Çəkil qara duman, çəkil başımdan...
Bu taydan,
o taya durub baxan tək
Abbas Barizin bir çox
şeirləri hər
şeydən əvvəl
səmimi deyilişi, şairin həyati faktlara, habelə əsllində xırda detallara fəlsəfi münasibəti nöqteyi-nəzərindən
ibrətamizdir. Bundan başqa şair kasıb bir şəraitdə yaşadığı
üçün xalqın
böyük bir hissəsini təşkil edən yoxsul camaatın dərdlərini,
problemlərini çox
gözəl anlayır
və öz lirik qəhrəmanını
onların timsalında
canlı bir obraza çevirə bilir. Bu şeirləri oxuyan kimi aydın
olur ki, şair həmin hissləri bilavasitə duyub, yaşayıb, ürəyinin, qəlbinin
bir parçasını
misralarda əridib. Onun “Qış gəlir” şeiri acı, şaxtalı qışın kasıbın
canına necə lərzə salmasından,
onlara əziyyət verməsindən söz açır:
Ay kişi, dur çarə qıl, yatma, oyan, qış
gəlir,
Canımıza indidən lərzə
salan qış gəlir.
Bu gecənin şaxtası bağrımı qan eylədi,
Bağçaların güllərin tökdü, xəzan eylədi,
Bülbül o halı görüb,
yandı, fəğan
eylədi,
Mən də baxıb söylədim, Allah, aman qış gəlir,
Ay kişi, dur çarə qıl, yatma, oyan, qış
gəlir.
Bəs bu payız çıxmamış
yel belə tufan salır,
İstərəm evdən çıxım,
canımı şaxta
alır,
Qapı-bacamızda külək hər
gecə mizqan çalır,
Bil ki, sözümdə mənim yoxdu yalan, qış gəlir,
Ay kişi, dur, çarə qıl, yatma, oyan, qış
gəlir.
İnsanın canına lərzə
salan şaxtalı, boranlı, sərt sifətli qışın
gəlməsi ta qədim zamanlardan xalqı səfərbər
olmağa, imkanı daxilində azuqə toplamağa, yanacağ hazırlamağa, yun yorğan-döşək sırımağa
vadar edib:
Badi-səba ver xəbər
sahibi milyonlara,
Qonşusunu ac qoyan varlı
müsəlmanlara,
Banka verək pulları, bais olaq qanlara,
Heç
deməyək qonşular
oldu filan, qış gəlir,
Ay kişi dur, çarə qıl, yatma, oyan, qış
gəlir.
Biz özümüz mənzilə
kirmani qali salaq,
Azər
ayı gəlməmiş
nefti-buxari alaq.
Yüzlər elə xalqımız
tapmaya bir qanqalaq,
Çox
da dinəndə deyək, dinmə, haçan qış gəlir?
Ay kişi, dur, çarə qıl, yatma, oyan, qış
gəlir.
Daşa
dönübdü qəlblər,
var məgər insaf edən,
Yoxdu bu çılpaqlara bir dənə köynək verən,
Barizi təhdid edir bəzi zaman indidən,
Qaşqabağın turşudub misli-qaban qış gəlir,
Ay kişi, dur, çarə qıl, yatma, oyan qış
gəlir.
Fəlsəfi lirikanın 50-80-ci illərdə
yaxşı nümunələrini
yaratmış Abbas Brizin mühüm yaradıcılıq uğurlarından
biri konkret predmet ətrafındakı
fikir və hissləri müəyyən
ictimai mətləblə
əlaqələndirməsindən ibarətdir.
Abbas Barizin dili, üslubu
o qədər rəvan,
o qədər aydındır
ki, onun şeirləri azyaşlı
uşaqların belə
yaddaşında qala bilir. Milli dəyərlərə,
mentalitetə həddindən
artıq bağlı olan şair əsərlərinə folklor
biçimində elə
formalar geyindirib ki, bu formaların
zərrə qədər
onun əsərlərinə
ağırlıq gətirməsinə
kimsə şübhə
eləyə bilməz:
Çaxıram göylərdə şimşək
çaxan tək,
Axıram,
dağlardan sellər axan tək,
Bu taydan, o taya durub baxan tək,
Vətən tarixiylə ibrətlənirəm.
Onun bütün əsərləri
belədir. Şair həm seçimi, həm məna uzlaşması, həm musiqi biçimi, həm də deyim üslubu ilə olduqca mükəmməl bədii
təsvir, həm də deyim üslubu
ilə bir-birini tamamlayan bütöv bir estetik lövhə,
eyni zamanda söz düzümü, musiqi biçimi və bənzətmənin
uğurlu seçi¬mi kimi amillərlə birlikdə gözəl, poetik mənzərə yaradıb.
Caduya, fala inanan insanların
sadəlöhvlüyündən, avamlığından istifadə
edib, özlərini qeybdən xəbəri olan, yaxud cadu
ilə kimlərinsə
ömrünə son qoymaq,
kimlərisə bədbəxt
və yaxud xoşbəxt eləmək
bacarıqlarını bəyan
edərək, onlara inanan bədbəxtləri
soyurlar. Abbaz Barizin “Yalançı falçı və baxıcıların tənqidi”
şeiri bu baxımdan olduqca əhəmiyyətlidir:
Falçı, dəxi insaf elə, ey kani-cəhalət!
Soydun bizi illər boyu, bəsdir bu xəyanət.
İnsaflı xanım qızları
əğfa edəsən
sən,
Cadu yazıb övrətləri
rüsva edəsən
sən,
Hər küçədə bir mərəkə bərpa edəsən sən,
Qurtarmadı aya bu xəbacət, bu rəzalət?
Falçı, dəxi insaf elə ey kani-cəhalət.
Bəsdir
bu fırıldaqla əya cahili dövran,
Get kəsbi-məişət elə
olma belə nadan,
Bir əsrdəki göylərə
pərvaz edə insan,
İnsafdı təzadan ola mövhümçü cəmaət,
Falçı, dəxi insaf elə ey kani-cəhalət.
Bu qərni-atomda yenə var əhli-xürafat,
Heç
yerdə tapılmaz belə bir camiə,
heyhat,
Müşəklərin ovzan qoyub xalqı bu gün mat,
Bax gör ki, bu
insanda olarmış nə şəhamət,
Falçı, dəxi insaf elə, ey kani-cəhalət...
Bir çox şeirlərində
ustad Şəhriyarın
təsiri duyulan, satirik şeirlərində
isə Azərbaycanın
mislisiz şairi M.Ə.Sabirin istifadə etdiyi tipoloji sxem və modeldən
məharətlə istifadə
edən şair, şarlatanları, saxtakarları
ifşa etməklə,
eyni zamanda onları mənfi bir obraz kimi
ümumiləşdirməklə yanaşı, üslub və vəzni, tələffüz və ritmi, poetik model və qəlibi, eyni zamanda ifadə
tərkibi ilə oxucusu üçün olduqca əlverişli şərait yaradır.
Abbas Bariz eyni zamanda
qəzəl ustasıdır,
gözəllik, məhəbbət
şairidir. Lirika, xüsusilə məhəbbət
lirikası, rübabi şeir Barizin poetik təbinin ən doğma, ən munis yavrusudur.
İnsani hiss, ali duyğu olan məhəbbət isə bütün dövrlərin
poeziyası, ümumən
ədəbiyyat üçün
əzəli, əbədi
mövzulardan biridir:
Məni
Məcnun edən ey mahru, bu
sərvün qamətdir,
Yıxan
könlüm evin bu qaşu, bu
göz, bu lətafətdir.
Desəm
gər hüsndə Yüsif kimi bi mislü həmtasan,
Necə
insaf edim, çün demək eyni həqarətdir..
Deməm
gəl yanıma, əyləş mənimlə
eyləyək söhbət,
Uzaqdan da əgər bir kəlmə dindirsən, kifayətdir.
Əgər ki, bivəfaqlıq
rəsm olub rəna gözəllərdə,
Kor olsun gözlərim səndən savay gər bir kəsə
baxsa,
İki sevdanı bir başda dolandırmaq səfahətdir.
Demə
gəl məndən əl çək, canını qurtar zəlalətdən,
Zəlalət aşiqə canan
yolunda istirahətdir.
Necə
sənsiz mənim viranə könlüm şadman olsun,
Məgər aşiqlərə bir
ləhzə mümkün
eyşü-işrətdir.
Sana baxdıqca artar könlümün qovğası
bülbül tək,
Özüm də bilmirəm,
amma ki, məndə bu nə halətdir.
Məlamət oxları sinəmdə
bir gülşən verib təşkil,
Tamaşa
eylə, bir bax, gör nə övzayi-qiyamətdir.
Görən
hər kəs məni ağlar, deyər: biçarə,
biçarə,
Əcəb
Məcnun kimi pabəndi-zənciri-sədaqətdir,
Düsəm
oxşatmaq olmaz gül camalın ayə, bavər qıl,
Sənin
hüsni-cəmalın çünki çox-çox binəhayətdir.
Gəlib
Təbrizə Bariz, aşnasın yadbud etsin,
Vəli
bir tövhə yoxdur əldə, biçarə xəcalətdir...
1950-1980-ci
illər arasında yazıb-yaradan cənublu şairlərin əsərlərinin
əsas pafosu, baş problemi insan qəlbinin daxili
dialek¬tikası, ruhi, mənəvi dinamizmidir. Həyatda, məişətdə
insani münasibətlər şəxsiyyətin mürəkkəb
daxili aləmi, narahat planetimizdə şəxsiyyətin
mövqeyi məsələsi bədii əsərlərin
mövzusuna çevrilmişdi. Bu yeni mövzular, mətləblər,
problemlər müasirlik, novatorluq, yenilik, orijinallıq məsələləri
ilə bağlı və əlaqədar şəkildə
düşünülür, yaşanılır və əks
etdiririlirdi. Bütün bu anlayışlar da öz növbəsində
dialektik surətdə ənənə ilə, klassik irslə,
klassiklərimizin poeziyası ilə sintetik qaynaqda meydana
çıxırdı.
Məlum
məsələdir ki, bütün dövrlərdə
şeirin əsas təsvir və tədqiq obyekti insan olaraq
qalır. Klassik ənənələrə çox
bağlı olan Güney şeirində də bu amil daim
özünü parlaq şəkildə büruzə verdiyinə
görə müasirlik məsələlərinin Güney
şeirində düzgün qoyulması da məhz bununla əlaqədardır.
Odur ki, modernizmə, formalizmə, ideyasızlığa,
pornoqrafiyaya aparıb çıxara biləcək meyllərə
heç bir zaman təsadüf olunmur, şairlər müasirliyin
sənətdə novatorcasına kəşfinə və əks
etdirilməsinə diqqət yetirərək aktuallıq,
operativlik, hadisələrə tez əks-səda vermək kimi
cəhətlərə diqqəti artırmaqla tələskənlik
göstərib səthilik, yüngüllüyə də yol
verməmişlər. Bütün türk dünyasına səs
salmış Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya
salam” poeması xalq şüurunun, xalq hissiyatının, eyni
zamanda xalq həyatının əks-sədası kimi səslənir:
Qış
gecəsi tövlələrin otağı,
Kətlilərin
oturağı, yatağı.
Buxarıda
yanar odun yanağı,
Şəbçərəsi,
girdəkanı, iydəsi,
Kəndi
basır gülüb-danışmaq səsi.
Bu
dövrün poeziyasında romantik, emosional, analitik, intellektual
meyl və təmayülə, üsluba, ifadə, yazı tərzinə
rast gəlmək mümkündür. Hətta bir çox
hallarda mürəkkəb assiosiativ, ekspressiv-romantik təsvir və
boyalarla da qarşılaşırıq. 1950-1980-ci illərdə
yaşayıb yaradan bir çox şairlərdə bu
xüsusiyyətləri asanlıqla tapa bilərik. Onların
şeirlərində vətəndaş mövqeyi, dünyada
baş verən hadisələrə həssas şair
münasibəti qabarıq şəkildə özünü
göstərir. Bu şairlərin əsərlərində ana
təbiət, vətən, beynəlmiləl dostluq, sevgi-məhəbbət
motivləri, dünya qayğıları, insanın gələcəyi
və s. poetik istedad daxilində duyulur, yaşanılır və
əks etdirilir.
Qafianti
Muradəli Qüreyşi 1934-cü ildə anadan olub. Şifahi
xalq ədəbiyyatının bədii fikir qaynaqlarından bəhrələndiyi
üçün onun əsərləri təsirli, koloritli və
məzmunludur. Zəngin mündəricəli bu poeziyada
ayrı-ayrı mövzuların müxtəlif şəkillərdə
ifadəsi şairin yaradıcılığı
üçün səciyyəvidir. Şair şeirlərinin məzmununa
münasib poetik sərlövhələr seçib. “Çəkil
qara duman”, “Darıxma-elimə dedim bu qədər”, “Utan
xalqımızdan-dedim düşmənə”, “Təpiyin
dağı”, “Gəlin, gəlin şənlik tutaq!” şeirlərində
sözün bədii ifadəsi, bənzətmələr, təşbihlər
və digər qanadlı sözlər olduqca yerli-yerində işlədilib.
Lakin novatorluq da şairin dəsti-xəttində olduqca
qabarıq şəkildə özünü büruzə
verir. Novatorluq əsasən onun Azərbaycana olan məhəbətinin
ifadəsi kimi ifadə olunur. Onun bu mövzuya aid şeirlərini
oxuyarkən bu əsərləri sanki indi
yazdığını, mürəkkəbinin hələ
qurumadığını güman edirsən. Məsələn,
onun “Çəkil qara duman” şeiri şifahi xalq
poeziyasının qəliblərinə, ölçülərinə
bağlı olduğu qədər də müasir səslənir:
Çəkil
qara duman, çəkil başımdan,
Çəkil
dağlarımdan, çəkil daşımdan,
Dönməyib,
dönmərəm qan qardaşımdan,
Götür
özünlə get şaxta-boranı,
Qoy günəş bürüsün Azərbaycanı…
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.- 2014.- 2 dekabr.- S.14.