Toy varsa,
orda həyata inam, yaşamağa həvəs var
Türk xalqları bəşər mədəniyyətinin
lap ilkin çağlarından
monoqam ailə tipini özünə həyat-tale devizi seçib
Toy mərasimləri məişətimizin,
adət-ənənələrimizin çox böyük hissəsini içərisinə
aldığından, bu,
xalqımızın özünü
dünya xalqları içərisində tanıtdırmasında
xüsusi mövqeyə
malikdir. Bu mənada
Azərbaycan mədəniyyətinin
tərkib hissəsi kimi Azərbaycan toyları, Azərbaycan musiqisi dünyanın bir çox xalqlarına, xüsusən
də Qafqaz xalqlarına təsirsiz ötüşməyib.
Azərbaycan mədəniyyətinin tərkib
hissəsi olan musiqi sənətimizdən
digər xalqlar da yetərincə bəhrələnib. Hətta mənfur qonşularımız
olan ermənilər nəinki bəhrələnib,
bu mənəvi incilərimizi özününküləşdirməyə
çalışıblar. Demək, təkcə torpaqlarımızı
yox, milli-mənəvi
dəyərlərimizi və
o cümlədən, musiqimizi
də işğal, zəbt etmək niyyəti mənfur qonşularımızda çoxdan
başlayıb.
Harda toy varsa,
orda həyata inam, yaşamağa həvəs var. Əbəs
deyil ki, toy sözü xalqımızın
dilində, "toy-bayram"
ifadəsi şəklində
işlənir ki, bu da toyun
bir bayram, şənlik məclisi olduğunu birbaşa ifadə edir. Üaxud da
toy məclisi "toy şənliyi"
şəklində işlənir
ki, bu deyim
özü də birmənalı şəkildə
toyun bilavasitə şənlikdən ibarət
olduğunu bildirir.
Toyların səs-küylü bir şəraitdə keçirilməsinin
daxili səbəbi var, bu, toy sahibini
toy vaxtı düşdüyü
ağır xərcə
görə sıxıntı-üzüntü
çəkməkdən ("ay, bu qədər xərcə düşdüm,
ay bu qədər malım-pulum getdi", deyə deyinməkdən) xilas etməyə yönəldilən ritualdır. Axı diqqətlə
düşünsək, görərik
ki, "toya toy deyiblər ki, toy yiyəsinin bağrı çatlamasın" kimi
məlum el deyimimiz də var və
bu kəlam özü elə birbaşa yuxarıda dediyimiz cəhətə ünvanlanıb. Axı insanlar
bayramlarda da (məsələn, Novruzda,
Yeni ildə və s.) çoxlu bayram tədarükü görürlər, bayramı
nikbin ovqat üstündə qarşılayırlar.
Eləcə də insan oğlu öz övladına toy şənliyi
keçirərkən bayramqabağı
olduğu kimi, analoji xərcə düşür, malını-dövlətini
toyu keçirməyə
sərf edir. Bəli, yuxarıdakı məsəl
də, toyun səs-küylü, təntənəli
halda qeyd olunması da onu vurğulayır ki, toy sahibini ağır xərcə
salsa da, toy özü
böyük şənlik-sevinc,
bayram deməkdir.
Toy mərasimlərinin təmtəraqlı
şəkildə, toy-düyünlə,
çalğı-musiqi ilə
keçirilməsinin mayasında
həm də rəmzi çalarlar -mifik əlamətlər gizlənib: birincisi, musiqinin dili ilə bəd qüvvələr - şər
ruhlar ram edilir. İkincisi, toya gələnlərin diqqətini (bəd nəzərlərini - bədnəzərliyi,
yamangözlüyü) toyun
yaraşıqları - əsas
simaları olan bəylə gəlinin üstündən yayındırmaq,
uzaqlaşdırmaq missiyası
ixtiyarsız olaraq həyata keçirilir.
Beləliklə, ailə həyatı
quran gəncləri pis gözdən, bəd nəfsdən qorumaq (gizlətmək) niyyəti baş tutur.
Həm də "toya toy deyirlər ki, toy sahibinin bağrı çatlamasın" fikri
onu ifadə edir ki, toy yiyəsi
vardan-yoxdan çıxır,
çox xərcə düşürsə də,
əvəzində toydan
"salamat" - bəd
nəzərlərdən qorunmuş
halda qurtarır. Bu da ki, əlbəttə, toyun çalğı-şənlik içərisində
keçməsində və
nəticədə bu
toy-düyünün bəd
nəzərdən hifz
olunmasında reallaşır.
Göründüyü kimi,
mərhələli şəkildə
həyata keçirilib
gerçəkləşdirilən toy mərasimləri zamanı
ifa olunan ayinlər, musiqi səsləri təkcə
toyun zahiri cəhətinə görə
səsli-küylü keçirilməsini
sadəcə, dəbdəbəni,
təmtərağı, şənlik
əhval-ruhiyyəsini işarələndirmir,
həm də üstüörtülü mifik
cizgiləri özlüyündə
ehtiva edir - bəd ruhlardan və yaman gözlərdən
toy sahibini xilas edir.
Valideyn övladını
tərbiyəli böyütməklə
ilk növbədə onu
öz nəslinin adını ucaldacaq bir varis kimi
görmək, cəmiyyətə
bir ləyaqətli vətəndaş kimi təqdim etmək istəyir. Nəslin adını batıracaq
övladı nəinki
valideyn özü üçün, həm də ulu keçmişi-dədə-babaları
üçün təhqir,
başıaşağılıq saydığından övladın
tərbiyəsini önə
çəkib. Valideyn övladı
üçün qız
seçib-bəyənəndə evinə gəlin gətirəcəyi adamın
əslini-kökünü axtarıb-arayırdı,
"ot kökü üstə bitər" deyə əsilli-köklü
bir yerdən oğul evləndirməyə
səy göstərərdilər.
Bu kimi məsələlər
irəlicədən düşünüldüyündən,
yüz ölçülüb-bir
biçilmiş ailə
qurmaq, evlənmək məsələsinin mərasimi
aktı olan toy şənlikləri bu cür yüksək səviyyədə - 3 gün-3 gecə,
7 gün-7 gecə (40 gün-40 gecə) şadyanalıqla
keçirilərdi. Özü də
hər kəsin ömründə bir dəfə olacaq möhtəşəm hadisə
kimi.
Türk xalqları bəşər
mədəniyyətinin lap ilkin
çağlarından, dinlərdən
öncəki çağlardan
da monoqam ailə tipini özünə həyat-tale
devizi seçib. Bu səbəbdəndir ki, bugünün özündə
təsadüfən rast
gəlinən ikiarvadlı
(çoxarvadlı) kişilərə
gülünc, istehza obyekti kimi yanaşırıq.
Bu, qan yaddaşından
doğan keyfiyyətimizdir
- təkarvadlı ailə
prinsipimizi əzəldən-axıradək
yaşatmaq amalımızdır.
Hikah formalarından yalnız biri - monoqamiya tipi türk xalqları və o cümlədən,
Azərbaycan xalqı üçün ta yaranış çağlarından
xarakterikdir.
Türk xalqlarında ancaq monoqam ailə forması mövcud olub. Türk (Azərbaycan) ailəsi
təkarvadlıq prinsiri
üzərində qurulub,
formalaşıb.
"Qız qaçırmaq"
sözünü rusca,
ya başqa dilə tərcümədə
"qız oğurlama"
kimi göstərirlər. Bu "oğurluq" ifadəsi özünü yalnız hərfi tərcümə
kimi göstərdiyindən
- sətri mənada anlaşıldığından cinayət kimi səslənir. Yəni adi
soyğunçuluq, qarət,
oğurluq mənasında
düşünüldüyündən, konstitusiyada bu məsələ cinayət
xarakterli məsələ
kimi əksini tarıb. "Qız qaçırma"
adətindən yaranan
"qız oğurlamaq"
ifadəsini sərbəst
söz birləşməsi
kimi anlamaq düzgün prinsir deyil. Bu ifadə
istər öz dilimizdə, istərsə
də yad dillərə tərcümədə
sabit söz birləşməsi kimi anlaşılıb izah edilməlidir.
Bəs "qız
qaçırma" adəti
özündə nə
ilə əlamətdardır? XIX yüzil
Azərbaycan ədəbiyyatında
maarifçi-realizmin məşhur
nümayəndəsi İsmayıl
bəy Qutqaşınlı
ölkəmizdən xaricdə
təhsil almasına, bir sıra xarici
dilləri öyrənməsinə
baxmayaraq, xalqımızın
mental keyfiyyətlərini xalqın
övladı kimi çox gözəl bilirdi və hətta Polşada olarkən fransız dilində yazdığı
"Rəşid bəy
və Səadət xanım" hekayəsinin
ruhunda tipik azərbaycan-türk məişətini
təsvir etmişdi. Təkcə bu əsərdən çıxış etməklə
biz qızqaçırma səhnəsinin
necə olduğunu dünya ictimaiyyətinə
təhrifsiz-filansız nümayiş
etdirə bilərik.
Rəşid bəyin dilindən "Ah, Səadət!
Səadət! Bilsən ki, bu adı gündə
min dəfə də olsa təkrar etmək mənə nə dərəcədə
xoşdur!" kimi kəlamlar Şərqin sevgi-eşq fəlsəfəsinin
ruhunu ifadə etmirmi? Məgər bu müqəddəs
duyğular üstündə sevgilisi Səadəti at belinə
alıb göz önündən itirməsi - qız
qaçırma səhnəsi adi oğurluqla eyniləşə
bilərmi və üstəlik bu "qız qaçırma"nın üstünə cinayətkarlıq
damğası basıb ona hərfi mənada "qız
oğurlama" cəzası tətbiq etmək ədalətli
qərar ola bilərmi? Sırf milli-psixoloji məsələ
olan qız qaçırma adət-ənənəsi elat
türk tayfasının özünəməxsus mənəvi
keyfiyyətlərindəndir. Qız qaçırmanın,
hüquqi dillə desək, "qızoğurlama"nın özündə bir mərdlik-kişilik
keyfiyyəti gizlənib və sevdiyi qızın yolunda
döşünü qabağa verən bir Azərbaycan cəngavərinin
- aşiqin fədakarlığı görünür. Həqiqi
eşq ilə sevən aşiq sevdiyi qızı
"oğurlayırsa" - qaçırırsa, onu pis niyyət
üçün - əxlaqsızlıq əməli kimi eləmir,
əksinə, onunla müqəddəs izdivac xatirinə -
xoşbəxt ailə qurmaq naminə bu canfəşanlığı
edir. Qızqaçırma adətinin kökündə də
monoqam ailə qurmaq tipi dayanır: sadəcə olaraq, ailə
qurmaq yolunda görülən toya qədərki dəm-dəstgah
(toy tədarükləri) ixtisara salınmış olur. Yəni nəticəsi onsuz da qaçırılan
qızın bir müddət keçəndən sonra el
ağsaqqalları və ağbirçəklərinin
başçılığı və məsləhəti -
xeyir-duaları əsasında barışıq sülhü ilə
başa çatır.
Etiraf edək ki, mənəvi mühit o qədər
korlanıb ki, yalandan bir-birinə sevgi vədi verib axırda
evlənməyən gənclər mövcuddur. Hər iki tərəf
bir-birinə aldanır, bir-birini aldadır. Ancaq bunun əksinə olaraq qızqaçırma adətində
qız qaçıran oğlan kasıb da olsa, mərdcəsinə
hərəkət edir, istədiyini götürüb aradan
çıxmaqla - qız qaçırmaqla konkret şəkildə
ailə qurmağa qəti qərar vermiş olur.
Türklər ömürlərində bir dəfə evlənir,
övladlarının - özlərindən sonra nəsli,
tayfanı davam etdirəcək uşaqların hansı anadan
öyüd, tərbiyə almalarının bəri başdan
qayğısına qalırdılar. Tərbiyə məsələsinin
həm də genetik kodla nəsildən-nəsilə
ötürüldüyünə əmin idilər. "Ot kökü üstə bitər" - deyə
valideynlər həm də qızlarını hansı
oğlana verəcəklərini düşünərək
qızlarının taleyini hansı əllərə
tarşıracaqlarından narahat olurdular. Yəni
təkcə oğlanlarına qız seçib-bəyənmək
yox, həm də qarşılıqlı olaraq
qızlarını hansı nəslə, tayfaya ərə verəcəklərini
də götür-qoy edən xalqımız "7 arxadönənini"
tanımayanları zatıqırıq, əsilsiz,
köksüz hesab edib. Bu kimi məsələlər
bir daha Azərbaycan xalqı üçün monoqam ailə
tipinin xarakterik olduğunu söyləməyə əsas verir.
Şakir Albalıyev,
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2014.- 21 avqust.- S.14.