Erməni xisləti
Roma tarixçisi Korneli Tatsit: “Ermənilər
qədimdən ikiüzlü və riyakardır”
Erməni millətçilərinin canına, qanına
hopmuş və xarakterinə xas olan
satqınçılıq, xəyanətkarlıq,
ikiüzlülük, arsızlıq, məkr və hiylə bu
gün erməni millətinin milli mentalitetinin - erməni kələkbazlığının
göstəricilərinə çevrilib. Qoy ermənilik xəstəliyinə
yoluxmuş erməni və erməni diasporasının
yalağına çənə söykəmiş Baronessa
Koks, Qalina Starovoytova, Andrey Nuykin, senator Robert Doul kimi
adamcıqlar ermənilərin sadalanan imiclərini ittiham edən
qeyri-türk müəlliflərin fikir və düşüncələrini
nəzər-diqqətlərindən qaçırmasınlar,
türkün ünvanına söz deyərkən haqqa, ədalətə
söykənsinlər. Erməni məkr və
hiyləsinin, ikiüzlülüyünün, erməni
riyakarlığının nə demək olduğunu, nədən
qaynaqlandığını, hardan qidalandığını dərk
etsinlər. Heç olmasa, Aleksandr Dümanın “Qafqaz səfəri”,
XI əsr fars müəllifi Unsur-əl-Məali
ibn İsgəndərin (1021-1098) 1082-ci ildə qələmə
aldığı “Qabusnamə” kitablarını oxusunlar. Erməni təəssübkeşliyindən xilas
olmaq, türkə qərəzdən qurtulmaq istəklərini
öz vicdanlarının (əgər varsa) ixtiyarına
buraxsınlar. Azərbaycan türkü
üçün düşmənə çevrilən erməni-daşnak
faşistlərinin barbarlığından, vandalizmindən xəbər
tutsunlar. Axı erməni-daşnak
faşizminin bütün fitnə-fəsadları göz
qabağındadır. Bu gün “Ermənistan” adlanan Qərbi
Azərbaycanda və 20%-i işğal olunmuş Mərkəzi
Azərbaycan torpağında, Qarabağda bir nəfər də
olsun aborigen, avtoxton azərbaycanlı əhali yaşamır. Avtoxtonlar ana yurdlarından didərgin salınaraq erməni-daşnak
faşizminin etnik təmizləmə və soyqırımı
siyasətinin günahsız qurbanlarına çevriliblər.
Erməni-daşnak faşizminin XX yüzillikdə
mərhələlərlə törətdiyi azəri
soyqırımının dəhşətinə məruz
qalıblar. İkiəsrlik bir müddətdə üzdə,
sözdə dost, əməldə düşmənçilik
siyasəti yeridən ermənilərin qonşu haqqını
tapdalamaları, ədalətsiz ərazi iddiaları, zorla torpaq
mənimsəmək təcavüzləri, qonşu malına hərislik
və cinayətkar hərəkətləri səngiməyib. Zaman-zaman arzuolunmaz qonaq kimi Azərbaycan
torpağına ayaq basan, bu torpaqda özünə yuva quran erməni-daşnak
faşistləri Azərbaycanın varlığına qənim
kəsiliblər. Heç bir vəhşilikdən,
rəzillikdən, alçaqlıqdan, riyadan, şər və
böhtandan çəkinməyərək bir qarış
tarixi torpağı olmayan bir ərazidə maddi və mənəvi
terrorlarını həyata keçirmək, yeritmək və
pərdələmək üçün ardı-arası kəsilməyən
qırğınlar törədib və anti-Azərbaycan
mövqeyində riyakar yazılar çap etdiriblər. Dünya ictimaiyyətinin gözü
qarşısında Azərbaycan türkünü zorla
iğtişaşlara çəkib, qanlı toqquşmalara
sürükləyiblər.
İkiüzlülük,
riyakarlıq, məqsədə çatmaq üçün hər
cür alçaq vasitə və yollardan istifadə edən kələkbaz
ermənilərin bu kimi xəyanətkar xislətləri,
çirkin niyyətləri, təbii ki, dünyanın
ayrı-ayrı işıqlı insanlarının, habelə,
tarixi faktları təhrif etməyən, siyasiləşmədən
uzaq, həqiqətpərəst tarixçilərin, irfan sahiblərinin
nəzər-diqqətlərindən kənarda qala bilməzdi. Erməni xislətinə bələd olan bu sayaq
müdrik insanların, millət sərraflarının ermənilər
haqqında dedikləri, yazdıqları haqqa söykənən
təməl sənədlərdir, tarixi məxəzlərdir.
Mayası şərdən tutulmuş, xəmiri
fitnə-fəsaddan yoğrulmuş, kündəsi yalandan ərsinlənən,
xisləti böhtan və iftiradan möhürbənd olmuş
ermənilər və erməni milləti barəsində
öz fikir və düşüncələrini, mülahizə
və qənaətlərini konkret şəkildə qələmə
alıblar. Bu gün bu müəllifləri
biz ancaq dərin minnətdarlıq hissləri ilə
xatırlayır, yad edir, həqiqəti vəsf edən səslərini
haqq səsimizə qatırıq.
***
Qədim
Roma tarixindən bir səhifə: “İmperator Avqustin
dövründə Ermənistanın işğalına həsr
olunmuş metal manatlarda II Tiqran alleqorik tərzdə-məğlub
olmuş öküz və ya gənc hökmdar timsalında, əl-ayağı
bağlı, imdad diləyən əsir erməni
döyüşçüsü şəklində təsvir
olunur. 115-117-ci ilin metal manatlarında isə Ermənistan
dövləti Roma imperatorunun ayaqları altında oturmuş
qadın şəklində təsvir edilir. Roma tarixçisi və
yazıçısı Petroni ermənilər haqqında: “Ermənilər
də insandılar, lakin evlərində dörd ayaq üzərində
gəzirlər”.
Bizans
imperatoru IX Konstantin Monomax (1042-1055) üsyankar ermənilərin
Qirqorian kilsəsini “fitnə-fəsad yuvası”, Edesli Matvey isə
XI əsrin II yarısında Bizansın siyasi xadimi olmuş erməni
mənşəli Filareti “şeytanın sevimlisi”
adlandırıb. Ümumiyyətlə, ermənilərə
Bizans ərazisində qeyri-sabitlik amilinin
daşıyıcıları, fitnə-fəsad,
qarışıqlıq törədən xəyanətkar
ünsür kimi baxmışlar.
XI əsr
fars müəllifi Unsur-əl-Məali
Keykavus ibn İsgəndər (1021-1098) yazır: “Ermənilərin
eybi: bədfel, kündəbədən, oğru,
gözügötürməyən, bir ayağı
qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız,
riyakar, söyüşçül, ürəyi xıltlı
və ağasına düşmənçilik edəndir. Ümumiyyətlə, başdan-ayağa müsbətdən
çox, mənfiyə yaxındır”. Yenə
orada - “Yer kürəsindəki mövcud xalqlardan ermənilər
ona görə fərqlənirlər ki, onların təbiətində
və xarakterində murdarlıq var”. Erməni xalq məsəli:“Varteğ hay, aynteğ vay»-“Har¬da erməni var,
orda vay var”. Gürcü atalar sözü:“Movida
somexi, moydana sxva mexi”- “Ermənilər gəldilər, özləri
ilə yeni bəlalar gətirdilər”.
XIX rus
tarixçisi S.M.Solovyov yazır: “1701-ci ildə İzrail Ori
adlı erməni keşişi boyar Qolovnikin yanına gəlir.
O, çara məktub yazaraq İran şahını məğlub
etmə yollarını, ermənilərin bu işdə ona
kömək edəcəyini, Rus dövlətinin Qafqaza yiyələnəcəyini
inandırıcı faktlarla göstərir. Minas
Vartapet 1718-ci ildə ermənilərin xilas olması, daha
doğrusu, rusların himayəsinə keçməsi barədə
ayrıca bir məktub hazırlayıb çara göndərir.
Erməni yepiskopu isə yazıb bildirir ki, 100
min erməni silahlısı imperatorun yolunu gözləyir”.
“I Pyotr işğal olunmuş ərazilərin
Rusiyanın əlində möhkəmləndirilməsi
üçün orada xristian əhalisinin artırılması
və müsəlmanların azaldılmasını ən vacib
vasitə hesab edirdi”.
“Bu xəritədən aydın olur ki, bütün
dövlət ərazisində İrəvan qalasından
başqa qala yoxdur. Allah özü bütün qoşunlarımıza onu
tutmağa kömək eləsin”;
XIX əsr
rus tarixçisi P.Q.Butkov yazır: “I Pyotr ölümündən
qabaq, 10 noyabr 1724-cü ildə üç ermənini katolikos
İsayya ilə birlikdə qəbul edir. “Ermənilərə
əl tutmaq və Xəzəryanı əyalətlərdə
yerləşdirmək” barədə onların xahişini dinləyir.
Elə o gündəcə I Pyotr erməni xalqının orada
yerləşdirilməsi haqqında general-leytenant Matuşkinin
və briqadir Levaşovun adına buyruq
verir: “Ermənilərin Gilan, Mazandaran, Bakı, Dərbənd və
başqa ərazilərdə yerləşdirilməsinə
çalışın, bu bölgələrdəki yerli əhalini
isə imkan düşdükcə sıxışdırıb
oradan çıxarın”.
Knyaz
V.Dolqorukin 7 may 1727-ci ildə yazırdı: “Saqanas toplumundan
olan ermənilər onun hüzuruna vəkillərini göndərib
ondan xahiş edirlər ki, onların hamısı
imperatriça həzrətlərinin təbəəliyində
olsun və ona məxsus olan əyalətlərdə yerləşmək
üçün (onlara) torpaq verilsin; bu torpaqlar onlara göstərilmiş
və ermənilər oranı gördükdən sonra bəyənib
razı qalmışlar”.
Rusiya
imperatriçası II Yekaterina 1783-cü il aprel ayının
6-da göstəriş verir:“İbrahim
xanı devirməli və Qarabağda müstəqil erməni əyaləti
təsis etməli”.
19 may
1783-cü ildə rus qoşunlarının baş komandanı
general-feldmarşal knyaz Q.A.Potyomkin II Yekaterinaya yazırdı:“Fürsət düşən kimi Qarabağda
hakimiyyəti ermənilərə verəcək və bunlar
vasitəsi ilə Asiyada xristian dövləti yaradacağımız
barədə erməni məliklərinə göstərişlər
vermişəm”. 1780-cı il yanvarın 3-də
Moskvada özünə yer etmiş erməni keşişi
Arqutinski və Yegizaryanın uydurma “Böyük Ermənistanın”
bərpası və İrəvanda ayrıca Erməni dövləti
yaradılması xahişinə knyaz Q.A. Potyomkinin cavabı:
“Bu mümkündür, ancaq sizin patriarxınız bir neçə
yerli hakimlə sizinkilərin xilası haqqında məsələ
qaldırması vacibdir, bundan sonra biz sizin köməyinizə
gələrik”.
Qraf
V.Zubov tabeliyində olan bütün yüksək rütbəli
zabitləri xəbərdar edərək (II Yekaterinanın
Türkiyə ilə sərhəd yaşayış məntəqələrinin
xristianlaşdırılması tapşırığı ilə
bağlı) bildirirdi: “İrəvan xanlığının
xristianlaşdırılması məsələsi çox
gizli saxlanılmalıdır. Ona görə ki,
bütün gələcək planlarımızın məqsədinin
açıqlanması və bu barədə hər hansı
bir xəbərin müsəlmanlara əvvəlcədən
çatması onları oyadar və təlatümə gətirər”.
I Pyotr
Matyuşkinə göndərdiyi fərmanda yazırdı:
“Bakı sakinlərindən silahlar yığılsın,
müqavimət göstərənlər Astarxana sürgün
olunsunlar. Şahın 300 nəfərlik xidmət
adamlarından 100 silahlı suvarini imperator xidmətinə qəbul
etmək, qalanlarını isə azad etmək. Daha çox bakılının şəhərdən
köçürülməsi mümkündür. Gilan və Mazandaranda da müsəlman türklərini
azaltmaq gərəkdir”.
I Pyotr tərəfindən
Xəzərboyu vilayətlərdə fəaliyyət göstərən
rus hakimiyyəti orqanlarına belə bir göstəriş
verilmişdi: “ 1) Müqəddəs
Xaç, Dərbənd və Bakı qalalarında məskunlaşmaq
üçün ermənilərə tələb olunan və
kifayət qədər yer ayrılsın. Salyan,
Gilan və Mazandaranda həm şəhərlərdə, həm
də kəndlərdə bu qaydaya əməl edilsin; 2) ermənilərə
boş qalmış, kimsəsiz həyətlər və məskənlər,
həmçinin Rusiyanın açıq düşmənlərinə
və şübhəli şəxslərə mənsub
mülklər də verilsin; 3) ermənilərə hər
cür köməklik göstərilsin və onların müsəlmanlardan
möhkəm qorunması təmin edilsin”.
Çar
I Aleksandr 1802-ci il sentyabr ayının 26-da
Azərbaycan xalqının cəlladı, gürcü mənşəli
çar generalı P.D.Sisianova yazırdı: “Nəyin
bahasına olursa-olsun Azərbaycanın bu və ya digər
xanlıqlarına hücumda ermənilərdən geniş istifadə
etmək lazımdır. Xüsusilə, bu adam
Rusiyaya sədaqətli şəxs, erməni keşişi Danil
ola bilər”.
I Pyotr tərəfindən
Xəzərboyu vilayətlərdə fəaliyyət göstərən
rus hakimiyyəti orqanlarına belə bir göstəriş
verilmişdi: “ 1) Müqəddəs
Xaç, Dərbənd və Bakı qalalarında məskunlaşmaq
üçün ermənilərə tələb olunan və
kifayət qədər yer ayrılsın. Salyan,
Gilan və Mazandaranda həm şəhərlərdə, həm
də kəndlərdə bu qaydaya əməl edilsin; 2) ermənilərə
boş qalmış, kimsəsiz həyətlər və məskənlər,
həmçinin Rusiyanın açıq düşmənlərinə
və şübhəli şəxslərə mənsub
mülklər də verilsin; 3) ermənilərə hər
cür köməklik göstərilsin və onların müsəlmanlardan
möhkəm qorunması təmin edilsin”.
Çar
I Aleksandr 1802-ci il sentyabr ayının 26-da
Azərbaycan xalqının cəlladı, gürcü mənşəli
çar generalı P.D.Sisianova yazırdı: “Nəyin
bahasına olursa-olsun Azərbaycanın bu və ya digər
xanlıqlarına hücumda ermənilərdən geniş
istifadə etmək lazımdır. Xüsusilə, bu adam Rusiyaya sədaqətli şəxs, erməni
keşişi Danil ola bilər”.
Əlisahib
Əroğul,
yazıçı-publisist
Xalq Cəbhəsi.-
2014.- 4 dekabr.- S.13.