Milli Kitabxananın 90 illik yubileyi
Bakıda
Mirzə Fətəli
Axundov adına
Azərbaycan Milli Kitabxanasının 90 illik
yubileyi münasibəti
ilə Avropa Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik
görüşü keçirilib.
APA-nın məlumatına
görə, tədbirdə
Fransa, Almaniya, Polşa, Estoniya, Ukrayna və s. Avropa ölkələrinin
milli kitabxanalarının
rəhbərləri iştirak
edib.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev konfransda çıxış edərək
bildirib ki, Azərbaycanda son illər kitab və kitabxana
işində əhəmiyyətli
inkişaf olub: «Bizim kitabxana sahəsində xüsusi proqramımız var. Bu, kitabxana
işinin inkişafı
ilə bağlıdır
və 2008-2018-ci illəri
əhatə edən dövlət proqramıdır.
Biz kiçik kitabxanaların inkişafı
üçün də
çalışırıq. Sizin hamınıza minnətdaram
ki, Azərbaycan Milli Kitabxanasının 90
illik yubileyi ərəfəsində bu
konfransı məhz Azərbaycanda keçirdiniz.
Kitabxana cəmiyyətin mayakıdır.
Biz kitabxana sahəsində
müasir vasitələrdən
istifadə etməyə
çalışırıq».
Əbülfəs Qarayev əlavə
edib ki, Azərbaycanda kitabxana işinin əsas prioritetlərindən biri də gənc nəslin kitabxanalara cəlb olunmasıdır:
«Bizim qarşımızda
duran əsas məsələlərdən biri
gənc nəsli kitabxanalara gətirməkdir.
Buna nail olsaq, deməli, kitabxana gələcək əsrlərdə
də yaşayacaq. Biz
gəncləri diskotekalara
yox, kitabxanalara yönəltməliyik»
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov CENL-in 27-ci illik görüşünün Azərbaycanda
keçirilməsinin əhəmiyyətindən,
kitabxana sahəsində
ölkələr arasında
həyata keçirilən
əməkdaşlığın faydalarından danışıb. O qeyd edib ki, Azərbaycanda
kitabxana şəbəkəsinin
formalaşması, inkişafı
üçün son illərdə
müxtəlif tədbirlər
həyata keçirilib
və bu tədbirlərdə Milli Kitabxana yaxından iştirak edib: «Dünən Azərbaycanda
III Bakı Beynəlxalq
Kitab-Sərgi Yarmarkası
keçirildi və bu tədbir göstərdi ki, bizim ölkəmizdə kitaba necə diqqət var. Azərbaycanda
kitabxana işinə həmişə xüsusi
diqqət yetirilib. Azərbaycan oxucularının Avropa kitabxanalarına daxili olub onların informasiya vasitələrindən
istifadə etməsi, məlumat almağı üçün səylərimizi
artıracağıq. Azərbaycan Milli Kitabxanası Avropa kitabxanalarının
tədbirlərində fəal
iştirak edib və biz inkişafa aparan qarşılıqlı
əməkdaşlığa həmişə hazırıq».
Xalq Cəbhəsi.- 2013.- 25 sentyabr.- S.16.