Mustafa Vəkilovun
məktublarında yaşayan
portret cizgiləri
"Mən
böhtan ləkələrindən
təmizlənmiş halda
sizlərin yanına qayıdacağam”
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil
almaq üçün
xaricə göndərilən
tələbələrin sırasında
Parisin Sorbon Universitetində təhsil almış soydaşımız
Mustafa Vəkilovun həbs
düşərgəsindən anasına və həyat yoldaşına yazdığı məktubları
sadəcə, həbsdə
olan bir insanın şəxsi duyğuları deyil. Bu, Azərbaycanın ilk hüquq
professoru M.Vəkilovun
həm şəxsi duyğularını, həm
ictimai mövqeyini və bütövlükdə
portret cizgilərini əks etdirir. Təbii ki, bu məktubları
professional psixoloqların dərindən
təhlil etməsi M.Vəkilovun portret cizgilərinin bütün
çalarlarını dolğun
şəkildə canlandırmağa
imkan verərdi. Ancaq məktublardan boylanan bir şəxsiyyəti xarakterizə edən qabarıq xüsusiyyətlər
adi oxucunu belə cəlb edir. Onun xarakterik cizgilərini qısaca belə göstərmək olar: sevgisinə sadiq, ailəyə bağlı bir insan olmaqla
yanaşı daim elmi düşüncə ilə yaşayan bir alim kimi
özünü təsdiq
edir. Eyni zamanda M.Vəkilovun
düşüncəsindəki təbədülatlar da özünü aydın şəkildə göstərməkdədir.
Mustafa Vəkilov həbsə
alındığı ilk günlərdə
tezliklə azad olunacağına ümidlər
bəsləyirmiş. İlk məktublarından birində
yazırdı: "Bugünlərdə
radio ilə Moskvadan Azərbaycan ədəbiyyatı
ongünlüyü ilə
bağlı verilən
Azərbaycan musiqisindən
ibarət konserti eşitdim. Bülbül "Koroğlu"dan ariyanı oxuyurdu. Yadıma düşdü ki, ayrı düşməyimizdən
üç gün əvvəl səninlə
birlikdə bu operada idik... Teatrdan evə həmin sərin, xoş gecədə piyada qayıtdıq... O vaxtdan bəri nə qədər sular axıb. Ancaq adama elə gəlir ki, bu, dünən olub. Birlikdə keçirdiyimiz həmin
gecəni bütün
xırdalıqları ilə
açıq-aydın xatırlayıram.
Və çox heyfsiləndim ki, yanımızda kənar adamlar olmadan birlikdə keçirdiyimiz
belə axşamlar az olub.
Görüşənədək. Darıxma. Yanında Çingiz və
Nigar var, mənim ikinci tamamlanmış və düzəlişlər verilmiş
kitabım var. Sənin
Mustafan. 28/V.40-cı il".
Həbsinin 3-cü ilində həyat
yoldaşına göndərdiyi
məktubda isə yazır: "Sənin məktubunu aldığım
gün həyatımın
ən fərəhli günü idi. Təkcə anama məktub yazdığım, sənə
isə heç nə yazmadığıma
görə inciməyinə
heyrətləndim. Səbəbi sadədir. Düşərgədən məktub alınmasına
Bakıda nə cür münasibət göstəriləcəyini bilmədiyimdən
sənə lüzumsuz
zərər yetirməkdən
çəkindim. Hərçənd deməliyəm ki, burada məhbuslar hətta döyüşən
ordudan məktublar alırlar. İndi sənin məktubundan
görürəm ki, Bakı da bu
baxımdan istisna deyil, çünki sən hətta məktub yazmadığıma
görə məndən
inciyirsən.
Açığını deyim, sənə yaxşı bəlli olmalıdır ki, heç bir məhrumiyyət mənim mövcud vəziyyətə
olan münasibətimi
dəyişdirə bilməz. Xarakterim yamanca
dəyişib. Sən
məni qaynar, ekspansiv, həyata can atan, işdə və hər şeydə od-alov bir adam
kimi tanıyırdın.
İndi isə ləng, yerindən ağır qalxan adam olmuşam,
hətta başım əvvəllər olduğu
kimi yaxşı işləmir. 19/IV.42-ci il".
Məktubdan artıq ümidsizlik
hiss edilməkdədir. Taleyin acı
istehzasından Mustafa Vəkilov
sürgün vaxtını
bitirsə də azad olub vətənə
dönə bilmir.
Son məktubu ürək
ağırısı olmadan
oxumaq mümkün deyil: "Əzizim Müqəddənisə! Təzə gətirildiyim
yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını
bilmirəm. Buraya sürgün
müddətinin bitdiyi
səbəbincə azad
edilmək üçün
çağrılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən
sonra azad ediləcəyəm.
Mustafa.
15/11-43-cü il. Komi MSSR. Vojayel qəsəbəsi, Dəmiryol rayonu, poçt yeşiyi
243/18". Lakin təssüflər
olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat
etmişdi.
***
Əzizim
Müqəddənisə!
Mən Bayıl
etap həbsxanasındayam. Yola salınmazdan
əvvəl görüşməyi
yamanca istəyirəm.
Ola bilsin ki,
bizi tezliklə göndərsinlər. Əgər sənin
vaxtın yoxdursa, qoy evdən kimsə görüşə
gəlsin ki, uşaqlarımın və
mənim üçün
doğma və unudulmaz adamların taleləri barədə xəbər tuta bilim. Əgər qalıbsa, alt paltarlarımdan
əlinizə keçəndən
mənə göndərin.
Əllərindən, gözlərindən öpürəm, mənim
yazıq, yeganə sevdiyim, bəxtsiz dostum. Neçə ki, damarlarımdan
qanım axır, sənin olan Mustafa Vəkilov. 15.05.39-cu il.
***
Əziz
anam!
Mənə görə narahat olmayın. Mən sağ-salamatam. Hansı birinizsə görüşə
gəlin. Alça lavaşı
və sarımsaq, eləcə də Bayılda verdiyiniz kostyumun jiletini göndərin. Çox rica
edirəm, şokolad plitkası kimi şeyləri bir də heç vaxt göndərməyin.
Bütün doğmalarımı öpürəm. Fikrim həmişə
sizlərin yanındadır.
Çalışın uşaqlar
məni az
xatırlasınlar və
kürlük etməsinlər.
Hamınızı bərk-bərk qucaqlayır
və ayrıca borclu bəxtsiz və əziz dostumun əllərindən
öpürəm. Sizin hamınız
üçün qalan,
Mustafa. 27 iyun, 1939-cu il. Bakının 1 saylı Keşlə
həbsxanası.
***
Əziz
anam! Ayda bir açıqca
yazmaq hüququmdan istifadə edirəm.
Sağ-salamatam. Mən sarıdan nigaran
qalmayın. Uşaqları yamanca görmək istəyirəm. Lakin qorxuram,
birincisi, onların bu istidə buraya gəlmələri çətin olsun, sonrası da, bilmirəm onların məni burada görmələri necə
olar? Bu məsələni
obyektivcəsinə həll
edə bilmirəm.
Qoy Müqəddənisa özü
yalnız uşaqların
ruhi vəziyyəti üçün bunun nə dərəcədə
məqsədyönlü olması
baxımından həll
etsin. 150 manatı aldım. Sağ olun. Həbsxanaya yemək gətirərkən yalnız
zəruri şeylərlə:
sarımsaq, soğan, alça lavaşı, kolbasa (ucuzundan), suxarı və sair ilə kifayətlənin.
Bahalı şeylər və
naharlar göndərməyin.
23.07.39-cu il.
***
Əziz
anam! Mən artıq sənə yazmışam ki, 1939-cu il dekabrın
əvvəlində Bakıdan
yola salınmış
bir məktub və bir poçt
bağlaması almışam.
Bundan sonra sizdən heç bir xəbər gəlmədi.
Nə üçün yazmırsınız?
Doğrudanmı indiyədək Moskvadan
mənim işimə dair cavab gəlməyib?
Mənim
işim Moskvadan geriyə - Bakıya çatan kimi onun nəticəsinin necəliyindən-müsbət və
ya mənfiliyindən asılı olmayaraq mənə yazın ki, bundan sonra
nə etməyi, hara müraciət etməyi bilim. Ümidvaram ki, hamınız sağ və salamatsınız. Müqəddənisə rayona ezamiyyətindən qayıtdımı, yoxsa indiyədək onu əvəz edəsi həkim hələ göndərilməyib?
Bu məktubu öz
ad günümdə yazıram,
sizə isə ehtimal ki, hardasa
fevralın 10-da, Müqəddənisənin
ad günündə çatacaq. Onu təbrik
edir və bərk-bərk öpürəm.
Ümidvaram ki, bu, birlikdə keçirmədiyimiz
sonuncu ildir. Moskvada mənim işimə baxılacağına və
həqiqətin yerini alacağına ümidlər
məni bir dəqiqə də olsun tərk etmir. 25 yanvar
1940-cı il.
P.S. Göndərdiyiniz pulu Voloqdadan geriyə tələb et, mənə gəlib çatmayıb. Bu pulları geri al və mənə göndərmə. Mustafa.
***
Əziz anam! Mən
artıq yazmışam ki, bağlamanı
aldım, buna görə hamınıza olduqca minnətdaram. 8 aprel
tarixli məktubunuzda sadalanan
şeylərlə müqayisədə 200 qram
tənbəki çatışmırdı, lakin
bunun əvəzində qənd və alça lavaşı vardı. Hələlik bizim təkrar istintaqa
qaytarılmağımız barədə heç
nə deyilmir. İşə təkrar
baxılmaq üçün bizi geri göndərmələri
barədə Bakıdan yola
salınmalı olan tələbnamənin
nə səbəbə ləngidiyini başa
düşmürəm... Yusuf ağciyər
vərəminə tutulub, aktiv
prosesdir. Xəstəxanada yatır.
Yaxşı baxırlar. Son
günlər özünü
bir qədər yaxşı hiss edir. Mustafa. 18.05.40-cı il.
Bizi görünür,
bu tezliklə təkrar istintaqa qaytarmayacaqlar. Daha bir ərzaq
bağlaması və
tənbəki göndərin.
Bağlamanın içinə göndərdiyiniz
şeylərin siyahısını
qoyun. Kirov vilayəti, Volositsı, poçt yeşiyi 231/1.
***
Əzizim Müqəddənisə! Bağışla, əzizim. Mənim vicdanım təmizdir və başıma gələnlər üçün, sizə dərd-kədər gətirdiyim üçün az da olsa təqsirim yoxdur. İndi mənim işimin gedişindən görünür ki, tezliklə hər şey birdəfəlik aydınlaşacaq və mən böhtan ləkələrindən təmizlənmiş halda sizlərin yanına qayıdacağam. Atamı və anamı, əmimi və bibilərimi bərk-bərk öpürəm. Bütün doğmalarıma və yaxınlarıma can sağlığı və səadət arzulayıram. Sənin Mustafan. 28/V.40-cı il.
Elbrus Məmmədov,
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2014.- 3 aprel.- S.13.