Bakının xilası

 

1918-ci ilin 15 sentyabrı tarixi taleyimizdə əhəmiyyətli bir dönüş günü oldu

Musa Yaqub: «Şəhidlər Xiyabanında qəhrəman türk əsgərlərinin şərəfinə ucaldılan abidə əziz ziyarətgahımızdır»

Tariximizin şanlı səhifələrindən biri 1918-ci ilin 15 sentyabrıdır. Ancaq təəssüf ki, hələ bu günün əhəmiyyətini layiqincə dəyərləndirə bilməmişik. Elə məqamlar var ki, millətin, dövlətçiliyin varlığının təminatçısı olur. 15 sentyabr bu cür əvəzsiz məqamlardandır. Hər şeydən əvvəl 15 sentyabrın siyasi əhəmiyyəti vardı. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci il sentyabrın 15-nə kimi Gəncədə fəaliyyət göstərirdi. Xüsusən Sovet Rusiyası gənc Cümhuriyyəti yıxmaq üçün hər cür fitnə-fəsada əl atırdı. Təsadüfi deyil ki, bir neçə ay əvvəl — 1918-ci ilin martında Bakıda bəşər tarixində ən dəhşətli soyqırımlardan biri törədilmiş, Bakıda 12 min türk soydaşımız qətlə yetirilmişdi. Belə bir zamanda gənc cümhuriyyətin ayaqda qalması, millətimizin siyasi iradəsini təsdiq etməsi üçün Bakı kimi strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşmiş, əhalinin daha çox cəmləşdiyi, sənayenin inkişaf etdiyi, xüsusən zəngin neft mədənlərinin olduğu ərazinin paytaxt kimi tanınması Azərbaycanın halal, tarixi əraziləri uğrunda mübarizəsinin yeni səviyyədə vüsət alması demək olacaqdı. Bu mənada Bakının azad olunmasının iqtisadi əhəmiyyəti barədə bizcə, geniş danışmağa ehtiyac qalmır. Xarici dövlətlər, o cümlədən Rusiya Bakı neftini ələ keçirmək uğrunda ölüm-dirim savaşına qalxmışdılar. Belə bir zamanda qəhrəman türk ordusunun Azərbaycana köməyə gəlməsi hadisələrin sonrakı inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən dövrdə olsa, özünə gəlməsinə, müstəqil dövlət olaraq tanınmasına ciddi təkan verdi. Digər tərəfdən bu hadisə iki qardaş türk xalqının mənəvi birliyinin sübutu oldu.

Beləliklə, 1915-ci il sentyabrın 15-də Bakı qəhrəman türk ordusunun rəşadəti sayəsində azad olundu. O zaman neçə aydan bəri Gəncədə müvəqqəti məskunlaşan ADR hökuməti Bakıya köçdü. Məhz hökumətin Bakıya köçməsi yeni yaranmış cümhuriyyətin müəyyən müddət mövcudluğunu qoruyub saxlamasında əhəmiyyətli rol oynadı. Təəssüf ki, bu əhəmiyyətli tarix ötən illərdə Azərbaycanda istənilən səviyyədə qeyd olunmayıb. Ancaq danılmaz gerçəklikdir ki,

1918-ci ilin 15 sentyabrı tarixi taleyimizdə əhəmiyyətli bir dönüş günü idi.

Araşdırmaçılar hesab edirlər ki, 1918-ci il sentyabrın 15-də Bakının türk qoşunları tərəfindən azad olunması tarixi geniş səviyyədə araşdırılmalı, öyrənilməlidir. Bu tarixdə yüzlərlə türk əsgəri torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Bu mövzuda tarixçilər ciddi araşdırmalar aparmalıdır. 15 sentyabr tarixinin yüksək səviyyədə qeyd edilməsi gərəklidir.

Azərbaycanın bir çox bölgələrini erməni vəhşiliyindən, qatilliyindən xilas edən qəhrəman Huru Paşa barəsində ürəkdolusu danışılmağa haqqı olanlardandır. Sovet dövründə

Huru Paşaların haqqında danışmaq yasaq idi. İmperiya türklük duyğusunu öldürürdü ki, antitürk meylləri, türkün düşmənlərini xalqımıza xilaskar kimi sırısın. İndi isə qəhrəman türk əsgərlərinin xilaskarlığı barədə daha çox yazılmalı, radio-televiziyada daha çox danışılmalıdır ki, millətimiz dostu ilə düşmənini yaxşı tanısın. Huru Paşa 1889-cu ildə İstanbulda hərbçi Əhməd Tofiqin ailəsində anadan olub. Ulu babalarının Krım türklərindən olduğu bildirilir. O, 1906-cı ildə quru qoşunları hərbi məktəbinə daxil olub, 3 il sonra həmin məktəbi leytenant rütbəsi ilə bitirərək 3-cü ordu komandanlığında zabit kimi xidmətə başlayıb. 1910-cu ildə padşaha məxsus piyada bölüyünə keçirilib. 1911-ci ildə Hərbi Akademiyanı bitirib, 2 il sonra yüzbaşı, (kapitan), 1916-cı ildə minbaşı (mayor), 1918-ci ildə isə yarbay (podpolkovnik) rütbələri alıb. I Cahan savaşı illərində Şimali Afrika cəbhəsində Liviya ərazisində cəbhə komandanı olaraq döyüşlərə rəhbərlik edib. Şücaətlərinə görə Almaniyanın, Avstriya-Macarıstanın Türkiyənin medalları ilə təltif edilib. 1918-ci ilin yazında Azərbaycanı Dağıstanı xilas etmək üçün qərargah yaradılır. Huru Paşa Qafqaz İslam Ordusunun komandanı təyin olunur. O, Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın qardaşı idi. Bu dövrdə Bakı nefti uğrunda gedən mübarizədə Almaniyanın şübhələndirilməməsi üçün ordunun məhz belə adlandırılması, ordunun əsgəri qüvvəsinin Azərbaycan Türklərindən yaradılacağı ideyası ortada idi. Əvvəlcə Təbrizə gələn Huru Paşa Urmiya ətrafında ermənilərə ağır zərbələr endirir. Mayın 20-də Zəngəzura çatır, camaat tərəfindən sevinclə qarşılanır. Mayın 25-də Gəncəyə gəlir, qısa müddətdə Gəncədən Zəngəzura kimi olan bölgələrdə asayiş yaradır. İyunun 20-də Bakının azad edilməsi planını gerçəkləşdirmək üçün Ənvər Paşaya müraciət edir, əlavə qüvvə, hərbi sursat alır.

Bu dövrdə Bakı Sovetinin tabeliyindəki qüvvələrin sayı 20 min nəfərdən çox idi. Bakıya hücum ərəfəsində Huru Paşanın tabeliyində 14 min nəfər döyüşçü vardı: bunun 8 minini Türkiyə, 6 mini isə Azərbaycan türkləri təşkil edirdi. Huru Paşa işğalçılar qarşısında şəhərin danışıqsız təslim olunması, əsgərlərin şəhərin müdafiəsindən çəkilməsi, silahların, döyüş sursatlarının, əmlak binaların təhvil verilməsi, Hargin adasında saxlanılan türk, alman, avstriyalı hərbi əsirlərin geri qaytarılması, zirehli maşın, təyyarə digər anbarların təhvil verilməsi kimi tələblər qoyur. Sentyabrın 14-də başlayan hücum 15-də qələbə ilə başa çatır. Türk qoşunları Bakının azad olunması zamanı 1130-dan artıq şəhid verib. 1918-ci il sentyabrın 23-də Türkiyənin baş naziri Tələt Paşanın Almaniya ilə bağladığı gizli protokola əsasən Osmanlı dövləti qüvvələrini Azərbaycandan çıxarmaqla bağlı öhdəlik götürür. Hoyabrın 30-da Atlanta ilə Osmanlı dövləti arasında «Mudros» sülh müqaviləsi imzalanır: Osmanlı dövləti Bolqarıstan Avstriya-Macarıstandan sonra məğlubiyyətini etiraf edir. Beləliklə, qəhrəman türk ordusunun Azərbaycanı tərk etməsi məsələsi qaçılmaz olur. 1920-ci il aprel çevrilişindən sonra Huru Paşa gizlincə Dağıstandan keçərək Qarabağa gəlir, Qarabağda Zaqatalada xalqı sovet imperiyası əleyhinə üsyan qaldırır. Ancaq o, məğlub olaraq geri dönməyə məcbur olur. 1923-cü ildə təqaüdə çıxır, İstanbul ətrafında dəmirtökmə fabriki açır. 1949-cu il martın 2-də fabrikdə baş vermiş partlayış nəticəsində həlak olur.

Tanınmış şair Musa Yaqub Huru Paşanın Azərbaycana gəlişini yaşlılardan eşidib: «Uşaq vaxtlarımda Huru Paşa haqqında ata-anamdan, eləcə də o dövrün yaşlılarından çox eşitmişəm.

1918-ci ildə ermənilərin Bakıda, Şamaxıda və başqa ətraf bölgələrdə soyqırımı törətməsi, Huru Paşanın qoşunu ilə Azərbaycan Türklərinin köməyinə gəlməsi, soydaşlarımızı ölümün pəncəsindən xilas etməsi barədə çox danışıblar.

Eşitdiklərim həmişə məni düşündürüb: türk qardaşlarımızın o dövrdə bu xilaskarlıq əməli olmasaydı, görəsən, aqibətimiz necə olacaqdı? Huru Paşanın Azərbaycana gəlişi, camaatı ermənilərin hücumuna qarşı nizamlı şəkildə səfərbər etməsi, özünündaim döyüşməsi bu gün də həmin dövrün söz-söhbətlərinin canında durur. Sən demə, Huru Paşanın rəhbərliyi ilə Lahıcda top düzəldiblərmiş ki, erməni gələndə vursunlar. Hecə olursa, topu yoxlamaq üçün atanda lüləsi ilə birgə gedib düşür Girdimana. O vaxtdan da bizim tərəfdə məsəl qalıb ki, Lahıc topu kimio yana, bu yana vurursan? O dövrdə əli qanlı, təpədən-dırnağa kimi silahlı, canavar kimi gələn erməninin əlindən bizi Huru Paşa xilas edib.

Bu, mənim aləmimdə əsl vətənpərvərlik, qəhrəmanlıqdır. Türkiyənin öz vəziyyəti də o zaman yaxşı deyildi, sonradan daha da çətinləşdi. Bakı-Qazax yolunda, Şamaxıya çatmağa az qalmış, Acıdərə adlanan yerdə qərib türk məzarı var. Hər dəfə həmin məzarın yanından keçərkən içim qəribə bir duyğu dolur, ovqatım çox fərəhli olur. Mən bir Azərbaycan Türkü olaraq Huru Paşanın millətimiz üçün göstərdiyi qəhrəmanlığı ömrüm boyu xatırlayıram. Sovet vaxtı Acıdərədəki qərib türk məzarına şeir də həsr etmişdim. Həmin şeiri kitaba sala bilmədim, imkan vermədilər, ancaq sonradan çap olundu. Həmişə fikirləşirəm ki, Acıdərədə yatan şəxs Huru Paşanın ən qəhrəman, hünərvər əsgəridir ki, çoxlu ellər aşaraq Azərbaycana gəlib, xalqımızın ermənilərdən xilası uğrunda canını verib. Şəhidlər Xiyabanında qəhrəman türk əsgərlərinin şərəfinə ucaldılan abidə əziz ziyarətgahımızdır».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 13 sentyabr.- S.14.