Erməni vəhşilikləri
Seyid Cəfər
Pişəvəri: "Martın 31-də daşnakların vəhşiliklərini,
saysız-hesabsız günahsız adamların
öldürülüb karvansaralarda meyitlərinin
yandırılmasını gözümlə görmüşəm”
II
yazı
Azərbaycan sovet dönəmində daha çox mənəvi
basqılara məruz qaldı. İmperiya
türkün özünəməxsusluğunu ləğv etmək
üçün bacardığını etdi. Ermənilər xüsusən ötən yüzilin
60-cı illərindən başlayaraq "erməni
genosidi" mövzusunu daha çox qabartdılar, İrəvanın
küçələrində nümayişlər, mitinqlər
təşkil etdilər. Bu gün ermənilər
"qara məni basınca mən qaranı basım" deyə
daha da həyasızcasına "erməni
soyqırımı" cəfəngiyyatını
qabardırlar. Erməni tülkü kimi fitri bicdir:
gözəl duyur ki, özünün soyqırıma məruz
qalan obrazını yaratmaqla bir neçə tərəfli
udacaq. Bu gün dünya erməninin tərəfində
olsa da, sabahda onun yeri yoxdur.
Mərhum
professor İsrafil Abbaslı yazır: "Xarakterimizdəki
unutqanlıq özünü tariximizin çox məqamlarında
göstərib. Ermənilərin isə ötən dövrdə
boş oturmadıqlarına dair bir neçə fakt gətirmək
istəyirəm: hələ ötən yüzilin 60-cı illərində
ermənilər guya türklər tərəfindən
soyqırıma məruz qalmaları ilə bağlı cəfəngiyyatla
dolu kitablar nəşr edərək dünyaya yayıblar. Bu mövzuda romanlar yazıldı, erməni
yazıçıları bu barədə gecə-gündüz
car çəkdilər. Bu əsərlər
yalançı "erməni genosidi" ilə bağlı
idi. Az sonra ermənilər daha da fəallaşdılar.
Hansı ki, sovet dövründə türk
xalqlarına milli kimlikləri ilə bağlı
danışmaq belə qadağan edilmişdi, ancaq ermənilər
imperiyanın dövründə də daim öz işlərində
idilər. O dövrdə rusca çıxmış
"Erməni genosidi" kitabını əldə etdim, Azərbaycana
gətirdim, burdakılara göstərdim. Ermənilər
genosid faktını gündəmə gətirmək
üçün hələ o dövrdə bütün
mümkün vasitələrdən istifadə edirdilər.
O
dövrdə məktəbdə oxuyan kiçik yaşlı
erməni balası da bilirdi ki, türk bunun düşmənidir,
böyüyəndə mütləq qisasını alacaq. Ancaq biz heç zaman balalarımıza erməni xisləti
haqqında danışmadıq. Biz öz
türklüyümüz haqqında balalarımıza
danışmadıq, erməni isə erməniliyini balalarına
böyük bir nemət kimi çatdıra bildi. Özümüzə "azərbaycanlı"
dedik, amma ermənilər həmişə bizə
"türk" deyirdilər. Yadımdadır,
Ermənistanda həmişə erməni tələbələrlə
mübahisəmiz düşürdü. Ermənilər
deyirdilər ki, siz türksünüz. Yəni
demək istəyirəm ki, düşmənlərimiz həmişə
bizi bizdən yaxşı tanıyıblar. Ermənilər tarix boyunca məqam tapan kimi içərimizə
soxulublar, erməni xislətindən xəbərdar olsaq da, mənasız
sülhpərvərlik göstərmişik. Sonda üzləşdiyimiz gerçək durum isə
hamıya məlumdur. Balalarımıza
düşmənlərimiz haqqında
danışmalıyıq. Ümumiyyətlə,
hər bir kəs özünün tarixi keçmişi barədə
bilməlidir. Qan yaddaşından xəbərdar
olmayan millət gələcəyini yarada bilməz".
Tarixçi
Vaqif Abışov bildirir ki, 1917-ci il
dekabrın 26-da Bakıda türk dükanlarının
çoxu bağlanmışdı. Şəhər
əhalisi Müsəlman İctimai Təşkilatları Komitəsindən
tələb edirdi ki, qayda-qanun yaradılması
üçün tədbir görsünlər. Onlar soyğunçuluğa, zorakılığa və
özbaşına axtarışlara son qoyulmasını tələb
edirdilər. Uzun müzakirələrdən sonra qəbul
edilən qətnamədə göstərilirdi ki, müsəlmanların
yaşadığı sahələrə müsəlman milisləri
qoyulsun, qəbul edilmiş qərarları həyata keçirmək
üçün Hərbi İnqilabi Komitə ilə birgə
5 nəfərdən ibarət komissiyanın yaradılması
Milli Komitəyə tapşırılsın. Elə
həmin gün qoyulan tələbləri yerinə yetirmək
üçün Milli Komitənin təcili
yığıncağı keçirildi. Bu
yığıncaqda Ə.Topçubaşov, B.Aşurbəyov,
M.Ə.Rəsulzadə, İ.Heydərov və M.H.Hacınski
iştirak edirdi.
Ancaq S.Şaumyan başda olmaqla Bakı bolşevikləri
azərbaycanlıların bu təklifini qulaqardına vurur və
soyqırıma ciddi hazırlaşırdılar. Bolşeviklər
iki millət arasındakı toqquşmaların öz xeyirlərinə
olduğunu aydın başa düşürdülər. Çünki azərbaycanlılar Bakıda hərbi
cəhətdən hələ zəif idilər. Digər tərəfdən hətta daşnakların
qələbəsi də şəhərdə erməni
azlığının daimi hakimiyyətilə nəticələnə
bilməzdi. Şaumyanın
çıxışlarında şiddətli
çarpışmaların qaçılmazlığı
tez-tez nəzərə çarpılırdı. O,
martın 15-də demişdi ki, Bakı Soveti Zaqafqaziyada vətəndaş
müharibəsinin mərkəzinə və istehkamına
çevrilməlidir".
Bakının və ətrafının bolşevikləşdiyini
zənn edən Şaumyan erməniləri və rus əsgərlərini,
xüsusilə Xəzər hərbi dəniz donanmasının
matroslarını azəri türklərinə qarşı təhrik
etməyə başladı. Bakıda
özünün rəhbərliyi altında Sovet hökuməti
quran Şaumyan azəri türklərinə
açıqcasına "Sizə Azərbaycan istiqallaliyyəti
yerinə bir məzarlıq bəxşiş edəcəyəm"
- demişdi. Şaumyan "Müsavat"
partiyasının əleyhinə əks təbliğat apararkən
ehtiyatlı hərəkət edirdi. Çünki
onun rəhbərlik etdiyi Bakı Sovetinin tərkibi rus və
ermənilərdən ibarət idi. Əgər
Şaumyan müsəlmanların əleyhinə açıq təbliğat
aparsaydı, onda Azərbaycan türklərinin çoxu
"Müsavat"ın ətrafında daha sıx birləşəcəkdi.
Ermənipərəst görünməmək
naminə bolşeviklər "Bakinski raboçi" (bu qəzetin
redaktoru əvvəlcə S.Şaumyan, sonra A.Əmiryan olub) qəzetində
"Müsavat"ı pisləyərkən
"Daşnaksutyun" partiyasına da cüzi tənqidi yer
ayırırdılar. Şübhəsiz, bu gözdən
pərdə asmaq idi, çünki S.Şaumyan, A.Mikoyan,
A.Əmiryan, Q.Korqanov və Daşnaksutyun partiyası
"Böyük Ermənistan" dövlətini yaratmaq siyasətini
elə bolşevik bayrağı altında aparırdılar. S.Şaumyan yaxşı başa
düşürdü ki, nə qədər Müsavat
partiyası və Müsəlman Milli Şurası
mövcuddur, onların təkhakimiyyətliyi mümkün
olmayacaq. Çünki Bakının
müsəlman əhalisinin (əhalinin böyük əksəriyyəti
Azərbaycan türklərindən ibarət idi) əksəriyyəti
Müsavatı və Müsəlman Milli Şurasını
müdafiə edirdi. Şaumyan Qafqaz cəbhəsindən
tərxis olunan, yaxud qaçan rus əsgərlərinin
silahını alıb ermənilərə verməklə
yanaşı, Bakıda olan erməniləri də
silahlandırırdı. O, bilirdi ki, güclü hərbi
qüvvə olmadan Bakıda hakimiyyəti möhkəmləndirmək
mümkün deyil. 1918-ci ilin yanvarında müsəlman
korpusunun komandiri general Talışinskinin Bakıda həbsi
şəhərin türk-müsəlman əhalisi arasında
qəzəb doğurmuşdu. Ermənilərin
bu özbaşınalığı xalqın qəzəbinə
səbəb olmuşdu. Bakıda və ətraf
qəzalarda əhalinin etiraz nümayişləri
başlanmışdı. Hövbəti təxribat
"Evelina" gəmisində Lənkərana getməyə
hazırlaşan əsgərlərin tərkisilah edilməsi
hadisəsi oldu. Bolşevik-erməni
silahlı dəstələrinin "Evelena" gəmisinə
hücum edərək azərbaycanlıları tərkisilah etmələri
əhalini bərk narahat etmişdi. Onlar
Bakı məscidlərindən birinin həyətinə
yığılaraq bolşeviklər tərəfindən
"Evelina" gəmisindən müsadirə olunmuş
silahların geri qaytarılmasını tələb edən qərar
qəbul etdilər. Ertəsi gün müsəlman
nümayəndələri silahların qaytarılmasını
Bakı Sovetindən xahiş etdi. Bolşeviklərin
rəhbərlərindən biri olan Caparidze bu tələbin
yerinə yetirilməsinə söz versə də, artıq gec
idi. Bakıda atışma
başlanmışdı. 1918-ci il
martın 30-u axşam saat 6-da Bakı əsil döyüş
meydanını xatırladırdı. Bolşevik-erməni
qüvvələrinin azərbaycanlılara qarşı mart
qırğınına başlama ərəfəsində
menşeviklər, eserlər, daşnaklar bütün qüvvələri
ilə onlara kömək etdilər, daha doğrusu,
S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetini
müdafiə etdilər. Bakıda türklər
erməni-bolşevik silahlı dəstələrinin
hücumuna qarşı özünümüdafiə
üçün silaha əl atmağa məcbur oldular. Türklərin hərbi sursatı demək olar, yox dərəcəsində
idi. Belə olan halda isə təbii ki,
mübarizədə türklərin qalib gəlməsi
mümkün deyildi. Şəhərdə
qabaqcadan planlaşdırılmış dəhşətli
qırğınlar, qarətlər başlandı. Bütün faciələr azərbaycanlıların
yaşadığı məhəllələrdə baş
verirdi. Fövqəladə İstintaq
Komissiyasının (FİK) sənədlərində qeyd
edilirdi ki, Erməni Milli Komitəsinin hərbi drujinası
müsəlmanların yaşadığı ərazilərə
atəş açmağa başladı. Demək
olar, eyni vaxtda Levon Saatsazbekovun dəstəsi şəhərin
"Şamaxinka" adlanan hissəsini atəşə tutdu.
Seyid Cəfər
Pişəvəri "Bakıdakı ilk Sovet hökumətinin
müqəddəratı" adlı məqaləsində
yazırdı: "Mən 1918-ci il mart
ayının 31-də daşnakların vəhşiliklərini,
saysız-hesabsız günahsız adamların, xüsusilə
bitərəf iranlıların öldürülüb
karvansaralarda meyitlərinin yandırılmasını öz
gözümlə görmüşəm".
Ermənilər
iyrənc məqsədlərini həyata keçirmək
üçün 1918-ci il martın 30-dan
aprelin 1-nə kimi - 3 gün ərzində Bakıda minlərlə
soydaşımızı qanlarına qəltan etdilər. Sonralar təkcə bir yerdə torpağın
altından 57 qadın və qızın meyidi
tapılmışdı. Onların
qulaqlarını, burunlarını kəsmiş,
qarınlarını yırtmışdılar. Erməni-bolşevik hərbi hissələri nəinki
Bakı şəhərində, eləcə də şəhərin
ətraf kəndlərində də dəhşətli
qırğınlar törətmişdilər. 1918-ci ilin
dekabrında Gürcüstanın vətəndaşı Levon
Qoqoberidze FİK-ə verdiyi izahatında yazırdı:
"1918-ci il mart qırğınları zamanı mən
Balaxanı kəndində, Ağayev qardaşlarının
evində yaşayırdım. Bu evi Ayrapet
Surqulyanın rəhbərliyi altında erməni silahlı dəstələri
mühasirəyə aldılar və zirehli qatardan, sonra isə
tüfənglərdən atəş açmağa
başladılar. Mən qılıncı,
pulu, saatı, dövlət əmanət kassasının
kitabçasını götürdüm, qərara aldım
ki, evdən qaçım. Mənimlə
birlikdə Mahmud Ağayev və bir neçə müsəlman
da qaçırdı. Arxa qapıya çatmamış
ermənilər bizi yoxladılar... Elə həmin
dəqiqə üzərimdə olan bütün əşyaları
aldılar. Mən və başqaları beş
gün girov qaldıq. Sonra məni və Rəhimovu
buraxdılar, qalanlarını - Ağayev
qardaşlarını və rusları isə gözlərimiz
qarşısında güllələdilər. Ağayev
qardaşları beş nəfər idilər
- kiçiyinin 8, böyüyünün isə 40 yaşı
vardı. Güllələnməni birinci erməni
həyata keçirdi, onlar arxadan vururdular. Sonra isə
tüfəngin qundağı və bıçaqla güllələnənlərin
axırına çıxdılar"...
Bakıda azərbaycanlıların soyqırımı hələ
başa çatmamış bu qanlı qırğınları
qəzalarda da həyata keçirməyə başladılar. Şamaxıya
hücum edən erməni quldur dəstələrinin
başında Stepan Lalayev dururdu. Bu həmin Lalayevdir ki,
Bakıda 1918-ci il mart
qırğınında minlərlə dinc azərbaycanlının
amansızcasına qətlə yetirilməsinə rəhbərlik
etmişdi. Stepan Lalayev azərbaycanlılara
qarşı törədilən soyqırımın
icraçılarından idi. Bakıda,
Şamaxıda, Qubada və başqa yerlərdə
sovet-bolşevik bayrağı altında azərbaycanlılara
qarşı etdikləri qanlı cinayətlərə görə
ermənilər nəinki cəzalandırılmadılar, əksinə,
onların bu əməllərinə haqq qazandırdılar.
Əslində Şaumyan "gələcək
erməni dövləti" üçün əraziləri
azərbaycanlılardan təmizləyirdi. Bu
təmizləmə əməliyyatının həm rəhbərləri,
həm də icraçıları ermənilər idilər".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 1 aprel.- S.11.