Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Nazir: "İşğal
olunmuş torpaqlarda olan tarixi abidələrin
vəziyyəti həm
Azərbaycanı, həm
də dünya ictimaiyyətini narahat edir”
Bakıda Beynəlxalq Abidələr
və Tarixi Yerlər Günü münasibətilə İCOMOS (İnternatinonal Council on Monument and Sites) Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs
Toplantısı keçirilib. APA-nın
məlumatına görə,
toplantıda mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın
prezidenti Qustavo Araoz, Romualdo del Bianko Fondunun prezidenti Paolo del Bianko, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın baş katibi Kristi Kovanen, "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, Azərbaycan Memarlar İttifaqının sədri
Elbəy Qasımzadə
və başqaları
iştirak edib.
Toplantıda çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev
İCOMOS və onun fəaliyyəti haqqında
məlumat verib. Nazir bildirib ki, toplantının
Bakıda keçirilməsi
əlamətdar hadisədir:
"Azərbaycan müstəqillik
əldə etdikdən
sonra bu təşkilata üzv olub. Müəyyən səbəblərdən iki-üç
il bu
komitə ilə əlaqə sadəcə kağız üzərində
qalıb. Sonradan Azərbaycan bu
təşkilatın rəhbərləri
ilə görüşərək
bu yolda əməkdaşlığı gücləndirib, yeni layihələrə qoşulub.
Layihələrə prezident İlham
Əliyev şəxsən
özü nəzarət
edib. Dövlətin dəstəyi nəticəsində
Azərbaycan İCOMOS arasında
əməkdaşlıq yeni
mərhələyə qədəm
qoyub".
Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın
prezidenti Qustavo Araoz bildirib ki, Azərbaycanla İCOMOS
arasındakı əməkdaşlıq
gələcəkdə ən
yüksək səviyyədə
inkişaf edəcək. Tədbirdə İCOMOS haqqında videoçarx təqdim olunub.
Qeyd edək ki, Abidələr
və Tarixi Yerlər günü üzrə Beynəlxalq Şuranın təklifi və BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının
Baş Assambleyasının
tövsiyələri əsasında
hər il aprelin 18-də bütün
dünyada Beynəlxalq
Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur.
"Dağlıq Qarabağ
ərazisində olan tarixi abidələrin taleyi bu gün
də əsas müzakirə mövzusudur. Həmin ərazidə
olan tarixi abidələrə bizim nəzarətimiz mövcud
deyil. Hərbi münaqişə başa çatmayınca,
sözsüz ki, bu tarixi abidələrin
üzərindəki kölgələr
davam edəcək".
APA-nın məlumatına
görə, bunu Bakıda Beynəlxalq abidələr və Tarixi Yerlər Günü münasibətilə
İCOMOS Azərbaycan Milli
Komitəsinin təsisi
üzrə Təşəbbüs
Toplantısında Azərbaycanın
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, beynəlxalq
ictimaiyyət həmin
tarixi abidələrin
taleyindən xəbərdardır:
"Azərbaycan qeyri-maddi
mənəvi irsin qorunmasında UNESCO, Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq
edir. Bir neçə dəfə
Azərbaycana işğal
olunmuş torpaqlarda tarixi abidələrin vəziyyəti ilə məşğul olan beynəlxalq qurumu dəvət etmişdik.
Lakin işğalçı dövlət
olan Ermənistanın
qeyri-konstruktiv mövqeyinə
görə bu planlar həyata keçmədi. Həm
Birləşmiş Millətlər
Təşkilatı, həm
də UNESCO səviyyəsində
işğal olunmuş
torpaqlarda tarixi abidələrin vəziyyəti
daim qaldırılır.
Bu, aktual məsələdir
və daim bizim gündəliyimizdədir.
Mətbuatda yayılan məlumatlardan
görürük ki, işğal olunmuş torpaqlarda olan tarixi abidələrin vəziyyəti nəinki Azərbaycanı, həm də dünya ictimaiyyətini narahat edir".
Xalq Cəbhəsi.- 2014.- 19aprel.- S.15.