«Dünya böyük bir dəyişim içindədir»

 

Ayşənur Yazıçı: «Bir-biriylə maraqlanmamaq, bir-biriylə bərabər uyumamaq, bir-biriylə yemək yeməmək boşanmaq deməkdir əslində»

Şəhla Bayatın Türkiyənin tanınmış yazarı aparıcısı Ayşənur Yazıçı ilə söhbətini oxucularımıza təqdim edirik.

- Ayşənur Yazıçı Türkiyənin aparıcı televiziyasında tele-aparıcı, bir neçə tele-tamaşaların senari yazarı, yazıçı Azərbaycan tamaşaçılarına «Adəmlər Həvvalar» «Südlü Qəhvə»nin müəllifi aparıcısı kimi yaxşı tanışdır. Bəs siz özünüzü necə təqdim edərdiniz?

- Adamın birinə «sən kimsən» demişlər dili tutulmuş, lal olmuş. Mənə «sən kimsən».desəniz susub qalaram, çünki mən hələ ki, kamil insan olmamışam. Kamil insan mənə görə başqasının canı yandıqda öz canı yanmış kimi qəbul edəndir . İnsanlara yardım etmək üçün cox güclü mövqeyimiz çox yüksək kürsülərdə olmağımız lazımdır. Əlimizdən gələn bir şey varsa mütləq onun arxasınca getməliyik. 4 il bundan qabaq 50 yaşımda təkrar universitetdə imtahana girmə səbəbim bu idi. «Madam ki, beynəlxalq bir yazaram, madam ki, ən azı 3 milyon qadın məni seyr edir, mənim sosial həyatı daha yaxşı araşdırmam lazımdır» dedim. sosioloji fakültəsinin tələbəsi oldum, 53 yaşında 3-cü universitet oxudum.

- Deməsəydiniz əsla o yaşı sizə verməzdim.

- Əvət öylə, baxımlıyam.(gülür)

- Proqramlarınız Azərbaycan seyrçiləri tərəfindən maraqla izlənirdi, çox maraqlı qonaqlarınız olurduVerlişləriniz səbəbdən dayandı?

- Proqramların çox gözəl getməsinə rəğmən təəssüflər olsun ki, ömürləri uzun olmadı . Səbəbini bilmirəm, amma bunu bilirəm ki, «Südlü Qəhvə» kəsildiyi zaman 17 milyon mail gəlmişdi, «niyə» deyə soruşurdularHəqiqətən mən bilmirəm «niyəsini». Məsləyimi sadəcə para-pul qazanmaq qayğısıyla etmədim heç bir zaman, gənc qızkən elə idim . Birilərinə faydam olması lazımdı, faydam olması üçün bilgi əldə etməm gərəkdir, bilgi isə oxumaq deməkdir. Amma sırf Türkiyəyə aid bilgilər deyilBrazilyada, Afrikada, Ərəbistanda, Çində bir qadının sıxıntıları isə inanın ki, Türkiyədə eynidir. Dünya böyük bir dəyişim içindədir, həm idrak olaraq fərqli, həm İnternet kimi nəhəng bir İsgəndəriyyə kitabxanası kimi hər kəs bilgiylə bəsləndiyi üçün pislik necə sürətlə yayılırsa, yaxşılıq da o cür sürətlə yayıla bilir artıq.

Ona görə bir ölkədə qadınlarla bağlı baş verən hadisələr digər ölkələrdə birilərinin qulağına sırğa olur. Mən bəsit yaşantısı olan bir insanam, mən JEEP-ə minməm, villada oturmam, heç istəmirəm Özəl bir yerə gedəcəyəmsə gedib özümə yeni bir paltar alaram. Bəzənərək özümə diqqəti cəlb etmək tərəfdarı deyiləm, bir insanın həyatında yaxşı bir iz qoyaraq anılmaq, xatırlanmaq tərəfdarıyam. Mən heç zaman məşhur olmaq istəmədim, dəyərli olmaq istədim. Amma təəssüf ki, məşhur oldum, indi isə dəyərli olmağa çalışıram. Düşünürəm bunu dünyada artıq hər kəs anlamağa başlayır.

- Çox gərgin sosial həyatınız var. Bütün bunlarla bərabər bir belə gözəl görkəmdə qalmısınız. Bu sirrinizi bizim xanımlarla da paylaşarsınızmı?

- Çox sağolun, təşəkkür edirəm. Birincisi, həyatımda heç vaxt günəşlənmədim, kimsə məni «mayo» çimərlik paltarı geyinərək günəşin altında uzanan, yatan görə bilməz. Ya sabah 7-də girərəm dənizə, ya axşam 8-dən sonra. Yəni dəniz isinmişdır, pörtü-böcək bir şey etməmiş, dənizin ən gözəl zamanı odur məncəYanmaq dünyanın ən təhlükəli şeyi, vücuddakı antioksidantları öldürürsünüz, sərbəst radikal deyilən protein dönülməsini yapıyorsunuz, həm dəri çökür altdan, həm xərçəng riskiniz artır. Anam da çox bəyaz qadındı, hanı hər kəs anasını təqlid edər yamən heç həvəslənmədim günəşlənməyəİnanın günəşdə qalmaq insanın yaşını 2 qat artırar, 30 yaşındasınız 60 göstərər, 15 yaşındasınız 30 göstərər… 54 yaşındayam artıq . Təəssüf ki, media görüntü üzərinə qurulub, insanlar sizi qulağıyla görür, sonra gözüylə dinləyir, eynən səhnəyə çıxanlar kimiMəsələn, pis səsi olan müğənninin gözəl bədəni varsa, gözəl «dans» qrupuyla çıxıb şərqi söyləyə bilir, onunçün özümə baxmağa həvəs göstərirəm. Mənim bir kosmetik şirkətim var. Deyirlər, xəbərdə Uğur Dindar nəysə, kosmetikada da Uğur Dindar sənsən. Çünki sırf satdığım üçün deyil, gərəkdirsə tövsiyə edirəm, mənim saytımda 40-a yaxın şirkətin kosmetik ürününü satıram, amma o, qadına lazım deyilsə tövsiyə etmirəm. Dürüst olduğunuzu anlarsalar xanımlarla çox gözəl bir dostluğunuz olur.

- Bu gün türk telekanallarının coğrafiyası çox genişdir

- Azərbaycanda desələr ki, gəlin bizdə proqram hazırlayın, gedərəm. Mən dünyanın o biri ucuna gedərəm. Əgər məni duymaq istəyən qadın varsa mən onun həyatıyla bağlı danışdıqda onun həyatı düzələrsə mən hər yerə gedərəm, Çinə gedərəm. Amma bir uşağım anam var, onlarla bərabər yaşayıram. Üstəlik böyük babam da Quzey Qafqazdan gəldi, anam Suriya, belə bir qarışımdan çıxmışıq. Maşaallah babam 88 yaşında, çox sağlıqlıdı, hər zaman belə deyər, mən qafqazlıyam, ona görə beləyəm, sağlam hüceyrə yapısı var yəniMənim üçün yer önəmli deyil, önəmli olan duymaq istəyən qulaqların olması. Varsa təbii ki,…

- Siz bir haşiyədə demisiniz ki, «mən inkişaf etdikcə işimə daha çox bağlandım işimi itirməmək üçün həyat yoldaşımı itirdim. Bu həmişə belə olur?

— Belə olur, yüzdə yüz. Məsələ məhkəməyə gedib «biz artıq bir-birimizin soyadımızı paylaşmırıq» demək deyil, bir-biriylə maraqlanmamaq, bir-biriylə bərabər uyumamaq, bir-biriylə yemək yeməmək də boşanmaq deməkdir əslində. Belə söyləyim, ATV-də 7 il çalışdım, 7 il heç tətilə çıxmadım… Hə bayram bilirsən, nə Yeni il, həmişə növbətçi qalırsan. Ərinizin bayramı 3 gün, nə edir, uşağı alıb Şiləyə gedir. Siz də evə dönürsüz təkbaşına, gecə saat 11, duş alıb yatağa girirsiz. Ərinizi nə qədər sevirsinizsə sevin, təmas olmazsa bir evlilik sürməz. Paylaşma azaldıqca bir baxırsınız ki, ərinizi itirirsiniz, işlə ər iki müxtəlif saqqız, hansı tərəfi üfürsəniz o tərəf daha çox böyüyəcək.

- Dediniz ki, son dövrlər televiziyaya çox baxmırsınız, beyinləri zəhərləyir. Açıqlarmısınız?

— Xəbəri açdığınız zaman xəbərin ilk 4-ü sizin gərçəkdən həyatınızı ilgiləndirən 4 başlıqdır, ondan sonrakı detal, sizinlə heç bir əlaqəsi olmayan şeylərdir, amma yenə də oturub seyr edərsiniz və öyrənərsiniz ki, bu gün PKK birini öldürmüş və ölənin yeni doğulmuş körpəsi var, orda öyrənərsiniz ki, 3 adam buzun üzərində bağıra-bağıra can vermiş, hardasa zəlzələ olmuş, uşaq 12 saatdan sonra tapılmış, böyrəkləri getmişs. Bunları öyrəndikcə içiniz zəhərlənir, çünki əlinizdən heç bir şey gəlmir… Məsələn bu sabah mən buzun üzərində bağıraraq ölən adamlara ağladım, yeni başladım baxmağa, 2 il idi izləmirdim. Necə yəni heç kimsə getməmiş, kimsə yoxdumu onları qurtarmağa, onlar 2 saat üşümüşlər… Və ya bir ünlü xanımın hər il ayrı bir adamla nigahlanıb ayrılması, hər səfərində onu çox-çox sevməsi… Buna sevgi deyilmir, buna cinsəllik deyilir, pişiklər də, köpəkləreyni şeyi edirlər…

O gün anam mənə səslənir, gəl, tez gəl deyir, bax nə edirlər… Deməli sel var, adamın biri avtobusun üstünə çıxmış, bez atırlar, tutsun qurtarsınlar deyə… Ana məni niyə çağırırsan dedim, niyə gəlib seyr edim, çünki əlimdən heç nə gəlmir, oraya gedib adamın bezinin ucunu tutammıram…

- Son dövrlər kimi daha çox oxuyursunuz?

- Ayala Malaç Painsin «Aşiq olmaq» kitabını oxuduqdan sonra qadına aşiq oldum. Ergün Candanın bütün kitablarını, Lin Mark Tabırtın nərdəysə bütün kitablarını, oxudumxoşuma gəlir, dünyanın o biri ucunda mənlə eyni olan insanları görmək xoşuma gəlir

- Gələcək planlarınız nədir,nələr üzərində başlamısız işləməyə?

— Xoşbəxt ölüm üçün əlimdən gələn hər şeyi etməyə çalışıram.

- …Elə deməyin…

- Xoşbəxt ölmək deyincə ağlıma bu gəlir — yapmaq istədiyin hər şeyi yapmış olmaq. Bunlardan biri «Çocuq gəlin» kitabım, ingiliscəyə çevrildi, almancaya çevrildi, indi ruscaya çevrilir, yunancaya çevrilmə bitdi. Pəki,» Cocuq Gəlin» kitabını Türkiyədə neçə adam bilir soruşsanız, 10 adamdan 1-i bilər. Ədəbiyyat ödülünə aday göstərilmişdir, xaricdə hər kəs bilir, burda belə bir problem var, biz seyr etməyi oxumaqdan daha çox sevirik, çünki oxumaq seyr etməkdən daha zor və ağır. «Çocuq Gəlin»in ən az 30 dilə çevrilməsini istəyirəm, 13 yaşında çocuqca bir qızın 40 yaşında bir kişiylə evliliyininola biləcəyi, cocuqlarının necə yetişdirilə biləcəyi və yeni gələn 2 günüylə bərabər, 3 qadın bir kişi necə yaşayır… Nənəm anlatmışdı mənə, mən də yazdım… Gələcək deyincə ağlıma bu gəlir… Məncə «Çocuq Gəlin» hər yerdə oxunumalıdır… Sonra kitablarımdan 3 senari hazırlanıb amerikalı bir rejissorun onu çəkməsini diləyirəm. Bu da insanın içindəki mələyin çıxarılması demək, halbuki hər addimda içimizə şeytan dürtürlər… bunları tamamladıqdan sonra bir də nəvəm olursa, başqa nə istərəm kiAaa mən şey istəyə bilərəm, evimin keşkə bir bağçası olsaydı da, ora pomidor və bibər əksəydim… Başqa bir diləyim yox

 

Xalq Cəbhəsi.- 2013.- 4 sentyabr.- S.10.