“Molla
Nəsrəddin”in ictimai
fikrə böyük təsiri olub
Jurnalın Təbrizdə 8 nömrəsi çıxıb
108 il öncə
əsası qoyulan məşhur "Molla Nəsrəddin" jurnalının
ictimai düşüncənin
formalaşmasında oynadığı
rol danılmazdır. "Molla Nəsrəddin"in
qurucusu və ideyavericisi olan böyük yazıçı
Cəlil Məmmədquluzadə
jurnalın cəlbedici,
özünəməxsus çıxması
üçün çox
axtarışlar aparırdı.
Onun felyetonlarının mövzusuna,
ümumən jurnalın
qayəsinə uyğun
karikaturaçı-rəssamlar axtarıb tapması bu baxımdan çox uğurlu alınmışdı. "Molla Nəsrəddin" jurnalının az
vaxt ərzində məşhurlaşmasında "Mollanəsrəddinçi" rəssamların
xüsusi rolu olmuşdu. Azərbaycanda karikatura sənətinin
tarixi XX yüzilin əvvəllərinə təsadüf
edir. Jurnal 1906-cı ildə nəşrə başlayandan
sonra Azərbaycanda karikatura sənəti yaranmağa və inkişaf etməyə başladı. "Molla
Həsrəddin" jurnalı
məhz Təbrizdə
çıxan dövrdə
karikatura sənəti
İranda intişar
tapmağa başladı.
Həyatın eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili eybəcərliklərdən
islah edilməsi istəyi karikatura sənətinin başlıca
tələblərindəndir. Əzim Əzimzadədən başlanan
bu məktəb sonrakı dövrdə özünün xeyli istedadlı ardıcılını
yetirib. Azərbaycanda Əzim Əzimzadədən
üzü bəri karikatura sənəti tarixində bu vaxta kimi imzası
tanınmış onlarla
karikaturaçı rəssam
var. İlk "Molla Nəsrəddin"çi rəssamlardan
biri olan alman rəssamı Oskar Şmerlinqin jurnalın populyarlaşmasında mühüm
xidmətləri var.
Karikaturaçı-rəssam Bayram Hacızadənin fikrincə,
görkəmli yazıçı
Cəlil Məmmədquluzadənin
"Molla Nəsrəddin"
jurnalı istedadlı
şair və yazıçılarla yanaşı
karikaturaçı rəssamlara
da öz sözlərini demək üçün geniş imkanlar açdı:
"1906-1917-ci illərdə jurnalın ilk baş rəssamı olmuş O.Şmerlinq Mirzə Cəlillə dost və həmfikir idi. Bu istedadlı insanlar
ölkədə baş
verən ictimai-siyasi hadisələrə öz
tənqidi münasibətləri
ilə seçilən
digər rəssam-ştrix
şəklin ustası
kimi tanınan İ.Rotteri də əməkdaşlığa cəlb
etdilər. O zamanlar
çap olunan "Kəlniyyat", "Məzəli",
"Zənbur", "Baraban"
və başqa satirik jurnallarda karikaturaçı-rəssam kimi
fəaliyyət göstərən
gənc rəssam Əzim Əzimzadə jurnalın ilk nömrəsindən
"Molla Nəsrəddin"lə
əməkdaşlıq etməyə
başlayır. Bununla da
Azərbaycanda karikatura
məktəbinin təməl
daşı qoyulur.
Cəlil Məmmədquluzadənin 1906-cı ildə böyük zəhmətlə başa
gətirdiyi "Molla Nəsrəddin" jurnalının
ilk nömrəsini uğrunda
çalışdığı, əyintiləri ilə barışmadığı, canından
çox sevdiyi yurddaşlarına təqdim
etdi. Molla Nəsrəddin" böyük bir mədəni abidədir.
O, həm ədəbi,
həm də təsviri sənət hadisəsidir. Ədəbi yöndən geniş
araşdırmaya cəlb
edilən jurnalın təsviri sənətdəki
əhəmiyyəti təəssüf
ki, sənətşünaslar
tərəfindən ciddi
tədqiq edilməyib.
Təqdim olunan bu kitabda 100 illik Azərbaycan karikaturasında
"Molla Nəsrəddin"
jurnalının rolu və təsviri sənətimizdəki əhəmiyyəti
ilə tanış olmaq mümkündür".
"Molla Nəsrəddin"
fəaliyyət göstərdiyi
hər üç məkanda iz qoya bilib. 1921-ci ildə jurnalın 8 nömrəsi Təbrizdə
nəşr olundu.
Orada çıxan həmin sayların karikaturalarını
rəssam Seyid Əli Behzad çəkib. "Molla
Nəsrəddin"in Təbrizdə
nəşr olunması
bütövlükdə müasir
İran karikatura sənətinin əsasını
qoymaqla onun inkişafına təkan verdi.
"Molla Nəsrəddin"ə
məşhurluq gətirən
imzalardan biri də Sabir idi. Azərbaycanda məşhur satirik şair Sabirin imzası ağlı söz kəsən hər kəsə yaxşı tanışdır.
Üslub
sarıdan heç kəsə bənzəməyən
Sabirin şeirləri indi də çoxunun
dilində əzbərdir.
Hər kəs Sabirdən ən azı bir beyt əzbər
deyər. Ancaq onun dərdinə gəlincə...
Əslində Sabirinki şairlik deyildi, dərdkeşlik idi. Şairlik ona fikirlərini
çatdırmaqda yardımçı
idi. Sabir dərd şairi idi: əsərlərini satirik üslubda yazırdı. 20-ci yüzilin
əvvəllərində dünyanın
halında bir oyanma vardı: inqilabların yeni, daha fəlakətli mərhələsi başlayırdı.
İnqilabın milləti oyatmaq
xüsusiyyəti var. Ancaq
əgər bunun ardınca idraka əsaslanma gəlmirsə,
bütün uğurlara
baxmayaraq məğlubiyyət
qaçılmazdır. Sabirlər isə milləti maariflənmə yoluyla dəyişdirməyə, yönləndirməyə
çalışırdılar. Ayrıca bir konsepsiya, fəaliyyət proqramı
isə yox idi.
Sabirin Sabirliyini
aşkarlayan "Molla
Nəsrəddin" jurnalı
oldu. Sabir ədəbi cəbhədə
çalışsa da,
fəaliyyəti ilə
ictimai-siyasi problemlərə
də toxunurdu. Onun əsərlərində çağındakı
Şərqin ictimai-siyasi
problemlərinə də
bu və ya digər şəkildə
toxunulub. Sabirin satirasında
sərtlik var, kəskin tənqid var, güzəştsizlik
var. O, millət fədaisi
idi. Milətinin dərdləriylə yaşayırdı. Onun şairliyi
çağında heç
kəsin şairliyinə
oxşamırdı. İndi də
heç kəsin şairliyinə oxşamır.
Bənzərsizlik budur.
XX yüzilin əvvəllərində
dərdi göstərməyin
özü də (Sabir kimi, Mirzə
Cəlil kimi) hünər idi. İndi çağımızın
çatışmazlıqlarını Sabir kimi şeirdə
göstərmək, ifadə
etmək ənənəmiz
niyə səngiyib görəsən? Deməli, millət
daim hər sahədə irəliyə
doğru getməli, inkişaf etməlidir.
Sabirin dərdi millətin öz çatışmazlıqlarından
qurtulması idi.
O, Avropaya ümidlə
baxırdı. Bu cəhət o dövrdə
bir çox düşüncə adamlarında
vardı.
Sabir Qərbin
maddi tərəqqisini
onun elmə olan həvəsində görürdü. Ancaq Şərqi məhz
zamanının gerçəkliyinə
bərabər saymaq o dövr düşüncə
adamlarımızın yanlışı
idi. Çünki Şərqin mahiyyəti
təkcə despotçuluqdan
ibarət deyil. Şərqin əzəli bəşəri imkanları
hələ də tam aşkarlanmayıb...
Sabirin satiraları
indi də dillər əzbəridir. Ancaq görəsən,
onun tənqid hədəfləri niyə
azalmır, əksinə,
artır? Çünki ədəbiyyat dərdi göstərir, daha yaxşı ifadə edir. Dərdi aradan qaldırmaq
isə insanlardan hünər istəyir.
Ümumiyyətlə, bütün dövrlər
üçün Sabirin
şeirləri aktual olacaq. O zaman ki, Sabirin tipləri
yalnız ədəbiyyatda
qalacaq, həyatda olmayacaq, bax, belədə demək olar ki, artıq
şairin dərdi dərmanını tapıb.
Ancaq Sabirin dərdinin dərmanı asan tapılmayacaq. Zaman-zaman bu
dərd Sabirlərin cismini öldürdü.
Yetər
artıq. İndi dərdli
özündə o dərəcədə
güc tapmalıdır
ki, dərdi öldürsün. Bu, o deməkdir ki, insan özüylə üz-üzə qalmalı,
özünü yaratmağı
bacarmalıdır. O zaman
dərd də yeniləcək. Fərdin içində yenilən
dərd cəmiyyətdə
də yoxa çıxacaq. Sabirləri yaşatmağın
yolu budur. Ümumən
dünyanın, çağımızın
ruhsuzluğuna, ümidsizliyinə,
idealsızlığına sabahlı, gələcəkli
baxış gərəkdir.
Nə qədər ki, cəmiyyət insanilik tələbi üstə yaşamır, heç bir şər çaları ölmür,
itmir, yox olmur. Sabirin sənətkarlığının
bir cəhəti də onun meyxananın
imkanlarından bacarıqla
yararlanması idi.
O, 1906-cı ildə "Molla
Nəsrəddin"in ən
fəal müəlliflərindən
biri olur. 1910-cu ilin əvvəllərində
Bakıya işləməyə
gəlir. Əvvəlcə "Zənbur" jurnalının
redaksiyasında çalışır.
Az sonra
Balaxanı məktəbində
böyük həvəslə
dərs deməyə başlayır. Aylarla ehtiyac içində,
işsiz, əzab-əziyyətlə
dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulur,
Şamaxıya qayıdır.
1911-ci ilin mayında
müalicə üçün
Tiflisə gedir, dostu C.Məmmədquluzadənin
evində yatır.
Xəstəliyinin getdikcə şiddətləndiyinə
baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir. İyun ayında həkimlər
şairə cərrahiyə
əməliyyatı aparmağı
təklif edirlər.
Ancaq o, buna razı olmur. O, Şamaxıya
qayıdır. Xatirələrdə deyilir ki, fədakar,
qayğıkeş ailə
başçısı olan
Sabir uşaqlarının
maddi ehtiyacını deyil, tərəqqisini də təmin etməyə çalışıb.
"Molla Nəsrəddin"
jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran
bir elan dərc edir. Bu elandan sonra
Rusiyanın və Şərqin bir çox şəhərlərindən
onlarla oxucu şairə məhəbbət
və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in
ünvanına ianə
göndərirlər".
Uğur
Xalq Cəbhəsi.- 2014.- 8 aprel.- S.14.