Aşıq Cahadın sazlı-sözlü
dünyası
100 yaşlı aşıq indi də çalıb-oxuyur
Bu ilin martında Şəmkir rayonunun Çənlibel kəndinə
yolum düşmüşdü:
folklor toplayırdım.
Bu kənddə artıq yaşlı
100-ü haqlamış bir
aşıq var — Sahad adında. 1914-cü ildə anadan olub. Deyir, I Cahan savaşı başlayanda adını bu münasibətlə Sahad qoyublar. Sahad kişi
Göyçə mahalında
— Basarkeçər rayonunun
Qaraqoyunlu kəndində
anadan olub. Heçə
ildir ki, həyat yoldaşını
itirib, oğluyla birgə yaşayır.
Çalışdım, bu yazıda Aşıq Cahadın danışıq üslubunu
saxlayım. O, Aşıq Ələsgəri yaxşı
xatırlayır: «Ələsgər
öləndə mənim
12 yaşım vardı.
105 il yaşadı.
Həmişə papaq başında,
arxalıqda, belində
göy qurşaq.
Sazı solaxay çalırdı.
Səsi bir az pəsdən
idi, ancaq elə oxuyub çalırdı ki, camaat ağlayırdı. Mən görəndə ömrünün
axırları idi.
Onun çalmağı indikilərdə
yoxdur. «Yanıq Kərəmi»ni yaman ifa edirdi.
Bircə
Əmrah Gülməmmədov
elə çalırdı.
Aşıq Ələsgərin ölməyi bugünkü
kimi yadımdadır.
Camaat ona ellikcən Dədə deyirdi. Dedi Talıf, Nəcəf, qonşu kənddə bir yük yağ
var, bir yük bal, gedin onu gətirin. Gülüşdülər. Dedilər nə bilirsən?
Getdilər oraya. Həqiqət
müəllim vardı,
məktəb direktoru,
bunlara dedi ki, nə yaxşı
gəlifsiniz?
Dedilər ki, bal yeməyə gəlmişik.
Kəlbəcərdən bir yük yağımız var, bir yük də
balımız. Dədəmiz nə bilirmiş bunu? Hə, Talıbla yağı da, balı
da gətirirlər. Çay-çörəy yeyib-içəndən
sonra dedi ki, ay bala, taxıla
verəcəksiniz, ya
pula? Dedi taxıla. Dedi:
Bal barmağda gedər,
Yağ dırnağda
gedər.
…Ələsgər 100 kiloluq yağı iri bir qazana
tökdü. 100 kq balı da
başqa bir qazana. Yerindən tərpətdi. Dedi çatar.
Nəyə çatar-soruşdular. Ələsgər
dedi:
- Mənim ehsanıma.
Mən də ordayam. Deməli, onların kəndi
burdadı, bizim də kəndimiz burda. Aralıqdan su axır.
…Ələsgər getdi
hamamlandı, gəldi
ki, yönü qıvlıya yer salın. Yönü qıvlıya yer
saldılar.
Ələsgər deyirdi, özüm aşığ oldum, oğlum gülləçi. Oğlu Bəşir
ovçuydu. Göynən quş gedirdi. Onu vururdu, o biri uçanı da qanrılıb vururdu.
Gülləsindən heç nə
yayına bilməzdi.
Ələsgər dedi ay Bəşir,
get məsçidin yanına,
de ki, dədəm deyir, ölürəm, gəlsinlər. Bu Bəşir
də getdi, dedi dədəm deyir ayə, ölürəm, amma ölən də gülərmi, danışarmı?
Camaat bilirdi ki, Ələsgər yalan danışmaz.
60 öy idi, gəldilər Ələsgərin
yanına. Ələsgər
dedi ki, hamınıznan xeyir-şərə
getmişik, halal eləyin. Camaat dedi xeyirimizin də yaraşığısan,
şərimizin də.
Aşıq Nəcəf Ələsgərin
qardaşı oğluydu,
savadlı idi. Dedi ay dədə nə deyirsən? Çox keçdi. Yenə
dedi ay dədə, nə deyirsən? Deyərlər Ələsgər
ölən günü
nə dedi?
Bugünümdə yetiş dada,
Adili şahım mənim,
Könül qəmgin, qəlbim
yolda,
Artıbdı ahım mənim,
Umutvarım, pəristarım,
sənsən pənahım
mənim,
İsmim
də Aşıq Ələsgər,
Çoxdu günahım mənim.
Günahkar aparma məni,
Divanə yalvarıram.
Bu, Ələsgərin axırıncı kəlməsidir. Ələsgər
bunu dedi, getdi.. Ələsgər sinədəftər idi».
Aşıq Cahad Mircəfər
Bağırovla görüşündən
də danışır:
«1942-ci ildə Mozdokda
əsgərəm. Rusca bilirəm.
Gürcücə başımı dolandırıram. Mircəfər
Bağırov gəlmişdi,
əsgərlərə danışırdı
ki:
- Əziz yoldaşlar,
mən getdim Stalinin yanına. İki rus
çağırdım yanıma.
Dedim qabağa get, üzümə baxır. Dala bax, üzümə baxır. Yerində addımla, üzümə
baxır.
Stalin dedi:
- Seyid, neynirsən?
Dedim biz
urusun, urus bizim dili bilmir.
Bə nə edək?
Fikirləşdim dedim ki, azərbaycanlı öz dilində, gürcü öz dilinlə diviziya yaradaq. Stalin dedi ki, Seyid,
bu təşəbüsünü
bəyəndim. Bağırov
sonra dedi ki, getdim Xruşşovun
qardaşını güllələdim.
Özü təslim oldu.
Bizim azərbaycanlıları qırırdı.
Dedim,
yoldaş Bağırov,
son damla qanımıza
kimi vuruşacağıq.
İkiəlli əlimi
sıxdı, dedi sağ ol, Azərbaycan
əsgəri.
100 yaşlı aşığın
çox yaşamağın
sirri haqqında danışdıqları: «Qapıda
bulaq var. Hər səhər tezdən saat 7-də dururam. Bədənimi soyuq suynan yuyuram. Soyuq su dərmandı.
Yanmış hava gedir, təmiz hava bədənə daxil olur. Keçirəm evə. Yarım saat
da bədən tərbiyəsi ilə məşğul oluram.
Bundan sonra bir stəkan
şirin inək südü içirəm.
Hamısını özüm eləyirəm.
Xörəyi də özüm
bişirirəm. Saqqalımı, saçımı da özüm qırxıram.
Bir stəkan süddən sonra azca gözləyirəm,
dalıycan yağ-balnan
yeyirəm. Bir az sonra
iki yumurtanı ya yağda, ya da ki,
suda bişirib yeyirəm.
Hara getsəm, günorta
mütləq naharımı
vaxtında eləməliyəm. Təbii yağdan
istifadə eləyirəm.
Hərdən 50 qram zoğal,
tut arağı olanda içirəm ki, dezinfeksiya eləsin. Axşam çörəyimi tez yeyirəm. Yatanda bir stəkan
qatıq içirəm.
Gecə durub iki yumurta
da yeyirəm. Dükandan yağ,
ət almıram. Bazardan təbii mal alıram.
O birilərin yemərəm,
çünki cana ziyandı.
Gündə ən azı 2 km piyada yol gedirəm. Hər gün
su içirəm.
Susuz olmaz. Çayı da çox içirəm. İynə vurdurmağım
yadıma gəlmir.
Özümü yaxşı
hiss edirəm. Bunu yemirəm,
onu yemirəm yoxdu. Ailən yaxşı, canın
sağlamdırsa, çox
yaşayacaqsan.
Gəlirdim evə, arvad deyirdi, boyuna qurban olum. Çay hazır,
çörək hazır.
72 yaşında öldü. Arvadın ölməyi
birdən oldu. Mən bazara gedirdim. Dedi tez gəl,
öləcəm, yuxu
görmüşəm.
Getdim bazara, 1
saat 15 dəqiqəyə
qayıtdım. Nəvəm dedi ki, nənəmi
apardılar ora, üstünə ağ
çəkdilər. Bildim ki,
ölüb. Dedim
sazı gətir. Nəvəm Əkbərə
dedim «Dilqəmi» çal. Çaldı. «Kərəmi»
çal. Çaldı. «Ruhani» çal.
Çaldı. 700 öy də burda tamaşadı».
Bu yerdə aşıq
şeir deyir:
Qocalmışam, vaxtım keçib,
Yaxşı görmür gözüm
mənim,
Qazanc gətirə bilmrəm,
Öydə keçmir sözüm mənim.
Var-dövlətim heç olubdu,
Sağlam
canım puç olubdu,
Necə gülsün üzüm mənim?
Cahat, doxsan doqquz yaşın,
Vətənnən atıldı daşın,
Gedibdi qohum-qardaşın,
Necə çalsın sazım mənim?
O, sinədəftərdir. Dayanmadan saatlarla
dastan danışır.
Danışdıqlarını Aşıq Talıbdan, Aşıq Əsəddən eşidib.
Bu yerdə yenə Ələsgərdən — onun
şəgird hazırlamağından
danışır: «On adam
yığılırdı. A bala, deyirdi,
aşıq nə deməkdi? Yəni bilici, şeyx.
Aşıq ozan deməkdi.
Aşıqlıq qədimdən qalıb.
Ondan sonra deyirdi:
Aşıq olub diyar-diyar gəzənin
Əzəl başdan pür kamalı gərəkdi.
Oturub durmağa ədəbin bilə,
Mərifət elminnən dolu gərəkdi.
Bundan sonra Ələsgər «Baş Divani»ni oxuyurdu. Xəlvətcə baxırdım ki, görək Ələsgər necə dərs keçir. Qət eləmişdim ki, aşıq olacam. 16 yaşım olanda Əsədin yanına gəldim şəjirdliyə, sonra da Talıbdan dərs aldım. 40 il şagird oldum. İndi də bir xoşum gələn söz olsa, onu yazıram, üç dəfə baxıram, öyrənirəm.
Ələsgərin bir xalası oğlu vardı — Molla Rəhim, 7 illik həbsdən gəldi. Ələsgərin oğlunun 15 yaşı vardı — Bəşirin.
Qar yağıbmış. Gedirlər Kəlbəcərə, kəndə çataçatda, deyirlər burdan ora güllə çatarmı? Bəşir başının üstündən atır, Molla Rəhimin sağ qolunu qırır. Ələsgər bu münasibətlə deyir ki:
Əsdi sərsər yeli qafil üzümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimnən xata dəydi özümə,
Bədəndə qolumun sağı kəsildi.
Çox qaçdım qəzadan olmadı çara,
Bir vurmuşdu,
bir də vurdu dübara.
Çinovniklər istiyər ki, qutara,
Dostdarım özümə yağı
kəsildi.
***
Könlum
qəmnən çıxmaz,
qəlbim qaradan,
Bu dərdi möhnətdən,
bu macəradan,
Dövlət getdi, hörmət
qalxdı aradan,
Qapımızdan dost ayağı kəsildi,
…Yazığ Ələsgərin
işi müşküldü,
müşkül,
Dərdini deməyə yoxdu əhli dil.
Daha deyib-gülmək
çağı kəsildi.
Bundan sonra Ələsgər saz çalmır. Onda Ələsgərin 85 yaşı varmış.
Aşıqlıq öyrədirmiş, şeir deyirmiş.
Kəlbəcərdə aşıq Hüseyn olub. Ələsgər sazını ona
verib.
Ələsgərin savadı olmayıb. Ancaq «Şahi-mərdan
nökəriyəm, dərsimi
pünhan verib» deyirdi, fəhmliydi. Sabah nə olacaq,
onu gecəynən bilirdi. Ələsgər «Yaxşı adnan,
təmiz hörmətnən
mən dolandım Qafqazı» — deyirdi».
… Söhbət zamanı aşığın sinədən
dediyi şeirləri olduğu kimi
təqdim etdik.
Uğur
525-ci qəzet.- 2013.- 12 oktybar.- S.14.