Sənətinin vurğunu
Yazıya sərlövhə seçəndə
çox düşündüm. Qiyabi tanıdığım
tanışlarımın bəzilərindən
eşitmişdim ki, Arifin hələ uşaqlıqdan idmana, bədən tərbiyəsinə
heç kəsə bənzəməyən sevgisi
olub. Elə bu sevgi də onu idmanın
çətin pillələrində
yorulmadan çalışmağa
sövq edib və məqsədinə doğru inamla addımlayıb. Bu həvəs onun orta məktəb illərində də özünü büruzə
vermiş, bədən
tərbiyəsi dərslərində
başqalarından cəldliyi
ilə fərqlənmişdi.
O, Bakıda dünyaya göz açıb. Muxtar kişinin oğlu Arif haqqında böyük arzuları vardı. Orta məktəb illərində
necə oxuması ilə tez-tez maraqlanar, müəllimlərinin
söylədikləri onu
sevindirərdi. 31 saylı orta məktəbdə oxuduğu
illərdə idman sahəsində həmişə
fərqlənər, akrobatika
ilə yorulmadan çalışardı. Atasını çox erkən itirən gənc Arif onun tövsiyə
etdiyi kimi məşqlərini inadla davam etdirirdi. 1966-cı ildə həmin məktəbi bitirən zaman Arif artıq öz yerini ancaq idmanda görürdü.
Ali təhsil almaq
haqqında bir daha götürqoy etdi.
1970-ci ildə SSRİ idman ustası adını alan, iki
dəfə SSRİ çempionatının
gümüş və
bürünc medallarına
layiq görülən
Arif artıq 1968-ci ildə Bədən Tərbiyəsi İnstitutunun
idman fakültəsində
oxuyurdu. İnstitut illərində oxuduğu
zaman yenə də sevdiyi sənətinin zirvəsinə
doğru inamla irəliləyirdi. 1972-ci ildə institutu uğurla bitirən Arif Qafarov ordu
sıralarına xidmət
etməyə çağrılır.
Buna qədər 1968-ci ildən Gimnastika məktəbində müəllim-məşqçi
vəzifəsində işləməyi
onu daha da tanıdır. Yetirmələrinin bir çoxu
keçmiş SSRİ çempionatlarında
mükafata layiq görülür.
Eldə
bir deyim var: Millət biliyi, zəkası və elmilə, bir də fiziki
qüvvəsilə formalaşır.
Arif Muxtarov idman sahəsində uğurlar qazanır. 1992-1998-ci illərdə yetirmələrinin
dünya və Avropa çempionatlarında
gümüş və
bürünc medal almaları
onu daha da sevindirir.
Arif müəllim 1989-cu ildən Gimnastika məktəbində direktor vəzifəsinə təyin olunur. Özünün yüksək mədəniyyəti, təvazökarlığı ilə fərqlənən Arif müəllim bu gün daha şövqlə, məhəbbətlə sevdiyi sənətini gənclərə həvəslə öyrədir.
2000-ci ildən indiyə kimi akrobatika üzrə milli yığma komandasının baş məşqçisi, yüksək dərəcəli məşqçi adını alan Arif müəllimi anadan olmasının 65-ci ilini ürəkdən təbrik edirik.
1997-ci ildən Azərbaycanın əməkdar məşqçisi fəxri adını daşıyan Arif müəllim yenə də gənclik ehtirası ilə çalışır.
2006-cı ildə dövlət başçısının sərəncamı ilə ona Azərbaycan Respublikasının «Əməkdar bədən tərbiyəsi və idman xadimi» fəxri adı veriləndə özünəməxsus təvazökarlıqla demişdi: «Bu diqqət mənim millətə, Vətənə edəcəyim xidmət və borcumdur».
Rəhbərlik etdiyi Gimnastika məktəbində bədən tərbiyəsi və idmanın incəliklərini həvəslə öyrədir, idmana verilən yüksək dövlət qayğısı ilə ruhlanır və fəxri adı, ona göstərilən etimadı əməli işləri ilə yorulmadan doğruldur. İdman və bədən tərbiyəsi tarixində əbədi iz qoyan Rəşid Pəhləvan, Süleyman və başqalarının keçdiyi yolu xatırlayan Arif müəllim ürəkdən sevinir. Yetirdiyi dünya və Avropa çempionlarının alqışları, təbriklərini səmimi qəlbdən yaşayır, 65 yaşında bəzən kövrəkləşir, bəzən də sabaha daha yeni yetirmələri ilə gedəcəyinə inanır…
Hörmətli Arif müəllim, sizi bir daha 65 yaşınız münasibətilə təbrik edir, uzun ömür, idman və bədən tərbiyəsinin fədaisi kimi yeni uğurlar arzulayırıq. Siz təpədən-dırnağa kimi professional idmançısınız. Həyata, insanlara, yetirmələrinə münasibətiniz də bunu sübut edir. 70 yaşınızda görüşənədək!
Maarif Teymur
Xalq Cəbhəsi.- 2013.- 18 sentyabr.- S.15.