Nizami Gəncəvi Azərbaycan ruhu

 

Nizami Azərbaycan türküdür, Vətəni Azərbaycandır

 

I yazı

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri özündə qədim mədəniyyətin incilərini qoruyub saxlayan əsrlər keçərək bu möhtəşəm mənəvi mirasın günümüzə qədər itki zədə görmədən gəlib çıxa bilməsini təmin edən mühüm mənbədir. Mədəniyyəti dərindən bilən, onun incəliklərinə bələd olan, tarixi-mədəni əhəmiyyətini müəyyənləşdirə bilən şəxsiyyətlər Nizami irsinin qədər milli qədər bəşəri bir dəyər daşıdığını aydın təsəvvür edirlər. Nizami dünyada yaşadığı bölgəsinə görə tanınan insanlardan deyil, elə dahi şəxsiyyətdir ki, onun ölkəsini tanıyırlar. Nizaminin dünya şöhrətli bir şəxsiyyət olması, onun zamanın sərhədlərini sındıran əsərlərinin əzəməti möhtəşəmliyi onu başqaları üçün cazibədar edir. Dünyanın bir çox xalqları onu öz şairləri kimi sevirlər. Bəziləri isə onun milli mənsubiyyətini özlərinə bağlamağa cəhd edirlər. Məlumdur ki, Nizami Azərbaycanda doğulub, Azərbaycan türküdür, əsərlərini isə o dövrün bir çox türk şairləri kimi türklərin bir dönəm şeir dili olaraq istifadə etdikləri fars dilində yazıb. Dil tədqiqatçılarımız Nizaminin dilində çoxlu türk sözləri aşkarladılar. Tarixçilərimiz onun yurdunun Azərbaycan olduğunu bir daha təsdiqlədilər. Dahi şairin milli mənsubiyyətini müəyyənləşdirən əsas istiqamət isə folklor idi ki, bu məsələ ilə ardıcıl olaraq Sədnik Paşa Pirsultanlı məşğul olub.

Qeyd edim ki, milli düşüncənin gerçəkləşdiyi folklor mətnləri əslində "zahirən tərcümə" olunur. Onun ifadə etdiyi sxem, kod məlumat isə yerində qalır. Azərbaycan düşüncəsinə məxsus olan ya düşüncənin Azərbaycan modelindəki sxemlər, kodlar məlumatlar bir milli sistemin elementləri olduğundan onlar invariant xarakterlidir dil tərcüməsi zamanı da dəyişmirlər. Çünki onlar dillə ifadə olunan dildən böyük vahidlərdir.

Araşdırmalardan məlum olur ki, Nizami Gəncəvi xalq yaradıcılığına tükənməz bir xəzinə kimi baxıb, folklor nümunələrindən öz fikirlərini xalqa daha yaxşı çatdırmaq üçün ustalıqla istifadə edib. Bu barədə rus şərqşünası Bertels yazır: "Əgər Nizami bəlli olmayan başqa yazılı mənbədən istifadə etməmişsə, o zaman Azərbaycanda çox geniş yayılmış olan şifahi rəvayətlər onun üçün material olub". Nizami xalq hikmətini, zəkasını, xalq müdrikliyini hər şeydən üstün tuturdu. Onun əsərləri bunun ən yaxşı isbatıdır. Nizaminin dahi bir sənətkar kimi yetişməsində bir çox amillərlə yanaşı, zəngin Azərbaycan xalq yaradıcılığı mühüm rol oynayıb.

Nizami irsi müəyyən mənada, Azərbaycan ədəbiyyatının, zəngin folklorunun, bədii təfəkkürünün tükənməz xəzinəsidir. Professor M.H.Təhmasib yazır: "Qədim Azərbaycan ədəbiyyatı haqqında məlumat mənbələrindən biri Nizami kimi dahinin əsərləridir. Nizami şifahi ədəbiyyatın bir çox janrlarından, xüsusilə qədim eposdan bacarıqla istifadə edib. Bu dahi sənətkarın "Xəmsə"sində yüzlərlə folklor nümunəsinə rast gəlmək olar".

Nizami Gəncəvinin əsərləri əsasında klassik ədəbi irsin folklorla əlaqəsi aşağıdakı tərəflərlə alqoritmik məzmun kəsb edib:

1. Sənətkarın xalq ədəbiyyatından istifadə etməsi.

2. Xalq ruhuna dərindən bələd olan Nizaminin özü tərəfindən yaradılmış folklor nümunələri onların folklorda izləri.

3. Nizaminin həyatı ilə əlaqədar yaranmış yeni folklor nümunələri, yaxud el variantı kimi yaranmış əsərlər.

Nizami müxtəlif folklor nümunələrindən, o cümlədən əsatir əfsanələrdən, rəvayətlərdən, xalq söyləmələrindən geniş istifadə edib sənətkarlıq dühasını onlara əlavə etməklə kamil sənət nümayiş etdirib. Nizaminin ilk böyük əsəri olan "Sirlər xəzinəsi"ndə xalq əfsanə nağıllarından istifadə edilib. Bunlardan "Süleyman əkinçi", "Nuşirəvan bayquşların söhbəti", "Sultan Səncər qarı", "Firidun ilə maralın dastanı", "Harun ər-Rəşid ilə dəlləyin dastanı" başqa nümunələri göstərmək olar.

Məsələn, "Firidun ilə maralın dastanı" hekayəsi Gəncə ərazisində məşhur olan "Qanlı daş" adlı əfsanə ilə demək olar, eynilik təşkil edir. Hər iki əfsanədə məşhur ovçunun qüdrətli, sonra bir qızı sevməsi, bu qıza qovuşmaq üçün məşhur bir maralı vurmalı olduğu daşların maralı amansız ovçudan xilas etməsi, sinələrini açılan oxa sipər etməsi, cansız bir daşdan qan axması, ovçunun əməlindən peşman olması göstərilir. Əfsanədə dərin humanizm ifadə olunur. İnsanın vəhşiliyi üzündən daşların belə qan ağlaması, nəhayətdə daş qəlbli insanın mənəvi oyanışı əməlindən peşmançılıq çəkdiyi verilir.

"Sirlər xəzinəsi"ndəki maraqlı hekayələrdən biri "Harun ər-Rəşidlə dəlləyin dastanı" hekayəsi xalq arasında geniş yayılan "Əsir padşah" əfsanəsilə yaxından səsləşir. Qızılın - pulun nəyə qadir olduğu, insanı necə dəyişdiyi hər iki əfsanədə obrazlı şəkildə çox gözəl verilib. Ümumiyyətlə, Nizami əsərləri öz kökləri ilə Azərbaycan folkloruna çox bağlıdır. "Sirlər xəzinəsi" əsərində verilən "Gül Zəhər əfsanəsi" xalq arasında başqa şəkildə danışılır, xalq arasında bu, "Loğman şagirdi" adlı əfsanədir. Bu əfsanələr arasında elə ciddi fərqlər görmək olmur. Hər ikisində konfilikt eynidir: iki alimdən biri yaşamalı, digəri məhv olmalıdır, hər ikisində köhnə ilə yeninin güclü mübarizəsi, güclü zəhər hazırlayanın qələbəsi ilə deyil, ölümü ilə bitir. Rəqibinin ölümünə daha çox çalışan, güclü zəhər hazırlayan istəyinə nail olmur. Nizami epik şeirin təbiətinə uyğun olaraq əsatir və əfsanələrdən geniş istifadə edib.

Dahi şair nakam məhəbbət dastanı olan "Leyli və Məcnun"dan ustalıqla bəhrələnib və "Xəmsə"sinə daxil olan "Leyli və Məcnun" poemasını qələmə alıb. Lakin bu əfsanənin yalnız ərəb mənbələrindən alındığını iddia edənlər yanılırlar. Çünki bu əfsanə ərəb mənbələrində öz əksini tapana qədər qədim Babilistanın mixi yazılarındakı ədəbiyyatda həkk olunub. Yusif Ziya Şirvani bunlara əsaslanaraq yazır: "Nizaminin öz poemasının ancaq ərəb mənşəli əsasda qurmuş olduğunu təxmin etmək mümkün deyil. Çünki Nizaminin "Leyli və Məcnun" poemasında ərəb mənbələri həlledici rol oynamır; əksinə, poemanın yaranmasında şair üçün əsas mənbə olan və o zaman Azərbaycanda geniş intişar tapan xalq əfsanələri üstünlük təşkil edir. Şirvan hökmdarı Axistanın Leyli və Məcnun əfsanəsini qələmə almağı Nizamidən xahiş etməsi təsadüfi deyil. Bu fakt da təsdiq edir ki, XII əsrdə belə bir əfsanə dillər əzbəri olub, Azərbaycan əhalisi arasında bu əfsanə sevilərək yazılıb".

Həmçinin Azərbaycan musiqisində "Rast-Pəncgah" muğamının guşələrindən birinin "Leyli və Məcnun" adlanması yuxarıda dediklərimizi təsdiq etməkdədir. Deməli, hələ Nizaminin nakam aşiqlərin faciəsinə həsr U C I q l Məcnun" poemasının daha qədim nümunəsi, azad sevgi motivlərini ifadə edən bədii incilər Azərbaycan folklorunda çox idi və qüdrətli şair də bundan həvəslə bəhrələnib. Nizaminin "Leyli və Məcnun" poemasında "İt və Cavan" rəvayəti ilə şahın zülmkarlığı və etibarsızlığı anladılır. "Yeddi gözəl"də isə buna yaxın bir rəvayətlə hökmdara ibrət dərsi verir. Birincidə it sədaqətli, ikincidə isə satqındır. Hər iki rəvayətin xalq yaradıcılığında həm fərqli, həm də oxşar nümunələrinə geniş şəkildə rast gəlmək olar.

"Yeddi gözəl" əsəri qədim əfsanələri özündə cəmləşdirmək baxımından çox zəngindir. Bu əsərdə "Dərbənd qalası", "Göyərçin əfsanələri", "Öncəqala əfsanəsi", "Göyərçinin ayağı niyə qırmızıdır" əfsanələrinin müxtəlif variantları verilib. Nizami Gəncəvi zəngin yaradıcılığında rəngarəng əfsanələrlə yanaşı, təmsillərdən də ustalıqla istifadə edib. Şair istədiyi fikri, ideyanı daha canlı ifadə etmək üçün xalq təmsillərindən bacarıqla faydalanıb. Məsələn, onun "Sirlər xəzinəsi"ndə verdiyi "Qarışqa və kəklik" təmsili xalq ədəbiyatındakı "Tülkü və Qarğa" təmsili ilə yaxından səsləşir. Yenə həmin əsərində verilən "Bülbül ilə qızılquş", "Meyvəsatanla tülkü", "Ovçu, it və tülkünün dastanı" təmsilin ən yaxşı numunələridir. Bundan sonra humanist şair "Xosrov və Şirin" poeması vasitəsi ilə göstərdi ki, o, öz yaradıcılığı ilə xalq həyatına, xalq yaradıcılığına dərindən bağlı olan bir sənətkardır. "Xosrov və Şirin" əsərinin müqəddiməsində deyilir:

 

Məlum hekayədir bu "Xosrov Şirin"

Ancaq dastan yoxdur bu qədər şirin,

Ruha xoş gəlsə də, bu gözəl dastan

Pərdədə qalmışdı bu gəlin çoxdan.

 

"Xosrov və Şirin" Azərbaycan xalqının daxilində yaşamış olan qədim və gözəl əfsanədən qüvvət alıb. "Öz yurdunun qaynaqlarından bu əfsanəni götürmüş olan Nizami "Xosrov və Şirin" macərasının bədii surətlərini yenə xalqına deyil, bütün dünya xalqlarına qaytarmış oldu" (M.Rəfili).

Nizami əsərlərində Azərbaycan xalq dastanları və nağılları yeni məzmun və forma alıb, dövrün bütün hadisələri ilə səsləşdirilib. Bütün bunlar xalq bədii təfəkkülünü inkişafına əhəmiyətli təsir göstərib.

N.Gəncəvi bir çox Azərbaycan atalar sözü və məsəllərini, aforizmlərini fars dilinə tərcümə edib, şeirin tələbinə uyğun olaraq öz əsərlərində geniş şəkildə istifadə edib. Dahi şair xalq yaradıcılığı numunələrindən istifadə etməklə bərabər, özü də yeni aforizmlər, hikmətli sözlər yazıb: "Ot kökü üstündə bitər", "Pişik balasını istədiyindən yeyər", "Söyüd ağacı bar verməz", "Qoyunu qoyun ayağından asarlar, keçini keçi", "Özgəyə quyu qazan özü düşər" və s. Deməli, Nizami həm Azərbaycan şifahi xalq ədəbiyyatından ustalıqla faydalanıb, həm də onun inkişafına güclü təsir edib. Nizaminin əsərləri əsasında yaradılan müxtəlif şifahi xalq ədəbiyyatı variantları da buna aydın sübutdur.

Epos yaradıcılığının son mərhələsində qədim epos və dastanlarla yanaşı, yeni dastanların yaranmasında Nizaminin "Xəmsə"si tükənməz bir xəzinə, qida mənbəyi rolunu oynayıb. Ayrı-ayrı aşıq məktəblərinin, o cümlədən Gəncə-Şəmkir, Göyçə-Borçalı, Şirvan-Muğan aşıq məktəblərinin təsiri ilə neçə-neçə yeni, dərin mündəricəli dastanlar yaradılıb. "Leyli və Məcnun", "Fərhad və Şirin", "Şahzadə Bəhram", "Məmməd və Güləndam" və başqaları bunun ən yaxşı numunələridir. Bunlardan "Leyli və Məcnun" dastanı Nizaminin eyni adlı poemasından, "Fərhad və Şirin" dastanı isə şairin "Xosrov və Şirin"indən, "Şahzadə Bəhram" və "Məmməd və Güləndam" isə Nizaminin "Yeddi gözəl" əsərindən qidalanaraq formalaşıb.

 

Ağaverdi Xəlil,

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2014.- 14 avqust.- S.14.