Bir adın iziylə - Təklə
I yazı
Təklə coğrafi ad kimi Türk dünyasının
tərkibinə daxil olan bir çox
ölkələrin ərazisində
mövcuddur. Təklələr Türkiyə, Qazaxıstan,
Türkmənistan, Özbəkistan,
Qırğızıstan, Qara
dənizin şimal sahilində, Volqa boyu ərazilərdə məskunlaşıblar. Gürcüstanda Ağtəklə və Qaratəklə adlı kəndlər var. Borçalılar
həmin kəndlərin
adlarını “Təhlə”
kimi tələffüz
edirlər. Çində, İranda, Suriyada, İordaniyada və digər ölkələrdə
də təklələrə
rast gəlinir. İraqın
Kərkük əyalətində
məskunlaşmış təklələr,
Mərkəzi Asiyada olduğu kimi, səpələnmiş halda
yaşayırlar. Qazaxıstanın Taldu-Kurqan vilayətində
Təkəli adlı şəhər var.
Bu coğrafi adın
yayılma arealına Azərbaycanın bir çox rayonları da daxildir. Müxtəlif tarixi və coğrafi mənbələrdə
Takla, Takle, Tekle, Tekla, Təklo,
Tokle, Teklo, Tekli və sair
yazılış variantları
bu coğrafi adın àórı-àórı xalqların dialekt təsirinə məruz qalmasından irəli gəlir. Bu fakt toponimin
tayfa adı olmasını da sübut edir. Təklə tayfasının bır hissəsi Cənubi Azərbaycan ərazisində
yaşayır, maldarlıqla
məşğul olur,
qışı Muğanda,
yayı isə Savalan yaylaqlarında keçirir. Minlərlə çay, göl, dağ, yamac, zirvə, yayla, təpə, dərə, bulaq və çöl
Təklə adıyla
bağlıdır. Masallı rayonunda
Təklə dərəsi,
Təklə təpəsi,
Təklə düzü,
Cəlilabad rayonunda Təklə bulağı,
Təklə dərəsi,
Təklə dağı,
Təklə yamacı,
Təklə örüşü
kimi yer adları mövcuddur.
Toponimik araşdırmalar Təklə
toponimlərinin səlcuq
türklərindən olan
eyni adlı Təklə türk tayfasının adından
alındığını təsdiq edir. Türkmənistanın ən güclü etnik qrupu sayılan
təklələrin toxuduğu
xalılar, bəslədiyi
atlar dünyada məşhurdur.
Bəzi tədqiqatçılar Təkləni
Azərbaycanın yerli
tayfası saymırlar. Halbuki son zamanlarda
aparılan tədqiqatlar
təsdiqləyir ki, türklər Qafqazda və Anadoluda hələ eramızdan çox-çox əvvəllər
yaşamışlar. Təklələrin Səfəvilər dövlətinin
mədəni həyatında
mühüm rol oynamaları isə tarixin maraqlı səhifələridir. Təklə-Təkəli tayfası Səfəvilər
xanədanının ən
çox etibar etdiyi tayfalardan biri olub. Buna görə də
təklələr Səfəvilər
imperiyasının müxtəlif
ərazilərində məskunlaşıblar.
Azərbaycan xalqının
etnogenezinin formalaşmasında
iştirak edən Təklə tayfası igid, qorxmaz bir
tayfa olub və turk
tayfaları arasında
mədəni-ticari əlaqələri
möhkəmləndirib. Azərbaycan xalqının
təşəkkülü və formalaşması prosesinin başa çatması Səfəvilər
dövlətinin qurulması
ilə bağlıdır.
Tarixin bu məqamında milli dövlətin qurulması
və xalqın formalaşması prosesi bir-birini tamamlayır . Təklənin, yaxud təkəli tayfasının da daxil olduğu Qızılbaşlar Azərbaycan,
Kiçik Asiya və Suriyada yaşamış türkdilli
tayfa ittifaqı olmaqla, əvvəl şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsağ,
qaradağlı, sonra isə bayat, qaramanlı, baharlı, alpout, ərəşli, qazaxlı və sair türkdilli tayfaları birləşdirib.
Təklələr əvvəllər oğuz tayfa ittifaqına daxil olub, Türkiyə ərazisində yaşayıblar.
Təklə tayfasının Azərbaycanla
bağlılığı haqqında müxtəlif mülahizələr var. Bəziləri
Təklə tayfasının
Azərbaycanın siyasi
arenasında fəallaşmasını
XVI əsrə, başqa
tədqiqatçılar isə
XVII əsrdən sonrakı
dövrə aid edirlər.
XIX yüzilliyin axırlarında
Azərbaycanda yaşayan
təklələr aşağıdakı
hissələrə bölünürdü:
I Təklə, II Təklə,
III Təklə, Təklə-mirzəbabalı,
Təklə-sofu, Təklə-şatullı,
Təklə-abdulla, Təklə-xal,
Təklə-axsaqlar, Təklə-ağamollalar,
eyvazlılar (yaxud əmiralılar), boşçalar,
talıbxanlı, budaqlı,
ağamalılar, murtulu,
əlipənahlı, avdallar,
sarxanlı, bulutlu, hacılı, bozçalar,
xəlfəqulular və
aşıqlı. XVI əsrdə Şah Abbasın tərəfdarları
tərəfindən təklə,
qədirli, ilxıçı,
beydili, qaradağlı,
əhmədli və sair türkdilli tayfaların birliyi yaradılıb, həmin birliyə Şahsevənlər
adı verilib.
Göründüyü kimi, Təklə tayfası da həmin birliyə daxil olub. Coğrafiya elmlər
doktoru, professor Nadir Məmmədov
göstərir ki, təklo - təkləlilər
tayfasının Azərbaycana
gəlməsi tarixini
XI əsrlə bağlamaq
mümkündür. Çünki tarixi sənədlər də Səlcuq türklərinin Azərbaycana
XI əsrdə gəlməsini
təsdiqləyir. XIX əsr mənbələrində
qeyd olunduğu kimi təkləlilər
Mil və Qarabağ düzənliklərində məskən
salıblar. Muğanda
da təklələrin
sayının artırılmasına
aid bir çox sənədlər var . Qarayazı ərazisində
olan "Ağ təhlə", "Qara
təhlə" kənd
adları ilə bağlı xalq yozumları da maraqlıdır. “Kür
çayının şərq istiqamətdə axması
Qarayazının Borçalı buğumlarından ayrı,
"tək"-"tənha" düşməsinə gətirib
çıxarıb. Elə bu qədim (Ağ və Qara)
Təhlə yaşayış yerləri "təklə",
"tənha", "tək" söz birləşmələri
Ağqoyunlular, Qaraqoyunlular tayfaları ilə birləşib,
indiki kimi səslənən Ağtəhlə və Qaratəhlə
adlarını daşıyır”. Təklə
haqqında yazılan kitab və məqalələrdə daha
çox İ.P.Petruşevskinin, M.Andreyevin və Q.Qeybullayevin
araşdırmalarına istinad edilib. Türkiyədə
“Tekle” adlı kitab nəşp olunub. Azərbaycanda
da Təklə tayfası və etnotoponimi ilə bağlı
araşdırmalar aparılıb. Süleyman
Əlisanın “Təklə eli, tərəkəmə
dünyası” kitabında təkləlilərin tarixi, dünəni
və bu günü tam genişliyi ilə tədqiq olunub.
Süleyman Əlisanın yazdığına
görə, Azərbaycanda kadusi, oğuz, qıpçaq, alban
və bir çox məşhur tayfalar yaşayıb. Belə tayfalardan biri də Təkləli
tayfalarıdır. Bu tayfalar dünyanın
bir çox ölkələrində, Antalyadan tutmuş
Çinədək, Qazaxıstanadək ərazilərdə
özlərinə yurd-yuva qurublar. Təkləlilər
Azərbaycanın da 10-dan artıq rayonunun, o cümlədən
cənub bölgəsinin Masallı və Cəlilabad
rayonlarının daimi sakinləridir. Süleyman
Əlisanın müxtəlif elmi mənbələrə əsaslanaraq
apardığı elmi araşdırmanın nəticəsi belədir
ki, Təklə (Təkəli) tayfa, etnos adıdır və
Qızılbaşların Təkəli tayfası ilə
bağlıdır. Qədim Oğuz-Səlcuq
türk tayfalarından biri belə adlanırdı. Bu tayfalar İranda, Türkiyədə, Azərbaycanda,
Türkmənistanda, Gürcüstanda, Qazaxıstanda və digər
yerlərdə məskunlaşıblar. Bu tayfanın
adı Doğu Türküstandakı Təklə-Məkanla əlaqəlidir.
Çin ərazisində yerləşən bu səhranın
uzunluğu 1000 km, eni isə 420 km-dir. Dünyanın ən
tanınmış istirahət mərkəzlərindən olan
Türkiyənin Antaliya və Alaniya arasındakı sahil boyu
torpaqları Təklə eli kimi tanınır. Təkə eli
adına Timurlu müvərrixi Şərəfəddin Əli
Yəzdinin “Zəfərnamə” əsərində də rast gəlinir.
XIV-XV yüzilliklərdə Üçoxlara tabe olan bəzi
boy və oymaqlar Təkə elinə gəlib yerləşiblər.
Beləliklə, türkmanlar (Oğuzlar) azərbaycanlıların
etnogenezində iştirak etmiş türk tayfalarından biri
kimi Səlcuqların tərkibində Azərbaycana və Orta
Asiyaya gəliblər. Artıq XVI yüzillikdə Sarıq,
Yomut və Təkə tayfaları “Təkəli” adı iıə
tanınırdılar. Təklə tayfası Azərbaycan
Respublikasının bir çox rayonlarında, xüsusən
İmişli, Beyləqan, Bərdə, Qobustan, Masallı, Cəlilabad,
Ağsu, Kürdəmir, Goranboy, Şamaxı və başqa
rayonlarda, buradakı ayrı-ayrı kəndlərdə daha
çox məskunlaşıblar. Eyni zamanda bu tayfalara Quzey Azərbaycanın
və Gürcüstanın, az qala, hər guşəsində
rast gəlmək mümkündür. Bundan əlavə Dərələyəzdəki
“Təhlə düşən” toponimi bir daha isbat edir ki,
haqqında söhbət gedən bu yer Ermənistan ərazisində
yerləşsə də, azərbaycanlılara məxsusdur.
Bilal Alarlı,
filologiya üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.- 2014.- 3 dekabr.- S.14.