Faciə ilə üzləşmiş Urmiya gölü
Urmiya gölünün üzərini almış
fəlakətin yaxın
gələcəkdə törədəcəyi
dəhşətlərin miqyası
təsəvvüredilməz dərəcədə təhlükəli
və qorxuludur
I yazı
Urmiya gölünün tarixi olduqca qədimdir. İranın tanınmış
coğrafiyaşünas alimi
Mustafa Şəhram özünün
“İranın dəniz
və gölləri” kitabında qədim mənbələrə əsaslanıb
gölün 30-40 min il
əvvəl yarandığını
yazır. Ən qədim vaxtlardan indiyə qədər Urmiya gölünə müxtəlif adlar verilib. “Çiçe” (fransız səyyah Şarden), “Təla” (Murat Əlbəldan), “Şahi gölü”(Human Fərzad)
və s. Ərəblərin
istilasından sonrakı
orta əsr mənbələrində çox
vaxt göl Urmiya şəhərinin adı ilə bağlı “Urmiya gölü” adlandırılıb.
Rza şah şahlıq taxtını
qəsb etdikdən sonra (1925) Güney Azərbaycandakı bir çox yer adları kimi gölün də öz tarixi adı (şəhərin adı kimi) dəyişdirilərək “Rzaiyyə
gölü” adlandırılıb.
Xalq isə gölü həmişə
Urmiya gölü kimi tanıyıb və tanıyır.
Güney
Azərbaycanın qərb
bölgəsində yerləşən,
Göy gölün Güneydəki füsünkar
bacısı Urmiya gölü təbiətin
Vətənimizə bəxş
etdiyi əvəzsiz töhfələrdəndir. YUNESKO-nun “Qoruqlar kitabı”na daxil edilmiş Urmiya gölü eyni adlı şəhərin 25 km-liyində
yerləşsə də,
bu su hövzəsi
Təbriz, Salmas, Marağa, Tufarqan (Azərşəhr), Qoşaçay
(Miyandab), Sulduz (Nəqədə), Soyuqbulaq
(Mahabad) və Uşnu şəhərlərini
sahilləri ilə əlaqələndirir. Göl
bu yaşayış bölgələrində ekoloji
təmizliyə və
tarazlaşmaya önəmli
kömək edir. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər
dənizi nəzərə
alınmazsa, Urmiya gölü İranın və Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə
isə dünyada üçüncü yeri
tutur.
Son 15-20 ildə Urmiya gölü böyük fəlakətlə üzləşib.
Göldə müxtəlif
amillərin təsiri altında suyun səviyyəsinin azalması
və nəticədə
göldə quruma prosesinin çoxalması ictimaiyyəti, xüsusən
gölün sahil ərazisində yaşayanları
ciddi şəkildə
narahat etməyə başlayıb. Bu narahatlığı
əhalinin etiraz mitinqlərindən tutmuş,
informasiya vasitələrindəki
çıxışlarından, azərbaycanlı millət
vəkillərinin İran
İslam Şura Məclisinin kürsüsündən
səsləndirdikləri bəyanatlardan
da görmək olar.
Urmiya gölünün üzərini
almış fəlakətin
yaxın gələcəkdə
törədəcəyi dəhşətlərin
miqyası təsəvvür
edilməz dərəcədə
təhlükəli və
qorxuludur. Yerli müəlliflər həyəcan
təbili çalırlar
ki, əgər gölün qurumasının
qabağı alınmasa
(orta hesabla gölə tökülən
suyun həcmi hər il 1,3 milyard m3 azalır), bu gedişlə 2020-ci ilə qədər göl tamamilə quruya bilər. Bu isə təqribən 500
km radiusda yaşayan
70-75 milyon əhalini (ən əvvəl Güney Azərbaycanı)
böyük fəlakətlə
üzləşdirər.
Urmiya gölü haqqında ümumi məlumat: Urmiya gölünün ümumi sahəsi 6000 m2, ümumi su tutumu
20-24 milyard m3, uzunluğu
130, eni isə orta hesabla 40 km-dir. Dəniz səviy-yəsindən
1274 m hündürlükdə yerləşən Urmiya gölünün dərinliyi
2 metrdən 16 metrə
qədərdir (orta dərinlik 5 metrdir). Göldəki su çəkilib, dayazlıq
artdıqca flora və
fauna məhv olmağa
doğru gedir. Sərnişin və yükdaşıma üçün
gölün 6 limanı
(“Gülmənxana”, “Şərəfxana”,
“Heydərabad”, “Rəhmanlı”,
“Xantaxtı”, “Şahi”)
var. Təbii sərvətinə
və müalicəvi
önəminə görə
Urmiya gölü İran ərazisindəki
6 göldən ən zənginidir. Göl yerləşdiyi relyefə,
təbii gözəlliyə,
şəfalı su və palçığında
olan mineral maddələrin
çoxluğuna görə
təbiətin bu bölgəyə verdiyi əvəzsiz nemətdir. Gölün suyu həddindən artıq şor olduğundan suya düşən insan boğulmur.
Gölün sahilindəki palçıq böyük müalicəvi
keyfiyyətə malikdir. Suyu və palçığı
ifrazat yollarının təmizlənməsində, artroz, əsəb,
dəri-zöhrəvi, saç tökülmə, revmatizm və
qadın xəstəliklərinin müalicəsində şəfavericidir.
Diqqət ayrılıb qayğı göstərilərsə,
şöhrəti İran hüdudlarını çoxdan
aşmış Urmiya gölü beynəlxalq sanatoriya və
müalicə mərkəzlərindən birinə çevrilə
bilər. Göl mineral maddələrlə də zəngindir.
Mütəxəssislərin yazdıqlarına görə,
göldəki mineral maddələr milyard tonlarladır. Bu
minerallar ölkənin tələbatını ödəməkdən
başqa ixracatda da canlanma yaradar və böyük gəlir əldə
etməyə imkan verə bilər.
Əvvəllər
bu bölgədə filiz çıxarma idarəsinə
başçılıq etmiş mühəndis Qarabaği
“Keyhani həvayi” qəzetində çap etdirdiyi məqaləsində
yazır: “Gölün sərvətindən düzgün
istifadə olunarsa, oradan çıxarılan və ixrac olunan
məhsullardan əldə edilən gəlirdən başqa,
ölkənin daxilindəki bir sıra istehsal sahələri
göldən alınmış bir çox qiymətli xammalla təmin
oluna bilər. İstənilən qədər sənaye və
yemək duzundan əlavə, əczaçılıq,
neft-kimya, strateji sənaye və boyaq işləri
üçün lazım olan maddələrin bir çoxu
gölün daxilində olduğu halda, biz pul xərcləyərək
onları xaricdən gətirmək məcburiyyətindəyik”.
Müəllifin
fikrincə, gölə gələn suyun hər m3-dən
200-220 qrama qədər dürr almaq mümkündür.
Gölə tökülən suyun illik miqdarı isə 1
milyard m3-ə qədərdir. Gölün suyu və
palçığı əvəzolunmaz müalicəvi keyfiyyətə
malik olduğundan ondan əhalinin, eləcə də turistlərin
səmərəli faydalanması üçün sahil
zonalarında sanatoriya və müasir müalicə
ocaqlarının yaradılması dövlət xəzinəsinə,
eləcə də yerli büdcəyə gəliri bir neçə
qat artıra bilər.
Urmiya
gölü haqqında söhbət gedərkən insanı
valeh edib, heyrətləndirən bir cəhət də
gölün içərisində onlarla adanın və bir
neçə yaşayış məskəninin
olmasıdır. Göl haqqında yazılanlardan məlum olur
ki, burada böyüklü-kiçikli 102 ada var. Pəhləvilər
dövründə (Rza və Məhəmmədrza şah)
tüğyan edən fars şovinizmi bu adaların da tarixi
türk adlarını farslaşdırılıb. Abbas Cəfəri
tərəfindən tərtib edilmiş “İranın təbii
coğrafiyası haqqında məlumat” kitabında göstərilir
ki, Urmiya gölündəki 102 adadan dörddə birinin tarixi
türk adları farslaşdırılıb. Arpa dərəsi
“Covin”, Ağ dağ “Spid”, Əbülqasım daşı
“Zirabə”, Əhməd daşı “Bstur”, Çayırlı
“Brd”, Daş ada “Brdin”, Sarıtəpə “Zərtəpə”,
Qara təpə “Siyahtəpə”, Qılıcyağlıqara
“Şəmşiran” və s. 1979-cu il İran inqilabından
sonra adadakı tarixi türk adlarının bərpa edilməməsi
təəssüf doğuran məsələlərdəndir.
Göldəki
adaların bir neçəsində (Şahi, Qoyun dağı) əhali
yaşayır. Onlar bağçılıq, əkinçilik
və maldarlıqla məşğuldurlar. Adaların birlikdə
sahəsi 33-34 min hektardır. Adalarda 54-ə qədər
çeşmə və su mənbəyi var ki, bunların bir
çoxunun suyundan təsərrüfatdan başqa məişətdə
də istifadə olunur. Şahi adası 2525 hektar,
Qoyundağı isə 3175 hektar ərazidə yerləşir.
Gölün səviyyəsindən 300-350 m, dəniz səviyyəsindən
isə 1500 m-dən çox yüksəklikdə yerləşən
adalarda onlarla ailə yaşayır. Onların bir çoxu əkinçilk
və maldarlıqla məşğul olmaqdan əlavə
gölün sahil limanlarında da işləyirlər. Son illərdə
göldəki suyun azalması adalardakı əhalinin sahil məntəqələrə
gedib-gəlməsini asanlaşdırsa da sahildəki
limanların fəaliyyətinə mənfi təsir göstərir.
Şor gölün içində insanlara yaşamaq və
işləmək üçün qoynunda yer verən
aadaları əslində təbiətin möcüzəsi
adlandırmaq olar.
XX əsrin
sonu XXI əsrin əvvəllərində Urmiya gölündə
suyun azalması ilə bağlı gölün sahəsinin
sürətlə quraqlığa çevrilməsi yaxın gələcəkdə
baş verə biləcək böyük fəlakətdən,
bu bölgənin həyat üçün ciddi təhlükəsindən
xəbər verir. Bu haqda əhalinin narahatlığını
dövlət orqanlarına, prezidentə, Məclisə, dini rəhbərə
olan çoxsaylı müraciətlərindən,
vaxtaşırı gölün ətrafındakı etiraz
mitinqlərindən, yerli ziyalıların mətbuatdakı
yazılarından, Məclisdəki azərbaycanlı
deputatların çıxışlarından görmək
olar. Hər il Novruzdan 12 gün sonra (“Sizdəh” adlanan
gün-Ə.R.) kütləvi gəzintiyə çıxmaq
adı ilə əhali boş su qablarını bir-birinə
vurmaqla, vedrə və sənəklərdə gətirdikləri
suyu gölə tökməklə ali məqamda oturanların
diqqətini göldəki fəlakətli duruma yönəltməyə
və ona əlac etməyə çağırırlar.
Göldəki
suyun tam çəkilməsi təkcə bölgədə
yox, ondan uzaqlarda da çox ciddi iqlim dəyişikliyinə səbəb
olar, ekoloji tarazlıq tam pozular, havadakı zəhərli maddələrin
sayı həndəsi silsilə ilə artar. Səmadakı
şeh və yağıntı yerdəki bütün
canlıları məhv edib yoxa çıxardar. Göl şor
duzlarla zəngin olduğundan qurumuş gölün təkindəki
duzlar toza çevrilib yüz kilometrlərlə uzaqlara səpələnər,
min hektarlarla məhsuldar torpaq şoranlaşar, bağ-bağat
quruyub məhv olar. Öz varlığı ilə Azərbaycanın
incisi sayılan və bölgədəki insanlara böyük
müalicə və təsərrüfat cə-hətdən
xeyir verən gölün quruması bu yerləri fəlakətli
düzənliyə çevirməklə yanaşı
böyük bir neməti bölgənin əlindən
çıxarar. Ən başlıcası, yaranmış
ağır ekoloji duruma dözməyən yerli əhali öz
ata-baba ocağını tərk etmək məcburiyyətində
qalar. Bəlkə də belə bir durum hakim dairədə
oturan bəzi şovinist, türkə qənim kəsilənlərin
ürəyindəndir və buna görə gölün fəlakətdən
xilas olmasına çalışmırlar, əməli tədbirlərin
görülməsinə mane olurlar. Əhalisinin sayı 3-4
milyon olan bir bölgənin boşalması, onların
çoxunun farsdilli yaşayış yerlərinə
axını indiki və gələcək nəslin milli kimlikdən
uzaqlaşma işini asanlaşdırar. Belə bir işin
İran tarixində analoqu var. Vaxtilə Sistan əyalətində
olan Hamun (Urmiyadan sonra İranın ikinci böyük
gölü idi) gölünə tökülən Hirmand
çayının istiqamətinin dəyişməsi ilə
bağlı bu göl tamamilə quruduğundan buradakı əhali
kütləvi şəkildə köç etməyə məcbur
olub. Belə bir durumun Azərbaycanın qərb bölgəsində
də təkrar olunmaq ehtimalı var. Buna görə də bu məsələ
hər bir türkü düşündürüb narahat etməlidir.
Urmiya gölünün fəryadına, harayına səs
verilməli, onun dərdinə və ehtiyacına çarə
axtarılmalıdır. Əks təqdirdə Urmiya
gölündə bu gün baş verən faciəli olayla
sabah milləti olub-bitmiş bədbəxtliklə üzləşdirə
bilər.
Urmiya
gölü ilə bağlı yaranmış faciəli durumun
ilk acı nəticələri haqqında mətbuatda gedən
xəbərləri ağrı-acısız oxumaq
mümkün deyil. “Təbrizin səsi” və “Öyrənci” qəzetlərinin
yazdığına görə, Təbiəti Mühafizə
İdarəsinin başçısı Məhəmməd
Cavad Məhəmmədzadənin dediklərinə əsaslanaraq
deyə bilərik ki, gölün qurumuş bölgəsində
yaranmış ağır ekoloji vəziyyət buradan 40 kəndin
sakininin başqa bölgəyə köçməsinə səbəb
olub.
Əkrəm Rəhimli,
iqtisad üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2014.- 6 dekabr.- S.14.