Düşüncədən gerçəkliyə
çevrilən fədakarlıq
Professor Nizami Tağısoy: "İgid
oğullarımızın qəhrəmanlığı
yaddaşlarda daşlaşıb, millətimizin azadlıq
mübarizəsinin simvoluna çevrilib"
Qəhrəmanlıq düsturu heç bir planda-proqramda
olmur. Ermənilik çağdaş dünyanın ən
böyük bəlasıdır. Bu məsələ
uzun sürəcək. Qarabağ
mövzusunda aşiqanə ruhlu əsərlər azdır.
Gənc yazar Nicat Əjdərin Milli Qəhrəman
Mübariz İbrahimova həsr olunmuş kitabında
xalqımızın qəhrəman oğlu Mübariz
İbrahimovun mübarizə və döyüş yolu müxtəlif
ekstremal situasiyalarda izlənilir. Əsərdə
bayrağımızın təhqir edilməsinə cəhdə
görə Mübarizin erməni
separatçılarının necə cavabını verməsinin
dramatik mənzərəsi yaradılır. Bu kitabın həm bədii əsər, həm də
kinossenari kimi gənclərimizin ideya-estetik və milli-vətənpərvərlik
yönündə əhəmiyyəti danılmazdır.
Filologiya
elmləri doktoru, professor Hizami Tağısoy hesab edir ki,
xalqımızın təbəddülatlı mübarizələrlə
dolu tarixində və mədəni-mənəvi ənənələrində
elə ləyaqətli igid oğullar olublar ki, onların qəhrəmanlığı
zaman-zaman, əsr-əsr yaddaşlarda daşlaşıb, millətimizin
azadlıq uğrunda apardığı mübarizəsinin
simvoluna çevrilib və çağdaş
dövrümüzə dastan qəhrəmanları kimi
çatıblar. Oğuz Kağan, Alp Ər Tonqa, Babək, Beyrək,
Bayandur xan, Qazan xan, Koroğlu, Səttarxan və
başqaları hamımızın təfəkküründə
məhz bu gün beləcə məşhurlaşıblar. Heç şübhəsiz, bu qəhrəmanların
həyat və mübarizəsi müxtəlif zaman kəsiklərindəki
tarixi hadisələri özündə əks etdirib. Məsələn, Babəkin (VIII əsrin sonu-IX əsrin
birinci yarısında) ərəb xilafətinə
qarşı apardımı döyüşləri,
Koroğlunun (XVI-XVII əsrlərdə, Səttarxanın (XX əsrin
əvvəllərində) Güney Azərbaycanda baş
vermiş hərəkatda azadlıq mübarizəsi və nəticədə
Səttarxanın başçılığı altında
gedən döyüşlər əksini tapır. Babəkdə,
Koroğluda, Səttarxanda xalqımızın igidlərinə
məxsus ən yüksək keyfiyyətlər ümumiləşdirilir.
Bu qəhrəmanların apardıqları
mübarizə realist səhnələrə, batal epizodlara
söykənərək yaddaşlara çökür. Bundan başqa adlarını çəkdiyimiz qəhrəmanların
şücaəti, igidliyi həm də bədii, epik
sözün və əsərlərin - dastanların,
romanların, povestlərin, dram nümunələrinin və
kinoflimlərin köməyi ilə geniş yayılır, təbliğ
olunur, ümumxalq məhəbbətinə layiq
görülür. Azərbaycan
bütün tarixi mərhələlərdə yeraltı və
yerüstü sərvətləri, təbiəti, strateji
mövqeyi, zəngin potensialı ilə daim yadellilərin nəzər-diqqətini
cəlb edib, erməni millətçiləri isə digər
imperialist ambisiyalı ölkələrin və dairələrin
köməyi ilə zaman-zaman torpaqlarımızı qəsb
ediblər. Qeyd edək ki, o qədər də
uzaq olmayan XVIII əsrin sonlarında Azərbaycanın ümumi
ərazisi 410 min kv.km-dən artıq idi. Rus tarixçiləri,
etnoqrafları və yazıçıları Nikolay Şavrov
və Sergey Qlinka öz əsərlərində 1826-1830-cu illərdə
Zaqafqaziya (yəni Şimali Azərbaycan) ərazisinə 40 min
nəfər İrandan və 84 min nəfər Türkiyədən
rəsmi sənədlərdə, qeyri-rəsmi isə 200 min nəfər
erməni Yelizavetpol, İrəvan və Qarabağ
quberniyalarında müsəlmanların əlindən
alınmış ən yaxşı torpaqlarda yerləşdirilib.
Proseslər bu istiqamətdə sonrakı dövrlərdə
də intensivləşib. Yenə də N.Şavrovdan
oxuyuruq ki, XIX əsrin sonu, daha doğrusu, 1893-1897-ci illərdə
Türkiyədə erməni hərc-mərclikləri
zamanı daha 100 min nəfər erməni Azərbaycan ərazilərinə
köçürülüb. Erməni alimi Zaven Korkodyan 1932-ci
ildə Ermənistanda nəşr etdirdiyi "1831-1931-ci illərdə
Sovet Ermənistanın əhalisi" kitabında İrəvan
şəhərinin əhalisinin 85,2 faizinin azərbaycanlı,
rus alimi M.Skibitskinin isə Dağlıq Qarabağda yaşayan əhalinin
etnik tərkibinin XIX əsrin sonunda 72,6 faizinin azərbaycanlı
olduğu göstərilib.
Ermənilərin torpaqlarımıza iddiaları XX əsrin
əvvəllərində və ortalarında da davam etdirilib,
minlərlə Azərbaycan vətəndaşları
Bakıda, Qubada, Salyanda, Şamaxıda, Kürdəmirdə və
digər bölgələrimizdə soyqırımına məruz
qalıblar. Proseslər sonralar da səngiməyib. Hamımızın yaxşı yadındadır ki,
XX əsrin 80-ci illərinin sonlarından Azərbaycan
xalqının ikinci dəfə müstəqillik və
azadlıq uğrunda apardığı mübarizə, həm
də eyni zamanda vətən torpaqlarımızın yenidən
erməni separatçıları tərəfindən
işğalı ilə nəticələndi. Qarabağımız qan girdabında
çalxalandı. Minlərlə vətənpərvər,
cəsur azərbaycanlı övladları nahaq yerə
düşmən gülləsinin qurbanı oldular. Bu qanı qeyrətli vətən
oğullarımız yerdə qoymadılar. Əlif Hacıyev, Çingiz Mustafayev, Ramil Səfərov
və onlarca bu kimi başqa igidlərimiz erməni
dığalarının cavabını yetərincə verdilər.
"Qisas qiyamətə qalmaz" deyiblər
atalar. Bu qisasın da sonu uzaqda deyil.
Nicat Əjdərin qələmə aldığı
"Mübariz" kinossenarisi də vətən
övladlarının torpaqlarımızın
azadlığı uğrunda apardığı mübarizəyə
həsr olunub.
Bu kinossenarinin qəhrəmanı müasirimiz
Mübariz İbrahimovdur. Burada Mübarizin
həyat və döyüş yolu uğurlu ədəbi-bədii,
hərbi-sənədli müstəvidə təsvir edilir və
dəyərləndirilir. "Mübariz"
kinossenarisində qəhrəmanın ömür yolu
uşaqlıq dövründən şəhid olduğu zamana qədər
anbaan diqqətlə izlənilir".
H.Tağısoy
hesab edir ki, "Mübariz"i səciyyələndirən
başlıca xüsusiyyətlərdən biri odur ki, Nicat
Əjdərin əsərdə qəhrəmanın lap uşaq
yaşlarından (hərbə və hərbi texnikaya
münasibətini) maraqlarını, zəifləri (İsinin,
Sarışın, Cıbının özlərindən
kiçikləri Seyranı, Səidəni incitdiklərinə
görə) himayə etməsini, hərb yaşına
çatıb tezliklə əsgərliyə (atasına
müraciət edib əsgər olması ilə bağlı
arzularını) getməsini, əsgərlikdə nümunəvi
(xidmətə görə məzuniyyətə göndərilməsini,
fəxri fərmanla təltif edilməsini) xidmətini, ermənilərə
qalib gəlmək üçün idmanla (boks bölmələrində
məşq etməsini) məşğul olmasını, erməni
əsgərlərinin Azərbaycan bayrağını təhqir
etməyə cəhd göstərmələrinə görə
onların layiqli cavabını (erməni əsgəri çəkmələrini
Azərbaycan bayrağı ilə sildiyindən, Mübariz erməninin
başını bədənindən üzüb onun
başı ilə çəkmələrini silməsini) verməsini,
ermənilərin üzərinə təkbaşına
hücuma keçib onları məhv etməsini və bilərəkdən
(valideynlərinə məktubu, Vətən
qarşısında öz məsuliyyətini dərindən dərk
etməsini) bu yolu seçməsini, erməni təhqirinə məruz
qalmaqdansa, şəhidlik zirvəsinə ucalmasını,
sonuncu güllə ilə özünü öldürməsini
və s. səhnələri kifayət qədər realist və
inandırıcı cizgilərlə verə bilib. Nicat Əjdər
əsərdəki yumoristik məqamları, epizodik hadisələri,
rayon, kənd lövhələrini, milli landşaftı, hər
bir obraza və personaja verdiyi rolda yerli, milli və fərdi
koloriti, Mübarizin atası Ağakərim kişinin, anası
Şamamanın, Mirələm babanın, şəhid olmuş
Azərbaycan əsgəri Malikin, İsinin, Sarışın,
Cıbının, Eyyub dayının, məktəb direktorunun,
Səidənin, Səidənin anasının, əsgərlərin
və komandirlərin, müəllim və məşqçilərin
adekvat surətlərinin yaradılmasını və onların
zəruri səhnələrdə ortaya
çıxmalarını, epizodik personajların müəllifin
dram janrının tələblərinə lazımınca əməl
etdiyini sübut edir. Nicat Əjdərin "Mübariz"i bədiilik,
konflikt kəskinliyi, ekstremal dramatik situasiyalar, obrazların
xarakteri və mənəvi aləmi, ziddiyyətli vəziyyətləri
yumşaltmaqla bağlı əsərin infrastrukturuna daxil
etdiyi psixoloji hallar, gərilmələr, sərt cəbhə
qayda-qanunları, özünü erkən büruzə verən
sevgi-məhəbbət motivləri, təbiət təsvirləri
və s. müəllifin əsərinin uğuru kimi qiymətləndirilməlidir.
Onun bu mövzunu ilk növbədə kinossenari
kimi işləməsi də təsadüfi hesab edilməməlidir.
Çünki erməni qəsbkarlarının
torpaqlarımıza göz dikməsi və onu işğal
altında saxlaması xalqımızın mübarizəsini
davam etdirməsində kino sənəti vasitəsilə
Mübarizin qəhrəmanlığını əks etdirmək
daha səmərəli ola bilər".
Tanınmış yazar Safruh bildirir ki, Vətən orada
yaşayan xalqların ümumi evidir. Onu qorumaq, onun
yaşamını təmin etmək hər kəsin borcudur.
Tək-tək adamlar borcu yerinə yetirməyi də
özü üçün az hesab edir. Ömrünü verir həmin ümumi evə. Və ömrünü şüar üçün
vermir. Damarındakı qanını verir,
sevgisini verir. Yəni sevəcəkdi, o
sevgidən qalır, gedir döyüşür, sevmir, ondan
imtina edir. Həyat şirindir deyirlər.
Ondan da keçir həmin ideala görə.
Bu, nadir hadisədir. Açıq-aydın
ölümün, şaqqalanmağın üstünə gedəsən.
Bu, beynəlxalq aləmdə çox
yayılmış özünə partlayıcı
bağlayıb gedib partladan igidliyi də deyil. Bu,
çox ağıl, igidlik, ləyaqət tələb eləyən
bir addımdır: "Bizim qəhrəmanların qəhrəmanlığının
səbəbi düşmənə nifrətli olmaqdan çox
Vətənə sevgi olmalıdır. Bu sevgi
olandan sonra sənə xüsusi cəbhə gərək deyil.
Sən qəhrəmanlığını
göstərirsən. Vətəni
yaşatmaq lazımdır. Vətəni
sevdirmək-danışırmaq lazımdır, onun şərəfi
olmaq lazımdır. Haqqında kitab yazılan
Mübariz İbrahimov çılğın bir addım
atdı. Ona düşmənə hücum əmri
verilməmişdi. Mübarizin qəhrəmanlığı
yalnız onun özünün təşəbbüsüdür.
Əsgərliyini başa varandan sonra iş sahəsi
çağırmır onu. Onun qəhrəmanlığı
özünü göstərməli idi. O, şəhərə
gəlir, burada yadlıq var, düşünür ki, yenidən
orduya qayıtsın. Mübariz özünü
Vətən üçün qurban verir,
çıxılmazlıqdan ölür. Bu
cür nümunələr gərəklidir. İndiki zamanda dünyada Vətən və insan
ideyası ardıcıl olaraq gözdən salınır.
Kürəsəllik ideyası irəli
sürülür - özünün estetikasıyla, balaca
körpələrə təbliğiylə. Kürəsəllik anti millət, antiVətən deməkdir.
Vətənpərvərliyi insaniliklə, millətlə
bağlayıram. Əgər bunlar bir-birilə
bağlı olmasa, ayrıca vətənpərvərlik var ola bilməyəcək, insanlıq da var ola bilməyəcək.
Sənin insanlığın var olduğuna
görə Vətən də var sənin üçün.
Sovet vətənpərvərliyi Azərbaycan vətənpərvərliyinə
zərbə idi. Vətənpərvərlikdən
fəlsəfi səviyyədə, kəskin şəkildə
danışan həqiqətçi, Vətəndən, vətənpəvərlikdən
fəlsəfə düzəldən gərəkdir. Vətən bütövlük, müəyyənlik,
konkretlik istəyir. Ona görə də Azərbaycanda
vətənpərvərlik fəlsəfəsi
yaradılmalıdır. Gözəl
filosoflar olmalıdır. İndiki zamanda Vətən
keçmişdə qalmış hadisə hesab olunur. Gərək Vətən - insan-torpaq birliyi müqəddəs
bir yer kimi öyülsün".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 22 aprel.- S.14.