bəyə xüsusi salam göndərərmiş. 37-ci ildə yazılan «Koroğlu», «Arşın mal alan» operalarını Stalin əzbərdən bilirmiş. Özü bu barədə Üzeyir bəyə deyib ki, hər iki operanızı çox sevirəm və əzbərdən bilirəm. Moskvada Azərbaycan incəsənəti dekadası zamanı «Koroğlu»nun zəfərini dekadanın iştirakçısı, bəstəkar Hökumə Nəcəfova «Üzeyir bəy haqqında xatirələrim» məqaləsində xatırlayaraq yazır:
«Dekada Kremldə yekunlaşdı. Stalin, Molotov, Voroşilov, Budyonnı qəbulda iştirak edirdilər. Həmin konsertin hökumət rəhbərlərini Bülbülün ölməz sənətilə heyrətə gətirdiyi bugünkü kimi yadımdadır. Üzeyirbəyin göstərişi ilə Kreml konsertində tarda «Bayatı-şiraz» muğamını ifa etdim. Buna görə «Şərəf Nişanı» ordeni ilə təltif olundum. Stalin qəlbə girməyi, rəğbət qazanmağı bacaran idi. O, Mir Cəfər Bağırovu, Üzeyir bəyi, İncəsənət İşləri İdarəsinin rəisi Mirzə İbrahimovu, Opera və Balet Teatrının direktoru İsmayıl Hidayətzadəni, Bülbülü stolun baş tərəfində əyləşdirmişdi. Özü ayaq cərgədə qıraqda oturmuşdu. Ara-sıra gülümsünür, şadlığını bildirir, yerindən qalxıb Bağırovun yanına gedir, onun qulağına nəsə pıçıldayırdı. Üzeyir bəylə Bülbülün əlini sıxdığına, sənətə səcdə etdiyinə görə, hamımız əfsunlanmışdıq». Deyilənə görə, bu günlərdə «Koroğlu» operasına Stalin özü şəxsən üç dəfə tamaşa edir. Belə bir dostluq şarjı çəkilir, bütün bəstəkarlar bir sırada öndə onları Üzeyir bəy arxasınca aparır. Dekadan sonra Azərbaycan nümayəndə heyətinə şəxsən ziyafət verən Stalin Üzeyir bəyi başda öz yanında əyləşdirir. Ordaca Stalin Üzeyir bəyin şərəfinə «Arşın mal alan»dan Əsgərin ariyasını bir parça da ifa edir. 1938-ci ildə Üzeyir bəyə SSRİ xalq artisti fəxri adı verildi, Lenin ordeni ilə təltif olunu. O, «M-1″ markalı avtomaşınla mükafatlandırılır, 1941-ci ildə isə bəstəkar bu operaya görə Stalin mükafatına layiq görülür…
Azərbaycan Cümhuriyyəti dövründə Üzeyir bəyin soyadı bir qayda olaraq «Hacıbəyli» kimi tarixə düşüb. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra millətsevər Üzeyirsevər müəlliflər bəstəkarın ad və soyadını bir qayda olaraq «Üzeyir bəy Hacıbəyli» formasında yazıb-söyləyirlər. Bunun fərqində olmayanlar isə «Üzeyir Hacıbəyov»la kifayətlənirlər.
«Bəy» titulunun
da buna bənzər
tarixçəsi var. Doğum
şəhadətnaməsində uşağın adı «Üzeyir bəy» yazılıb. Bir il sonra
«1897-ci ildə Xurşidbanu
Natəvan başda olmaqla bir neçə
Şuşa əsilzadəsinin
imzası ilə Üzeyirin bəy nəslindən olması təsdiqlənmiş, ona
«bəylik şəhadətnaməsi»
verilmişdi. Sovet dövrünədək sənətkar
«Üzeyir bəy» kimi tanınmış,
1920-ci ildən «bəy»
titulu da rəsmən ixtisara salınmış, yalnız
qeyri-rəsmi müraciətlərdə
yaxın dost-tanışları
ona «Üzeyir bəy» deyə müraciət etmişlər.
Azərbaycan Cümhuriyyətinin
elan olunmasını həyat və mübarizə məramının
gerçəkləşməsi kimi qarşılayan Üzeyir bəy Hacıbəyli 1918-ci il sentyabrın 15-də Qafqaz
İslam Ordusu Bakını erməni-daşnak,
rus-bolşevik, ağqvardiyaçı
və ingilis işlağından azad etdikdən sonra dərhal Vətənə
dönmüş, «Azərbaycan»
qəzetindəki publisist-redaktorluq
və mədəni quruculuqdakı fəaliyyəti
ilə milli dövlət quruculuğuna
bacardığı qədər
kömək göstərmişdir.
Bu dövrdə Üzeyir
bəy Cümhuriyyətin
himnini və bir sıra marşlarını,
«Azərbaycan» və «Dağıstan» rəqslərini
yazmış, 20 ay işıq
üzü görmüş
dövlət nəşri
türkcə «Azərbaycan»
qəzetinin 15 aylıq
dövrünün redaktoru
olmuşdur. Üzeyir Hacıbəyli 1920-ci ilin aprelində hakimiyyətin bolşeviklərə
təhvil verilməsinin
qəti əleyhdarı
olmuş, ömrü boyu bunun acısını
dadmışdı. O, azı 2 dəfə repressiyadan xilas olmuş, ayrı-ayrı illərdə təqib və qınaqlarla üzləşmişdir. 1919-cu ildə Azərbaycan Cümhuriyyəti nümayəndə
heyətinin tərkibində
Paris sülh konfransına
getmiş qardaşı
Ceyhun bəy Hacıbəylinin 28 aprel çevrilişindən sonra
mühacirətdə qalması
da bəstəkar üçün ciddi töhmət və qara-qorxu olmuşdur.
1920-ci ilin aprel-mayında
XI qırmızı ordunun
Azərbaycanı «azadlıq»
şüarı altında
işğal etdiyi, Gəncə qiyamını
qan dənizində boğduğu günlərdə
Üzeyir bəyi tüğyan edən erməni-rus çathaçatından
güc-bəla ilə
Nəriman Nərimanov
qurtara bilmişdi. Amerikada yaşayan erməni rejissoru bir film çəkir. Film bütünlüklə
«Arşın mal alan»ın süjeti olsa da Üzeyir
bəyin imzası qoyulmur. Rejissor yalnız filmin
şərq motivləri
ilə çəkildiyinin
yazır. Bunu əvvəlcə
Azərbaycan rəhbərliyi,
onun vasitəsi ilə sovet rəhbərliyi bilir.
SSRİ müəllif hüquqları ilə bağlı beynəlxalq konvensiyaya üzv olmadığından Üzeyir
bəyin hüquqlarını
qoruya bilmir.
Stalin deyir bunun bir yolu var,
təcili «Arşın
mal alan» filmi çəkilib bütün dünyaya yayılsın. Beləliklə,
çəkilən film bütün dünyada məşhur
olur.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.-
2013.- 4 oktyabr.- S.15.