“KİVDF-nin
yaradılması tarixi zərurət idi”
Vüqar
Səfərli: "İnternet
medianın da fəaliyyətinə gələcəkdə
fond tərəfindən dəstək
verilməsi gerçəkləşə
bilər”
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin Trendə müsahibəsini
oxucularımıza təqdim
edirik
- Vüqar müəllim, bildiyimiz kimi bu gün KİVDF-nin yaradılmasının
5 ili tamam
oldu. KİVDF hansı zərurətdən
yarandı?
-
KİVDF-nin yaradılması
həqiqətən tarixi
zərurət idi. Məlumdur ki, dövlət müstəqilliyimizin bərpasının
ilk illərində Respublikamızda
söz, fikir, məlumat azadlığı
sahəsində ciddi problemlər mövcud idi. Həmin dövrdə KİV üzərində senzuranın
olması, redaksiyaların
maddi-texniki bazasının
zəifliyi, jurnalist peşəkarlığının hələ yüksək səviyyədə olmaması,
söz və fikir azadlığının
inkişafına öz
mənfi təsirini göstərirdi. Bu vəziyyətin aradan qaldırılması üçün
Ulu Öndər Heydər Əliyev bir sıra ciddi
qərarlar qəbul etdi. 1998-ci ildə onun fərmanı ilə senzura ləğv edildi, 1999-cu ildə "KİV haqında"
qanun qəbul edildi, 2000-ci ildə mətbuata nəzarət funksiyasını həyata
keçirən Mətbuat
və İnformassiya Nazirliyi ləğv edildi, "informasiya əldə etmək haqqında" Azərbaycan
Respublikasının qanun
qəbul edildi, 2005-ci ildə KİV-lərin qeydiyyatı qaydaları sadələşdirildi, qeydiyyatdan
keçmiş KİV-lərin
sayı sürətlə
artmağa başladı.
Sözsüz ki, KİV-lərin
sayı artdıqca, onların tirajları aşağı düşməyə
başladı və nəticədə onlar maliyyə böhranı ilə üzləşdilər.
Məhz bu böhrandan çıxış yolları
axtarmaq üçün
Mətbuat Şurasında
peşəkar jurnalistlərdən
və mütəxəssislərdən
ibarət işçi
qrupu yaradıldı.
İşçi qrup KİV-in İnkişafına
Dövlət Dəstəyi
Konsepsiyasını hazırlayaraq
ölkə prezidentinə
təqdim etdi. Konsepsiyaya Prezident Adminstrasiyasında baxıldı
və cənab Prezidentin 2008-ci il
31 iyul tarixli sərəncamı ilə
təsdiqləndi. Konsepsiyadan irəli
gələn vəzifələri
həyata keçirmək
məqsədi ilə
03 aprel 2009-cu ildə möhtərəm Prezident
cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu yaradıldı. Fondun
əsas məqsəd və vəzifələri,
söz və məlumat azadlığını
inkişaf etdirmək,
kütləvi informasiya
vasitələrinin müstəqilliyini
dəstəkləmək, informasiya
sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının
tətbiqini stimullaşdırmaq,
cəmiyyət və kütləvi informasiya vasitələri arasında
səmərəli əməkdaşlığı
genişləndirmək, jurnalistlərin
peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək,
dövlət və cəmiyyət üçün
əhəmiyyət kəsb
edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin
təkmilləşməsini nəzərdə tutan və inkişafını
dəstəkləyən proqramları,
layihələri (bundan
sonra - layihələr)
və digər tədbirləri maliyyələşdirməkdir.
- KİV-ə
dövlətin maliyyə
dəstəyini hansı
formada həyata keçirirsiniz?
- Maliyyə dəstəyi Fondun Müşahidə Şurası tərəfindən
təsdiqlənmiş qaydalar
və əsasnaməyə
uyğun həyata keçirilir. Maliyyə yardımları əsasən
müsabiqə üsulu
ilə reallaşdırılır.
Konsepsiyada nəzərdə tutulan istiqamətlər layihə kimi həyata keçirilməsi
üçün redaksiyalara
təklif olunur, redaksiyalar isə fondla bağlanmış müqavilənin şərtləri
əsasında layihləri
həyata keçirirlər.
Bunun müqabilində qəzetlərin
dövriyyəsi, tirajı
və yayımı nəzərə alınmaqla
maliyyə dəstəyi
göstərilir. Beş
il ərzində
yüzlərlə gündəlik
və həftəlik çap olunan qəzetlər maliyyə dəstəyi almışlar.
Onu da qeyd
edim ki, dəstək prosesi daim möhtərəm dövlət başçısının
diqqət mərkəzində
olmuş və hər il
artan templə getmişdir.
- Jurnalistlərin sosial və məişət problemlərinin həllində
hansı işlər görülmüşdür?
- Bildiyiniz kimi, 2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezidentimiz
cənab İlham Əliyev jurnalistlər üçün yaşayış
binasının tikintisi
barədə sərəncam
imzalamışdı. 2013-cü
ilin iyul ayında cənab Prezident İlham Əliyevin iştirakı ilə həmin binanın açılışı
keçirildi və jurnalistlərin istifadəsinə
verildi. Beləliklə, 156 jurnalist ailəsi
öz arzularına çatdı. Elə bu
binanın açılış
mərasimində cənab
Prezident jurnalistlər
üçün ikinci
binanın tikintisi barədə Sərəncam
imzaladı. Hazırda həmin
binanın tikintisi üçün hazırlıq
işləri gedir.
Bundan əlavə
jurnalistlərin sosial vəziyyətinin və peşəkarlığının artırılması məqsədi
ilə fərdi yazı müsabiqələri
də keçirilib ki, bu müsabiqələrdən
5-il ərzində 1000-dən çox jurnalist faydalanmış, onlara ümumilikdə 500.000 manatdan
artıq mükafat verilmişdir.
- Mərkəzi və yerli icra hakimiyyəti
orqanları ilə medianın əlaqələrinin
genişləndirilməsi sahəsində
hansı işlər görülüb?
- Bu məsələ Fondumuzun əsas məqsəd və vəzifələrindən
biridir. Ötən illər ərzində
Fond mərkəzi və
yerli icra orqanları ilə geniş konfranslar və dəyirmi masalar keçirmiş,
media və məmur münasibətlərinin genişlənməsində
müsbət rol oynamışdır. Mərkəzi və yerli icra
orqanları ilə Fondun birgə yazı müsabiqələri
keçirilmiş, qalib
jurnalistlər mükafatlandırılmışdır.
- Media sahəsində beynəlxalq
təcrübənin öyrənilməsi
və tətbiqi istiqamətində hansı
işlər görülüb?
- Beynəlxalq təcrübənin
öyrənilməsi üçün
Müşahidə Şurasının
üzvlərindən və
Fondun rəhbərliyindən
ibarət nümayəndə
heyəti inkişaf etmiş dövlətlərdə
analoji fondlarda olmuş və onların iş təcrübəsi ilə
yaxından tanış
olmuşlar.
Bundan əlavə,
bir qrup qəzet rəhbərlərinin
Türkiyə Cümhuriyyətinə,
Şimali Kipr Türk Cümhuriyyətinə
səfərləri təşkil
edilmişdir.
Türkdilli ölkələrin media formunun
Azərbaycanda keçirilməsini
Mətbuat Şurası
ilə Fond birgə təşkil etmişdir. Bundan başqa
Fond bir sıra beynəlxalq tədbirlərin
təşkilində də
fəal iştirak etmişdir.
- Redaksiyalara maliyyə dəstəyindən əlavə
daha hansı formalarda dəstək olursunuz?
- Maliyyə yardımından
əlavə redaksiyalara
metodiki, konsultativ və təşkilati-texniki
dəstəklər də
veririk. Belə ki, redaksiya və jurnalistlərin layihə sənədlərinin
və hesabatlarının
hazırlanmasına kömək
məqsədi ilə geniş təlimlər keçirmişik. KİV-lərin və jurnalistlərin fəaliyyətinin
mövcud qaydalara uyğunlaşdırılması, mətbuatda etik dəyərlərin, insan hüquqlarının qorunmasının
təşkili üçün
bir sıra tədbirlər təşkil
etmişik. Bundan başqa
peşəkarlığın artırılması sahəsində
də geniş layihələr mütəmadi
olaraq, treninqlər həyata keçirilmiş,
jurnalistlərə öz
peşəkarlıqlarını artırmaq üçün
geniş şərait
yaradılmışdır.
- Fond
"Azərbaycan Respublikasında
İnsan Hüquq və Azadlıqlarının
Müdafiəsinin Səmərəliliyini
Artırmaq Sahəsində
Milli Fəaliyyət Proqramı"nın icrasında necə iştirak edir?
- Həmin proqramın media ilə bağlı müvafiq bəndlərinin icrasını təmin etmək üçün geniş tədbirlər planı hazırlanmış, jurnalistlər, dövlət orqanlarının informasiya verilməsində məsul əməkdaşları, QHT və bələdiyyə nümayəndələri arasında maarifləndirmə işi aparılmışdır. KİV-in informasiya təminatını yaxşılaşdırmaq və informasiya əldə etmək hüququ ilə bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin və İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərlərinin iştirakı ilə "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda geniş konfrans təşkil edilmişdi. Bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik.
- Sonrakı illər üçün Fondun fəaliyyətində hansı yeniliklər gözlənilir?
- Bildiyiniz kimi, internet media müasir həyatımızın ən mühüm istiqamətlərindən birinə çevrilməkdədir. Azərbaycanda İKT sektoru surətlə inkişaf etməkdədir və onun inkişafına dövlət hər cür dəstək verir. Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 2013-cü il "İKT ili" elan edilmişdir. İnternet medianın da fəaliyyətinə gələcəkdə fond tərəfindən dəstək verilməsi gerçəkləşə bilər.
Xalq Cəbhəsi.- 2014.- 4 aprel.- S.5.