İnternet İdarəçiliyi Forumu

 

İKT ilə bağlı beynəlxalq konfranslar keçirilir

 

Azərbaycan nümayəndə heyəti Balidə (İndoneziya) keçirilən «Körpülərin qurulması: çoxtərəfli əməkdaşlıqda hökumətlərin rolu» mövzusunda VIII İnternet İdarəçiliyi Forumunda (IGF) iştirak edir. Bundan öncəki toplantıya ev sahibliyi etmiş Azərbaycanı təmsil edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə toplantıda çıxış edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, E.Vəlizadə çıxışında indiyədək keçirilmiş toplantılar arasında öz nəticələrinə görə ən yüksək göstəriciləri olan Bakı toplantısının IGF prosesinə müsbət töhfə verdiyini vurğulayıb. Nazir müavini İKT sahəsinin Azərbaycanın inkişafı üçün əsas prioritet sahələrdən biri olduğunu qeyd edib və görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

E.Vəlizadə «IGF-Baku» toplantısından sonra ölkədə bu sahədə əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkənin ilk telekommunikasiya peykini orbitə çıxarması, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının yaradılmasını, İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətə başlamasını diqqətə çatdırıb. Ölkədə və regionda internetin inkişaf etdirilməsi istiqamətində işlər barədə fikirlərini bölüşən E.Vəlizadə Azərbaycanda genişzolaqlı xidmətlərin inkişafı üzrə layihənin icrası, EPEG layihəsində iştirakTrans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinin əhəmiyyəti haqqında forum iştirakçılarını məlumatlandırıb.

Forumda iştirak çərçivəsində E.Vəlizadə İndoneziyanın rabitə və informasiya texnologiyaları naziri Tifatul Sembirinq ilə görüşüb və tərəflər İKT sahəsində mövcud vəziyyət, ölkələr arasında əməkdaşlıq imkanları məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Tədbirdə ABŞ, Böyük Britaniya, Yaponiya, Braziliya, Türkiyə, Rusiya rəsmiləri, beynəlxalq və ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçirilib. Səfər çərçivəsində E.Vəlizadə Yüksəksəviyyəli Nazirlər Toplantısında da çıxış edib. Oktyabrın 25-dək davam edəcək IGF forumu çərçivəsində Azərbaycanın İKT sahəsinə həsr olunmuş seminarın keçirilməsi nəzərdə tutulub.

Dünən isə Bakı Dövlət Universitetində (BDU) «İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi — AİCT 2013″ VII Beynəlxalq Konfrans öz işinə başlayıb. APA-nın verdiyi xəbərə görə, budəfəki konfrans Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, BDU, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə təşkil olunub.

Konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 2013-cü il prezident İlham Əliyev tərəfindən «İKT ili» elan olunub: «Ölkəmizdə bu sahədə bir çox vacib addımlar atılıb və əhəmiyyətli qərarlar verilib. İKT sahəsinin inkişafında böyük rol oynayan işlər görülüb. Azərbaycanın süni peykinin orbitə çıxarılması bu sırada müstəsna yer tutan xüsusi əlamətdar hadisədir. Son illərdə Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da möhkəmlənməsində bu peykin müstəsna rolu var».

Qeyd edək ki, konfransda 26 ölkədən dəvət edilən nümayəndələrin 105 məruzəsi, o cümlədən Azərbaycanın müvafiq elm və təhsil müəssisələrinin nümayəndələri tərəfindən təqdim edilən məruzələr dinləniləcək. «İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi — AİCT 2013″ VII Beynəlxalq Konfransı Bakı, Daşkənd və Tiflis şəhərlərində keçirilən əvvəlki konfransların davamıdır.

Azərbaycanın «Sazz 4G Internet» provayderi Rio-de-Janeyroda (Braziliya) keçirilən «2013 GTI» konfransında təmsil olunub. Şirkətdən verilən məlumata görə, «2013 GTI Latın Amerikası» seminarı dördüncü nəsil genişzolaqlı internet texnologiyaları sahəsində qlobal şirkətlər tərəfindən əldə edilmiş təcrübənin mübadiləsi üçün açıq platforma rolunu oynayır. Seminarda iştirak edən aparıcı İKT şirkətlərinin və genişzolaqlı internet provayderlərinin rəhbərləri 4G texnologiyasının növbəti mərhələlərini müzakirə ediblər(APA). Tədbirdə GTI təşkilatının baş katibi Huanq Yuhonq və sədri Filip Marnik, Çinin aparıcı operatoru olan «China Mobile»ın icraçı vitse-prezidenti Li Zenqmao, «Huawei» şirkətinin rəsmisi Goran Bernston, Yaponiyanın «Softbank» Qrupunun direktor müavini Satoşi Fujii, Braziliyanın «DirectTV\SKY» şirkətinin nümayəndəsi Luis Otavio Marçezetti, «OnTelecom» şirkətinin icraçı direktoru Fares Nassar, habelə seminara xüsusi dəvət alan «Sazz 4G Internet» provayderi «AzQtel» şirkətinin prezidenti Ceyhun Mollazadə də geniş məruzə ilə çıxış edib.

Öz çıxışında C.Mollazadə qeyd edib ki, yaxın 5-10 il ərzində Azərbaycanda internet protokolu üzərindən məlumat, xidmət və məhsulların ötürülməsi prosesinin bir çox sahələrdə, o cümlədən, təhsil və tibdə geniş yayılacaq. O, simsiz internet sahəsində Azərbaycanda WiMAX texnologiyası əsasında fəaliyyət göstərən «Sazz 4G Internet» haqqında da məlumat verib.

Qeyd edək ki, bu həftə Azərbaycan şirkətinin nümayəndələri daha iki beynəlxalq İKT konfransında təmsil olunur. Belə ki, şirkətin texniki direktoru David Məmmmədov Amsterdamda (Hollandiya) keçirilən «Broadband Forum», əməliyyat üzrə rəhbər Sammi Boaçi isə Dubayda (BƏƏ) təşkil olunmuş «GITEX 2013″ forumunda məruzə ilə çıxış edir. Bütün bunlar isə heç də təsadüfü deyilson illər Azərbaycanda İKT-nin dinamik inkişafı ilə bağlıdır.

Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən «İnformasiya Texnologiyalarının İnkişafı 2013″ («Global Information Technology Rerort 2013″) adlı hesabatına əsasən, 144 ölkəni əhatə edən «Şəbəkə hazırlığı indeksi» renkinqində Azərbaycan mövqeyini ötən ilə nisbətən 5 pillə yaxşılaşdıraraq 4,11 balla 56-cı yerdə qərarlaşıb. Ümumiyyətlə, hesabatda Azərbaycan reytinqdə 43-cü yeri tutmuş Qazaxıstan və 54-cü yerdə qərarlaşan Rusiya kimi ölkələrlə İKT sahəsində MDB məkanında ən inkişaf etmiş ölkə hesab olunub. Renkinqdə birinci yeri 5,98 balla Finlandiya, ikinci yeri Sinqapur (5,96 ball), üçün yeri isə ötən il siyahıda birinci olan İsveç (5,91 ball) tutub. İlk beşliyə həmçinin Niderland (5,81 bal) Norveç (5,66 bal) daxil olub. Siyahının ilk onluğunu İsveçrə (5,66 bal), Birləşmiş Krallıq (5,64 bal), Danimarka (5,58 bal), ABŞ (5,57 bal) Çinin əyaləti olan Tayvan (5,47 bal) tamamlayır. Siyahıda Koreya (5,46 ball), Yaponiya (5,24 ball) Çin (4,03 ball) kimi ölkələr müvafiq olaraq 11-ci, 21-ci 58-ci yerlərdə qərarlaşıb. Türkiyə siyahıda 45-ci, Gürcüstan 65-ci, Ermənistan 82-ci, İran isə 101-ci yeri tutub. MDB ölkələri arasında Ukrayna 73-cü yerdə, Moldova 77-ci yerdə, Tacikistan 112-ci yerdə, Qırğızıstan isə 118-ci yerdə qərarlaşıb.

Son 5 il ərzində Azərbaycanda mobil rabitə sektoru üzrə gəlirlər 1,3 dəfə, abunəçi bazası isə 1,5 dəfə artıb. Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, 2012-ci ildə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 14,1% artaraq 1 milyard ABŞ dollarını ötüb. Ölkənin İKT sektorunda mobil sahə təxminən 60%-lik xüsusi çəkiyə malikdir dinamik inkişaf edir. Azərbaycanın mobil rabitə sektorunda GSM standartında üç operator fəaliyyət göstərir. Mobil telefon rabitəsi xidmətləri ölkənin ərazisini tam əhatə edir bu, regionda 100%-lik ilk nəticədir.

 

Tərlan

 

Xalq cəbhəsi.- 2013.- 24 oktyabr.- S.12.