QHT-KİV münasibətləri
QHT-lərin ənənəvi mediadan istifadə imkanları sahəsində ciddi problemlər mövcuddur
Son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının, eləcə də söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi media da yeni yanaşmaların olmasını tələb edir. Qəzet, radio və televiziyanı özündə ehtiva edən ənənəvi media vasitələrinin elektron-internet resursları və sosial şəbəkələrdən ibarət "yeni media" və ya sosial mediaya keçid qeyd olunan transformasiyanın əsasını təşkil edir.
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılının bildirdiyinə görə, bu gün dünyada "yeni media" anlayışının müxtəlif izahlarına rast gəlmək olur. Bir qrup ekspert bura bütün rəqəmsal və elektron informasiya ötürücülərini - elektron qəzetləri, radio və televiziyaları daxil edirsə, digər qrup mütəxəssislər yeni medianın bəşəriyyəti bir araya gətirən və onu vahid topluya çevirən sosial şəbəkələrdən ibarət olduğunu söyləyir. ABŞ-ın Sirakyus Universiteti nəzdində ictimaiyyətlə əlaqələr Nyuxaus məktəbinin yeni media sahəsi üzrə baş məsləhətçisi Vin Krosbinin sözlərinə görə, əgər mass media "təkin çoxluğa" təsiridirsə, yeni media "çoxluğun çoxluğa" qarşılıqlı təsiridir. Burada istənilən informasiyanın qarşılıqlı rəyi və cavab reaksiyası vardır (interaktivlik). Tədqiqatçılar hesab edir ki, kütləvi informasiya vasitələri erasının sonu yaxınlaşır, hazırda dünya Fərdi İnformasiya Vasitələri erasına qədəm qoyub. İnformasiya fərdi ötürülür və fərdi olaraq qəbul edilir.
Qeyd edə bilərik ki, son illərdə ictimai əlaqələrdə əsas PR və reklam vasitəsi kimi genişlənən sosial medianın imkanlarından istər özəl sektor, biznes qurumları, istərsə də dövlət qurumları, siyasətçilər və başqa maraqlı tərəflər fəal şəkildə istifadə etməkdədirlər. Bəs baxaq görək bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lər bu imkanlardan necə istifadə edir?
Ekspertin fikrincə, bu məsələnin gündəmə gətirilməsində əsas məqsəd ölkədəki QHT-lərin ictimaiyyətlə əlaqələrdə sosial media ilə bağlı ümumi işinin keyfiyyətini qiymətləndirməkdir: "Tədqiqat zamanı Azərbaycanda fəaliyyət göstərən QHT-lər ənənəvi media və sosial şəbəkələrlə işləri haqqında ümumi araşdırma aparılıb. Ümumiyyətlə, araşdırmalar zamanı məlum olub ki, QHT-lərdən çox az bir qisminin ictimaiyyətlə əlaqələrlə məşğul olan tam, yaxud yarım ştat heyəti var. Bir sıra QHT-lər isə ictimaiyyətlə əlaqələr strategiyasını həyata keçirmək üçün ya könüllülərin, ya da sədrin xidmətlərindən istifadə edirlər.
İlk öncə Azərbaycan QHT-lərinin ənənəvi mediadan istifadə imkanlarına qısaca nəzər salaq. Bu sahədə ciddi problemlər mövcuddur. QHT nümayəndələri medianın, xüsusilə də KİV-in QHT-lərin təqdim etdiyi məlumatlara reklam xarakterli yanaşmalarından və məlumatların yayımlanması müqabilində maliyyə ummalarından gileylənirlər. Ənənəvi media mümayəndələri isə QHT-lərdən gələn press-relizlərin qeyri-peşəkar hazırlandığını, məlumatlarda xeyli səhvə yol verildiyini qeyd edirlər.
Araşdırmalar zamanı o
da məlum olub ki, QHT-lərin öz fəaliyyətləri
haqqında milli və Azərbaycanın bəzi
bölgələrində yerli səviyyədə
yayımlanan televiziya kanalları vasitəsilə
də informasiya yaymaq
imkanı var. QHT-lər tərəfindən
ən az istifadə olunan
media vasitəsi radio
proqramlarıdır. Hər
il orta hesabla hər bir təşkilat bir
radio proqramında yayımdan istifadə edir.
İndi isə milli QHT-lərin sosial mediadakı fəaliyyətlərini
izləyək.
Araşdırmalar zamanı QHT-lərin veb
saytları, Facebook, Twitter, Youtube kimi sosial şəbəkələrdəki
qrupları, səhifələri təhlil olunub. Qeyd edək
ki, bir neçə il əvvələ qədər
öz fəaliyyətləri barədə məlumatları
paylaşmaq üçün QHT-lər e-mail qrupları kimi
qeyri-ənənəvi media vasitələrindən istifadə
etsələr də bu gün həmin qruplar fəaliyyət
göstərmir və onlar tarixə çevriliblər. Bu gün bir çox fəal QHT-lərin öz maliyyə
imkanları və ya donor təşkilatları hesabına
yaratdıqları veb saytlar mövcuddur. Amma
bu saytları bəzilərində QHT-nin fəaliyyəti ilə
bağlı məlumatlar yenilənmir. Digər
bir məsələ isə bəzi QHT saytlarının sosial
şəbəkələrə inteqrasiya olunmamasıdır
ki, belə saytlar uğursuzlua məhkumdur. Bu
səbəbdən hər bir QHT-nin saytı sosial şəbəkələrin
inteqrasiya xidmətlərinə bağlı olmalıdır ki,
saytın əhatə dairəsi sosial şəbəkələrin
imkanları hesabına genişləndirilsin. Təssüflə qeyd edək ki, Azərbaycanının
əksər fəal QHT-lər veb saytları olsa da, bu sayt da
sosial şəbəkələrin xidmətlərindəi
istifadə etmir.
Bəzi QHT-lərin veb saytı olmasa da, onlar sosial şəbəkələrin
xidmətlərində fəal surətdə istifadə edir,
öz layihələri, tədbirləri haqqında məlumatları
orada yayırlar. Bəzi QHT-lər öz fərdi səhifələrini
yaradaraq fəaliyyətləri haqqında informasiyaları həmin
səhifələrində istifadəçilərlə
paylaşırlar.
Sosial şəbəklərdə gənclərin təmsil
olunduqları QHT-lər daha fəaldır. Sosial şəbəkələr
arasında istifadəçi QHT-lər daha çox Facebook
sosial şəbəkəsinin xidmətlərindən
yararlanırlar. Bundan başqa Facebook sosial şəbəkəsində
müxtəlif QHT-ləri özündə birləşdirən
QHT Əməkdaşlıq Alayınsı (13000 üzv), III
Sektor (870 üzv), QHT-Dostlar (1200 üzv), QHT-Xəbərlər
(2220 üzv), Gənclər üçün Təhsil Mərkəzi
(755 üzv) və s. kimi qruplar da aktiv fəaliyyət göstərir.
Bu qruplarda əsasən QHT-lərin fəaliyyəti
haqqında məlumatlar yayılsa da, bəzi hallarda bəzi QHT
nümayəndələri qrupun məqsəd və vəzifələrinə
aid olmayan informasiyalar da paylaşırlar ki, bunu da nöqsan
kimi qeyd edə bilərik. Tvitter sosial şəbəkəsindən
isə QHT-lər az şəkildə
istifadə edirlər. Düşünürük
ki, QHT-lərin sosial mediadan PR məqsədi ilə istifadə
etməsi onların ənənəvi media ilə yuxarda
göstərdiyimiz problemlərinin həllinə də müsbət
təsir göstərmiş olar. Nəticə olaraq deyə
bilərik ki, QHT-lərin ənənəvi mediaya
çıxışında problemlərə baxmayaraq bir
çox QHT-lərin sosial mediaya çıxış
imkanı var. QHT-lərin əksəriyyəti internet əsaslı
media vasitələrindən (vebsayt, Facebook, Twitter, yaxud email
qrupları) istifadə etməklə, ictimayyətlə əlaqələrini
əsaslı şəkildə genişləndirə bilər.
Bu vasitələrin istifadəsi ilk növbədə
böyük vəsait tələb etmir. Bundan
əlavə, ölkədə internet istifadəçilərinin,
həmçinin sosial şəbəkə saytlarında
üzvlərin sayı davamlı olaraq artır".
Dövlət müstəqilliyimizin ilk illərində
formalaşmağa başlayan müasir vətəndaş cəmiyyəti
ziddiyyətlərlə dolu ictimai, sosial, mənəvi və
digər prosesləri demək olar ki, arxada qoyub. Vətəndaş cəmiyyətinin
əsas strukturlarını təşkil edən kütləvi
informasiya vasitələrinin (KİV) və qeyri-hökumət
təşkilatlarının (QHT) yaranması,
formalaşması, eləcə də onlar arasındakı
münasibətlər sahəsində görülən işlər,
meydana çıxan problemlərin aradan qaldırılması
bütövlükdə cəmiyyətin və dövlətin
inkişafına xidmət edir.
Vətəndaş cəmiyyəti sektorunda baş verən
proseslərin müşahidəsi göstərir ki, digər
ictimai münasibətlərlə müqayisədə
QHT-KİV əlaqələri nisbətən inkişaf edib. Lakin QHT-KİV arasında
müxtəlif iş birlikləri qurulusa da, bu əlaqələrdə
hələ də müəyyən problemlər var. Bir
sıra QHT rəhbərləri isə bu sahədə müəyyən
dinamikanın olduğu fikrindədir. QHT layihələrinin
təqdimatında, görülən işlər haqqında cəmiyyətə
informasiya ötürülməsində - bütün bu məsələlərin
işıqlandırılmasında KİV-in xüsusi rolu
olduğunu qeyd edirlər. Amma maliyyə
imkanlarının zəif olması, peşəkarlığın
istənilən səviyyədə olmaması bu sahəni hərtərəfli
əhatə etməyə imkan vermir.
QHT-KİV münasibətlərinə nəzər salanda
ilk öncə onu qeyd etmək lazımdır ki, burada qazanan və
itirən hər iki tərəfdir. Əlaqələrin
genişlənməsində və inkişafında həm
QHT-lər, həm də KİV maraqlı olmalıdır.
Vətəndaş cəmiyyətinin inkişaf etdiyi ölkələrin
təcrübəsi göstərir ki, KİV və QHT əlaqələrinin
yüksək səviyyədə olduğu dövlətlərdə
demokratik dəyərlərə də ciddi riayət olunur:
"Bizim cəmiyyətdə isə bu sahədə bəzi
çatışmazlıqlar hələ də
özünü göstərməkdədir. Bunlardan
birincisi QHT jurnalistikasının istənilən səviyyədə
olmamasıdır. Bu gün QHT
jurnalistikasından çox danışılsa da, bu
anlayış vətəndaş cəmiyyəti
üçün o qədər də aydın deyil. Bu səbəbdən ictimai təşkilatlar tərəfindən
həyata keçirilən tədbirlər mətbuatda yetərincə
işıqlandırılmır. Xarici mediada
artıq illərdi mövcud olan QHT jurnalistikasının Azərbaycanda
da yaranması və formalaşması əhəmiyyətli və
faydalı olardı. Paralel olaraq,
üçüncü sektorun təmsilçilərinin
ictimaiyyətlə əlaqələri düzgün
qurmaması da cəmiyyətdə QHT-lər barədə
informasiya kasadlığına gətirib
çıxarır".
Ekspertin fikrincə, ümumiyyətlə, bu gün
QHT-KİV münasibətlərini qənaətbəxş
hesab etmək olmaz. Son illərdə Azərbaycan Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası ölkədə üçüncü sektorun
inkişafında medianın rolunun artırılması istiqamətində
yetərincə konkret planlarını açıqlayıb və
həmin sahədə işlər görməkdədir:
"Ekspertlərin də araşdırmalarına görə
ölkədəki qeyri-hökumət təşkilatlarının
yerinə yetirdiyi layihələrin icra prosesinin mediada
işıqlandırılması, onların ictimai sektorun digər
institutları ilə əməkdaşlığı, əfsuslar
olsun ki, hələ də normal səviyyədə deyil. Onların fikrincə, problemin həllində QHT fəaliyyətini
işıqlandıran jurnalist şəbəkəsi
mühüm rol oynaya bilər. Bu şəbəkə
QHT-KİV əməkdaşlığının daha da
inkişaf etməsinə öz töhfəsini verə biləcək
və QHT-lər haqqında cəmiyyətin obyektiv informasiya
ala biləcəyi vasitə ola bilər. Bu gün bu istiqamətdə fəaliyyətin
qurulmasına və inkişaf etdirilməsinə çox ciddi
ehtiyac duyulur, çünki qeyri-hökumət təşkilatlarının
fəaliyyəti barədə cəmiyyətdə hələ
də tam bilgi yoxdur. Bilgisizlik isə QHT-lər,
xüsusilə də ölkədə demokratik dəyərlərdən
tutmuş, iqtisadi yüksəlişə qədər bir
çox məqsədlər uğrunda çalışan
ictimai təşkilatlar barədə yanlış təsəvvürlər,
iddia və gümanların yaranmasına səbəb olur.
Tədqiqatlar göstərir ki, KİV və QHT
təmsilçiləri bu məsələdə bir-birilərini
ittiham edirlər. QHT-KİV münasibətlərinin
inkişafına mane olan məqamları və bundan
çıxış yolları təhlil
olunmalıdır".
Cavid
Xalq Cəbhəsi.-
2014.- 15 aprel.- S.11.