Kolumbiya milli kitabxanası ilə əməkdaşlıq

 

Azərbaycan və Kolumbiya milli kitabxanaları əməkdaşlığı genişləndirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xdmətindən məlumat verilib.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Jose Jater Pena ilə görüşündə əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub.

Görüş zamanı tərəflər Azərbaycan-Kolumbiya mədəni əlaqələrindən və beynəlxalq əməkdaşlıqdan söhbət açıblar.

Bundan başqa, hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsi, kitab mübadiləsinin artırılması və qarşılıqlı əməkdaşlıq memorandumunun hazırlanması haqqında müzakirələr aparılıb.

Kolumbiyalı diplomat M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına görkəmli yazıçısı Qabriel Qarsiya Markesin ingilis dilinə tərcümə olunmuş bir sıra kitablarını hədiyyə edib.

K.Tahirov isə qonağa "Azərbaycan Milli Kitabxanası. Fotoalbom" və "Azərbaycan xalçaları" kitablarını hədiyyə edib.

 

Tural

Xalq Cəbhəsi.- 2014.- 21 avqust.- S.15.