Moskvada azərbaycanlı rəssamın sərgisi
Rusiya
paytaxtında Şərq xalqları incəsənəti
muzeyində Azərbaycanın əməkdar rəssamı Rasim
Babayevin (1927-2007) «Həqiqət axtarışında» adlı
sərgisi açılıb.
APA-nın Moskva
müxbirinin verdiyi məlumata görə, sərgi Rusiya Mədəniyyət
Nazirliyi, Şərq xalqları dövlət incəsənət
muzeyi və «Mərcani» Fondu tərəfindən təşkil
olunub. Sərginin açılış mərasimində
çıxış edən muzeyin direktoru Aleksandr Sedov son illər
Şərq xalqları dövlət incəsənət
muzeyinin Moskva ictimaiyyətinə bir sıra postsovet ölkələrindən,
Orta Asiya və Cənubi Qafqaz ölkələrində olan rəssamların
əsərlərini təqdim etdiyini bildirib: «Bu seriyadan olan
növbəti sərgi də Rasim Babayevin əsərlərindən
ibarət sərgidir».
Azərbaycanın
Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Polad Bülbüloğlu
çıxışında «Mərcani» Fonduna
Azərbaycan incəsənətinin Rusiyadakı təbliğinə
görə təşəkkürünü bildirib.
Səfir Rasim Babayevi
şəxsən tanıdığını, onun
əsrarəngiz rəssam olduğunu və
böyük yaradıcılıq irsi qoyduğunu söyləyib.
Açılış
mərasimində çıxış edən Azərbaycanın
Rusiyadakı səfirinin humanitar məslələlər
üzrə müşaviri Nigar
Axundova, «Mərcani» Fondunun
prezidenti Rüstəm Süleymanov,
dramaturq və tərcüməçi Lev Yakovlev, layihənin kuratoru Svetlana Xromçenko, heykəltaraş Fazil
Nəcəfov və digər iştirakçılar rəssamın
yaradıcılığı və xatirələri barədə
danışıblar. Rasim Babayevin
oğlu Elmir Babayev sərginin təşkilatçılarına
və sərgiyə gələn tamaşaçılara
atasının yaradıcılığına verdikləri qiymətə
görə təşəkkürünü bildirib.
Sərgidə Rasim Babayevin 60-a yaxın əsəri
nümayiş olunub. Onun yaradıcılığı təkcə
vətənində deyil, ölkə
hüdudlarından kənarda da
tanınır. Rəssamın əsərlərinin mövzusu müxtəlifdir. Onun
bir sıra əsərləri 1970-ci illərdə
yerli incəsənət aləmində bir hadisə olub.
1980-cı illərdə isə Rasim Vabayev Abşeron rəssamlar
məktəbinin ən məşhur rəssamlarından biri kimi tanınıb. Sərgiyə
gələnlər üçün Rasim Babayevin əl işlərindən
ibarət kataloqlar hazırlanıb. Sərgidə
təqdim olunan əsərlər isə rəssamın
ailəsi tərəfindən, o cümlədən
Dövlət Şərq xalqları muzeyi
və «Mərcani» Fondu tərəfindən
təqdim olunub. Qeyd edək
ki, sərgi noyabrın 10-a kimi
davam edəcək.
Xalq
cəbhəsi.- 2013.- 24 oktyabr.- S.16.