Nizaminin Şərq mənşəli “mətnlər qalereyası”

 

"Xəmsə"də xalqımızın mənəvi dünyası mükəmməl şəkildə əks olunub

 

III yazı

 

Nizami öz əsərlərində Azərbaycan xalq ədəbiyyatının bütün nümunələrindən: atalar sözlərindən, məsəllərdən, əsatir əfsanələrdən, rəvayətlərdən, nağıllardan, dastanlardan, hətta ən sadə görünən tapmacalardan belə yaradıcı şəkildə istifadə edib. S.Paşayevin tədqiqatının özəlliklərindən biri budur ki, o, Nizamidən folklora baxmır, folklordan Nizamiyə doğru istiqamətlənir. Belə yanaşmanın fərqi böyükdür. Hər şeydən öncə ona görə ki, Nizami irsini araşdırıb onun folklor əlaqələrini müəyyənləşdirən əski ədəbiyyat mütəxəssisləri yalnız sabit, statik folklor nümunələrini müşahidə edə bilirlər. Çünki folklor mətnlərini ədəbiyyatın içində dəyişik şəkildə görmək onları qeydə almaq çətin bir işdir. Amma folklor mütəxəssisi əlaqələri ən örtülü qapalı şəkillərdə aşkarlaya bilir. Bu mənada S.Paşayevin tədqiqatları olduqca diqqətli həssas müşahidələrin nəticəsi kimi meydana çıxıb.

Nizaminin bütün əsərlərində Şərq mənşəli "mətnlər qalereyası" cəmləşdirilib.

Müəllif subyekti tərəfindən deformasiyaya uğraması mətnlərin struktur mahiyyətini dəyişməyib; hazır şəkildə əsərə daxil olan əfsanə, rəvayət, dastan, nağıl kimi Şərq epik ənənəsinin vahidləri, mənqəbələrdən tarixdən alınmış məlumatlar, süjetlər janrlar iri kültür arealında mövcud olan çeşidli xalqların mifologiyasını, dünyagörüşünü, epik təfəkkür ehtiyatını ehtiva etdiyindən burada dünya modellərinin zəngin tiplərinin olması şübhəsizdir.

S.Paşayev bu zəngin məlumat şəbəkəsinin içərisindən şairin milli mənsubiyyətindən gələn mərkəzi xətti seçir onun yalnız milli zəmində, məkanda zamanda qorunan izlərini bizlərə aşkarlayır. Buradan görünür ki, bir çox mətnlər kvaziformada işlənib. Onların folklor şəklini S.Paşayev bərpa edir Azərbaycan şifahi ənənəsində gələn örnəklərlə onları qarşılaşdırır. Əsərlərin hər yerində, bəzən üzdə, bəzən dərində Azərbaycan xalq yaradıcılığı yarusu aşkarlanır. Hər dəfə zəngin sənətkarlıq işinin içərisində bu nümunələr onun mayasını qayəsini təşkil etməklə ona milli ruhdan uzaqlaşmağa imkan vermir. Burada dilin mənanı mahiyyəti dəyişməyə gücü çatmır, çünki folklor adi dildən daha böyük bir dildir. Başqa sözlə, folklor dilin tərcümədə dəyişə biləcəyi işarə deyil. Ona görə Nizami əsərləri dildən-dilə keçsə , milli istisini odunu, özündəki türk folklor məlumatını, sxemini kodunu öz daxili potensialı hesabına qoruyub saxlayır.

Sədnik Paşa Pirsultanlının tədqiqatlarında Nizami folklor probleminə Azərbaycan xalq musiqisi ilə bağlı dəyərli araşdırmalar aşkarlanmış faktlar da daxildir. Bu istiqamətdə apardığı araşdırmalarında alimin xüsusi diqqət mərkəzində xalq musiqi alətləri, xalq musiqi havaları bu kimi məsələlər durur.

Nizami əsərlərinin dəyərli qaynaq olduğunu doğru dəyərləndirən alim burada xalq musiqimizin qədim dövrü haqqında təsəvvürləri genişləndirir. Folklor musiqisinin ümumiyyətlə, musiqi tariximizin öyrənilməsində Nizami əsərlərindəki məlumatları araşdıran alim müşahidələrini qeyd edərək yazır: "Nizami özünün əsərlərində, xüsusilə "Xosrov Şirin"də, "İsgəndərnamə"nin "İqbalnamə" hissəsində musiqi məsələlərinə tez-tez toxunur. O, burada eyni zamanda ud, təmbur, ney, saz (setar) (setar-üç simli ən qədim musiqi aləti, Azərbaycan sazının əcdadı, ulu babası sayılır) başqa çalğı alətlərinin adını çəkir, haqqında söz açır. Aydın olur ki, Nizami bu çalğı alətlərinin zahiri cəhətlərini deyil, onların quruluşunu, xüsusilə kök pərdələrin rolunu çox düzgün bilirmiş, hətta pərdənin quru bağırsaqdan bağlandığını, telin ipəkdən olduğunu da qeyd edir: quru bağırsaqdan bağladı pərdə. Yaxud: sazın ipək telli xoş avaz almış. Nizami sazın kökləri köklənməsinə yaxından bələd imiş:

 

Hər pərdədə yalnız o adam çalar,

Ki, ola pərdədən yaxşı xəbərdar.

 

"Əyri pərdədə çalğı çalınmaz"- deyən sənətkar "Bu pozuq pərdədə oxuma nəğmə" misrası ilə çalğıçıya müraciət edir.

 

Hümmət eylə, burda ələ al sazı,

Ucalt bu pərdədə şirin avazı.

 

Əlbəttə, buradan görünən məlumatlar zəngin musiqi mədəniyyətinin varlığından xəbər verir. Musiqi araşdırıcıları üçün əldə olan məlumatlar təhlil aparmağa, bu təsvirlər əsasında xalq musiqi alətlərinin əski formasını rekonstruksiya etməyə imkan verir. Burada adı geniş şəkildə keçən saz musiqi alətinin ümumiyyətlə, musiqi aləti mənasında ya onun diferensiallaşmış bir tipi kimi işlənməsi məsələsi gələcək araşdırmalara mövzu ola bilər.

S.P.Pirsultanlı folklor musiqisi ilə bağlı müşahidə etdiyi məlumatlara əsaslanaraq saz havaları haqqında da diqqəti çəkən mülahizələr irəli sürür. Məsələ onda deyil ki, bu havalar XVI əsrdə sufi təriqət əsasında formalaşan ilahi eşqi tərənnüm edən haqq aşiqlərinin saz havaları ilə eyniyyət təşkil etməyə bilər. Amma bu milli musiqi ənənəsinin tarixi bir mərhələsidir bu mərhələdə mövcud olan musiqi mənzərəsini Nizaminin əsərlərindən müşahidə edirik. Bu, kifayət qədər etibarlı bir mənbədir. Motivləri Nizami əsərlərində müşahidə olunan bir sıra xalq dastanlarının mərasimlərlə bağlı olması məlumat dairəsini bir qədər genişləndirir. Belə mürəkkəb tipli müqayisəli araşdırma aparan alim orijinal xarakterli nəticələr əldə edib.

Məlumdur ki, "Novruz Qəndab" ən qədim dastanlarımızdandır. Bu dastan qədim görüşlərlə, ayin mərasimlərlə bağlı olduğu kimi, Nizami əsərlərindəki bir sıra əlamət izlər bu dastanla bağlıdır. Muğam saz havaları ilə əlaqədar olan "Novruz" adları da daha çox qədim bahar bayramı mərasimi ilə bağlıdır. "Xosrov Şirin" poemasındakı "Sazi-Novruz", qədim saz havası olan "Şah yuxusu" ilə əlaqədar olan Əflatunun icad etdiyi çalğı aləti, bu alətdə çaldığı havalarla heyvanları bihuş edib yatırtması oyatması epizodları belə bir fikir söyləməyə haqq verir ki, Nizami öz dövründə mövcud olan saz havaları ilə tanış imiş.

Şübhəsiz ki, saz havaları qısa bir müddətdə yoxdan yaradılmayıb. Azərbaycanda aşıq sənəti yarananda xalq musiqi ənənəsindən bu ənənədə mövcud olan havalardan yaradıcı şəkildə istifadə olunub. Bu zaman havalar havacatlar sufi ideyanın praktikanın ifadəsinə uyğunlaşdırılıb.

Nizami dahi şəxsiyyətdir. O, zamanına görə ensiklopedik biliyə malik bir insandır. Ona görə ona qədərki onun zamanı hər kəsdən öncə ondan sorulur. S.P.Pirsultanlı sorğunu doğru ünvana ünvanlayıb. Çünki o ünvandan yalnız doğru cavablar alınır. Bu doğru cavablar da çağdaş folklor məlumatları ilə səsləşir, ədəbiyyatın çətinləri folklor mətnlərində asanlaşır. Çünki bu fəaliyyət sahələri biri-biri ilə sıx şəkildə bağlıdır onlar biri digərini izah edən spesifik sistemin tərkib elementləridir.

"Xəmsə" eyni zamanda, yəni bütün digər keyfiyyətləri ilə yanaşı onlara heç bir xələl gətirmədən, möhtəşəm bir folklor ensiklopediyasıdır. Bu ensiklopediyada xalqımızın mənəvi dünyasını özündə mükəmməl şəkildə ehtiva edən xalq yaradıcılığının çeşidli sahələri, müxtəlif janrları, folklora, etnoqrafiyaya aid bilikləri əks olunub.

 

 

Ağaverdi Xəlil,

filologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2014.- 16 avqust.- S.14.