Yuxusuzluq problemi
Yuxulu sürücülərin
səhvi ucbatından hər il
minlərlə yol qəzası baş verir
Dünyada yaşından, cinsindən,
milliyyətindən, sağlamlıq
vəziyyətindən və
ya sosial statusundan asılı olmayaraq ən müxtəlif adamlar yuxusuzluqdan əziyyət çəkir. Hətta tam sağlam və uğurlu adam
da bu və
ya digər şəkildə yuxusuzluqla
qarşılaşa bilər.
Bu gün statistikaya
görə, dünyanın
hər üç sakinindən biri yuxusuzluqdan əziyyət çəkir. Yuxu təbii
fizioloji prosesdir.
İnsan
yuxuya gedən zaman beyinin fəaliyyəti
aşağı düşür,
ətraf mühitə
olan reaksiya azalır. Alimlər bildirirlər ki, insanın həyat fəaliyyətinin davamı
və iş qüvvəsinin yenidən
bərpası üçün
mütləq yuxu rejiminə əməl olunmalıdır. Dərin yuxu
vaxtı bədən və beyin gün
ərzində üzləşdiyi
gərginlikdən dincəlir.
Böyük Britaniyalı alimlərin apardıqları tədqiqatlar
sayəsində əmin
olublar ki, yuxusuzluq insanın nəinki fiziki, həmçinin ruhi sağlamlığına məhvedici
təsir göstərir. Yuxusuzluq ciddi
ruhi pozğunluqların
meydana çıxmasına
səbəb olaraq insanın ağlını
başından çıxara
bilər. Yuxu orqanizmin
ahəngdar fəaliyyəti
üçün zəruridir.
Beyin hüceyrələrinə də
istirahət lazımdır.
Onların da bütün
digər orqanlar qədər istirahətə
ehtiyacı vardır.
Alimlər qeyd edirlər
ki, əgər beyin hüceyrələri kifayət qədər istirahət etmirsə, onlar gec-tez əvvəlki
kimi fəaliyyət göstərə bilməyəcəklər.
Zərər çəkmiş hüceyrələr əsəb
pozğunluqlarına və
mərkəzi sinir sisteminin işində problemlərə gətirib
çıxaracaq.
Mütəxəsislər deyir ki, daha
çox kişilər
rahat yuxu ala bilirlər. Bu isə
onunla izah edilir ki, qadınların
bədənlərində istilik
dəyişkənliyi olur.
Bu isə bəzən
rahat yuxuya mane olan amillərdən sayılır. Yaşlı insanların
əksəriyyəti rahat
yuxudan məhrumdurlar.
Ümumiyyətlə isə, 60 yaşından
sonra həm kişilərin, həm də qadınların yuxu rejimi 5-6 saat olur. Bu, bədəndə fizioloji gedən prosesin nəticəsidir.
1920-ci illərlə müqayisədə, indi Böyük Britaniyada insanlar gecə təxminən 8 saat yatırlar. Lakin çox yatmaq
da yuxu pozğunluğu
hesab edilir. Düzgün
yuxu rejiminə əməl etməyən insanlar təkcə özünə deyil, kənardakılara da pis təsir göstərirlər. Bəzi hallarda
isə, bu, faciəyə də yol aça bilər. Aparılan araşdırmalar zamanı
məlum olub ki, yuxulu sürücülərin
səhvi ucbatından hər il
on minlərlə yol qəzası baş verir.
Yuxusuzluq
beyni 7 il
qocalda bilir. İnsan 40 gün ac qala bilər, ancaq 7 gün yuxusuz qala bilməz. Böyük Britaniya alimləri bu qənaətə gəliblər
ki, yuxusuzluq zamanı beyin hüceyrələri dincələ
bilmir və beləliklə də getdikcə məhv olurlar.
Məhv
olan hüceyrələr isə beyində digər problemlər
yaradır və bu proses nəticəsində hətta insan
ağlını itirərək, ruhi xəstəyə
çevrilə bilər. Yuxu orqanizmin harmonik fəaliyyəti
üçün mühüm əhəmiyyət kəsb edir.
Kolorado
Universitetindən bir qrup alim tərəfindən aparılan və
"Journal of Physiology" jurnalında nümayiş olunan
araşdırmaya görə, gecəni yuxusuz keçirən
bir nəfərin itirdiyi enerji miqdarı, 8 saat yatarkən
itirdiyi enerjidən təxminən 135 kalori çoxdur. 7 nəfər
könüllünün iştirak etdiyi eksprementin rəhbəri
Kennet Vriqtin sözlərinə görə, yuxuda olarkən
enerji-kalori yandırmaq imkanı az olur. Amma
mütəxəssislər yuxusuzluğun arıqlamaq
üçün təhlükəli üsul olduğunu
bildiriblər.
Ekspertlər
bildirir ki, insanda yuxusuzluğun ilk təzahürləri
müşahidə edilən kimi buna qarşı mübarizə
aparmaq lazımdır. Bu ilk təzahürlər yuxuyagetmə
çətinliklərindən ibarət ola bilər. Əgər
insan bunun öhdəsindən vaxtında gəlməsə,
sonradan o, xroniki yorğunluq sindromu, daimi stress,
qarmaqarışıq fikirlər və məntiqsiz hərəkətlərlə
qarşılaşacaq. Bundan başqa, yuxusuzluq immuniteti zəiflədir.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə,
yuxusuzluq insanın əsəblərini korlayır: "Gecələr
normal yata bilməyən adam çox aqressiv olur, hər
şeydən qıcıqlanır. Az yatan insan zehni və fiziki
işlə məşğul olmaqda çətinlik çəkir,
özünü əzgin və məyus hiss edir. Belə
adamlarda tez-tez səbəbsiz yerə ruh
düşgünlüyü müşahidə olunur. Uzun
müddət sürən yuxusuzluq isə XXI əsrin bəlasına
çevrilən depressiyaya da gətirib
çıxarır".
Arzu
Qurbanova qeyd edir ki, normal halda insan yataqda 10-15 dəqiqəyə
yuxuya gedir: "İnsanın yuxusuna isə onun gündəlik
rejimi təsir edir. Şam yeməyini yatmazdan bir qədər əvvəl
edirsinizsə, yuxuya çətin gedəcəksiniz. Belə
ki, bu zaman mədə yeməyi həzm etməyə
başlayır və orqanizmə rahatlaşmağa imkan vermir.
Qida isə tərkibindən asılı olaraq bir neçə
saata həzm olunur. Bu səbəbdən də yuxuya getməzdən
2-4 saat əvvəl yemək yemək məsləhətdir. Bu,
yalnız yuxu üçün deyil, mədənin
sağlamlığı üçün də vacib amildir.
Yaxşı olar ki, axşam saat 6-da şam edib, bundan sonra yemək
yeməyəsiniz. Saat 6-da şam edəndən sonra isə saat
9-10-da rahat yatmaq olar".
Qeyd edək
ki, rahat yuxu üçün gün ərzində nə dərəcədə
hərəkətli olmağınız da vacibdir. Əgər
siz özünüzü həddindən artıq enerjili və
aqressiv hiss edirsinizsə, deməli, hərəkətə,
toplanmış enerjinin, aqressiyanın boşaldılmasına
ehtiyacınız var. Tənbəllik edib heç bir iş
görməmək, oturaq həyat tərzi sürmək həm
yuxuya mənfi təsir göstərir, həm də beynin fəallığını
azaldır, əzələlərin boşalmasına gətirib
çıxarır. Bunun üçün də hərəkət
etmək, idmanla məşğul olmaq əsas amildir. Nə qədər
çox hərəkətdə olsanız, əhvalınız
daha da yüksələcək. Lakin bu zaman həddini aşmaq,
özünü çox yükləmək də olmaz. Belə
ki, çox idman etmək də yuxunun pozulması ilə nəticələnə
bilər.
Psixoloqun
dediyinə görə, narahat yataq otağı, yatağın
özü, yataq dəsti də yuxusuzluğa səbəb ola
bilər: "Yataq dəsti seçərkən fikir verin ki,
rahat, yumşaq və hamar olsun. Yataq dəsti təbii
parçalardan hazırlanmalıdır ki, tiftiklənib dəriyə
dəyərək qıcıqlandırmasın. Keyfiyyəti ilə
yanaşı yataq dəstinin rəngi də çox vacibdir. Bəyəndiyiniz,
xüsusilə də açıq və ya çox tünd,
lakin əlvan olmayan rənglər də sizin tez yuxuya getməyinizə
kömək edə bilər" deyən psixoloq əlavə
edib ki, gecə yataqda uzanıb kompüterdə oyun oynamaq,
televizora baxmaq, dəhşətli filmlərə baxmaq da məsləhət
deyil. Yadda saxlayın ki, qaranlıq və sakit yerdə yatmaq
lazımdır. Belə ki, təbii yuxu gətirən melatonin
adlanan xüsusi maddə qaranlıqda daha fəal yaranmağa
başlayır. Eləcə də rahat yuxu üçün səhər
və axşam eyni vaxtlarda yatmağa çalışın.
Gecə yuxunuz gəlsin deyə əlavə olaraq günorta və
ya axşam vaxtı yatmayın. Həm də gecə yuxusunun
yerini heç nə vermir. İnsan günorta və ya səhər
vaxtlarında yatsa da, gecə yatdığı zaman orqanizm daha
çox dincəlir və bu yuxudan faydalanır. Yuxuya getmək
üçün münasib vaxt gecə saat 10-dur. Yuxunun
uzunluğuna gəlincə isə 8 saat yatmaqla yuxudan tam doymaq
olar. Bu saatlardan çox və ya az yatdıqda isə insan
yuxudan doymamış kimi özünü hiss edir və səhərlər
yuxudan ayıla bilmir. Düzdür, bəzən istisna hallar
olur ki, insana tam yuxudan doymaq üçün 10-11 saat tələb
olunur. Nəzərinizə çatdıraq ki, insanlar müxtəlif
vaxtlarda yuxuya gedir. Qanda melatonin maddəsinin ən çox
yarandığı vaxt isə gecə saat 12-dən səhər
saat 4-ə qədər olur. Səhər açılanda isə
melatonin işığın təsirindən az yaranmağa
başlayır və insan tədricən yuxudan ayılır.
Psixoloq
vurğulayır ki, yuxunu bir vərdiş kimi təsəvvür
etdikdə, yuxu ilə bağlı problemlər minimuma enəcək.
Bunun üçün hər gün eyni saatda yatmaq
lazımdır. "Əvvəlcə bu çətin gələ
bilər, lakin vərdişə çevriləndən sonra bu
xeyli asanlaşacaq. Hətta uzun müddət, misal
üçün, gecə saat 11-də yuxuya getməyə
alışan şəxs, bu vaxt keçdikdə əsnəməyə
və yuxuya ehtiyac duymağa başlayacaq".
Psixoloq
Azad İsazadə bildirir ki, son zamanlar az yatanların sayı
xeyli artıb: “İnternetin, texniki tərəqqinin inkişaf
etdiyi bir dövrdə bu hal heç də təəccüblü
deyil. İnsanlar gecə saatlarınadək internetdən istifadə
edirlər və yaxud araşdırmalar aparmaq üçün
saatlarla kompüterin arxasında əyləşirlər. Ona
görə də, 7-9 saat deyil, 4-5 saat yuxu ilə kifayətlənirlər.
Bu, artıq onlarda vərdiş halını alır”.
Psixoloqun
sözlərinə görə, spirtli içkilər, siqaret
yuxuya mane olan amillərdəndir: “Siqaret çəkən
insanlar vərdiş ediblər ki, yatmazdan əvvəl siqaret
çəkib, istirahət etsinlər. Onu deməliyəm ki,
siqaretin tərkibindəki elementlər yuxunun pozulmasına səbəb
olur”.
Azad
İsazadənin dediyinə görə, az yatmaq o qədər
də təhlükəi deyil. Əsas odur ki, insan özü
hiss etsin ki, yatdığı vaxtda dincələ bilir.
Sübut olunub ki, adətən, yaradıcı, emossional,
intellektual insanlar daha az yatırlar. Buna səbəb isə,
onların hansısa araşdırmalar aparmaları, elmi məsələlərin
həll edilməsi üçün çox vaxt sərf etmələridir.
Onlarda belə bir fikir hökm sürür ki, daha az yatsalar,
daha çox problemi həll etmiş olarlar. Ancaq hamıya məlumdur
ki, ən son texnikaya malik olan aparatlar belə, müəyyən
fasilələrlə işləyir. İnsan heç vaxt dincələmədən
işləyə və yaxşı nəticə əldə
edə bilməz. Bu zaman onun hərəkətlərində,
nitqində məntiqsizlik yaranar.
Belə
insanların ailəsində, yoldaşlığında problemlər
olur. Kişilərdə yuxusuzluq uzunmüddət davam edirsə
və qeyri-normal yuxu ritmi olursa, onlarda potensiya aşağı
düşür. Doğrudur, insan yatarkən onun ömrü
gedir. Ancaq dolayısı ilə, yuxu anında maddələr
mübadiləsi aşağı düşdüyünə
görə, normal yatan insanlarda ömür uzun olur. Yuxusuzluq
daha çox yaddaşa təsir göstərir. İnsan beynində
toplama məntəqəsi deyilən bir şöbə
vardır. O, görünən və eşidilən informasiyam
toplayır. Beyin kifayət qədər yuxu almadıqda, bu
şöbəyə daxil olmaq mümkünsüz şəkil
alır. Bu şöbədə toplanan informasiyaya bir neçə
gün müraciət etmədikdə, o, tamamilə silinir;
Aclıq
hissi yatmağa mane olduqda, müəyyən məhsullar ilə
qidalanmaq gərəkdir. Bir qisim insanların yatmasına banan,
şirə və peçenye, digərlərinə isə isti
süd, yumurta, qoz və hind quşunun kababı kömək
edir. Həkim göstərişi olmadan yuxu dərmanını
qəbul etmək səhv hərəkətdir; qeyri-peşəkar,
naşı insanlar adətən psixiatriya sahəsində,
epilepsiyanın, psixoloji və patoloji zəhlə tökmək
hallarının müalicəsi üçün tətbiq edilən
dərman vasitələrini məsləhət görürlər.
Daimi
yuxusuzluq zamanı yuxu dərmanlarından istifadəyə tələbat
artır. Lakin bu cür vasitələrin mütəmadi tətbiqi
depressiya, artrit, nevroloji pozuntular kimi ciddi xəstəliklərin
yaranmasına səbəb ola bilər. Yuxu məhz bu cür xəstəliklər
nəticəsində pozulduqda isə onu yaradan xəstəliklərin
təcili müalicəsinə başlamaq gərəkdir.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 9 dekabr.- S.13.