Çağdaş Güney Azərbaycan ədəbiyyatı

 

Vətəndüşüncəmdir güllələnir, dilimdir kəsilir

IX yazı

(əvvəli ötən saylarımızda)

Onların əsərlərində, yaratdıqları ədəbiyyatda real həyat, varlığın mənası bu dərəcədə təbiiliklə ifadə olunur. Əslində məhz bu özəlliyin daşıyıcısı olan əsərlər əbədiyaşar olur, ölməzlik qazanır. Güney yazarlarının bir özəlliyi şeir yazmağa şeirə münasibətdirŞeir onların şeirlərinin əsas mövzularındandır, desəm, həqiqətdir. Bu ənənə əsasən ustad Şəhriyardan onun ölməz «Şeir hikmət» məsnəvi-poemasından gəlirLakin ənənəyə yeni baxış o qədər güclü orijinaldır ki, heyrət doğurur. Kiyan Xiyavın iki ayrı şeirində bir motivə-şeirə yanaşması, şeir yazmağın qədər ilahi bir duyğu qüdrət olduğunu bəlirləyən mövqeyi diqqətçəkicidir şeir yazmaq həyata, yaşama dəlicəsinə aşiq olmaq, sevmək deməkmiş əslində:

Çəkirəm çiynimdə dəcəl dünyanı

Köləcəsinə.

Sevirəm ancaq

Sevirəm həyatı, dəlicəsinə.

Mən şeir yazıram.

yaxud

Təpəmdən dırnağıma

Qurşun bağladım şeiri hər yerimə.

Hər bir misra bir yara

Bağladım hər yerimə.

Çarpazlama çarpazlama.

Qurşunlar yaralayırdı

Yaralarım qurşun kimi öldürürdü.

Şeirlər qan qiymətinə aldılar ürəyimi

Hər nöqtəmdə

Bir dil, bir anlam bayrağını sancdılar.

bu

Mənim

Taleyimlə bağlı bir faciəydi

Çalın-çarpaz qurşunlanmaqdır, qan-qada, ölüb-öldürməkdir şeir yazmaq həm şeir həm taledir, faciəli, nakam, ya xoşbəxt olsun-fərqi yoxdur, şeir onu yazan şairin taleyidir yazıq ki, bu gün təkcə Kiyan Xiyav üçün deyil, Güney Azərbaycan xalqının yetirdiyi çağdaş şairlərin əksəriyyəti üçün hələlik şeir yazmaq «ürəyi qan qiymətinə almaq, hər nöqtəsinə bir dil, bir anlam bayrağını sancmaq»dırGüneyli şair üçün şeir «çörək ağacı deyil, çörəkdir (M.Əzizpur, yəni mübaliğəsiz-filansız həyat deməkdir o, şeir yazmasa, yaşaya bilməz həqiqəti

Ümumiyyətlə, bu gün Güney Azərbaycan xalqının azadlıq ideyalarının gerçəkləşməsini, «cəhənnəm zindan»dan qurtulmasını əngəlləyən səbəblər şairləri daha çox düşündürür. Bu səbəblərin mayasında biganəlik, laqeydlik kimi çox qorxulu bir azarın — «epidemiya»nın da durduğunu birbaşa deyil, dolayısı ilə oxucunun diqqətinə çatdırırlar. Ərgin «Donuq heykəl» şeirində xalqı manqurtluğa, unutqanlığa nəticədə özgələşməyə sürükləyən biganəliyə qarşı etiraz duyğularını şaxtanın qurudub heykələ çevirdiyi satmaq üçün soyuqdan göyərmiş incə əllərinin barmaqları arasında yunan ilahələrinə bənzəyən bir cüt büst tutmuş yoxsul bir qızın dili ilə hayqırır. Uzun müddət küçədə dayanan soyuq kəsmiş bu qız ruhsuz gözləri ilə başında börk (papaq), ağzında şal qarşısından gəlib-geçən kişiləri, qadın qızları süzərək acı-acı düşünür:

Mənim donmuş heykəlimi görməyənlər,

Əlimdəki büstləri necə görəcəklər?

Mənim bağırmamı duymayanlar,

Könül sızıltılarımı necə duyacaqlar?

Dönəmin Nəsimiləri

Bir əlləri haqqa doğru,

Bir əllərində neştər

Soyulmağı gözləyirlər

Bu laqeydliyə, «biganəlik» adlı ölüm qoxulu azara, insanların getdikcə «daşlaşmış» ürəklərinə «daşlaşan» başlara, ilişgilərə sanki «Daş yağışı» yağdırdı 2011-ci ildə Ramin Cahangirzadə… «Dayaq» layihəsi əsasında AYB Cənubi Azərbaycan kitabxanası seriyasından AYB-nin maliyyə dəstəyi ilə nəşr olunmuş «Daşlar» «Saray üçün…» şeirlər toplusu rəmzi olaraq elə ədəbiyyatımıza da «Daş yağışı» olduHər birində yaşamımızda addımbaşı qarşımıza çıxan, hər an hansısa formada yanımızda olan məhz gərəyimiz olan daşların xarakterini, bugünkü insanın həyatındakı, ömründəki önəmini, tarixdəki rolunu bütün ayrıntılarını incələdiyi, hər birində məhz daşlardan söz açdığı əlli şeirin yer aldığı kitabçada oxucularınıəslində insanları səssizliyədaşların ölkəsinə səyahətə aparır. Bu səyahət əlli şeirin yaratdığı daşlar aləmində davam edir

«Cəhənnəm» şeirində çölü almalıq üzümlüklər, içi çılpaq, şaşqın olan şəhərini sevməyi əlləri qulaqları barıt qoxuyan, balasının səsli başmağının səsini belə unudan sevgilini sevmək boyda bir cəhənnəm sanır Solmaz Məhəmmədrzayi… «Tələs» şeirində isə şairin əlləri kobudlaşıb paslanmış lirik qəhrəmanı sevdiklərini tənha, yalnız buraxaraq cəhənnəmin yolunda qaçır: «İtirdim gecələr gizlicə dinlədiyim səsləri şeytanın qapısına daxil olarkən sən qutsal ağacların doğduğu qurşun hər səhər ona yerikləyirdi bezikmiş bahar, tankların ayaq yerində tumurcuqlar dustaq düşmüşdü. Elə bu yaxınlarda göyüzü Tanrı qədər qocalmışdı Bezikmiş hamilə baharda qutsal ağacların qurşun doğması, tumurcuqların yarpağa-çiçəyə dönüşmək əvəzinə, ağır, zirehli texnikanıntankların tırtıllarının açdığı dərin izlərdəayaq yerlərində dustaq düşməsi ölüb-öldürməkdən usanmayan varlıqların bəd əməllərinin şahidi olan təngə gəlib Tanrı qədər göy üzünün qocalması mövcud durumun bütün ayrıntılarıyla poetik təsviridir

Lakin şeirlərində daha çox kədər, siyasi basqı sıxıntılardan şikayət üsyan notları yansısa da, Güney Azərbaycan şairləri dünyaya, insanlara sevginin gözləri ilə baxmağı bacarır, «sevilməyi düşünmə, sevməyi öyrən (Ərgin prinsipi ilə yaşayır, yaşıllığı qoruyan quruca bir nəfəsi, sönməkdə olan közləri alışdıra bilməyi belə böyük sayır, yüksək dəyərləndirirlər. Onların qənaətincə, insanları sevmək inanmaq, onlara tapınmaq, güvənmək gərəkdir. Həyatda insanları sevməkdən böyük bədiilik-gözəllik yoxdur. Əslində lirik şeirin yaranışı, doğulması insanın daxili dünyası ilə, onun sevgi duyğuları, eşqanə hissləri ilə əlaqəlidir. Bu da modern düşüncəli çağdaş yazarınRuqiyyə Səfərinin sevgi etirafı:

Artıq gecdir, qayıdan var, gözləyən,

Gecə vaxtı gəmisiz sahilə bənzəyir gözlərim,

durğun kədərli, ölümə şahid kimi.

Yaram şərab dadı verir,

həm acı, həm içməli

sən şəraba dolmuş bir sevdasan,

həm yadam, həm ölüm kimi.

Modern şeirin ən mühüm ayrıntılarından olan bütün dünyanın bir mətnin içinə daşınıb poetik müstəviyə yerləşdirməyi böyük ustalıqla bacaran Hadi Qaraçayın şeirindəki sevgilinin bir qız, yaxud Vətən olduğunu ayırd eləmək çətindir:

Mən gözlərimi yumurkən anımsayıram

Bütün boyaları anımsayıram,

Buludların köynəyində yeli, qışın arxasında günəşi,

Gerçəklikləri anımsayıram.

Mən gözlərimi yumurkən,

Bütün gerçəkliklərin girişimində başqalıqlar duyuram. Doğalında beləymiş, yalnız diliylə,

dəniz dalğalarıyla, ağac yarpaqlarıyla danışır.

Mən dilimi ağzımın boşluğuna sərmişəm dincəlsin.

Bax, ovcumdan süzülən qumda sənin adın var.

Mənanın ifadəsindəki, formadakı fərqi, yeniliyi duymaq çətin deyilŞairin yaratdığı obraz — «lirik mən» dünyanın bütün rənglərinin, həyatın gerçəkliklərinin fərqindədir, ancaq bu gerçəkliklər ona daha duyğulu şeylər, nəsnələr pıçıldamaqda, anlatmaqdadır… Yalanın, riyanın törətdiyi fəsadları görməkdə, ürək ağrısı ilə dərk etməkdədir… Tənha insanın dili ilə, dənizin dalğalarıyla, ağacların yarpaqlarıyla pıçıldaşması, danışması kimiBu şeirlər oxucu qəlbinə birona görə güclü təsir göstərir, yaralayıb keçir ki, misralar saxta təmtəraqdan, dəbdəbəli, mərtəbəli söz və ifadələrdən, bəzək-düzəkdən uzaqdır və əksinə, bu ədəbi nümunələrdəki dərin məna qatları onu düşünməyə vadar edir. Düşünür ki, Ruqiyyə xanım «sən şəraba dolmuş bir sevdasan, həm yaşam, həm ölüm kimi» deyərkən təbii ki, sevgi üzündən yaşanan acılar, dözülməz mənəvi ağrılar və sevinclər, xoşbəxtliklər yada düşür

Ənənəvi fədakarlıqlar, sevgilinin aşiqi üçün göydən ulduz qoparmaq, dənizi hədiyyə vermək, dünyanı bağışlamaq, yaxud «Sarıköynək» təki bəzi aşıq mahnılarında hətta «anasını sevdiyinə qurban etmək» kimi üsullar da çağdaş Güney poeziyasında dəyişilib, tam yeni forma və ifadə üsulu ilə əvəzlənib… Məlihə Əzizpurun: «Mənə bir küçə bağışla»sı

gözləri tam dənizə açılan, bir sevdanın xəyalı ilə uyuyan, ürəyi uzaqdan gələn gəmilərin səsi ilə döyünən, yolçuların ayaq səsi ilə oyanan, mahnıların səsi ilə oynayan bir küçə» arzusuna, diləyinə çevrilib… Elə bir küçə ki, «Gözlərindən, ürəyinə köçə bilim» kimi dəlicə bir istəyə, kövrək və israrlı bir sevgi etirafına dönübSevgilinin gözlərinə köçüb orada ömrü boyunca qalmaq!

Mənə bir küçə bağışla!

Tam dənizə açılsın gözləri.

Mahnılar keçsin xəyalından səhər-axşam.

uzaqdan gələn gəmilərin səsi ilə

Döyünsün ürəyi…

Mənə bir küçə bağışla,

Yolçuların ayaq səsi ilə oyansın.

Mahnı səsi ilə oynasın.

bir sevda xəyalı ilə uyusun

Mənə bir küçə bağışla…

Gözlərindən,

Ürəyinə köçə biləcəyim bir küçə…

Bu gün donmuş ürəkləri, soyuq canları sevgi və şəfqətlə isindirəcəklərinə, solğun gözlərə işıq, qəmli ürəklərə sevinc, bütün dünyaya barış, sülh, haqq və ədalət gətirəcəklərinə inanırlar Güney şairləri…

 

Esmira Fuad

Xalq Cəbhəsi.- 2013.- 3 sentyabr.- S.14.