Çağdaş Güney Azərbaycan nəsri
Bir
daş götürüb tikanlı məftillər
üstündən suya atdı…
(Əvvəli
ötən saylarımızda)
XII
yazı
Qarabağ
müharibəsi mövzusunun poeziyada inikası olaraq qələmə
alınmış bu əsərlərdə sənətkarlıqla
yaradılmış surətlər bədii təxəyyülün
məhsulu kimi ümumiləşdirilib,
yaxud
tipikləşdirilib, «uydurulmuş» qəhrəmanlar deyil,
müharibənin yaratdığı,
formalaşdırdığı, taleyini bütünlüklə
Vətənin — Qarabağın taleyinə bağlamış
insanların bədiiləşdirilmiş obrazlarıdır… Bu
insanlar «Qarabağ və onun ətrafında baş verən
mürəkkəb və qanlı hadisələrin odlu kürəsində
yanıb-yaxılan, bişib ortaya gələn, bu qanlı
olayların yaratdığı qəhrəmanların ədəbiyyata
gəlişidir…
Bunlar ən
çətin, ən ağır məqamlarda millətin, Vətənin
taleyini
öz talelərində gəzdirən insanların vətəndaşlıq
mövqeyindən ədəbiyyata gətirilən yeni bədii
təfəkkürün qəhrəmanlarıdır…
Qarabağa bağlılıq, xalq həyatının problemlərinə
həssas münasibət, ən ümdəsi isə insanda
yüksək və ali dəyərləri,
nəcib fikri-hissi başlanğıcı axtarıb
tapmaq və
bədii cəhətdən təsdiq etmək bu yazılara xas
bir xüsusiyyətdir.»
Əsl
yaradıcının, şairin, yazarın da hünəri o
zaman təsdiq olunur ki, duyğu və düşüncələrini,
yaşantılarını inandırıcı bədii dillə,
real və cazibədar boyalarla, orijinal bədii
ifadə
vasitələrilə ədəbiyyata gətirsin. Belə olduqda ədəbiyyat insanın yaxşı
mənada özünüifadə vasitəsinə
çevrilir. Ədəbiyyat söz
adamının özünüifadə vasitəsidir.
Özündə Quzeyin sevincinə sevinib, kədərinə kədərlənmək
gücü tapan və bu duyğularını əsərlərində
apaydın yansıdan, ədəbiyyatı özünüifadə
vasitəsinə çevirə bilən Əziz Səlami «Ahu
kimi gözlərin» hekayəsində bir Azərbaycan xalq
mahnısının və bütövlükdə onun illərdən
bəri
içində yaşatdığı müqəddəs bir şəhərin
ruhunda doğurduğu təlatümləri bir araya gətirir:
«Hər yay gününün axşamını sərinlədə-sərinlədə
evimizə gətirən hündür qovaqlarımızın
ardından qanad çala-çala Bakı da bizə gələrdi.
Bakı, mutluluqlar, mahnılar
dünyasıydı mənim üçün.
Bakı, anamın mənimlə, mənim anamla
danışdığım dildə danışırdı. Anam bir ovuc
bayatı idiysə, Bakı bayatılar dünyasıydı.
Anam bir ağaclıq mahnı idiysə, Bakı
mahnılar ormanıydı. Hər yay axşamı
qonşumuzun radiosundan qanadlanaraq bizə gələn Bakıda
nə qədər gözəllik, nə qədər sehir
vardı! Oranın günəşi də,
ulduzları da, pıçıldaşan suları da və
üzlərdəki gülüşləri də
başqaydı. Bütün bunların hamısı da
anamın mənimlə, mənim anamla
danışdığım dildəydi.»
Əziz Səlaminin lirik qəhrəmanı
Bakıdakı uşaqları xoşbəxt sayırdı. Ona görə ki, Bakıda,
Quzey Azərbaycanda yaşayan uşaqlar, kiçik
soydaşları onun kimi bilmədiyi yad
dildə
yox, o günəşin, o ulduzların, o suların və o
mahnıların dilində, yəni ana dilində oxuyur
və
yazırdılar. Bakı onun üçün
qurumaz mahnılar bulağıydı və ruhunu doldura-doldura,
oxşaya-oxşaya zaman içində axırdı. Bakı ilə böyüyür, Bakı ilə
röyalara dalırdı. Bakı ilə
körpə ömrünün ilk mahnılarını
pıçıldamağa başlamışdı. Dodaqlarına qonan ilk mahnılar Bakının
dodaqlarından qanadlanıb gəlmişdi. Lakin illər
keçəndən sonra Bakıda Bakını aramağa gələn
o böyük doğma şəhər — Bakı
sevdalısı röyalarındakı Bakıdan heç bir iz
tapa bilməyəndə anladı ki, onun Bakısı
«uşaqlıq xatirələrindən daha uzaqlarda, yüz, min
illərin o tayında, heç bir tarixçinin, heç bir
kitabın xəbər verə bilməyəcəyi bir zamanda
qalmışdı!..»
Heyrət
və qətiyyətlə etiraf edirəm ki, Vətənin digər
parçasını — görmədiyi, gözəlliklərini
seyr etmədiyi, ağrılarını duymadığı, əzablarını
canında yaşamadığı o biri yarısını
öləcək qədər sevməyin kanıtıdır bu
öykü, bu hekayə… Səlaminin lirik «Mən»i hər yay
axşamı
Bakının radio dalğaları vasitəsilə
onların evinə gətirdiyi qucaq-qucaq mahnıları öyrənməklə,
pıçıldamaqla kifayətlənmir, həmin
mahnıları öz ruhundan da eşitmək, neylə ifa etmək,
əslində ifa etmək çox yumşaq səslənir,
içindən sıyırıb çıxarmaq istəyir. Evlərindəsə ney vardı. Çünki
böyük qardaşı da bu neylərdən uzaq,
anlaşılmaz, həzin və həsrətlərlə
yüklənmiş ərəb havalarını
çıxarmaq, ifa etmək istəyirdi. Əfsus
ki, talesiz yeniyetmə ömrü boyu bu arzuyla yaşasa da,
arzusuna qovuşa bilmir, gənclik çağlarında
ölüm mələyi başının üstünü kəsdirərək
onu fani dünyada sevdiyi hər şeydən ayırır.
Onun neylərinin içindən bir qamış
neyi götürüb çalmağa başlayır. «Qərib
səslər yavaş-yavaş doğmalaşdı,
Bakının səsinə bənzədi və bir gün
ruhumun səsini dilə gətirdi:
Ahu kimi
gözlərin
Şirin-şirin
sözlərin
Sən mənimsən,
mən sənin
Qucaqlama dizlərin.
Bakının mənə gətirdiyi mahnıları
neyimin dili ilə uzaq qonşulara belə
çatdırdım».
Ancaq
qonşu qızların ruhunda uyuyan mahnılı
quşları belə oyadan neyinin səsi dünyada iş səsindən
başqa heç bir səsə dözə bilməyən,
cüzi zəhmət haqqı müqabilində gün
çıxandan gün batanadək işləyib əldən düşən
atasının yorğun və həvəssiz qulaqlarını
incitməyə başlayır və o: «Oğul, çalma
artıq, çalma!» hayqırır. Bu hayqırışlar
çoxaldıqca
ruhu:
«Çal, susma, çal!» sözləri artmaqdaydı. Atamın sözləri gerçəyin sözləriydi
və ruhumun sözləri röyanın. Röyanın
sözləri ipəklərcə yumşaq və incə idiysə,
gerçəyin sözləri çəliklərcə sərt
və amansızdı. Dünyamızın
ən böyük məzarlığı gerçəyin sərt,
amansız və çəlik pəncəsində boğulub
ölmüş röyalar məzarlığı deyilmi?
Bunun nə olduğunu atamın
qamış neyimi ayaqları altında əzərkən duydum.
Ruhumun səsi heç kəsilmədi, «çal!»
dedi,»Susma, çal!». Yenə də bir qamış ney tapıb
Bakının ruhuma doldurduğu mahnıları
çalmağı sürdürdüm.»
Lakin
atasının növbəti dəfə neyini peçə
atması və çatırtıyla yanan neyin həmişə
canını qızdıran peçdən bu dəqiqələrdə
verdiyi istilik ömrünün ən soyuq, ən dondurucu istisi
kimi
yaddaşında qalır. Ə.Səlami qəlbində dərdə
çevrilən bir sıra mətləbləri bədii qəhrəmanının
çaldığı «Ahu kimi gözlərin» bu
mahnısının kədərli melodiyası vasitəsilə
oxucuya
çatdırır. Poetik gediş edir, bir vaxtlar hələ həyatın
isti-soyuğuna, bərki-boşuna düşmədiyi,
xalqının milli dərd və ağrılarını bilmədən
çaldığı «Ahu kimi gözlərin»də «ulduzlar,
çiçəklərin qoxusu, mahnılar, quşlar, ağ
bahar buludları və şirin yuxular vardı.
İndi-bütün
bunlardan xəbərdar olduğu, ürəyi dərddən
şişdiyi dönəmdə isə bu gözlərdən
bir çox gözlər də baxır ona: «Bir çox
gözlər, bir çox gözlər… Qız
yaşlarında olduqlarına görə, ölərkən cənnətə
getməsinlər deyə, din barbarlarının qurşunlamadan
öncə zorladıqları o azyaşlı qız
uşaqlarının gözləri! İşgəncədən
və ölümün pəncəsindən qurtarsın deyə
amansız bir qış günündə Güneydən Quzeyə
can atarkən şaxtadan donan o gənc ananın və
qucağındakı uşağının gözləri.
Peçin odlarına tullanmış qamış neyiylə
röyalarının da
yanmasını görən o 12-13 yaşlı oğlan
uşağının gözləri.»
Gerçək həyata uyğunlaşmadan, bu həyatın
qaydalarına, tələblərinə uyğun yaşamayanlar
həyatın dairəsindən kənara çıxırlar. Hamı kimi
yaşamayan, tabuları sındırmağa cəhd edən,
şeirləri, tərcümələri, hətta kiçik həcmli
esseləri, kibriti hekayələri ilə oxucunu xəyallarının
pənbə qanalarında çox asanlıqla öz
dünyasına aparan Əziz Səlami də həyatın dairəsindən
çıxanlardandır. Deməli, həyatın dairəsindən
çıxırsan ki, insanilik ölçüsünə
uyğun
yaşayasan. Əsərlərindən tanıyıb sevdiyim Əziz
Səlami bütün yazdıqlarında oxucusuna həyatın
dairəsindən çıxmağı, insanilik
ölçüsünə uyğun yaşamağı öyrədir…
Bu da örnək:
«»Qürurlu
qayalar!»-deyərik, qayalarda canın, ruhun
olduğuna inancımız olmasa da. Dağlarda yan-yana
durarlar; boy-boy boylanarlar; alınlarında yendikləri
fırtınaların tarixini,
çalın-çarpaz yazarlar. Sahillərdə qosqocaman,
köpürən, hayqıran dalğaların
gücünün bütövlüyünü, kökslərində
çilik-çilik dağıdarlar… Qayalar, «Qürurlu qayalar!» Keşkə biz
insanların ən ulu, ən qutsal tapınağı, «Qürur»
tapınağı olaydı. O tapınaqda dua oxuyarkən, duru
sulardan keçən irili-ufaqlı, rəng-rəng balıqlar
kimi, bizim də dualarımızdan dünyamızı dolduran
canlıların, varlıqların qürurları gəlib
keçəydi; biz onların önündə diz
çöküb, hər
zaman onlara qarşı sayğılı, hər zaman onlara qarşı sevgili olacağımıza and içəydik!»
Həmid Arğış «Tikanlı məftillər»ində Əziz Səlaminin «Ahu kimi gözlərin» hekayəsində toxunduğu, gündəmə gətirdiyi mövzunu davam etdirir… «Neçə ləzə idi ki, tikanlı məftillər arxasında durmuş, maraqla o taya baxırdı. Tikanlı məftillərdən neçə metir oyanda, enli çay, özünü sahilin daşlarına çala-çala qaranlıqda məhv olurdu. Neçə günüydü bu
məntəqəyə əsgər verilmişdi. Hələ özünə bir yoldaş tapmamışdı. …üzbəüz sahildən sərin bir yel tanış bir mahnı səsini gətirirdi bu taya, sudan, məftillərdən aşa-aşa… Uşaqlıqda da belə bir mahnını dinləmişdi, anasının və atasının sazının telərindən… buraya gəlmədən
demişdilər: «Ölkənin sərhəddində xidmət etməyə gedirsiz! Çox ehtiyatlı olmağınız gərəkdir…» Heçə ləhzə dərin bir uçurum tərkində özünü gördü… dərindən tövşüdü. Əllərini ətrafa açıb ətirli havanı dərindən sinəsinə çəkdi. Çox
tanışıdı bu havanın qoxusu. Yüngüllük duyurdu özündə… bir daş götürüb tikanlı məftillər üstündən suya atdı… üzbəüz sahildə çox uzaqlarda, bəzi yerlərdə çıraqlar bınık-bınık
yanırdılar… o taydan isə bir daş suya atıldı. Diqqət etdi, onu gördü: özü kimi bir əsgəridi o. Əlin tərpətdi buna! Sonra əlini irəli uzatdı. Sanki bununla görüşmək istəyirdi! Aralarında enli bir çay olsa da, əlində bir qızğınlıq və istilik duydu. Ürəyi şiddətlə döyünməyə başladı. Axşam yatağa girəndən səhərəcən heç yata bilmədi. Sanki boğazına bir zad tıxılmışdı. İndiyəcən belə bir vəziyyətlə qarşılaşmamışdı… Sürətlə axan çay, hər iki ölkənin adının bir olduğu, tanış mahnılar və hərzadan artıq tikanlı məftillər onu fikrə salmışdı».
Mövzu ağrılıdır, bir Vətənin iki parçasından bir-birinə yadlar tək baxan, lakin ruhu, dili, qanı bir iki qardaşın əllərinin qovuşa bilməməsi, iki dövlətin ayırdığı sərhəd qanunları, keçilməz sədlər və bütöv bir xalqın əsrlərlə davam edən həsrəti, özləmi və… faciəsi…
Çağdaş Güney Azərbaycan ədəbiyyatı seriyasından olan «Yüz il inqilab» romanı da 2012-ci ilin ilk rübündə tələbkar oxucu auditoriyasının mühakiməsinə təqdim olunub. Romanın müəllifi Güney Azərbaycanın Sulduz şəhərində doğulub böyüyən Sayman Aruz (Həsənzadə) Pəhləvi xanədanının, hakim rejimin xalqlar arasında apardığı milli ayrı-seçkilik siyasətinin acı nəticələrinin şahidi olub və bütün bunlar onun körpə ürəyində dərin izlər qoyub. Əslində «Yüz il inqilab» adlı romanının təməli Saymanın elə uşaqkən gördüyü səssiz-səmirsiz müşahidə etdiyi hadisələr əsasında qurulub.
Esmira Fuad
Xalq Cəbhəsi.-
2013.- 11 sentyabr.- S.14.