Ailə münaqişəsi zəminində
baş verən cinayətlərin sayı niyə artır?
Əli
Hüseynov: “Ailələrdə baş verən cinayətlər
sosial durumla bağlıdır”
ElmiraAxundova:
“Əhalinin müəyyən hissəsində aqressivlik
yüksəlib, ümumi mədəniyyət isə
aşağı düşüb”
Denis
Rzayev: “Uzun müddət istirahətin olmaması, maddiyyat məsələləriinsanın
zorakılıq etməsinə gətirib çıxarır”
Son zamanlar ailə münaqişəsi zəminində
baş verən cinayətlərin sayı artıb. Statistika təhlükəli
tendensiyadan xəbər verir. Bəs bunun əsa
səbəbi nədir, ekspertlər nə
düşünürlər?
Baş verən cinayətləri şərh edən
psixoloq Dəyanət Rzayevin fikrincə, ailə münaqişəsi
zəminində törədilən cinayətlərin
qarşısını heç bir ölkədə almaq olmur. Onun sözlərinə
görə, ailədə cinayət törədənlər,
adətən bir neçə dəfə həbsxana həyatı
yaşayan şəxslər olur: “Bizdə cinayətlərin
qarşısını almaq üçün cəzaçəkmə
müəssisələri nəzərdə tutulub. Təəssüflər olsun ki, bizdə islahat müəssisəsi
yoxdur. Cəzaçəkmə müəssisəsi
islahat müəssisəsi kimi nəzərdə tutulmayıb.
Cəzaçəkmə müəssisəsində
insanlar islah olunmur. Burada söhbət cinayətkarı
tapmaqdan getmir. Söhbət ondan gedir ki,
cinayət baş verməzdən əvvəl
qarşısını almaq lazımdır. Praktikada
tez-tez rastlaşıram, kişi ailəsində
arvadına, uşaqlarına işgəncə verir. Qanunla şikayət etmək də olmur. Onu da deyim ki, çox vaxt qadınlar ərləri tərəfindən
üzləşdikləri işgəncələrlə
bağlı şikayət etmirlər. Şikayət
olunanda da polis heç nə edə bilmir. Sadəcə,
polis xəbərdarlıq edərək deyir ki, bir də belə
iş tutma. Burada sosial durum nəzərə
alınmalıdır. Amma bizdə sosial
xidmətlər sıfır vəziyyətindədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi var. Birbaşa bu komitənin səlahiyyəti
olmalıdır ki, ailələrə müdaxilə etsinlər,
nəzarətə götürsünlər”.
D.Rzayevin
fikrincə, cinayət baş verməzdən əvvəl
profilaktiki tədbirlər görülməlidir: “Profilaktiki tədbirlərin
olmaması cinayətlərin artması ilə nəticələnir”.
Psixoloq
hesab edir ki, əksər hallarda uzun müddət istirahətin
olmaması, maddiyyat məsələləri, seksual xarakterli
problemlər və s. insanın zorakılıq etməsinə
gətirib çıxarır. Onun sözlərinə görə,
baş verə biləcək konfliktlərin əsasını
təşkil edən alkoqolizmin, narkomaniyanın və psixi
pozuntuların profilaktikası və müalicəsi
aparılmalıdır: “Ailədə aqressiya tez–tez rast gəlinən
haldır. Çox təəssüf ki, ondan heç kim sığortalanmayıb. Zorakılıq
ailə dəyərlərinə, ümumiyyətlə,
münasibətlərə yarası çətin sağalan zərbə
vurur.Belə zorakılıq halları baş verdikdə ailənin
üzvləri bir-birinin düşməninə çevrilir,
çox zaman ailə dağılır, cütlüklər və
onların uşaqları psixoloji travma alır. Adətən ailə zorakılığı cinayətə
şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma
faktına qədər gətirib çıxara bilir.Statistik məlumatlara
görə, hər dördüncü cinayət hadisəsi ailə
münaqişəsi zəminində baş verir. Bu fakt artıq bu məsələnin ön plana
çıxarılmasının vacibliyini göstərir.Belə
getsə, ailə münaqişələri zəminində
baş verən cinayətlər kriminologiyanın bir hissəsinə
çevriləcək.Ailədaxili zorakılıq insana
müxtəlif dərəcəli zərər vurulmasına gətirib
çıxarır. Bura tənqid, təhqir,
şəxsiyyətin alçaldılması, hətta
ölüm faktları daxildir.
Ekspert əlavə edib ki, Azərbaycanda sosial psixoterapiya
inkişaf etməyib.
Vəkillər Kollegiyasının üzvü, millət
vəkili Əli Hüseynov bildirib ki, ailələrdə
baş verən cinayətlər sosial durumla bağlıdır. Onun sözlərinə
görə, ailələrdə cinayətləri əsasən
bazar iqtisadiyyatı dövründə anadan olan şəxslər
törədir: “Azərbaycanda sovet dövrünü görən
insanlar çox az hallarda cinayət törədirlər”.
Onun bildirdiyinə görə, bəzi ailələrdə
maliyyə durumunun səviyyəsinin aşağı olması
münasibətlərin kəskinləşməsi ilə nəticələnir.
Millət
vəkili ElmiraAxundova isə hesab edir ki, əhalinin müəyyən
hissəsində aqressivlik yüksəlib, ümumi mədəniyyət
isə aşağı düşüb: “Əlbəttə ki,
hər zaman və hərbir ölkədə ailə daxilində
müəyyən məişət zorakılığı
olubvə təəssüfki, bundan sonra da olacaq. Amma son illər bu bəla Azərbaycanda daha bariz və
geniş şəkildə özünü biruzə verməkdədir.
Demək olar ki, hər gün mətbuatda, KİV-də,
televiziya ekranlarında şahidi oluruq ki, hansısa ailədə
kimsə məişət zorakılığının
qurbanına çevrilib.Rəsmi orqanların statistikasına
görə də, bu cür hallar doğurdan da son illər əhəmiyyətli
dərəcədə artıb.Bütün bunlar sanki cəmiyyətin
SOS siqnalıdır və cəmiyyət bizlərdən təsirli
tədbir gözləyir. Amma maraqlısı odur
ki, cəmiyyətin özündə kriminal hadisələr, o
cümlədən qəddar məişət cinayətləri
həddən artıq olduğu halda nədənsə
bütün bu ölüm, zorlama, bıçaqlama faktları
qeyri-hökumət təşkilatlarının o qədər də
ciddi reaksiyasına səbəb olmur. Son
iki-üç ildə məişət zorakılığının
qurbanı olan yüzlərlə cavan qız və qadın
bıçaq və ya döyülmə ilə həyatlarını
itiriblər. Mən bilirəm ki, bu cür
zorakılıqların səbəbləri müxtəlifdir, məsələn,
xarici döyüş filmləri, təcazüvü
özündə əks etdirən bilgisayar oyunları və s.
Amma bununla ciddi şəkildə mübarizə
labüddür. Biz maarifləndirmə və
təbliğat xarakterli tədbirləri keçirsək də,
bunu əsasən Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə
edirik.Toplanaraq böyük və möhtəşəm
salonlarda öz-özümüzə məruzələr
edirik.Lakin təəssüf ki, əyalət yenə də cəhalət
içindədir. Hesab edirəm ki, nazirlik
və komitələr maarifləndirici tədbirləri yerlərdə,
kənd və qəsəbələrdə keçirməlidirlər”.
Millət
vəkilinin sözlərinə görə, bu məsələnin
qarşısını almaq üçün ikinci ən təsirli
vasitə isə sosial roliklərdir: “Bir çox ölkələrdə,
elə Türkiyənin özündə narkomaniya, içki,
siqaretə qarşı əks təbliğat xarakterli roliklər
mütəmadi bütün kanallarda göstərilir və
faydası da böyükdür. Rusiyada
tanınmış şəxslər bu cür roliklərdə
iştirak edərək narkomaniya, içki, siqaret kimi pis vərdişlərin
zərərlərindən danışır, məsləhətlərini
verirlər”.
Ekspertlərə
görə ailə zorakılığının, ailə
üzvlərindən birinin digərinə qarşı aqressiya
tətbiq etməsinin səbəbləri müxtəlifdir:
1.İnsan
psixikasının pozulmasına gətirib çıxaran
davamlı stress vəziyyəti. Əksər hallarda uzun
müddət istirahətin olmaması, maddiyyat məsələləri,
seksual xarakterli problemlər və s. insanın gərgin
yüklənməsinə gətirib çıxarır. Belə problemlərlə üz-üzə qalan fərd
qarşı tərəfdən də anlaşılmazlıq
gördükdə qeyri-ixtiyarı zorakılıq tətbiq
edir. Müasir dövrdə gərgin
stressin bir çox ideal ailələrin belə
dağılmasına gətirib çıxarması halları
çoxdur.
İnsanlar
bir-birini böyük məhəbbətlə sevə və
uzun müddət bir yerdə ola bilərlər.
Amma baş verə biləcək istənilən
xoşagəlməz situasiya (məsələn, işi itirmək,
avtomobil qəzası, yanğın və s.) ailə əsasının
çökməsinə gətirib çıxara bilər.
Belə problemlər öz arxasınca maddi-mənəvi
sıxıntıları gətirir. Məsələn,
işini itirmiş kişi spirtli içkilərə
qurşana bilər ki, bu da qeyri-iradi ailədə
münaqişəyə, o da eyni zamanda zorakılığa gətirib
çıxarır. Bu situasiyada konfliktlər “ər-arvad”
və ya “ata-uşaq” çərçivəsində baş
verir. Belə ki, içkili vəziyyətdə
olan şəxs qeyri-ixtiyarı həyat yoldaşı və ya
uşağına zor tətbiq edə bilər. Bir çox qadınlar uşaqlarının xətrinə
həyat yoldaşlarının zərbələrinə
dözür, lakin bu, əsasən yaxşı halda
qadının uşaqlarla evi tərk etməsinə, pis halda isə
qadının həyat yoldaşının aqressiyasından
özünü müdafiə etməsinə gətirib
çıxarır ki, bu da ya fiziki travma, ya da ölümlə
nəticələnir.
2.Ailədaxili münaqişələrin artmasında öz məhşurluğuna
görə stress situasiyalarından sonra qısqanclıq
faktı ikinci yerdə durur. Belə zorakılığın
paradoksluğu onda ola bilər ki, çox
vaxt qısqanclıq əsassız olur. Qısqanc
insanla isə həyat cəhənnəmə dönür.
Belə ki, qarşı tərəfə ən səmimi
hissi olan şəxs əks tərəfin hər hərəkətini,
hər baxışını izləyərək
lazımsız şeylərdən problem yarada bilir.
3.Seksual
xarakterli problemlər. Bu problemlər əsasən
kişilərə xas olur. Belə problemin
yaranma səbəbi cinsi zəifliyin ortaya
çıxmasıdır. Cinsi zəifliklə
üzləşən kişilər əsəb hissi
keçirirlər və qadınının ətrafındakı
hər kəsi, hətta özünü
günahlandırırlar.
4.Psixi
pozuntular. Çox təəssüf ki, bu səbəb
sonuncu hədd sayılır və xüsusi müəssisələrdə
müalicə tələb edir. Psixi
pozuntudan əziyyət çəkən insanlara psixoloji
kömək etmək lazımdır ki, onlar qarşısı
alınmaz hərəkətlər törətməsinlər.
Qeyd etmək lazımdır ki, psixi pozuntudan əziyyət
çəkən insanlar da adi şəxslərlə eyni
hüquqa malikdirlər və yardım almağa haqları var.
Ailədaxili zorakılığın müzakirəsi bu
gün çox vacib və çətin məsələdir. Öncə
ailələrdə baş verən konfliktlərin mütəxəsislər
tərəfindən mütəmadi diaqnostikası
aparılmalıdır. İkincisi,
lazım olan halda tibbi yardım tətbiq olunmalıdır.
Üçüncüsü, lazım olan halda
hüquq mühafizə orqanlarının və tibbi müəsisələrinin
iştirakı olmalıdır. Və nəhayət,
bütün baş verə biləcək konfliktlərin əsasını
təşkil edən alkoqolizmin, narkomaniyanın və psixi
pozuntuların profilaktikası və müalicəsi
aparılmalıdır”.
Əli
Xalq Cəbhəsi.-
2014.- 12 dekabr.- S.10.